Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

 
 
50 
ki, türksünüz. O vaxtdan yadımda bəzi sözlər qalıb. 
Müharibədə yoldaşlarımdan biri azərbaycanlı idi. Onun adı 
Məhəmmədhüseyn idi. Onunla müharibənin bütün 
əziyyətlərini birlikdə çəkmişdik. Yaxşı mərd oğlan idi. O, tez-
tez mənə Azərbaycan dili öyrədirdi. Müharibənin sonuna 
yaxın o əsir düşdü. Bir dəfə 90-cı illərdə onunla qarşılaşdım. 
Dedi ki, vəziyyəti yaxşıdır. Amerikada olur. Özünə yaxşı iş də 
qurub. Həmin Məhəmmədhüseyn mənə çoxlu söz öyrətmişdi. 
Neçə illərdir ki, burada gözətçi işləyirəm. Biləndə ki, siz 
türksünüz, yadıma bu düşdü. Vasya bunu deyib əlindəki 
bükülünün içərisində gizlətdiyi dəftəri ona uzatdı. 
Qüdrətov dəftəri alıb səhifələdi. Burada yazılanların hamısı 
onun  öz doğma ana dilində – Azərbaycan dilində idi. Çox 
tələsik halda bir neçə sətir oxuyub dəftəri örtdü. 
– Bu sizdə haradandır? – təcrübəli  əməliyyatçı  məsələni 
dəqiqləşdirməyə çalışdı. 
– Mən neçə illərdir burada işləyirəm. Tənha insanam. Buraya 
gəlib gedənlərin  üzləri, simaları bir müddət yaddaşımdan 
silinmir. Hətta onların  əynindəki paltarlar, çiynindəki 
çantalar... Bu dəftər də  həmin qadının idi – həmin qəmgin 
qadının. O bir kişi ilə restorana gələndə diqqətimi cəlb 
etmişdi.  Üzündə  əzab-əziyyətdən xəbər verən izlər  gözəllik 
cizgilərini boğa bilməmişdi. Amma gözlərində o qədər kin-
küdurət var idi ki, bunu görə bilən hər bir insanı 
heyrətləndirərdi.  Çiynindəki  çantası da yadımda idi. Amma 
bir az sonra o tələsik gəlib qapıdan küçəyə tərəf çıxdı. Mənim 
yanımdan  çox sürətlə keçdi. Bir az əvvəl gəldiyi kişi ilə yox, 
tək idi və  tələsirdi. Hətta  əl  çantasını da unudub restoranda 
qoymuşdu. Sanki nədənsə canını qurtarmağa  çalışırdı. O 
gedəndən sonra kişi həmin qadını xeyli axtardı. Amma qadın 
artıq uzaqlaşmışdı. Onlar gedəndən sonra restoranda yenicə 
işə başlamış cavan və səriştəsiz ofisiant isə həmin əl çantasını 


 
 
51 
otağı  yığışdırarkən görüb gətirib mənə verdi. Mən isə bunu 
atmadım... Həmin qızı buralarda bir neçə dəfə də görmüşdüm. 
Hərdən biri ilə  gəlirdi. Hətta bir dəfə kimisə  gözlədiyi  üçün 
fürsət tapıb söhbət də etmişdi. Qafqazdan olduğunu demişdi. 
Bunu deyərkən nədənsə qorxduğunu hiss etdim. Çünki həmin 
anda  ətrafa göz gəzdirirdi ki, görəsən, onu görən var? İri 
gözlərinin mənə yalvarış dolu baxdığında sanki “sənə Qafqazlı 
olduğumu dediyimi heç kim bilməsin”,-deyirdi. Mən də 
“nəyimə lazım, ağrımaz başımı  ağrıdıram” düşünmüşdüm. O 
qıza da Məhəmmədhüseyn haqqında danışmışdım. O zaman 
Azərbaycan sözünü  eşidəndə elə  həyəcanlanmışdı ki, ifadə 
etmək mümkün deyil. Bu dəftər mənim əlimə keçəndən sonra 
isə onun həyəcanının səbəbini az da olsa anlamağa başladım...  
 
*** *** *** 
   Qüdrətov növbəti siqareti yandırıb oturduğu skamyadan 
qalxdı. Saat yarıma yaxın idi ki, həyətdə imiş. Bunu indi 
saatına baxanda hiss etdi. Yatmaq üçün vaxt olmasa da, bir az 
dincəlmək vacib idi. Yarıya qədər çəkdiyi siqareti söndürərək 
evə qayıtdı. Yenicə yerinə uzanıb gözlərini yummağa çalışırdı 
ki, telefonuna gözlədiyi mesaj gəldi. Orada sadəcə iki kəlmə 
söz yazılmışdı: “e-mailinize baxarsiniz”. Mayor bu gün yata 
bilməyəcəyini başa düşüb elektron poçt  ünvanına gələn 
məktubu oxumaq üçün iş otağına keçdi. 
 
 
 


 
 
52 
 
 
 
 
 
 
 
 
 
6. Zülmün ərşəyə qalxdığı gün 
 
Ötən gün Qüdrətovun girov qadının dəftərindən oxuduqlarından... 
    
   ... Erməni əsgəri bizi silahın qarşısına qataraq, hərdən də 
Gülcahanı saçlarından sürükləyərək həyətdən  çıxardı. O 
ərəfədə bir neçə dəfə gözümə sataşan çay daşını götürüb əsgəri 
vurmağı düşünsəm də, bir nəticə əldə edə bilməyəcəyimi dərk 
etdiyim üçün fikrimdən daşındım.  Əgər vura bilməsəydim, lap 
vursaydım, amma ölməsəydi, o bizi öldürə bilərdi. Mən o 
zaman ölümdən qorxmuşdum. Ölmək istəməmişdim. Bacımın 
da ölməsini istəməmişdim... 
 
*** *** *** 
   Doğrudan da, şans insana həyatda az-az verilirdi. Onu 
dəyərləndirə bilməyən insan  isə ömrü boyu peşman olurdu. O 
anda ermənilərin onları  öldürməsindən qorxan Aytəkin 
sonralar dəfələrlə intihara qalxacaq, ermənilərin onu 
öldürməsi üçün üzünə tüpürəcək, üstlərinə atılacaqdı... Amma 
Aytəkinin  ölümə olan məhəbbəti Leyli və Məcnun məhəbbəti 
kimi idi. Aytəkin həsrətdən alışıb yandığı zamanlarda heç 
vaxt  ölümün ağuşuna atıla bilməyəcəkdi. Bəlkə  də, Fərhadın 
Şirinə olan məhəbbəti kimi idi. Fərhad Şirini sevəcək, Şirin isə 


 
 
53 
başqasını.  Ölümün Aytəkinə olan məhəbbəti  Şirinin Fərhada 
olan məhəbbətinə bənzəyirdi. Nə sevirdi, nə də nifrət edirdi.  
 
*** *** *** 
     Şəhərdə silah səsindən qulaq batırdı. Bizim evimiz 
şəhərin kənarında olduğu  üçün erməni və ruslardan ibarət 
olan hərbçilər  şəhərdən əsir və girov götürdükləri Xocalılıları 
biz tərəfə  gətirirdilər. Otuza qədər adam idik. Burada qoca
uşaq, qadın, kişi, hərbçi - hər cür adam var idi. Hamı ağlayır, 
tanıyan, tanımayan bir-birimizə  dəstək verməyə, erməniləri 
qıcıqlandıracaq heç  nə etməməyə  çalışırdıq. Axı biz girov 
düşmüşdük. Amma aramızda olan kişilər buna dözə bilmir, 
məğlubiyyətlə barışa bilmir, hər vəchlə bizi və  özlərini 
qurtarmaq  üçün fürsət axtarırdılar. Ermənilərin acımasız, 
istənilən şübhəli hərəkətdə kimə və hara atılmasına baxmadan 
atəş  açmaları    gözləri qanla dolmuş  oğullara heç  şərait 
yaratmırdı. Həm də, deyəsən, daim mübarizədə olan qürur 
hissi ilə qorxu hissinin şərəfsizliyin başçılığı altında çarpışması 
idi bu... Qürur hissi qorxu hissinə  şərəfsizcəsinə  məğlub 
olmaqda idi...  
   Amma Elşən adlı 16-17 yaşlı bir oğlan gözlənilməz zərbə 
ilə ona yaxın olan  erməni  əsgərlərindən birini yerə  yıxdı. 
Əlindəki kalaşnikovu alaraq onun başına tutdu. Bu isə  ağır 
zərbələrdən yerə yıxılmış, özündə son gücünü tapmış qürurun 
hayqırışı idi... Son hayqırışı... 
   Ağlım kəsəndən münaqişələrin başlanmasının  şahidi 
olduğum  üçün artıq silahları da rahatca tanıyır, bir birindən 
fərqləndirə bilirdim. Bunu təkcə mən yox, o illərdə Qarabağda 
yaşayan hər kəs bilirdi. Hətta uşaqlar da. Çünki o zamankı 
uşaqlar oyuncaq əvəzinə 7.62, 5.45 gilizlərini oynadırdılar. 
Hətta bir dəfə qonşumuzun 12 yaşlı  oğlu Rövşən atılmamış 
gülləni oynadarkən  çərşənbə axşamı ocağa atmış, güllənin 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə