Microsoft Word talibova konul doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix23.01.2018
ölçüsü0,71 Mb.
#22262
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

32 

 

        Nəticədə respublika ərazq məhsulları ixrac edən ölkədən idxalla yaşayan ölkə 



səviyyəsinə  düşmüşdür.  Belə  ki,  1995-ci  ildə  daxili  tələbatın  taxıl  üzrə  45%-i, 

kartof  üzrə  12%-i,  tərəvəz  və  bostan  məhsulalrı  üzr  4,1%-i,  giləmeyvə  və  üzüm  

üzrə 34%-i idxal hesabına ödənilmişdir. Ümumiyyətlə, 1990-cı illərin  əvvəllərində  

kənd təsərrüfatının mövcudluğu məsələsi mübahisələr predmetinə çevrilmişdir.  

          Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  onilliklər  ərzində  qərarlaşmış 

istehsal-iqtisadi  əlaqələrin  pozulması,  ölkənin  hərbi  təcavüzə  məruz  qalması, 

idarəetmə orqanlarında boşluqların yaranması, xaos və anarxiyanın  güclənməsi ilk 

dövrlər  ölkə  daxilində  ictimai-siyasi  vəziyyəti  gərginləşdirmişdir.  Bu  da 

bitkiçilikdə  böhanlı  tendensiyaların  daha  güclənməsinə  gətirib  çıxarmışdır.  Kənd 

təsərrüfatının inkişafına dair ötən ilin 90-cı illərinin əvvəllərinə olan məlumatların 

təhlili  göstərir  ki,  bitkiçilikdə  əsas  növ  kənd  təssrüftatı  məhsulları  istehsalı 

azaldıqca, emal, yeyinti və yüngül sənaye müəssisələrində də istehsal  güclərində 

istifadə  tədricə  azalmış,  infrastruktur  obyektləri  fəaliyyətlərini  dayandırmağa 

məcbur olmuşdur. 

         Prosesin  bu  cür  davam  etməsi  ölkədə  işsizliyin  artmasına,  inflyasiyanın 

güclənməsinə, real gəlirlərin aşağı düşməsinə, kənd təsərrüfatı və ərzaq məhsulları 

bazarında  əcnəbi  istehsalçıların  xüsusi  çəkisinin  yüksəlməsinə  əlverişli  şərait 

yaradırdı.  Təbiidir  ki,  bütün  proseslər  keçid  dövrünü  yaşayan    respublikanın 

bitkiçilik  sahəsində  təbii,  ekoloj,  sosial-iqtisadi  və  texniki-texnoloji  xarakterli 

problemlərin  də  yaranmasına  rəvac  vermişdi.  Keçmiş  ittifaqın  dağılması  fonunda  

torpağa  ögey  münasibət  bəslənməsi,  meliorasiya,  irriqasiya  tədbirlərinin  həyata 

keçirilməsinə  kifayət  qədər  vəsaitin  ayrılmaması  bir  çox    regionlarda  torpaqların  

eroziyaya  uğramasına,  genfondun  məhv  edilməsinə,  ətraf  mühitin  çirklənməsinin 

güclənməsinə səbəb olmuşdur. 

        Eyni zamanda, ənənəvi bazarlarının itirilməsi, təminatlı dövlət sifarişinin ləğv 

edilməsi,  təchizatın  pisləşməsi,  kənd  təsərrüfatı,  emal  və  xidmət  müəssisələri 

arasında  iqtisadi  pozulması,  bazar  münasibətlərinə  əsaslanan    yeni  ərazi  və  sahə 

idarəetmə  qurumlarının  qurulmamsı,  tələblə  təklif  arasında    tarazlığa  əsaslanan 

qiymət və rəaqbət mexanizminin formalaşmaması, maşın və avadanlığın mənəvi və 



33 

 

fiziki  cəhətdən  köhnəlməsi  istehsalın  davam  etdirilməsini  çətinləşdirmişdir. 



Nəticədə  yaranmış  vəziyyət  istehsalın  bütün  mərhələlərində  iqtisadi  səmərəliliyin 

aşağı  düşməsinə,  əsas  məhsullar  üzrə  istehsalın  zərərlə  başa  gəlməsinə,  çoxillik 

ə

kmələrin məhvinə, əkin sahələrinin dövriyyədən çıxarılmasına, tədiyyə balansında 



mənfi saldonun yaradılmasına və son nəticədə, insanların həyat səviyyəsinin aşağı 

düşməsinə gətirib çıxarmışdır. Bu baxımdan i.e.d. .H. brahimovun fikrincə, bazar 

münasibətlərinə    keçidin  müasir    mərhələsində  aqrar-sənaye  kompleksinin 

qarşısında    duran  ən  başlıca  vəzifə  kənd  təsərrüfatı  istehsalının  tənəzzülünü 

dayandırmaq,  sabtiləşdirmək,  əhalini  ərzaq  məhsulları,  sənayeni  isə  xammalla 

etibarlı şəkildə təmin etməkdən ibarətdir. Bu problemin  həllində aqrar islahatları 

həyata  keçirməklə  müxtəlif  təsərrüfatçılıq  formalarının  inkişafı,  bitkiçilikdə 

istehsal  və  iqtisadi  potensialdan  istifadənin  yaxşılaşdırılması  və  iqtisadi 

səmərəliliyinin yüksəldilməsi mühüm rol oynayır. 

        Problemlərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin təsir gücünün zəif 

olması isə mikro və makro səviyyələrdə tənzimlənməni səmərəsiz edirdi. Beləliklə, 

bitkiçiliyin  düçar  olduğu  çoxşaxəli  böhrandan  çıxarılması  bu  sahədə  bazar 

münasibətlərinə  keçidi,  transformasiya  yönümlü  dəyişikliklərə  başlanmasını 

obyektiv və qanunauyğun bir zərurətə çevirmişdir. 

        Məhz bu zaman respublika Prezidenti cənab H.Ə.Əliyevin tapşırığı ilə aqrar 

islahatlarla  bağlı  xarici  təcrübəni  öyrənilməsi  məqsədilə  kənd  təsərrüfatı 

mütəxəssis  və  alimlərin  müxtəlif  ölkələrə  səfərləri  təşkil  edilmiş,  təcrübə 

mübadilələləri  həyata  keçirilmişdir.  1994-cü  ildə  Azərbaycan  Respublikasının 

Milli  Məclisində  ÇXR-nın,  srailin,  Rusiya  Federasiyası  və  Qazaxıstanın  kənd  

təsərrüfatı  mütəxəssislərinin,  aqrar  iqtisadçıların  iştirakı  ilə  aqrar  islahatların  

təcrübəsinin  öyrənilməsinə  həsr  olunmuş  beynəlxalq    konfrans  keçirildi.  Eyni  

zamanda  1994-1996-cı  illərdə  Azərbaycan  Respublikası  Prezidenti    yanında  

həyata  keçirilən  çoxsaylı  toplantılarda  ölkədə  transformasiya  yönümlü 

dəyişikliklərin,    o  cümlədən  aqrar  islahatların  xüsusiyyələri  və  prinsipləri 

müəyyənləşdirilmişdir.  “TAS S”  proqramı  çərçivəsində  kənd  təsərrüfatı 

mütəxəssisləri  üçün  aqrar  sahədə  bazar  münasibətlərinə  keçidin  xüsusiyyətlərilə 




34 

 

bağlı  kurslar  keçirilir,  geniş  fikir  mübadiləsi  aparılır,  eləcə  də  eksperiment 



məqsədilə respublikanın  bir sıra rayonlarında islahatlara başlanmışdır. 

       Qeyd edilməlidir ki, aqrar sahədə, ilk növbədə bitkiçilikdə aparılan ilahatların 

ilkin  nəticələr  torpaq  resursları  və  onlardan  səmərəli  istifadə  edilməsindən 

bilavasitə asılıdır. 

        Məlum  olduğu  kimi,  ölkədə  ümumi  torpaq  fondu  86,6  min  km

2

  və  ya  8661 



min  ha-dır.  Ümumi  torpaq  fondunun  strukturundan  göründüyü  kimi,  o,  hüquqi 

baxımdan  yeddi  kateqoriyanı  özündə  əks  etdirir.  Ümumi  torpaq  fondunun 

strukturunda  ən  yüksək  xüsusi  çəkisi  (52,3%)  kənd  təsərrüfatına  yararlı  torpaqlar  

4529,7  min  ha  təşkil  edir.  Eyni  zamanda,  sənaye,  nəqliyyat,  rabitə,  mühafizə  və  

digər təyinatlı torpaqlar da vardır ki, onların payı 12,0% və ya 1039,3 min  ha-dır. 

Ehtiyat  fondu  torpaqlar  isə  2,7%  və  ya  233,8  min  ha,  yaşayış  məntəqələrinin 

torpaqları 2,0% və ya 173,3 min ha, su fondunun torpaqları 1,8%  və ya 155,9 min 

ha, xüsusi qorunan ərazilərin torpaqlari 1,7% və ya 147,2 min ha-dır. 

       Qeyd  edilməlidir  ki,  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  90,4%-i 

kəndli  (fermer)  təsərrüfatlarının,  2%-i  dövlət  kənd  təsərrüfatı  müəssisələrinin, 

0,9%-i  kollektiv  müəssisələrinin,  0,1%-i  kənd  təsərrüfatı  istehsal    kooperativ-

lərinin,  0,1%-i  kiçik  müəssisələrin,  0,03%-i  səhmdar  cəmiyyətlərinin,  0,001%-i  

isə aqroservis müəssisələrinin sərəncamına verilmişdir və s. 

       Təhlilin  göstərdiyi  kimi,  ölkədə  fəaliyyətdə  olan  kənd  təsərrüfatı 

müəssisələrinə  məxsus  olan    torpaq  sahələrinin  həcmi  nəzərəçarpacaq  dərəcədə 

xırdalanmışdır.  Yalnız  dövlət  kənd  təsərrüfatı  müəssisələrinə  məxsus  torpaq  

sahələrinin  həcmi  qismə  böyükdür  (  bir  təsərrüfata  2277  ha  sahə  düşür).    Ailə 

təsərrüfatları  istisna  olunmayan  orta  hesabla  hər  təsərrüfat  kateqoriyasına  1,8  ha 

torpaq  sahəsi  düşür.  Qeyri-dövlət  kənd  təsərrüfatı  müəssisələrində  bir  təsərrüfata 

orta  hesabla  34,4  ha  sahəsi,  o  cümlədən  kollektiv  müəssisələrə  36  ha,  kənd 

təsərrüfatı  istehsal  kooperativlərinə  24  ha,  kiçik  müəssisələrə  15  ha,  səhmdar 

cəmiyyətlərinə  94  ha  torpaq  sahəsi  düşür.  Kəndli  (fermer)  təsərrüfatlarında  hər  

təsərrüfata orta hesabla 7,2 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə