Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», 
Москва, 1979. 
 
903) Bilio-pankreatoduedonal zona üzvlərindən hansı xərçənglə daha çox 
zədələnir? 
 
A) öd kisəsi 
B) mədəaltı vəzi 
C) 12-barmaq bağırsaq 
D) qaraciyərdən kənar öd çıxarıcı yolları 
E) fater məməciyi 
 
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», 
Москва, 1979. 
 
904) Yoğun bağırsağın hansı xoş xassəli şişi yüksək tezliklə xərçəngə keçir? 
 
A) lipoma 
B) psevdapolipoz 
C) leomioma 
D) adenomatoz palipoz 
E) angioma 
 
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», 
Москва, 1979. 
 
905) Yoğun bağırsaq xərçənginin hematogen metastazlarının daha çox sevdiyi 
lokalizasiya 
 
A) dalaq 
B) ağciyərlər 
C) qaraciyər 
D) sümüklər 
E) böyrəküstü vəzilər 
 
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», 
Москва, 1979. 
 
906) Əgər düz bağırsağın xərçəngi anal dəlikdən 2 sm yuxarıdadırsa, hansı 
cərrahi əməliyyat məsləhətdir? 
 
A) hartman əməliyyatı 
B) düz bağırsağın qarın-anal rezeksiyası 
C) düz bağırsağın qarın-aralıq ekstripasiyası 
D) sfinkter saxlayıcı əməliyyat 
E) düz bağırsağın ön rezeksiyası 


 
 
 
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», 
Москва, 1979. 
 
907) Yoğun bağırsağın xərçəngin diaqnostikasında ən dəqiq müayinə üsulu? 
 
A) kolonoskopiya, biopsiya ilə 
B) KT 
C) MRT 
D) USM 
E) qarın boşluğunun rentgenoloji müayinəsi 
 
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии. «ГЕОТАР-
МЕД», Москва, 2004. 
 
908) Uşaqlıq boyunu xərçəngi üçün daha çox metastaz vermə xarakterikdir 
 
A) limfoqen 
B) hematoqen 
C) implantasion 
D) limfoinplantasion 
E) hematolimfogen 
 
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989 
 
909) Yumurtalıq xərçəngində əsas müalicə üsulları: 
 
A) konservativ müalicə 
B) kimya terapiya 
C) cərrahi+kimya terapiya 
D) cərrahi müalicə 
E) şüa müalicəsi 
 
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989 
 
910) Sidik kisəsinin xərçəngönü xəstəlikləri: 
 
A) sidik kisəsinin travması 
B) sidik kisəsinin daş xəstəliyi 
C) spesifik sistit 
D) qeyri-spesifik sistit 
E) sidik kisəsinin papillomatozu 
 
Ədəbiyyat: Б.П.Матвеев. Клиническая онкология. Москва, 2003 
 
911) Xaya xərçəngində əsas müalicə üsulu: 


 
 
 
A) fizioterapevtik 
B) cərrahiyə 
C) simptomatik 
D) cərrahi + kimyaterapiya 
E) şüa terapiyası 
 
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989 
 
912) Hepato-pankriatolduedenal zona şişlərinin diaqnostikasında hansı 
diaqnostik müayinə informativdir? 
 
A) rentgenoloji duedenoskopiya 
B) USM 
C) dəridən və qaraciyərdən keçməklə xolangioqrafiya 
D) retroqrad pankreotoxolancaqrifiya 
E) FQDS 
 
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при 
онкологических заболеваниях органов брюшной полости. «Медицина», 
Москва, 1986. 
 
913) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir? 
 
A) şişin perforasiyası 
B) bağırsaq keşməməzliyi 
C) şişdən qanaxma 
D) fistulanın əmələ gəlməsi 
E) kiçik çanağa metastazlar 
 
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при 
онкологических заболеваниях органов брюшной полости. «Медицина», 
Москва, 1986. 
 
914) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə 
qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. 
Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis 
ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, 
tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ 
gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra 
xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. 
Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır? 
 
A) fibrokolonoskopiya 
B) USM 
C) qarın boşluğunun rentgen müayinəsi 


 
 
D) rektoromonoskopiya 
E) qanın ümumi müayinəsi 
 
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при 
онкологических заболеваниях органов брюшной полости. «Медицина», 
Москва, 1986. 
 
915) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin 
xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı 
adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf 
toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. 
Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür. 
 
A) düz bağırsağın ön rezeksiyası 
B) Mikulic əməliyyatı 
C) hartman əməliyyatı 
D) düz bağırsağın qarın aralıq ekstirpasiyası 
E) qoşalüləli kolostoma qoyulması 
 
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987. 
 
916) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, 
öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ 
ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum 
olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası 
diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər? 
 
A) ağ ciyərin mərkəzi xərçəngi 
B) vərəm 
C) bronxoektaziya xəstəliyi 
D) ağ ciyərin periferik xərçəngi 
E) bronxun xərçəngi 
 
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987. 
 
917) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri: 
 
A) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək 
B) xəstənin vəziyyətinin yaxşılaşması 
C) şişin ölçülərinin kiçilməsi 
D) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması 
E) residivlərin profilaktikası 
 
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 
2004. 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə