203
edəcəkdi?.
Düşüncə - yaddaşdır, yaddaş - düşüncənindir!
Düşüncələr bitərsə əgər, Kainat aləmi dayanar, sönər!
Kainat düşünür, düşündürür, təkmilləşdirir, qədərlər bölüb,
qədərlər ayırır, vaxtsız-zamansız hərəkət edir, yaradır, ayırır və s.
Kainatın yer vaxtının milyarda bir saniyəsi qədərində dayanmağa,
ləngiməyə imkanı yoxdur.
Yaradıcının vaxta-zamana bu baxımdan imkanı yoxdur!
Xeyirxahlıq
Xeyirhaxlıq ayrıdır, bağışlamaq ayrıdır. Xeyirhaxlığı
düşünməyən, düşünə bilməyən - "xeyirə"- biganədir!
Xeyir deyilən - tək özümüzə, demək deyil - bütün varlıqları, gözəllik
əhatəsində görməkdir!
Hər düşüncə - xeyir deyilmi?
Hər xeyir düşüncəsi - Xeyirlə deyilmi?
İnsan “öz xeyrini güdməyəndə” - onda bilər ki, xeyir nədir!
Filantropiya
"Filantropiya"- insan sevərlik, insanlara köməklik.
İnsanlar – insanlardan “insanlıqdan” bəhs edəndə, Kainatlar sevinər!
204
Avesta
Avestada: - "Xeyrə düşün, Xeyrə çalış, Xeyrə danış".
Həqiqət
Həqiqət haradan başlayır, harada qurtarır?
Həqiqət - heç vaxt, bitmir, tükənmir, qurtarmır, yox olmur!
Həqiqət Kainat qanununun, ilki olduğundan, Kainatın özü ilə, Özünün
- həqiqətindədir!
Həqiqət deyib də, çağırdıqca, Kainatı çağırmırıqmı?
Dirilmə
İnsan bilməsin ki, bu aləmə ölməyə gəlib. İnsan bilsin ki, bu aləmdən
bir də, dirilməyə gəlib. Çünki, hər iki aləmdə, ölüm yox, dirilmək olur.
Qanad
Çox düşündürücüdür, qanad qürrələnir yoxsa quş? Yəqin ki,
qanad qürrələnir. Qanad uçmur, uçurdur.
Yaddaş
İnsan öz ilkini, öz əvvəlini, öz kökünü, öz adını, öz yaddaşını, öz
böyüklüyünü unutmasın gərək.
İlkini, yaddaşını dəyişməyən o kollar, o ağaclar, o rənglər, o
rayihələr müqayisələr etmək üçün, bilmək üçün, yaddaşa - bir
misallarladır bizə.
205
Hər bitki, hər ağac, hər kol öz rayihəsini, öz dadını, öz rəngi ilə,
öz meyvəsini gətirər. Onların öz yaddaşıdır, öz yaddaşında gələr, öz
yaddaşındakıları gətirib, onları bölüşüb, deyər. Qışda, soyuqlarda
çəkilər, yazda yaddaşı ilə, yaddaşında olanları bir də deyər.
Yaddaşları dəyişməz, öz yaddaşları ilə deyər.Onların daşıdığı
yaddaş qışın şaxtalı günlərindən qoruyar, yazın isti günlərinə çatdırar.
Enerji nədir?
İsıq əmsalının, istilik əmsalına çevrilməsidir. İstilik temperatur
hədlərinə görə dəyişən, İşıq dəyişməyəndir (nə tezliyi, nə sür'əti).
Temperatur, material aləmə aid (dəydiyimiz, toxunduğumuz, hiss
etdiyimiz, ölçmələr apardığımız, müqayisələr etdiyimiz) Mütləq olan
İşıq Sahibi Yaradıcı (obsolyut) İlahi Aləmlədir ki, O, dəyişmir!
Dəyişmədiyindən də (təməl), itmir, İtirmir! İşıq Ata,
törəmələri, Zərrələrdir.
İstək
Nə istədik "O"-ndan istədik. Bəxş edən "O"- idi, "O"-ndan
istədik. Biz müvəqqəti, "O"- Əbədi! Ondan istədik!
Dünyanın sahibi
Nə böyük xöşbəxtlik! Allahın dünyası var, dünyanın
Allahı var, bütün bəşəriyyət “O”-nun, Dünyası içərisində var.
İşıq və Zərrə toplum hərəkəti
H. Teslanın "dəyişən cərəyan" - kəşfi bəşəriyyəti İşıq aləminə
bağlaya bildi!
Elektrik cərəyanı 50 hers tezliyinə çatdırıldı!
O 50 hers tezliyi, elektrik İşığının kvant-kvant (yə'ni hissə-hissə
işıq axımının, selinin diskret kəmiyyətdə olduğunun, daha dəqiq desək,
206
yanıb-sönür halını o 50 hers tezliyinə uyğun, bir "işıq axımı"- kimi
müşahidə edirik) halını nizamlamağa xidmət edir!
Yə'ni elektrik işıq halını bir hədli kimi müşahidə edə bilirik.
Amma Kainat sistemində də, İşıq selinin bərabər “Nizamlama” - həddi
mövcuddur!
Necə ki, Kainat daxilində bütün küllü-kütlələr (planetlər),
həmahəng sür'ət tezliyinə, Nizamına tabedir!
Yə'ni Kainatda bütün planetlər 16-vahid sür'ət, Nizamı
çərçivəsində (o həddindən artıq, çox böyük sür'ətdir) sür'əti
nizamındadırlar!
O sür'ət tezliyinə mütənasib, biz canlıların görmə tezliyi də,
16-vahid tezlik sür'ətinə mütənasibdir, predmetləri görərkən, onların
hərəkət halını o 16- ya müvazi müşahidə edə bilirik!
Kainatda başqa hərəkət sür'əti mövcuddurmu?
Planetlər arası hərəkət sür'əti 16-vahidə nizamlandığı halda, İşıq və
İşıqdan Zərrələrin hərəkət sür'əti 64-vahid nizamına uyğundur!
Planetlərin hərəkətlərini rahat müşahidə etməyimizə səbəb, gözümüzün
görmə tezliyinə münasib olaraq (16), bir yerdə görürük!
Amma Kainatda hərəkətdə olan Komet və Asteroidlərin
hərəkət sür'əti 64-vahid sür'ətə mütənasib olduğundan onları İşıq
"quyruğu" ilə müşayət olunur!
O hərəkət sür'ətinə mütənasib, Kainatda sərbəst Zərrələrin
toplumunu (o sür'ətə mütənasib) bir toplumda müşayət edə bilirik!
O asteroidlər, kometlər yerə gəlib düşdükdə, toxunduqda
(Tunquz, Çelyabinsk meteoriti) o sahədə böyük İşıq-Zərrə toplumu,
birliyi diametral çox güclü İşıq saçır!
Əgər Kainatlar arası planetlər sür'əti 16-vahid hərəkətində
olmayıb, 64-vahid hərəkətinə müvafiq olsa idi, o hərəkət sür'ətinə
mütənasib bütün planetləri çox parlaq İşıq əhatəsində görmüş olardıq!
Düşüncələrimizin də, sür`əti, indikindən çox-çox fərqli
olmuş olardı!
Kainat Nuru Mövcuddur, amma gözümüzün görmə sür'ətinə
mütənasib O Nur Qədərini olduğu kimi görə bilmirik!
Bu isə o demək deyil ki, O Nur, O İşıq mövcud deyil! "O"-nun, Nuru
Görünməzdir!
Dostları ilə paylaş: |