Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   33   34   35   36   37   38   39   40   41

 

153 


məsələn, işgüzar dairə nümayəndələri- biznesmen kimi sözlə  əvəz 

edilir. 


Transformasiyalar metodu – 

mətnin leksik, sintaktik və 

semantik cəhətdən dəyişdirilməsi. 

 

 



 

Universal tərcümə – 

tərcümə prosesinin dərk olunmasına yö-

nəlmiş (A.Lüdskanov) ümumi anlayış  və  tərcümə tipləri arasında 

onların üslubi əlamətlərinə və məqsədlərinə görə fərqlərin fiksasiya-

sına (xüsusi, sakral, şifahi, yazılı  tərcümə  və s.) deyilir. Tərcümə-

çilik fəaliyyətinin ümumi xarakteri, ümumiyyətlə, tərcümə haqqında 

inteqral elmin köməyi ilə tədqiq olunur. 

Uyğunlaşdırma – 

hər hansı bir şeyin (mətnin) məzmununun 

digər formada şərhi. Müqayisə et: nağıl. 

Uyğunluq – 

bax: leksik uyğunluq. 



Uyğunluq – 

1. Tərcümə haqqında elmin əsas kateqoriyaların-

dan biri. Tərcümədə mütləq uyğunluq ilkin mətnlə tərcümə  mətni-

nin formal, semantik və informativ komponentlərinin üst-üstə düş-

məsi ilə ifadə olunmalıdır ki, bu da faktiki mümkün deyildir. Tərcü-

mədə uyğunluq kateqoriyası əsasən «hərfi tərcümə – sərbəst tərcü-

mə» zamanı özünü göstərir. 2. İlkin mətnin tərcümə vahidinin 

variantlarından biri. 3. Tərcümə dilindəki ilkin dildə ifadə planın 

bir, yaxud bir neçə vahididir ki, ilkin dildə ifadə planının müəyyən 

vahidinin məzmunun verilməsi üçün mütəmadi istifadə olunan vahi-

didir. Müqayisə et: kontekstual əvəzləmə. 4. Uzlaşma, eynilik ifadə 

edən münasibət. 5. Digər verilmiş kontekstdə funksional baxımdan 

müvafiq olan bir dilin elementi. 

Uyğunluq - uzlaşma lüğəti 

– leksik uzlaşma üzrə materialı 

özündə birləşdirən lüğət. 

Uyğunsuzluq – 

1. Uyğunsuzluq dedikdə biz tərcümədə veril-

məmiş, yaxud əlavə edilmiş informasiyanı başa düşməliyik ki, o 

ilkin mətndə ya nitq axınında ayrılmış hansı hissəninsə  tərcümə 

 

154


edilməməsi, ya da tərcümə olunmuş mətndə əlavə edilmiş nitqin bir 

hissəsidir. 2. Bu, ilkin, yaxud tərcümə mətninin hansısa hissəsində 

verilməmiş, yaxud əlavə edilmiş informasiyanın hissələridir. 

Uzlaşmanı  sınama – 

tərcümə prosesi mərhələlərindən biri 

olub bir neçə variantdan tərcümə olunan dilin normalarına müvafiq 

əsas «açar» sözün ardıcıl seçilməsi. 



 

 

Ü 

 

Ümumi birdilli lüğət 

– eyni dildə sözlərin, anlayışların və 

predmetlərin mənasını  təriflərin, təsvirlərin, nümunələrin və eləcə 

də sinonimlərin və antonimlərin köməyi ilə izah edən lüğət. 



Ümumi ensiklopediya 

– məqalələr, çertyojlar, şəkillər, cəd-

vəllər və s. təmin olunmuş sosial-iqtisadi elmlər, təbiətşünaslıq və 

texnika üzrə biliklərin sistemləşdirilmiş külliyatı, oxucunu düzgün 

istiqamətləndirən və elmi cəhətdən maraqlandıran məsələlərlə bağlı 

daha hərtərəfli informasiya mənbələrinə yönəldən xüsusi ədəbiyyat 

siyahısı. 

Ümumi ikidilli lüğət – 

müəyyən qaydada düzülmüş müvafiq 

(adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kon-

tekstdə mümkün ekvivalentlərinin) sözlərin şərhi. 



Ümumi referat – 

bir neçə mənbəyə görə bütün material haq-

qında tam təsəvvür yaratmaq məqsədinə istiqamətlənmiş referat. 

Belə referatda əhatə olunan mənbələrin (yalnız verilmiş mövzuya 

görə) məzmunu referatın tam şəkildə əsli (orijinalı) əvəz etməsi ilə 

bağlı orada əksini tapacaq hər nə varsa, daha tam şəkildə sistemləş-

dirilməli və ümumiləşdirilməlidir. 

Ümumi semantik komponent 

– çoxmənalı söz, yaxud 

müxtəlif sözlərin mənasında iştirak edən eyni semantik komponent. 

Ümumi slenq – 

emosiosnal-espressiv kolorit ifadəni 

səciyyələndirən danışıq leksikası. 

Ümumi tezlik lüğəti – 

dilin bütün sferalarında eyni dərəcədə 

çox və ya daha az işlək olan leksika. 



 

155 


Ünsiyyət – 

intellektual və emosional informasiya mübadiləsi-

nə qoşulmuş insanların qarşılıqlı verbal durumu. 

Üslub – 

1.Dil vasitələrindən məqsədyönlü istifadə, seçim. 2. 

İşlədilmə priyomlarının cəmi, bu sahədə  işlənmə vasitələrinin se-

çimi. 3. Hər hansı yazıçı, əsər, janr üçün xarakterik olan priyomların 

cəmi. 4. Ekspressiv üslubi rəng prinsipinə görə dil vasitələrinin se-

çimi. 5. Nitqin söz istifadəsi normaları  və sintaksisə uyğun olaraq 

quruluşu (qurulması). 

Üslubi kod – 

mətnin üslubi strukturunun qenerasiyası üçün 

nəzərdə tutulmuş  təsviri vasitələr sistemi üslubi kod yaradır,  əsas 

üslubi xüsusiyyətləri və  mətndə onların struktur təşkili qaydaları 

cəmini birləşdirir. 

Üslubi modifikasiya – 

eyni funksional üsluba öz elementləri 

ilə birgə digər üsluba aid olan deyim elementlərinin tərcümə 

prosesində dəyişdirilməsi. 



Üslubi çalar – 

linqvistik vasitənin ekspressiv nailiyyətidir ki, 

onun əsas, yaxud predmet-məntiqi mənasına əlavə olunur. 

Üslubi sinonimiya – 

bax: modulyasiya. 



Üslubi sinonimlər – 

1. Yalnız üslubi cəhətdən seçilən sino-

nimlər. 2. Məna etibarı ilə üst-üstə düşən, lakin istənilən fərqli nitq 

üslubuna məxsusluğu ilə, istifadə  dərəcəsi, ekspressiv çaları  və s. 

üst-üstə düşür. 

Üslubi transformasiyalar – 

mətnin üslubunun üslubi məna-

sının tərcümədə eyni effekti yenidən yaratmaq məqsədi ilə verilmə-

si, daha doğrusu, oxucuda analoji reaksiya yaratmaq, tərcüməçi 

bunu əldə etmək üçün daha tez-tez əvəzləmə və kompensasiya pri-

yomlarından istifadə etməklə tamamilə digər dil vasitələrinə mü-

raciət və onlardan istifadə edir. 

Üslubi transpozisiya – 

üslubi nöqteyi-nəzərdən rəngli vahid-

lərin onun üçün qeyri-adi üslubi kontentdə istifadə olunması. 

 

 



 

 

156



Verilməyən informasiya – 

uyğunsuzluq nəzəriyyəsində in-

formasiyadır – tərcümədə  mətnlərin müqayisəli şəkildə öyrənilmə-

sində ortaya çıxır ki, məhz məlumatlar ilkin mətndə verilmiş olduğu 

halda, tərcümə mətnində öz əksini tapmır. 

Vərəqdən sinxron tərcümə – 

sinxron tərcümə növlərindən 

biri. Bu tərcümə növündə tərcüməçi natiq nitqinin gedişatında ilkin 

mətndən kənara çıxırsa zəruri düzəlişlər edərək çıxışını yazılı mətnə 

tərcümə edir. 

Vərəqdən tərcümə – 

ilkin yazılı mətnlərin eyni zamanda göz 

qavrayışı vasitəsi ilə (vizual) həyata keçirilən şifahi tərcümə. 

 

 



 

Yaddaş – 

ətraf mühitlə qarşılıqlı  əlaqə  və  təsir nəticəsində 

informasiya fəaliyyətinin ardıcıl olaraq saxlanılması  və istifadə 

olunması ilə bağlı ümumfunksional mexanizm. Fizioloji planda bir 

neçə şərti-reflektor, obrazlı, söz-məntiqi və emosional yaddaş fərq-

ləndirilir. Yaddaşı  həm də informasiya reseptorları baxımından da 

təsnif edirlər. Burada görmə, eşitmə, tanbil, motor və digər yaddaş 

növləri fərqləndirilir. Zaman parametrlərinə müvafiq olaraq – 

qavrayışın ani uzunluğu (0,1 sm), bilavasitə yaddaş (1 sm-10 sm-

dək) və uzunmüddətli yaddaş vardır ki, o müəyyən obyektlə bağlı 

deyildir. Bilavasitə yaddaş fəaliyyətə qoşulanın operativi olur. Onun 

həcmi bu və ya digər simvolla ifadə olunan informasiya vahidinin 

sayından asılıdır.  

Yalançı beynəlmiləlçilik – 

yalançı beynəlmiləlçilik leksikası 

o sözlərə deyilir ki, hər hansı konkret dildə beynəlxalq morfemdən 

yaranmış  və onun hüdudlarından (digər dillər tərəfindən götürülüb 

qəbul edilməmiş) kənara çıxmamışdır. Onlara, hər şeydən əvvəl, - çı 

şəkilçisinin köməyilə - reqbiçı, akvalanqçı, skandalçı və s. yaranmış 

çoxsaylı sözləri aid etmək olar. Onlardan əksəriyyəti dilimizə özgə 

dillərdən keçmişdir. Bu, məsələn, çoxsaylı mürəkkəb və mürəkkəb 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə