Microsoft Word terbiye isinin metodikasi proqram doc



Yüklə 269,7 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.10.2017
ölçüsü269,7 Kb.
#4911
1   2   3   4   5   6   7   8   9   10   11

______Milli Kitabxana______ 

27

“TƏRBİYƏ İŞİNİN METODİKASI” FƏNNİ ÜZRƏ TƏLƏBƏLƏRİN 



“SƏRBƏST  İŞ” MÖVZULARININ YAZILMASINA DAİR METODİK 

MƏSLƏHƏT 

 

Tələbələrin “Sərbəst iş” mövzuları üzərində işləməsi  fənnin daha dərindən 

mənimsənilməsinə kömək etdiyi kimi onların, tədqiqatçılıq bacarığını da inkişaf 

etdirir, elmə həvəsini artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir. 

Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin kredit sisteminə 

keçidi tələbələrin daha çox müstəqil çalışmasını tələb edir. Müstəqil  çalışan, əməli 

fəaliyyət göstərən tələbə  daha çox bilik qazanır və öyrənir.  

Psixologiyadan məlumdur ki, insan bilik üzərində nə qədər hərtərəfli işləsə, 

ona müxtəlif cəhətlərdən yanaşsa, o hafizədə daha möhkəm yer tutur. Çünki, tələbə 

material üzərində müstəqil  işləyərkən onu hərtərəfli təhlil edir, şüurunda eyni bir 

məsələyə bir neçə dəfə qayıtmalı olur. Bütün bunlar da həmin materialın hafizədə 

uzun müddət qalmasına, praktik əhəmiyyət kəsb etməsinə səbəb olur.    

Müasir gənc mütəxəssis yüksək bilik və  dünyagörüşə malik olmaqla 

bərabər, həm də tədqiqatçılıq   qabiliyyətlərinə malik olmalı,  müstəqil  düşünməyi,  

müstəqil qərarlar  çıxarmağı  bacarmalıdır. Bunun üçün də indiki şəraitdə - təhsilin 

qlobal  xarakter aldığı bir dövrdə  tələbənin proqram materialına sahib olması 

minimum tələb hesab edilə bilər,  geniş nəzəri bilik və  dünyagörüşə  sahib olmaq 

üçün isə daha çox oxumalı,  əlavə  və ilk mənbələrdən istifadə etməli və bilikləri 

genişləndirmək və tətbiq etmək lazımdır.  

Bu baxımdan fənni tədris edən müəllim tələbələrə müstəqil  çalışmağı, daha 

çox düşünməyi  məsləhət görməli, onların tənqidi və yaradıcı təfəkkürünü inkişaf 

etdirməlidir.  

Təcrübələrdən məlum olur ki, tədris işi  yüksək təşkil edilən ali məktəblərdə 

tələbələr elmi-tədqiqat işlərinə  də böyük həvəs göstərir, “Sərbəst iş” üzərində  də 

fəallıqla çalışırlar.         

“Sərbəst iş” mövzuları  tələbələr tərəfindən  sərbəst  şəkildə seçilir. Fənn 

müəlliminin təklifi ilə də tələbə mövzu götürüb üzərində işləyə bilər. “Sərbəst iş” 



______Milli Kitabxana______ 

28

tələbənin kiçik elmi tədqiqat işidir – deyə bilərik. Tələbə mühazirədən eşitdiklərini, 



seminar məşğələlərindən öyrəndiklərini, əlavə materiallardan mənimsədiklərindən 

istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı  fəaliyyət göstərir. 

Tələbənin sərbəst, müstəqil şəkildə çalışması  bir tərəfdən proqram materialının nə 

dərəcədə  mənimsədiyinin,  o biri tərəfdən isə öz biliyini təcrübədə  tətbiq etmək 

bacarığına malik olub-olmadığının bariz  göstəricisidir.   

Ali məktəblərdə  fənlərin tədrisi prosesində, tələbələr müstəqil işləməyi, ilk 

mənbələrdən baş açmağı bacarmalıdırlar. Aparılan elmi-pedaqoji tədqiqatlardan 

məlum olur ki, ali məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə  məşğul 

olmalı, mütaliə etməli, elmlə məşğul olmalıdır. 

Tələbə kitab və ya başqa material üzərində  sərbəst  çalışan vaxt oradakı  

faktlar,  həqiqətlər artıq onun  malı olur; o əldə etdiyi biliklərə möhkəm inanır. 

Belə bilik isə tədricən əqidə və inama  çevrilir. Buradan belə nəticə çıxarmaq  olar 

ki, biz ali məktəb tələbələrini  biliklər üzərində  dərindən,  sərbəst, müstəqil 

işləməyə sövq etməklə, eyni zamanda onlarda elmi dünyagörüş  də formalaşdırmış 

oluruq.  Yalnız məsələdən müstəqil surətdə baş    çıxaran öz qüvvəsinə inanır və 

bunu başqalarının qarşısında müvəffəqiyyətlə müdafiə edir.  

Tələbə kitab üzərində bu və ya digər material üzərində sərbəst çalışan vaxt 

oradakı  həqiqətlər onun bilik və  əqidəsinə çevrilir və onda biliyə möhkəm inam 

yaranır. Tələbələrin öz üzərində müntəzəm və müstəqil işləmələri onlarda geniş 

dünyagörüş  formalaşdırmaqla bərabər, həm də  faydalı vərdişlər yaradır.  

Tələbələrə bir deyil, bir neçə mənbədən istifadə etməyi  öyrətmək lazımdır. 

Çünki təcrübə göstərir ki, orta məktəbi qurtaran şagirdlərin  heç də hamısı sərbəst 

şəkildə elmi mənbələr üzərində, müxtəlif kitablar  üzərində    işləməyi bilmirlər. 

Ona görə də birinci kurs tələbələrinə fənn müəllimi tələbələrə müstəqil  çalışmaq 

üçün, elmi mənbələrdən istifadə etmək üçün lazımi məsləhətlər verməli, tədris 

etdiyi mövzularla bağlı ədəbiyyat siyahısı   verməli və onlardan istifadə yollarını 

da göstərməlidir. 

Təcrübələrdən aydın olur ki, birinci kurs tələbələrinin ilk mənbələr üzərində 

işləmələri və onların çıxardıqları nəticələr zəif olur, bəzən səthi və bəzən də kitabın 



______Milli Kitabxana______ 

29

üzü köçürülür. Lakin, doğru, düzgün məsləhətlər, tövsiyələr nəticəsində  və 



tələbələrin də müstəqil işləməsi sayəsində  tədricən bu proses inkişaf edir və 

tələbələr müstəqil və sərbəst şəkildə mənbələr üzərində  işləməyə alışırlar ki, bu da 

gələcəkdə onların elmi işlər yazmasına, buraxılış  işləri üzərində daha yaxşı 

işləmələrinə xeyli köməklik etmiş  olur.          

Tələbə mövzunu seçdikdən sonra   fənn müəllimi ilə birlikdə plan və 

ədəbiyyat siyahısını müəyyənləşdirməlidir. Mövzu ilə bağlı  ədəbiyyat oxunur, 

təhlil edilir, qeydlər götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır, 

ümumiləşdirmələr aparılaraq yazıya alınır.  

Sərbəst iş yaradıcı  şəkildə yerinə yetirilməlidir. Kitabların, qəzet və jurnal 

məqalələrinin üzü köçürülməməli, müəlliflərin fikirləri olduğu kimi 

götürülməməlidir. Bütün mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas 

məqamları aşkarlanmalı, oxunan materiala, müəllifin fikirlərinə yaradıcı münasibət 

göstərilməli, ümumiləşmiş fikirlər, lakonik ifadələr  yazılmalıdır.  

Əlbəttə, hər hansı bir  “Sərbəst iş” mövzusu  girişlə başlayır, sonra  

mövzunun  əsas hissəsi işlənilir, sonda isə mövzuya  nəticə vurulur, istifadə 

olunmuş ədəbiyyat siyahısı sonda göstərilir.  

Tamamlanmış “Sərbəst iş” fənn müəlliminə  təhvil verilir. Müəllim onu 

oxuyur və qiymətləndirir. 



Bunu da xüsusi olaraq qeyd edək ki, təklif olunan “Sərbəst iş” 

mövzularından tələbələr elmi iş, kurs işi, referat,   yaxud hər hansı bir 

pedaqoji konfransda, Tələbə Elmi Cəmiyyətində  məruzə mövzusu kimi də 

götürüb işləyə bilər.      

        

 

        

                       

 

 



 


Yüklə 269,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə