Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   49   50   51   52   53   54   55   56   57

194 
 
hava, söndürən su!  
           Su varsa - hava var! Su ilə, hava varsa, temperatur var! 
Alov varsa, külək, hava orada çoxalır, yüksək temperatur həddinə görə, 
nəm miqdarı kəskin artır, ona mütənasib hava, külək güclənir! 
          Ümumi kütlə üçün, faydalı qazıntıların, Suyun tükənməməsi Yer 
kürəsinin Nüvəsinin, işıq yayma tezliyinə uyğun olaraq nizamlanır. 
Təkdir 
Təkə  təkdir,  Təkimiz!  
Təklə,  Təkdir - təkimiz,  "O," - Təklə, rahat olur öz "təkimiz". 
Kainatın  özündədir, Təkimiz! 
 
Müxtəlif… 
          -Bu yer aləminə gələli, danışa-danışa bilirik, bu yer Aləmini, 
deyə-deyə gedirik! 
          -Qədim tarixi yazılarda, mətnlərdə  Zeytun,  Əncir,  Nar  qeyd  
olunduqda  bu, adlıqlar Azərbaycan  Ərazisinə  "işarə"-  kimi, qəbul  
edilirdi. 
          -Vaxtsız - Kainat,  Zamansızliq - Əbədiyyət! 
Vaxta - Zamana, sığmaz  O! 
          -Musiqi - coğrafi ərazisi, milliyəti, dili, sərhədləri olmayan - Yer 
üzünün səsi. Yer üzünə səslənəndir. 
Bəşəriyyəti çağırandır! 
           -Ömür kitabımı gizlədə bilmərəm! 
Ömür "kitabımı" - Kainat Oxuyandır, O Biləndir! 
            -Bütün varlıqlar düşünür. Düşüncənin özü - onları düşündürür. 
Düşünməsə - deməyəcək! Deməsə - düşünməyəcək, düşündürməyəcək. 


195 
 
Düşüncələr olmasa idi, oxuduğu kitabları, dərsləri necə şərh edəcəkdi?. 
Düşüncə - yaddaşdır, yaddaş - düşüncənindir! 
             -Bax ki, Kainat nə isti nə soyuqdur, amma ilıqdır! 
             -Kiməsə hər iki dünya bir nağıl, kimisə hər iki dünya bir 
həqiqətdir. 
              -Axtara-axtara tapırıq, tapa-tapa axtarırıq, itirə-itirə təəssüf 
edirik. Amma yenə də, ümiddən dönmürük. 
               -İnsan - Nəyə gəldiyini bilmədi, Niyə qayıdacağını - 
düşünmədi. 
Düzgünlük 
             "Düzgünlüyün" deyilməsi - nə tələbdir, nə tövsiyyədir, nə də ki, 
məsləhət verməkdir. 
Amma düzgünlüyün özü – heç  pis də, deyil. 
Amma insan necə də, rahat olur... 
              Əgər ki, Yer kürəsi və həyat ( üzərində canlılar) bizə 
mə'lumdursa, Günəş də, bizə mə'lumsa, onda Yer kürəsinin  vaxta-
zamana sığmayan bu güclə, hərəkət etməyinə səbəbin nə olduğunu 
bilmək istəmiriksə, onda nələri bilmək istəyirik?  
             Əgər ki, Yer kürəsində - faydalı qazıntıların, suyun, torpağın, 
qumun və s. nə  səbəbdən  tükənə bilmədiyinin səbəblərini bilmək 
istəmiriksə, onda  daha  nələri bilmək istəyirik? 
Yer üzündə belə "boşluqları" -doldurmağa nə qədər suallar mövcuddur, 
amma onlar hələ də, cavabsız suallar silsiləsinə sığışıblar. 
"Həp həzrəti mə'də üçün"- yaşamaq olmur. 
 
 


196 
 
İnsan və Kainat 
       Qəribədir  insan, rahatçılığı, sevinci, uğuru olanda - özündən bilir. 
İşi  əyiləndə, əziyyətlərlə üzləşəndə  Kainatdan  bilir! 
 
Nə istəyirik? 
                 Nə istəyirik bu aləmdən?  
Bu aləmin, düşünüb, düşündürməkdən başqa nəyi var ki, nə istəyək bu 
aləmdən! 
               Bu aləm, düşünüb - düşündürməyi, pıçıldayır, deyir! Bilib, 
bilməyi deyir! 
Fərqi yoxdur, düşünsən və ya düşünməsən, Bu aləm düşündürəcəkdir, 
dedirdəcəkdir! Qayıdılacaq  O, aləmi deyəcəkdir! 
 
Pıçıltı 
Bütün varlıqlar, Kainat pıçıldayır, deyir! 
Nə pıçıldayır, nə deyir?  
Onların hamısı, İlk - Olanı,  deyir! 
Gözümüz  olsun - görə bilək, qulağımız olsun - eşidə bilək! 
Kainat  və  bizi  əhatə  edən  aləm  o  qədər  sadə  bir  mexanizmlə  
işləkdir  ki... 
Onları araşdırıb, bilmək istəmədikcə elə mürəkkəbləşdirmişik ki... 
 
Ölüm 
         Gəldiyimiz  Aləmə bir də qayıtmağa, deyilən O, "Ölüm," - bir 
vasitədir. 
        Ölüm yoxdur "ölüm" - Adı,  qayıdışa  bir  üslubdur! 


197 
 
         Burada, yer aləmində, doğuluruq - Oraya isə, O aləmə isə "yola" - 
salırıq, onunla, vidalaşırıq!  
Bir də orada "O aləmdə" - görüşmək üçün!  
            Bəşər  heç  düşünmədi, "vidalaşdığımız" - insanla o aləmdə 
görüşmüş olsaq biri-birimizi necə, tanıyacağıqmı? 
            Məsələ  bundadır  ki, (şərti olaraq Vahid) bu həyatla vidalaşdı, 
"məni"  son dəfə  necə görmüşüksə  o simada qalırıq, dəyişilmirik. 
            Amma dirilər yer aləmində illəri  ərzində dəyişilirlər.  
Mümkündür ki, o bizi (məndən əvvəl  bu  dünya  ilə vidalaşmış) 
"tanımamış" - olsun.  
            Amma  biz  onu  görcək  tanıyacağıq, çünki Ölənlər o aləmdə 
dəyişilmirlər. Baxmayaraq yer aləmində, yaşadıqca özümüz, simamız, 
yaşımıza uyğun, xeyli dəyişikliklərə uğramışıq! 
Qəribədir... 
Kainata xitab 
                 İlk Yer İnsanından qaldı belə, Kainata xitab edərkən, istər - 
istəməz, dirsəklər bükülür - əllər, ovuclar Kainata açılıb açıq qalır. 
Nədir səbəb, niyə bu görkəm alınır?  
Fərq etmir, inanan və ya inanmayan, ateist ya qeyri ateist.  
Amma insan mütləq olaraq, belə bir görkəm (diqqətli olsaq müşahidə 
edilən haldır) alır. 
                  Məsələ bundadır ki, insan yer üzünə gələli, özü ilə Kainat 
modeli yaddaşını gətirir. 
Ümumu halda əl, barmaqlar, ovuc içərisi və onunla bərabər ayaq, ayaq 
barmaqları da, müvazinət, isti, soyuğu da  hiss etməklə çox güçlü 
yaddaş daşıyıcısıdır.  
                  İnsan əllərini Kainata (çağırış zamanı) açmaqla sanki, 
çağırışlarının (dualar da ona aid ola bilər) nə dərəcədə "eşidildiyini" - 
ancaq əllərindəki "hisslə" - bilib, dərk etmək istəyir. Başını isə, önə 
əyib, dayanır. 
                 Nəticə olur, bu cağırışdan! 
Nəticədə  əllərində  hərarət  həddi  “artdıqda”- o hərarət həddinə görə, 
rahatçılıq tapıb, rahatlaşır. 
                Bu hal, çox müşahidə edilən hal olduğundan, Siz də müşahidə 
edə bilərsiniz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə