65
aqrobiznesin təşkilinin aktual formasına çevirir. Françayzinqin mərhələlər üzrə
müqaviləsində françayzer (satıcı) françayziyə (alıcılara) hüquq verir və bununla
birlikdə öz konsepsiyasına uyğun olaraq biznes fəaliyyətinin həyata keçirilməsi
üzrə öhdəliyi həvale edir. Bu isə məhsulun keyfiyyətinə nəzarətlə bağlı xərcləri
minimuma endirir, aqrar sənaye məhsulunun satışında məşhur ticarət marka-
sından, firma nişanından, yaxud stilindən istifadəyə imkan verir. Bundan əlavə
françayzer aqrar formalaşmasına xammal, avadanlıq, malgöndərənlər, təchizat
sistemi və işin aparılması texnologiyası üzrə dəqiq təlimat şəklində metodiki
materiallar komplekti verir, tədris kursu təşkil edir və kreditləri, yaxud maliyyə
lizinqini alarkən zamin ola bilər. Eyni zamanda françayzer şirkətin özündən, yaxud
müəyyən mal göndərənlərdən güzəştli qiymətlə spesifik dövriyyə aktivlərinin əldə
edilməsi imkanı yaradır. Belə imkanlar təchizat sistemini etibarlı və faydalı edir.
Dünya təcrübəsi göstərir ki, kiçik biznes müəssisələri innovasiya potensia-
lına malikdir. Lakin bu potensial o halda reallaşa bilər ki, kiçik müəssisələrin
vençur kapitalından istifadə imkanı olsun. Kiçik biznes üçün əlverişli biznes
mühitinin formalaşması probleminin həlli üsullarından biri vençur fondu tərəfindən
ilkin kapitalın təqdim edilməsidir, çünki kiçik müəssisələr yalnız yetkinlik
mərhələsində müsbət kredit tarixinə malik olur və bank üçün etibarlı müştəriyə
çevrilə bilər.
Sığorta kənd təsərrüfatı istehsalçılarının iqtisadi vəziyyətinin stabilliyini
təmin edən maliyyə-kredit infrastrukturunun mühüm elementlərindən biridir.
Sığorta şirkətləri təsərrüfatlardan sığorta ödənişi şəklində aldığı vəsait və onların
investisiyalaşdırılmasından əldə edilən gəlir hesabına məhsuldarlığın olmaması,
mal-qaranın və quşların ölməsi və digər əmlak itkiləri zamanı dəyən zərəri ödəmək
üçün sığorta ödənişi həyata keçirirlər.
Kənd təsərrüfatı istehsalı həmişə risklərin geniş spektirinin təsirinə məruz
qalır. stehsal prosesində müəssisənin kapitalını təşkil edən əsas və dövriyyə
vəsaitlərinin müəyyən məcmusu iştirak edir. Kənd təsərrüfatı üçün əsas kapitalın
fəaliyyətinin uzunmüddətliliyi və yüksək dəyəri səciyyəvidir, ona görə də onun
itkisi müəssisənin fəaliyyətinə mənfi təsir göstərə və onun maliyyə vəziyyətini
66
pisləşdirə bilər. Kənd təsərrüfatı işlərinin aparılması spesifikasına uyğun olaraq
texniki vasitələrə, aqreqatlara, mexanizmlərə istismar yükününün artırılması baş
verir və nəticədə gözlənilmədən onların sıradan çıxması və məhv olması təhlükəsi
yaranır. Belə şəraitdə maliyyə resurslarının səfərbərliyə alınmasında yaranan
çətinliklər korlanmış avadanlıqların təzələnməsi prosesinə maneçilik törədir. Belə
hallarda əmlak sığortası lazımi maliyyə dəstəyi göstərə bilər. Kənd təsərrüfatı
sığortası aqrar sektoru kreditorlar üçün daha cəlbedici edir, çünki müvafiq maliyyə
risklərini azaldır. Bu baxımdan xüsusi sistem yaratmadan kənd təsərrüfatı
sığortasının bütövlükdə sığorta sisteminə inteqrasiyasını təmin edən tədbirlərin
həyata keçirilməsi vacibdir.
Aqrar sənaye istehsalının inkişafında sığortanın rolunu fəallaşdırmaq üçün
zəruridir: birincisi, istənilən sığorta sxemini öhdəliklə möhkəm əlaqələndirmək və
təbii fəlakət zamanı sığortalanmış və sığortalanmamış şəxslərə kömək
göstərməmək. Əgər potensial alıcı belə köməyə ümid edəcəksə, onda bu sığorta
bazarının inkişafına maneçilik törədəcəkdir. kincisi, yeni ixtisaslaşmış struktur
yaratmaqdan qaçmaq, hansıki nəticədə kənd təsərrüfatı bitkilərinin yığılmasının
sığortalanması üzrə şirkət sığorta sahəsinin qalan hissəsindən ayrılmış olardı.
Bunun əvəzində subsidiyaların idarə olunması üzrə struktur yaratmaq lazımdır.
Gələcəkdə qeyri kommersiya təşkilatı olacaq bu struktur kənd təsərrüfatı
sığortasının ödənişləri hesabına maliyyələşdirmə aparmamalıdır. Üçüncüsü,
“mənəvi təhlükəni” minimumlaşdırmaqdan ötrü sığorta subsidiyasını yalnız o,
səmərəli prinsiplərə əsaslandığı vaxt təqdim etmək lazımdır. Dördüncüsü, kənd
ə
mtəə istehsalçılarına xidmətdə özünü müsbət göstərən sığorta şirkətlərinin filial
və nümayəndəliklərinin yaradılması üzrə işi dəstəkləmək vacibdir.
Autsorsinq mexanizminin tətbiqi yüksək keyfiyyətli, rəqabətə davamlı
məhsul istehsal edən kiçik müəssisələrin yaradılmasında və davamlı inkişafında
böyük rol oynayır. Autsorsinqin klassik tərifi – müəssisənin qeyri profil
funksiyalarının və onunla əlaqədar aktivlərinin pəşəkar podratçının, yaxud
autsorsinq şirkətinin idarə etməsinə verilməsidir [7].
67
Kiçik biznes müəssisələrinin autsorsinqə keçməsinin əsas səbəbləri
aşağıdakılardır:
1.
Heyətin sayının azaldılmasına cəhd edilməsi. Müəssisə üçün qeyri-profil
biznes-proseslərdə çalışanlar işçilərin ümumi sayının 30-40 faizini təşkil edə bilər.
Autsorsinqə heyətin bu hissəsi podratçının ştatına köçürülür. Autsorsinq şirkəti
müəssisənin işçilərini qəbul edərək yaxşı iş şəraiti yaratmalı, cəmiyyət və
ə
məkdaşlar qarşısında aktiv mövqe tutmalıdır.
2.
Qeyri-profil funksiyalarının autsorsinqə verilməsi. Bu hər şeydən əvvəl,
keyfiyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutur. Şəxsi
resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi əlavə xərc və idarəetmə
resursu tələb edir.
Qeyri-əsas fəaliyyət sferasını idarəetməyə qəbul edərək autsorsinq şirkəti
müəssisəyə yeniliklər və qabaqcıl texnologiyalar gətirir ki, bu da xidmətin
qiymətini artırır. Autsorser avadanlığa kifayət qədər investisiya qoymağa hazırdır,
miqyasın səmərəsi sayəsində isə o, əmtəə krediti almaq imkanı qazanır ki, bu da
birdəfəlik xərclərin miqdarını minimuma endirir. Autsorsinq şirkəti idarəetmə
xərclərinin azaldılmasına səbəb olur.
Aydındır ki, kənd təsərrüfatı öz xüsusi resursları hesabına geniştəkrar
istehsal prosesini həyata keçirmək imkanına malik deyil. nkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, bunun üçün bütün cəmiyyətin köməyi və dəstəyi tələb olunur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları
çərçivəsində kənd təsərrüfatının, kənd infarstrukturunun və kiçik aqrobiznesin
inkişaf etdirilməsi üzrə müəyyən tədbirlər həyata keçirilmişdir. Bu sahədə kənd
ə
halisinin özünütəşkil tədbirləri aktiv rol oynaya bilər, hansıki elementlərindən biri
kooperasiya hesab edilir. Kooperativ hərəkatını və onun bütün formalarını
kompleks inkişaf etdirmək lazımdır, çünki bu iqtisadi təzahür üçün səciyyəvidir.
Buna əsasən aid edilir: tələbetmə; adamların psixoloji hazırlığı; təşəbbüskar və
peşəkar hazırlıqlı mütəxəssislərin, həmçinin maddi və maliyyə resurslarının
mövcudluğu; komplekslilik və əsaslandırılmış mərhələlilik; ilk dövrdə dövlətin
hərtərəfli siyasi, maddi və maliyyə dəstəyi.
Dostları ilə paylaş: |