Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

 
 
E) Klaforan 
 
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972. 
 
825) Sepsisin müalicəsində istifadə olunan antibiotiklərin orqanizmə yeridilmə 
yollarından daha çox məqsədəuyğun olanı  hansıdır? 
 
A) Endolimfatik 
B) Sümükdaxili və əzələdaxili 
C) Venadaxili və endolimfatik 
D) Peroral 
E) Əzələdaxili və venadaxili 
 
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002. 
 
826) Diafraqmaaltı abses zamanı  aşağıdakılardan hansı göstərişdir? 
 
A) Absesin punksiyası 
B) Müşahidə 
C) Laparoskopiya 
D) Konservativ müalicə 
E) Təcili əməliyyat-absesin açılması 
 
Ədəbiyyat: B.A.Ağayev.Cərrahi xəstəliklər.“Azərnəşr”, Bakı, 2000. 
 
827) Göstərilən antibiotiklərdən hansı hepatositlərin nekrozunu yarada  bilər? 
 
A) Tetrasiklin 
B) Eritromisin 
C) Seftriakson 
D) Levomisetin 
E) Penisillin 
 
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002. 
 
828) Yara prosesinin ilkin fazasında maddələrin təsir xüsusiyyətinin  pozulması 
ilə müşayiət olunan damarların genişlənməsi hansı maddələrin ifrazı  ilə 
bağlıdır? 
 
A) Turş fosfatasa 
B) Laktatdehidroqenaza 
C) Qələvi fosfatasa 
D) Turş RNTaza 
E) Histamin 
 


 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва,1990. 
 
829) Yara prosesinin ilkin fazasında maddələrin təsir xüsusiyyətinin  pozulması 
ilə müşayiət olunan damarların genişlənməsi hansı maddələrin ifrazıı ilə 
bağlıdır? 
 
A) Serotonin 
B) Turş fosfatasa 
C) Turş RNTaza 
D) Qələvi fosfatasa 
E) Laktatdehidroqenaza 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва,1990. 
 
830) Yara prosesinin ilkin fazasında irinli yaranın müalicəsi üçün hansı 
preparatlar istifadə olunur? 
1. Yağ əsaslı məlhəmlər 
2. Proteolitik fermentlər, dehidratasiya təsirli preparatlar, sorbentlər 
3. Alhipor, ekterisid, metilurasil 
4. Antiseptiklər, suda həll olunan əsaslı çoxkomponentli məlhəmlər 
5. Şostakovski balzamı (vinilin) 
 
A) 3, 5 
B) 2, 4 
C) 1, 4 
D) 2, 5 
E) 1, 3 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва,1990. 
 
831) Yara prosesinin ikinci fazasında irinli yaranın müalicəsi üçün hansı 
preparatlardan istifadə olunur? 
 
A) Sorbentlər 
B) Antiseptiklər 
C) Suda həll olunan və yağ əsaslı çox komponentli məlhəmlər 
D) Nekrolitikli 
E) Dehidratasiya təsirli preparatlar 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва,1990. 
 
832) Yaranın ilkin mikrob çirklənməsinin səbəbi nədir? 


 
 
 
A) Yaraya düşən ikincili yad cisimlər və toz 
B) Sarğının bacarıqsız qoyulması 
C) Sarğının gec qoyulması 
D) Qeyri-steril sarğının qoyulması 
E) Gecikdirilmiş cərrahiyə əməliyyatı 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва, 1990. 
 
833) Yara infeksiyasının daha effektiv profilaktikasına hansı yolla nail olunur? 
 
A) Aseptik sarğının qoyulması 
B) Yaraya proteolitik fermentlərin yeridilməsi 
C) Antibiotiklərin venadaxili yeridilməsi 
D) Yaranın ilkin cərrahi işlənməsi 
E) Yaranın antibiotiklərlə işlənməsi 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва, 1990. 
 
834) Yara infeksiyasının profilaktikası üçün yaranın drenajlama metodlarından 
ən effektlisi  hansıdır? 
 
A) Radon drenajı 
B) Tənzif turundanın daxil edilməsi (yeridilməsi) 
C) Yarımborular 
D) Axar su altında -yuma drenajlaması 
E) Rezin buraxıcılar 
 
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. 
«Медицина», Москва, 1990. 
 
835) İrin törədən mikroorqanizmlərin hansı məhsulu yaradan iy gəlməsinə 
səbəb olur? 
 
A) Fenollar 
B) Metilləşmiş aminlər 
C) Merkaptan 
D) Kükürdhidrogen 
E) Ammonyak 
 
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. 
“Медицина”, Москва, 1990. 
 


 
 
836) Anaerob qeyri-klostridial infeksiya ən çox  hansı preparata qarşı 
həssasdır? 
 
A) Streptomisinə 
B) Metronidazola  
C) Levomisetinə  
D) Gentamisinə  
E) Penisillinə  
 
Ədəbiyyat: С.Попкиров. Гнойно-септическая хирургия. София, 1977. 
 
837) Yumşaq toxumaları qeyri klostridial infeksiyası aşağıdakı hansı  klinik 
formalarda təzahür edir? 
1. Mionekroz 
2. Abses 
3. Fassiit 
4. Sellyulit 
5. Limfadenit 
 
A) 2, 4, 5 
B) 1, 3, 5 
C) 2, 3, 5 
D) 1, 2, 4 
E) 1, 3, 4 
 
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. 
“Медицина”, Моква,1990. 
 
838) Qeyri klosfridial anaerob infeksiyaların müalicəsində seçim preparatı 
aşağıdadkılardan hansıdır? 
 
A) Metronidozol 
B) Gentomisin 
C) Oksasillin 
D) Rifampisin 
E) Sefamezin 
 
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. 
“Медицина”, Моква,1990. 
 
839) İltihabın proliferasiya mərhələsində aparıcı rol oynayır: 
A) Birləşdirici toxuma və kapillyarlara hüceyrə xarici lizosomal fermentlərin təsiri 
B) Limfositlər (T-killer və T-helperlər) 
C) İltihab nahiyəsində damar keçiriciliyinin artması 
D) Makrofaqlar (monositlər) 
E) İltihab nahiyəsində osmotik və onkotik təzyiqin artması 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə