Vaxt gələr, axtarıb
gəzərlər məni
21
bu mövzu içdən gəlməsəydi, qəzəlin poetik ruhuna belə üzvi
çəkildə hopa bilməzdi.
İnsanlar çox vaxt ömürə zamanla, yaşanmış illərin sayı ilə
qiymət verirlər. Ancaq əslində, ömürlər fərqli zaman kəmiyyə-
tində yaşandığı kimi, fərqli keyfiyyət ölçülərində də yaşanır.
Bütün ömürləri illərinin sayından asılı olmayaraq bütöv və ya-
rımçıq olaraq iki yerə bölmək olar. Bəzən insanlar uzun bir
ömür yaşayırlar, lakin bu ömür bütün hallatda yarımçıq olur.
Bəzən də insanlar qısamüddətli ömür yaşayırlar,
ancaq bu ömür
bütöv ömür olur. Əminliklə demək olar ki, Xeybər İgidəliyev
bütöv, tamamlanmış, bitkin bir ömür yaşadı. Bunun sübutu
onun poeziyasıdır. Şairin şeirlərində dünyaya aqilanə, müdri-
kanə münasibət var. Dünyanı bir bütöv kimi dərk etməyən, hə-
yatı bütöv ömür kimi yaşamayan şairin şeirlərində belə müd-
riklik, belə kamillik ola bilməz. Allahın ona verdiyi ömür payı
Xeybər İgidəliyevə dünyanın əzəli-əbədi hökmlərinə şahid ol-
mağa imkan verib. Bu cəhətdən onun dünya, həyat və zaman
haqqında fikirləri, əslində, həyat haqqında bədii fəlsəfədir:
Pozulmaz, dəyişməz gərdişi onun,
Çoxdur yaxşı-yaman vərdişi onun,
Sirrindən baş açmaz bir kişi onun,
Əzəldən belədir, belədir dünya...
Şairin “Dünya” adlandırdığı ustadnaməsindən verdiyimiz
bu bəndin sonuncu misrası ənənəvi səslənsə də, burada Xeybər
İgidəliyevin varlığa öz münasibəti ifadə olunub. O,
“Əzəldən
belədir, belədir dünya” deməklə, əslində varlığın ilahi həqi-
qətini qəbul etdiyini də ifadə etmişdir. Sovet dönəmində mənalı
bir ömür yaşamış şairin bu misrasının altında onun ənənəvi
azərbaycanlı obrazı, bu obrazın mənəvi-ilahi boyaları var. So-
vet yaradıcılıq metodologiyası yaradıcı şəxsiyyətdən həyatı
daim işıqlı, inqilabi romantikada, aydın konturlarla təsvir et-
məyi tələb edirdi. Lakin Xeybər İgidəliyev
XEYBƏR İGİDƏLİYEV
22
Xeybərəm, bilmədim dostdur, yağıdır,
Bu gün qurduğunu sabah dağıdır,
Verdiyi gah şərbət, gah da ağıdır,
Sevincdir, hiylədir, nalədir dünya.
deməklə varlığı olduğu kimi, daha doğrusu, ona göründüyü
kimi təsvir etmişdir. Düzdür, bu təsvirlərə Xeybər İgidəliyevə
qədər Azərbaycan el-aşıq poeziyasında çox rast gəlmək olur.
Bu cəhətdən şair sanki özündən əvvəl deyilmiş həyat həqiqət-
lərini təkrar edib. Ancaq burada təkrardan daha çox təsdiq var.
Dünyanın qanunları dəyişmir. Aləm var olandan Qiyamət gü-
nünə qədər Allahın qoyduğu qanunlar, varlıq aləminə verdiyi
nizam dəyişməyəcək. Xeybər İgidəliyev
bunu təsdiq etməklə öz
varlığını ilahi hökmə təslim edərək, mənəviyyatını, ruhunu
dünyanın dəyişməz harmoniyasına kökləyir.
Xeybər İgidəliyev sevdalı şair, vurğun şairdir. Onun və-
tən sevgisi hüdud, sərhəd, məkan-zaman maneəsi tanımır. O arı
olub çiçəklərə qonur, qartal olub zirvələrə qalxır:
Səfalıdır bahar çağı
Bizim dağlarda, dağlarda!
Kəkliklərin şən oylağı
Bizim dağlarda, dağlarda!
Çiçəklidir yamacları,
Bitir meyvə ağacları,
Ötür qəzəl turacları
Bizim dağlarda, dağlarda!
Şair könlüm dilə gəlir,
Bülbül uçub gülə gəlir,
Təbim coşub selə dönür
Bizim dağlarda, dağlarda!
Ətəyindən gül dərmişəm,
Bulağından su içmişəm,
Vaxt gələr, axtarıb gəzərlər məni
23
Xeybər deyər, çox gəzmişəm
Bizim dağlarda, dağlarda!
Bu şeir gəraylı janrında yazılıb, mahnı üstündə qoşulub.
Janrın normaları müəyyən poetik elementlərin ritmini tələb
edib. Lakin şeir bütün hallarda bir açıq kitab kimi Xeybər İgid-
əliyevin mənəviyyat dünyasını “oxumağa” imkan verir. “Vətən
şair üçün nədir” sualı şeirin bütün poetik ruhunu əhatə edir.
Məlum olur ki, Vətən Xeybər İgidəliyev üçün
– bahar çağlarında dağların səfası – saflığı, səmimiyyəti,
odu, hərarəti, şirinliyi;
– kəkliklərin insanı vəcdə gətirən, onun qəlbini, ruhunu
yerindən oynadan, iç dünyasındakı bütün ülviyyəti vəcdə
gətirən oynaşması;
– yamacların həyat nəşəsi verən al-əlvan çiçəkləri;
– cana ruh, ruha dad verən meyvə ağacları;
– ruhu şənləndirən turac nəğməsi;
– şairin könlüni dilə gətirən vəcd;
– bülbülü gülə gətirən eşq,
– təbi coşduran sevgi seli;
– ətəyindən gül dərdiyi;
– bulağından su içdiyi;
– sevgi havasına Məcnun kimi gəzdiyi Vətən dağlarıdır.
Belə bir sevgi, vurğunluq dolu həyat yolu keçən şairin
ömrü bütün hallarda bütöv ömürdür. O, varlığını Vətəndən,
onun insanlarından, dağlarından, bağlarından, suyundan, dəni-
zindən kənarda təsəvvür etmədi.
Elə buna görə də Xeybər
İgidəliyev ölümü başqalarından fərqli dərk etdi. Bu cəhətdən
şairin “Mən öləndə” şeirini biz burada cəsarətlə həm onun
yaradıcılığının poetik rəmzi, həm də ümumiyyətlə, Azərbaycan
poeziyasında mənalı ömrə qoyulmuş söz heykəli adlandırırıq:
Mən öləndə qəbrim olsun
Şahdağın ətəkləri.
XEYBƏR İGİDƏLİYEV
24
Üstümdən əsib keçsin
Qafqazın sərt küləkləri.
Qoy ətirli bənövşələr
Sinələrin dağlasınlar,
Saç yolaraq üzərimdə
Çiçəklər qan ağlasınlar.
Matəmimi saxlasın qoy
Boz dağın
boz təpələri,
Gecə-gündüz ağlasın qoy
Xəzərin göy ləpələri.
Seyfəddin Qəniyev.
filologiya üzrə elmlər doktoru,
Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin sədri