Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
37 
etməmişlər. Ümumiyyətlə, XVI əsrin türk təzkirəçiləri içərisində 
Q.Lətifinin və Alinin (“Künhül-əxbar”-1593) verdiyi bilgilər mü-
fəssəlliyi və orijinallığı ilə fərqlənir. Nəsimiyə böyük rəğbət gös-
tərən hər iki təzkirəçi onun etiqadı, mürşidi, qardaşı Şah Xəndan 
və onun Nəsimi ilə  məktublaşması,  Şah Xəndanın 1426-cı ildə 
Şamaxıda vəfat etməsi, Azərbaycan  şairinin Türkiyədə olarkən 
Şeyxi ilə görüşməsi, Hələbdə faciəli  şəkildə  qətlə yetirilməsi 
barədə məlumat verirlər. 
 Onu da qeyd etmək lazımdır ki, “Məcalisül-üşşaq” müəllifi 
Əmir Kəmaləddin Hüseynin fədakar şairin edam səbəbi ilə əla-
qəli verdiyi bilgi sələflərinə nisbətən daha genişdir. Adı  çəkilən 
təzkirədə  də maraqlı  və  əhəmiyyətli avtobioqrafik məlumatlarla 
qarşılaşırıq.  
 Sonrakı dövrün türk alim və tədqiqatçıları da Nəsimiyə xüsu-
si qayğı  və sayğı ilə yanaşmışlar.  Bursalı  Məhəmməd Tahir, 
Faiq Rəşad, Fuad Köprülüzadə,  Əbdülbaqi Kölpınarlı,  İbr-
ahim Olğun, Hüseyn Ayan və b. sənətkarımızın həyatı, şəxsiy-
yəti və  ədəbi irsinin öyrənilməsi yönündə diqqətəlayiq işlər gör-
müşlər.  
 Bir  neçə elmi əsərində  Nəsiminin həyat və yaradıcılığına 
toxunan F.Köprülüzadə onun əsərlərinin ideya-məzmun, bədii-
fəlsəfi və dil-uslub xüsusiyyətləri barədə müəyyən təhlillər 
aparmış, mülahizələr söyləmiş, onu “bütün türk dünyasında hə-
yəcanla oxunan qüdrətli bir sənətkar”hesab etmişdir. 
 Nəsimini “qüvvətli bir iman sahibi” adlandıran A.Köprülüza-
də onun həyat və yaradıcılığının çeşidli məziyyətlərindən bəhs 
açmış, farsca yazdığı bir neçə  qəzəl və rübaini sətri tərcümə  və 
nəşr etdirmiş, XV əsrin türk şairi Rəfii və onun “Bəşarətn-
amə”sində Nəsimiyə bəslədiyi münasibətdən danışmışdır. 
 Türk alimi H.Ayan Nəsiminin həyatı, şəxsiyyəti, Azərbaycan 
türkcəsində yazdığı divanın elmi-tənqidi mətni və ümumiyyətlə, 
yaradıcılığı barədə doktorluq dissertasiyası yazmış, dissertasiya-
nın yığcam məzmunu isə “Seyyid Nəsimi haqqında çalışmamız” 
adlı məqaləsində ümumiləşdirilmişdir.  
Yaqub Babayev 
 
38 
 “Seyyid  Nəsimi üzərinə notlar” (1971) əsərinin müəllifi 
İ.Olğun isə Azərbaycan  şairinin yaradıcılığı barədə danışmaqla 
onun həyatına, xüsusilə məhkəməsi və ölümünə dair bəzi faktların 
üzə çıxarılmasında əvəzsiz xidmətlər göstərmişdir.  
 Yuxarıda haqqında söhbət açdığımız  Əhməd ibn İbrahimin 
“Künuz-uz zəhəb, tarixi-Hələb”  əsərində verilən məhkəmə  və 
edam qərarını ictimaiyyətə ilk dəfə çatdıran  İ.Olğun olmuşdur. 
Başqa bir məqaləsində isə türk alimi Nəsiminin türk dilli şeirə, 
xüsusilə Rəfii, Xəlili, Füzuli, Hidayət, Gülşəni, Qul Nəsimi və s. 
şairlərə təsirindən danışmışdır.  
 Avropa tədqiqatçılarından alman Hammer-Purquştal, ingilis 
Gibb,  alman  Frans Babinger, italyan  Allesio Bombaci və s. 
şərqşünaslar Avropa oxucularını  Nəsimi ilə tanış etmək məna-
sında xeyli iş görmüşlər. Sənətkarın həyatı  və  şəxsiyyəti barədə 
məlumatlarda onlar, əsasən, türk təzkirəçilərinə  əsaslanmışlar. 
Rus alimlərindən  V.Smirnov, A.Krımski, Y.E.Bertels, 
I.Braginski və s. kimi şərqşünasların nəsimişünaslıqdakı əməyini 
də qeyd etmək lazımdır. Istər Avropa, istərsə də rus alimləri Nəsi-
minin yaradıcılığını, əsərlərinin ideya-məfkurə qatlarını tam şəkil-
də şərh edə bilməsələr və müəyyən ziddiyyətli fikirlər söyləsələr 
də, Azərbaycan  şairinin həyatının və  bədii irsinin araşdırılması, 
Avropa və rus oxucularının məlumatlandırılması istiqamətində 
onların xeyirxah təşəbbüs göstərdiklərini qeyd etmək yerinə 
düşər.  
 Azərbaycan  ədəbiyyatşünaslığında Nəsiminin  əsərləri ilə 
oxucuları tanış etməyin ilk təşəbbüskarları S.Ə.Şirvani, H.Ə.Qa-
yıbov və F.Köçərli olmuşlar. Görünür, heç bir bilgi əldə edə bil-
mədiklərindən onlar Nəsimi barədə oxuculara heç bir məlumat 
verməmiş, sadəcə olaraq sənətkarın yaradıcılığından 1-2 bədii 
nümunə verməklə kifayətlənmişlər. S.Ə.Şirvaninin təzkirəsində, 
H.Ə.Qayıbovun məcmuəsində, F.Köçərlinin isə “Azərbaycan 
tatarlarının ədəbiyyatı” kitabında az da olsa, Nəsimi şeirlərinə də 
yer verilmişdir.Y.V.Çəmənzəminli isə ADR-in Türkiyədəki səfiri 
olarkən Azərbaycan  ədəbiyyatı ilə bağlı araşdırmalar  əsasında 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
39 
yazdığı kitabı (“Azərbaycan  ədəbiyyatına bir nəzər”) orada nəşr 
etdirmiş (1919) və  həmin kitabında yığcam  şəkildə  Nəsimi 
yaradıcılığına toxunmuş, onu “ədəbi bir dövrün başlanğıcı” kimi 
dəyərləndirmişdir.  
 Azərbaycan  şairinin həyatı,  şəxsiyyəti, yaradıcılığının bəzi 
cəhətləri barədə daha müfəssəl elmi fikir söyləyən ilk ədəbiyy-
atşünasımız isə  S.Mümtaz  olmuşdur. “Azərbaycan  şairlərindən 
Nəsimi” (“Maarif və mədəniyyət”-jur., 1923, №1”) adlı, həqiqə-
tən dəyərli məqaləsində S.Mümtaz müəyyən faktlara istinad edə-
rək Nəsiminin  Şamaxıda doğulduğunu söyləyir, türk təzkirəçilə-
rinə  əsaslanaraq qardaşı  Şah Xəndan barədə  məlumat və onun 
şeirlərindən bəzi nümunələr verir, yaradıcılığının müəyyən ideya-
məfkurəvi cəhətlərinə toxunur, ədəbi təsiri barədə  qısaca fikir 
söyləyir. 20-ci illərdə Azərbaycana gələn və bir müddət Bakıda 
çalışan türk alimi I.Hikmət “Azərbaycan  ədəbiyyatı tarixi” (I c, 
Bakı, 1928) kitabında Nəsimiyə də ayrıca oçerk həsr edir. Şairin 
əsərlərini və yaradıcılığının əsas ideya-məzmun və bədii siqlətini 
ümumiləşdirilmiş  şəkildə  təhlilə  təşəbbüs göstərir. Onu, əsasən, 
təriqət  şairi, eşq yolunun fədakarı, eşqi-ilahinin tərənnümçüsü 
kimi təqdim edir.  
 Daha  sonrakı sovet dönəmində H.Araslı, Z.Quluzadə, 
C.Qəhrəmanov,  Ə.Səidzadə, H.Məmmədzadə,  Ə.Cəfər, M.Qu-
luzadə,  Ə.Səfərli, X.Yusifov, Y.Seyidov, S.Xavəri və s. kimi 
alimlərin nəsimişünaslığın inkişafında müəyyən xidmətləri 
olmuşdur. M.Quluzadə ayrıca monoqrafiya yazmış, H.Araslının 
şairin həyat və yaradıcılığı ilə  əlaqədar kitabçası iki dəfə (1942, 
1972) çap olunmuşdur. Z.Quluzadə  sənətkarın hürufilik görüşlə-
rini izləmiş, C.Qəhrəmanov “Nəsimi divanının leksikası” (1970) 
adlı fundamental tədqiqat meydana gətirmiş, Ə.Cəfər onun əsərlə-
rinin vəzni barədə dəyərli tədqiqat aparmışdır.  
 1973-cü  ildə  Nəsiminin anadan olmasının 600 illik yubileyi 
ərəfəsində onunla bağlı  tədqiqatlar intensivləşdi. Müxtəlif 
mətbuat orqanlarında sənətkarın həyatı və əsərləri, yaradıcılığının 
müxtəlif problemləri ilə  əlaqəli çoxlu sayda məqalələr çap 
Yaqub Babayev 
 
40 
olundu. “Imadəddin Nəsimi” adlı  məqalələr məcmuəsi meydana 
çıxdı.  
 Son dövr nəsimişünaslığında tədqiqatçı S.Şıxıyeva daha int-
ensiv fəaliyyət göstərir. Onun müxtəlif qəzet, jurnal və elmi əsər-
lərdə sənətkarın həm həyat və şəxsiyyəti, həm də yaradıcılığının 
fərqli problemləri ilə bağlı xeyli məqaləsi dərc olunmuşdur. Şairin 
avtobioqrafiyasına aid bəzi məsələlərə, o cümlədən onun 
doğulduğu il, yer, adı, təxəllüsü və s. tərcümeyi-hal faktlarına 
aydınlıq gətirilməsində  tədqiqatçının faydalı mülahizələri 
olduğunu qeyd etmək lazımdır.  
 Nəsimi əsərlərinin nəşri istiqamətində ilk təşəbbüs türk alim-
lərinə  mənsubdur.  Şairin türkcə “Divan”ı ilk dəfə 1844-cü, daha 
sonra isə 1881-ci ildə İstanbulda çap edilmişdir. XX əsr boyunca 
da bir neçə  dəfə Türkiyədə  həmin divanın daha təkmil nəşrləri 
meydana çıxmışdır. 60-cı illərin sonunda sənətkara aid uğurlu 
araşdırmaların müəllifi H.Ayan onun türkcə divanının elmi-tən-
qidi mətnini hazırlamışdı. Buraya şairin ana dilimizdə olan şeirlə-
rinin əsas qismi daxil edilmişdir. 
 Lakin Türkiyə nəşrlərində bəzi natamam və kəsirli cəhətlərlə 
yanaşı bir qüsuru da nəzərə çatdırmaq lazım gəlir. O da Azərb-
aycan sənətkarının dilinin xeyli dərəcədə Türkiyə türkcəsinə 
uyğunlaşdırılması, yəni bəzi söz və ifadələrin öz əslindən bir qə-
dər uzaqlaşdırılıb osmanlı ləhcəsinə uyar bir şəklə salınmasıdır.  
 Azərbaycanda Nəsiminin əsərləri toplu halında ilk dəfə 1926-
cı ildə nəşr edilmişdir. Həmin il mətnşünas alim S.Mümtazın tər-
tibatı ilə şairin Azərbaycan türkcəsində “Divan”ı Bakıda işıq üzü 
görmüşdür. Doğrudur, bu nəşr müəyyən nöqsanlara malikdir. 
Bununla belə, etiraf etmək lazımdır ki, bu, Nəsimi  əsərlərinin o 
zamana qədərki ən mötəbər nəşri sayıla bilər. 60-cı illərdə (1962) 
M.Quluzadə  sənətkarın azərbaycanca  şeirlərinin bir qismini 
ayrıca kitab şəklində çap etdirir.  
 Nəsimi  əsərlərinin nəşri istiqamətində daha uğurlu işlər isə 
şairin anadan olmasının 600 illik yubileyinə hazırlıq  ərəfəsində, 
yəni XX əsrin 70-ci illərinin əvvəllərində görülmüşdür. Bu illərdə 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə