Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
B) Traxeyanın yalnız yuxarı iki üzükvarı həlqəsinin kəsilməsi 
C) Traxeyanın yarımüzük qığırdaqlarının aralığının köndələn kəsiyi 
D) Traxeyanın III-IV qığırdaq yarım həlqəsi ilə qalxanvarı vəzin boyun arası 
hissəsinin kəsilməsi 
E) Traxeyanın ön divarından əsası aşağıda olmaqla yamağın kəsilib hazırlanması 
 
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», 
Москва, 1997. с. 1070. 
 
935) Yemək borusunun boyun nahiyəsində zədələnməsi zamanı hansı kəsik 
optimal hesab olunur: 
 
A) Plevradan keçən kəsik 
B) Razumovski-Rozanov kəsiyi 
C) Nasilov kəsiyi 
D) Sternotomiya 
E) Savinıx kəsiyi 
 
Ədəbiyyat: Ю.Л.Шевченко, Н.Н.Шихвердиев. Ангиогенный сепсис. «Наука», 
СПб, 1996. 
 
936) Yemək borusu divarının zədələnməsində yaranı belə tikmək lazımdır: 
A) 24-48 saatdan ərzində 
B) 24 saat ərzində 
C) 1-2 saat ərzində 
D) 3-6 saat ərzində 
E) Yaralanmadan sonrakı vaxt məna kəsb etmir 
 
Ədəbiyyat: Nuru Bayramov, Cərrahi xəstəliklər. I hissə  Bakı -2015  səh. 53 
 
937) Yemək borusu ətrafı toxumaları drenləşdirmək üçün münasib sayılır: 
 
A) Qeyri-fəal drenaj yeridilməsi 
B) Zədələnən nahiyəyə cuna tamponlarının yeridilməsi 
C) Rezin zolaqlardan istifadə etmək 
D) Yara kanalını açıq saxlamaq lazımdır 
E) Axar-sorucu sistemindən istifadə 
 
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», 
Москва, 1997. с. 1070. 
 
938) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsində daha 
xarakterikdir? 
1. Huşun itməsi 
2. Anizokoriya 
3. Ürəkbulanma və qusma 


 
 
4. Üfüqi nistaqm 
5. Bradikardiya 
 
A) 2, 4, 5 
B) 1, 3, 5 
C) 2, 3, 5 
D) 1, 3, 5 
E) 1, 2, 4 
 
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной 
нейрохирургии. - М.: Медицина, 1987. 
 
939) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər: 
1. Kranioqrafiya 
2. Axırıncı sisternin punksiyası 
3. Meninqoexoskopiya 
4. Kompyuter tomoqrafiyası 
5. Onurğa beynin punksiyası 
 
A) 2, 4, 5 
B) 1, 2, 4 
C) 1, 3, 4 
D) 2, 3, 5 
E) 1, 3, 5 
 
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной 
нейрохирургии. «Медицина», Москва, 1987. 
 
940) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora 
xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır? 
 
A) Bilrot-II üsulu ilə mədə rezeksiyası 
B) Bilrot-I üsulu ilə mədə rezeksiyası 
C) Selektiv proksimal vaqotomiya 
D) Perforativ xoranın gözənməsi 
E) Kötük vaqotomiyası, piloroplastika ilə 
 
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995. 
 
941) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş 
verməsinin əsas qorxusu nədir? 
 
A) Dərialtı venaların varikoz genişlənməsi 
B) Beyin damarlarının emboliyası 
C) Ayaqların qanqrenası 
D) Əməliyyatdan sonrakı pnevmoniya 


 
 
E) Ağ ciyər arteriyasının trombemboliyası 
 
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных 
общехирургического профиля в послеоперационном периоде. «Медицина», 
Москва, 1989. с.350 
 
942) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı 
nefrektomiyaya mütləq (tam) göstərişdir: 
 
A) Geniş peritonarxası hematoma 
B) Ləyənin cırılması 
C) Böyrəyin aşağı qütbünün cırılması 
D) Subkapsulyar hematoma 
E) Böyrəyin əzilib parçalanması 
 
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», 
Москва, 1997. 
 
943) Əməliyyatdan sonrakı dövrdə tromboembolik ağırlaşmaların profilaktikası 
üçün hansı tədbir düzgün deyil? 
 
 
A) Müalicəvi gimnastika və adekvat ağrısızlaşdırma 
B) Ciddi yataq rejimi 
C) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi 
D) Dezaqreqantların təyini 
E) Düz təsirli antikoaqulyantlarin təyini 
 
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных 
общехирургического профиля в послеоперационном периоде. «Медицина», 
Москва, 1989. 
 
944) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında 
əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır: 
 
A) İmmunokorreksiyanın vacibliyi 
B) Aşkar görsənən anemiya 
C) İntoksikasiya 
D) Hepatit. 
E) Qan yaranmasını stimulə etmək vacibliyi 
 
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995. 
 
945) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox 
hansı fəsadın baş verməsini gözləmək olar? 
 


 
 
A) Ağ ciyər ağırlaşmaları (atelektazlar) 
B) Piy emboliyası 
C) Arterial təzyiqin düşməsi 
D) Piy toxumasında anestetiklərin kumulyasiyası 
E) Elektrolitlər pozğunluğu 
 
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и 
ответах. «Питер», СПб, 1999 
 
946) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin 
emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. 
Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə 
hansıdır? 
 
A) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə 
B) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə 
C) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə 
D) Orta körpücük xətti üzrə V qabırğaarası sahə 
E) Orta körpücük xətti üzrə II qabırğaarası sahə 
 
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. 
«Медицина», Москва, 1995. 
 
947) Miller-Ebbot zondu hansı məqsədlər üçün işlədilir: 
 
A) Nazik bağırsağın intubasiyası 
B) Yoğun bağırsağın intubasiyası 
C) Qarın boşluğunun drenləşdirilməsi 
D) Xoledoxun drenləşdirilməsi 
E) Laparoskopik xolesistostomanın qoyulması 
 
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», 
Москва, 1997. 
 
948) Bağırsaq keçməməzliyi ilə ağırlaşmamış, «S»-vari bağırsağın xərçəngi ilə 
olan xəstənin əməliyyata hazırlamağın ən optimal variantı 
 
A) Bağırsağın mexaniki olaraq təmizlənməsi + peroral antibiotiklər 
B) Sistemli antibiotikoterapiya 
C) Antifunqal müalicə 
D) Şişdən yuxarı kolostomanın qoyulması 
E) Bağırsağın mexaniki olaraq təmizlənməsi 
 
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», 
Москва, 1997. 
 


 
 
949) Mexaniki sarılığı olan xəstədə sarılığın səbəbini öyrənmək üçün 
əməliyyatdan əvvəl aparılan diaqnostik müayinələrdən hansı daha 
informativdir: 
 
A) Nüvə-maqnit rezonans müayinəsi ilə xolesistoqrafiya. 
B) Peroral xolesistoqrafiya 
C) Qara ciyərin ssintoqrafiyası 
D) Xolesistoxolangioqrafiya 
E) Angioqrafiya 
 
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. 
«Здоровье», Киев, 1993. 
 
950) Mexaniki sarılıqla ağırlaşmış, öd yollarının çapıq mənşəli keçməməzliyində, 
əməliyyatönü hansı əsas müalicə tədbirlərini aparmaq lazımdır: 
 
A) Təcili biliodiqestiv anastomozun qoyulması 
B) Hemosorbsiya 
C) Diyetoterapiya 
D) Antibiotikoterapiya 
E) Öd yollarının dekompessiyası (dəridənkeçən, qaraciyərdən keçən) 
 
Ədəbiyyat: А.Е.Борисов, Н.И.Глушков, Н.А.Борисов, В.С.Веховских. 
Чрезкожные эндобилиарные вмешательства при рубцовой непроходимости 
желчных протоков. «МАПО», СПб, 1997. 
 
951) Piksobezoar nədir? 
 
A) Tərkibi müxtəlif laklar olan bezoar 
B) Tərkibi saçlar olan bezoar 
C) Tərkibi kətan və yun saplar olan bezoar 
D) Tərkibi qətran olan bezoar 
E) Tərkibi heyvani yağlar ( keçi, qoyun piyi, sala) olan bezoar 
 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 185. 
 
952) Divertikulyozun ən az rast gələn fəsadı hansıdır? 
 
A) Maliqnizasiya 
B) Divertikulit 
C) Bağırsaq qanaxması 
D) Bağırsaq ətrafı infiltrat 
E) Divertikulin perforasiyası 
 


 
 
Ədəbiyyat:  В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 425. 
 
953) Tireotoksik krizin əsas səbəbi nədir? 
 
A) Hiperqlikemiya 
B) T-3 və T-4 səviyyəsinin kəskin artması 
C) Su - elektrolit  mübadiləsi pozğunluğu 
D) Böyrəküstü vəzin hiperfunksiyası  
E) Qanda katexolominlərin səviyyəsinin azalması 
 
Ədəbiyyat:И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное  
руководство. Москва, «ГЭОТАР  Медиа», 2009 II том  стр.32. 
 
954) Kürək sümüyünün tam sümükləşməsi nə vaxt baş verir? 
 
A) 13-17 yaşa qədər 
B) 7-8 yaşa qədər 
C) 16-18 yaşa qədər 
D) 20-25 yaşa qədər 
E) 1-3 yaşa qədər 
 
Ədəbiyyat:О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и 
топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 523. 
 
955) Hirşprunq xəstəliyi  uşaqlarda ən çox  bağırsağın hansı sahəsində olur? 
A) Siqmavari bağırsaqda 
B) Köndələn çənbər bağırsaqda 
C) Düz bağırsaqda 
D) Kor bağırsaqda  
E) Qalxan çənbər bağırsaqda 
 
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Bakı, 2007 səh 473 
 
956) Hirşprunq xəstəliyi  böyüklərdə ən çox  bağırsağın hansı sahəsində olur? 
A) Siqmavari bağırsaqda 
B) Qalxan çənbər bağırsaqda 
C) Enən çənbər bağırsaqda 
D) Qalça bağırsaqda 
E) Düz bağırsaqda 
 
Ədəbiyyat: B.A.Ağayev Cərrahi xəstəliklər  Bakı, 2007 səh 473 
 
957) Düyünlü uru olan xəstənin müayinəsi zamanı TSH =5.5 mikro-U/ml 
göstəricisi aşkar olunarsa, həkim xəstəyə növbəti hansı laborator müayinələri 
təyin etməlidir? 


 
 
 
A) T3, T4 və kalsitoninin təyini 
B) sərbəst T3 və sərbəst T4-ün təyini 
C) sərbəst T4 tiroksinin və T3-triyodtironinin təyini 
D) sərbəst T3 və tiroidperoksidazaya qarşı anticisimlərin (TPOAb) təyini 
E) sərbəst T4 və tiroidperoksidazaya qarşı anticisimlərin (TPOAb) təyini 
 
Ədəbiyyat:Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə kliniki protokol. 
Bakı 2009, səh. 10. 
 
958) Düyünlü urun maliqnizasiya etmə ehtimalının yüksək olduğu halları təyin 
edin: 
1. Boyun nahiyəsinin adenopatiyası 
2. 40-60 yaş həddi 
3. Qadın cinsi 
4. Ailədə medullyar tiroid karsinoma və ya II tip çox saylı endokrin neoplaziya 
sindromunun olması 
5. TSH səviyyəsinin yüksək olması (>5.0 mikro-İU/ml) 
6. Disfoniya və disfagiyanın daimi müşahidə olunması 
 
A) 4, 5, 6 
B) 1, 3, 6 
C) 1, 4, 6 
D) 2, 3, 5 
E) 1, 2, 3 
 
Ədəbiyyat:Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı 
-2009 səh 9-10 
 
959) Tireotoksikoz zamanı Mebius simptomu aşağıda sadalananlardan 
hansıdır? 
 
A) gözün konvergensiyası lazım olduqda divergensiyanın baş verməsi 
B) qaşın bayır 1/3-də tüklərin tökülməsi 
C) göz almasının aşağıya hərəkəti zamanı yuxarı göz qapaqlarının geri qalması 
D) gözün torlu qişasının arteriyasının pulsasiyasının güclənməsi 
E) qalxanvari vəzin palpasiyasından sonra, həmin nahiyədə hiperemiyanın müşahidə 
olunması 
 
Ədəbiyyat:Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 101 
 
960) Növbətçi cərrah böyümə dərəcəsinə görə V dərəcəli ur xəstəsini stasionar 
müalicəyə qəbul edir. Xəstəlik tarixində obyektiv müayinələr hissəsində Ştelvaq 
simptomunun müsbət olmasını qeyd edir. Bu xəstədə cərrah hansı əlaməti 
müşahidə etmişdir? 
 


 
 
A) nadir halda göz qırpmasını 
B) göz qapaqlarında dərinin tündləşməsini 
C) gözün torlu qişasının arteriyasının pulsasiyasının güclənməsini 
D) gözlərin parıltılı, baxışların qorxulu, nifrətli, göz yarıqlarının geniş olmasını 
E) yuxarı göz qapaqlarının ödemi, gözətrafı piqmentasiyanı 
 
Ədəbiyyat:Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 101 
 
961) Yoğun bağırsaq xərçənginin obturasion klinik forması onun hansı 
lokalizasiyasında daha çox təsadüf edilir? 
 
A) Kor bağırsaqda 
B) Qalxan çənbər bağırsaqda 
C) Yoğun bağırsağın sol lokalizasiyasında 
D) Köndələn çənbər bağırsaqda 
E) Yoğun bağırsağın sağ lokalizasiyasında 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 302 B.A.Ağayev 
Cərrahi xəstəliklər Bakı 2007 səh 488 
 
962) Qida borusu adenokarsinomasının risk faktoru aşağıda sadalananlardan 
hansıdır? 
 
A) Fe, Zn çatmamazlığı 
B) Mütəmadi alkoqol qəbulu 
C) Daimi qaynar qida və maye qəbulu 
D) Barret qida borusu 
E) A,B,E,C vitamin çatmamazlığı 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 67 
 
963) 20 yaşlı gənc qadının sağ süd vəzisində palpasiya zamanı 2,0 sm ölçüsündə, 
dairəvi formalı, dəqiq sərhədli, hamar səthli, hərəkətli, ağrısız törəmə aşkar 
olunur. Xəstənin uzanmış vəziyyətində palpasiya edərkən törəmə itmir. Sizin 
ilkin diaqnozunuz? 
 
A) Xondroma 
B) Karsinoma 
C) Anqioma 
D) Fibroadenoma 
E) Axacaqdaxili papilloma 
 
Ədəbiyyat:А.З.Гусейнов; Д.А. Истомин «Очаговые образования молочный 
железы: нозологические формы, диагностика и лечение» Руководство для 
врачей Тула 2011 стр 73 
 


 
 
964) Aşağıda sadalananlardan hansı öd kisəsi xərçənginin risk faktoru deyildir? 
 
A) Yaşlılarda 2,0 santimetrdən böyük daşın mövcudluğu 
B) Öd kisəsinin adenoması 
C) Xoledox anomaliyaları 
D) Öd kisəsi divertikulu 
E) Kirəcləşmiş kisə 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 650 
 
965) Aşağıda sadalanan mədə poliplərindən hansının bədxassəliyə keçmə 
ehtimalı daha yüksəkdir? 
 
A) Hiperplastik 
B) Adenomatoz 
C) Hamartomatoz 
D) Lipoma 
E) Qlandulyar fundal 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 138 
 
966) Cərrah xroniki pankreatitin kəskinləşməsi ilə olan xəstəni müayinə edən 
zaman qarnın ön divarında pankreasın proyeksiyası nahiyəsində dərialtı piy 
toxumasının atrofiyasını aşkar edir. Xroniki pankreatitlər zamanı aşkar olunan 
bu simptom necə adlanır? 
 
A) Qrott simptomu 
B) Frostberq simptomu 
C) Laqerlof simptomu 
D) Quberqriç simptomu 
E) Orau simptomu 
 
Ədəbiyyat:Окороков А.Н Диагностика болезней внутренних органов Том 1 
Москва Медицинская литература 2000 стр 541 
 
967) Mədəaltı vəzin zədələnmələri zamanı yüksək ölüm faizinə (60-80%) aşağıda 
sadalananlardan hansı səbəb olur ? 
 
A) Mədəaltı vəzin quyruq hissəsinin zədələnməsi 
B) Mədəaltı vəz və qaraciyər zədələnməsi 
C) Mədəaltı vəzin cisminin zədələnməsi 
D) Mədəaltı vəzin baş nahiyəsinin və onikibarmaq bağırsağın zədələnməsi 
E) Mədəaltı vəz və dalaq zədələnməsi 
 
Ədəbiyyat:B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 591 
 


 
 
 
968) Qırx yaşlı kişi oma-büzdüm nahiyəsində əllənən törəmədən şikayət edir.15 
ildir ki, yük maşını sürücüsü vəzifəsində çalışır. Baxış zamanı büzdüm 
nahiyəsində üzərində iki dəlik olan hiperemiyalaşmış şişkinlik müşahidə olunur. 
Şişkinliyə barmaqla təzyiq etdikdə dəliklərdən irin xaric olur. Sizin 
diaqnozunuz? 
 
A) Babasil 
B) Lipoma 
C) Pilonidal sinus 
D) Anal fistul 
E) İpoxondriya 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 383 
 
969) Sebobezoar termini aşağıda sadalananlardan hansına uyğundur? 
 
A) Tərkibi qətran və udulmuş plastik kütlələrdən ibarət bezoar 
B) Tərkibi udulmuş tüklərdən ibarət bezoar 
C) Tərkibi laklardan ibarət bezoar 
D) Tərkibi bitki liflərindən ibarət bezoar 
E) Tərkibi mədədə əriməyən piydən ibarət bezoar 
 
Ədəbiyyat:B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 257 
 
970) Xəstə Məmmədov İ.T. torpaqla çirklənmiş, budun geniş sahəli odlu silah 
yaralanması ilə xəstəxananın qəbul şöbəsinə müraciət etmişdir. Xəstə tetanusa 
qarşı 6 ay əvvəl peyvənd almışdır. Tetanusa qarşı təcili profilaktika tədbirini 
təyin edin: 
 
A) Təcili profilaktika tədbirlərinə ehtiyac yoxdur 
B) Tetanus əleyhinə insan immunoqlobulini 6,0X1 ə/d 
C) 0,5 ml anatoksin və 600 AV tetanus əleyhinə qamma qlobulin 
D) 1,0 ml anatoksin və 3000 AV tetanus əleyhinə zərdab 
E) 0,5 ml anatoksin 
 
Ədəbiyyat:Гостищев В.К Общая хирургия 2010 848стр 
 

Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə