Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
67 
İlan – ilandır, nə fərqi 
Ağında, ya qarasında. 
Çalacaqdır, bəsləsən də 
Gözlərinin arasında. 
 
Fələk bizə qurur tələ, 
Üzümüzə gülə-gülə, 
Namərd dönük qalıb hələ 
Dostların da sırasında. 
 
Bir bölünməz ölkəm vardı, 
Başdan-başa toy-mağardı, 
İndi bir dərdə duçardı, 
Tapan yoxdur çarasın da. 
 
Dözüb dərdə alışırıq, 
Yaşamağa çalışırıq, 
Yaşamırıq, yarışırıq 
“Olum-ölüm” arasında. 
1992 
 
MÜBARƏK DEYİN 
 
Ay atalar, ay analar -  
Mübarək deyin bu toya. 
Qaynatalar, qaynanalar -  
Mübarək deyin bu toya. 
 
Üzük qaşıyla sayılar, 
Ay əmilər, ay dayılar, 
Keçərmi heç sizsiz toylar? -  
Mübarək deyin bu toya. 
Gəlib neçə əziz dostlar, 
Hardasa boş qalıb postlar, 
Səslənsin ən gözəl tostlar -  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
68
Mübarək deyin bu toya. 
 
Arzu edək bu balalar 
Həmişə xoşbəxt olalar, 
Ay bibilər, ay xalalar -  
Mübarək deyin bu toya. 
 
Gəlib Şəmkir, Gəncə, Salyan, 
Lerik, Masallı, Lənkəran
Gəlib bütün Azərbaycan -  
Mübarək deyin bu toya. 
 
Qəlbimizdə bir istək var, 
Qurtarsın bütün davalar, 
Toy başlasın el-obalar -  
Ay nənələr, ay babalar, 
Mübarək deyin bu toya. 
Qoy eşitsin Pərvərdigar -  
Mübarək deyin bu toya.                
1997 
 
 
DÜNYA, NİYƏ DAĞILMIRSAN? 
 
Ahımızdan, naləmizdən 
Dünya, niyə dağılmırsan? 
Kirli-korlu yaranmısan -  
Dünya, niyə dağılmırsan? 
 
Dərd çoxalıb həddindən, 
Aşıb Qarabağ səddindən, 
Namərdlər çoxdu mərdindən -  
Dünya, niyə dağılmırsan? 
Zalımlara lazım dünya, 
Məzlumlara zalım dünya, 
 
Nə deyim, nə yazım, dünya -  


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
69 
Dünya, niyə dağılmırsan? 
 
Hey azalır yaxşıların, 
Yaxşı dostun, yaxşı yarın, 
Düzmüş, yoxdur etibarın -  
Dünya, niyə dağılmırsan? 
 
Kimlər səni talan etdi, 
Haqq sözünü yalan etdi, 
Səni filan-filan etdi -  
Dünya, niyə dağılmırsan? 
 
Gah bəslərsən gözün üstə, 
Gah bir kəlmə sözün üstə, 
Yandırarsan közün üstə -  
Dünya, niyə dağılmırsan? 
 
Ömür sürdük səndə beş gün, 
Görəmmədik bircə xoş gün, 
Övladların qaçqın, köçkün -  
Dünya, niyə dağılmırsan? 
1991 
 
     
HƏCDƏN GƏLƏN BƏXTƏVƏRLƏR 
 
Mübarəkdir səfəriniz, 
Həcdən gələn bəxtəvərlər. 
İslamın mərd övladları -  
Həcdən gələn bəxtəvərlər. 
 
İllərlə o taya sarı 
Çox baxdıq, yol açdı Tanrı, 
Harayladı zəvvarları -  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
70
İslamın mərd övladları. 
 
Məkkəyə mehman oldunuz, 
Huriyi-qılman oldunuz, 
Əsl müsəlman oldunuz -  
Həcdən gələn bəxtəvərlər. 
 
Qəlbi qürurlu kişilər, 
Yolu uğurlu kişilər, 
Çöhrəsi nurlu kişilər -  
Həcdən gələn bəxtəvərlər. 
 
Müqəddəsdir bu ziyarət, 
Hər müslümə olsun qismət, 
Qazandınız sağkən rəhmət -  
Həcdən gələn bəxtəvərlər. 
 
Niyyət edin, ay hacılar, 
Qurtarsın bu ehtiyaclar
Gülsün aclar-yalavaclar -  
Həcdən gələn bəxtəvərlər. 
 
Deyin ki, ey Pərvərdigar, 
Bu millətdə nə günah var 
Sona yetmir bu qırğınlar -  
Həcdən gələn bəxtəvərlər. 
 
Millət üçün niyyət edin, 
Vəhdət üçün niyyət edin, 
Zalımlara nifrət edin -  
Həcdən gələn bəxtəvərlər. 
Eşitdilər sizi bəlkə, 
Bizi salıb kim bu kökə 
Qənim olsun ona Məkkə -  


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
71 
Həcdən gələn bəxtəvərlər. 
 
Uca olsun hörmətiniz
Qəbul olsun zəhmətiniz, 
Muradınız, niyyətiniz... 
Həcdən gələn bəxtəvərlər. 
1992 
 
 
SEVİNİN QIZ DOĞULANDA 
 
Ay atalar, ay analar, 
Sevinin qız doğulanda. 
Siz Allah, çox deyinməyin, 
Sevinin qız doğulanda. 
 
Qız – Allahın şirin payı, 
Özüylə doğular payı, 
Qorxutmasın sizi sayı - 
Sevinin qız doğulanda. 
 
Əlinizdə tutub çıraq 
Gəzin evi otaq-otaq, 
Taleyi nurlu olacaq -  
Sevinin qız doğulanda. 
 
On yaşında sanki çiçək, 
On beşində bir şux mələk, 
Hərəsi bir evə bəzək -  
Sevinin qız doğulanda. 
 
Bəyaz donu dizdən olsun
Kəc baxanlar gözdən olsun, 
Elçi gəlmək bizdən olsun -  
XEYBƏR  İGİDƏLİYEV 
 
 
72
Sevinin qız doğulanda. 
 
Kimin qızı ilki olub, 
Var-dövləti, mülkü olub, 
Qız yükü gül yükü olub -  
Sevinin qız doğulanda. 
 
El içində məsəl də var, 
Qız qaldıqca qızıl olar, 
Eldən elə körpü olar -  
Sevinin qız doğulanda. 
 
Qızlar uçar, sona olar, 
Əl-ayağı xına olar, 
Qızlar bir gün ana olar -  
Sevinin qız doğulanda. 
 
Qızlar Həcər, qızlar Nigar, 
Qızlar Zeynəb tək nəğməkar, 
Bu qızlardan harada var? -  
Sevinin qız doğulanda. 
 
Ay oğullar, vəfasızlar, 
Çox istəyir bizi qızlar, 
Ay övlada tamarzılar -  
Sevinin qız doğulanda. 
1994 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
73 
ÖMRÜN ALTMIŞINDA 
 
Ömrün əsl şirinliyi, 
Başlanır altmışında. 
İnsan qocalmır, ancaq 
Yaşlanır altmışında. 
 
Uymaz şöhrətə, kefə, 
Ölçər-biçər yüz dəfə
Hər sözü düz hədəfə 
Tuşlanar altmışında. 
 
Çox əmilər, dayılar, 
Bu yaşında sayılar, 
Gec də olsa ayılar, 
Huşlanar altmışında. 
 
Dost deyər ancaq mərdə, 
Sınar özünü bir də, 
Ürəklənər, sevər də, 
Xoşlanar altmışında. 
1997 
  
QALMADI 
(Qaçqın dostum Ş.Qurbanzadəyə) 
 
Gör nə etdi fələk mənə, 
Daşım üstə daş qalmadı. 
Oynadım hər havasına, 
Zalım yenə xoş qalmadı. 
 
Talan oldu elim, varım, 
Ağlar qaldı analarım, 
Perik düşdü sonalarım, 
Bircə yaşılbaş qalmadı. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
74
Hanı Şuşa, hanı Laçın? 
Kimlər dedi qoyub qaçın, 
Qapıları yada açın? -  
Sirlər oldu faş, qalmadı. 
 
Düşmənimin tarısı yox, 
Ellərim var, yarısı yox, 
Güllərim var, arısı yox - 
Hansı yuvam boş qalmadı. 
 
Gəz o eli qarış-qarış, 
Get, ay qonaq, haqqı danış, 
Biz bir yana qovulmamış 
Qarabağda quş qalmadı. 
 
Ey deyən, kişi ağlamaz, 
Başın görsün belə qapaz
Dözüm də bu qədər olmaz -  
Məndə nə can, baş qalmadı. 
 
Bir gün bir xoş müjdə bizim 
Güldürəydi qəlbimizi, 
Yurdumuzda düşmən izi 
Deyəydilər, kaş qalmadı. 
1994 
 
 
AY USTAD 
(Məhəmməd Füzulinin heykəli önündə) 
 
Qalmışdıq illərlə biz 
Həsrət sənə, ay ustad! 
Danış görək nə verdi 
Qürbət sənə, ay ustad! 
Uzun çəkdi bu gəliş, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə