Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə119/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   ...   114   115   116   117   118   119   120   121   122

328
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
nitorinq orqanları  tərəfindən toplanan məlumatlar qiymətlidir. Lakin onların 
mövcud təhlil və təqdimatı qərar qəbul edən şəxslərə çirklənmənin azaldılması 
üzrə effektiv qaydaların hazırlanması və həyata keçirilməsinə kömək üçün ye-
tərincə deyil. Eyni zamanda keyfiyyətə güclü nəzarət və keyfiyyət təminatı ol-
malıdır. Nəzarət laboratoriyaları təşkil olunmalı və ən yaxşı beynəlxalq təcrü-
bələr  əsasında avadanlıqların müntəzəm kalibrləşməsi həyata keçirilməlidir. 
Bundan əlavə, qərar qəbul edən şəxslərə təqdim olunan məlumatlar məzmunlu 
və ən yaxşı təcrübələrə əsaslanmalı, məlumat mübadiləsi və su ehtiyatlarının 
təkmilləşdirilmiş idarə edilməsi üzrə qəbul edilən qərarlara dəstək olmalıdır. 
Şək. 17.2. 
Suyun keyfiyyətinin pisləşməsi transsərhəd məsələsi üçün səbəb–nəticə 
diaqramı 
Həmçinin, təcrübə göstərir ki, texniki səviyyədə qərar qəbul edənlər mo-
nitorinq və qanunvericiliklə, su ehtiyatlarının təkmilləşdirilmiş idarə edilməsi 
ilə  əlaqədar artan xərcləri digər qərar qəbul edənlərə  əsaslandırmağı bacar-
malıdırlar. Bu məlumatlara suyun çirklənməsi ilə bağlı dövlət xərcləri də daxil 
olmalıdır. Daha yaxşı  məlumatlandırılmış  qərar qəbuletmə olmadan, suyun 
keyfiyyətinin yaxşılaşdırılmasına dövlət büdcəsinin boş yerə xərclənməsi kimi 
baxıla bilər. Suyun keyfiyyətinin pisləşməsi və sosial-iqtisadi xərclər, ekoloji 


17. Su ehtiyatlar¯n¯n inteqrasiyal¯ idarə edilməsi ³zrə milli ... 
329 
 
dəyər və ÜDM-ın itirilməsi, torpaqların məhsuldarlığının azalması ilə bağlı 
xərclər, çirklənmiş ərazilərin təmizlənməsinin mümkün xərcləri arasındakı əla-
qələr hesablanmalı və qərar qəbul edənlərə çatdırılmalıdır. 
 
Təsirlər 
Suyun keyfiyyətinin pisləşməsinin ətraf mühitə əsas təsirləri: 

  Biogen maddələrin (azot birləşmələrinin) miqdarının artması və 
evtrofikasiya nəticəsində ekosistemlərin məhsuldarlığının dəyiş-
məsi ilə xarakterizə edilən ekosistemlərin deqradasiyası; 

  Ekosistemlərin növ tərkibində dəyişikliklər, o cümlədən su flora 
və faunasının endemik və nadir növlərinin itirilməsi, invaziv 
növlərin çoxalması və zərərvericilərə qarşı həssaslığın artması; 

  Daşqın zonalarında artan torpaq çirklənməsi və çirkləndiricilərin 
aşağı axın istiqamətində yayılması; 

  Yeraltı su ehtiyatlarına dəyən ziyan və bu suların çirklənməsi. 
 
Suyun keyfiyyətinin pisləşməsinin sosial-iqtisadi təsirləri: 

  Su ilə keçən xəstəliklərin tez-tez baş verməsi nəticəsində  əmək 
məhsuldarlığının əhəmiyyətli dərəcədə itirilməsi. Bu, nəinki, bü-
tün iqtisadi məhsuldarlığa mənfi təsir göstərir, eyni zamanda sə-
hiyyənin büdcəsini gərginləşdirir və  zərər çəkənlərin ailə üzv-
lərinə təsir edir; 

  Su, sənaye və məişətdə istifadədən əvvəl bahalı təmizləmə tələb 
etdiyinə görə iqtisadi inkişafda itkilər; 

  Çirklənmiş torpaqların az məhsuldar olması  və lazımi istehsal 
səviyyəsini təmin etmək üçün aqro-kimyəvi tədbirlərə  xərclərin 
artması; 

  Suyun keyfiyyətinin pisləşməsi balıqçılıq, ekoturizm və ümumi 
turizmin potensial gəlirlərində itkiyə səbəb ola bilər; 

  Hövzədə sosial-iqtisadi inkişaf sürətləndikcə, çirklənmiş çay su-
larından istifadə ilə əlaqədar ümumi xərclər əhəmiyyətli dərəcədə 
artacaq. 
Suyun keyfiyyətinin pisləşməsi istifadəyə yararlı su ehtiyatlarını azaldır 
və onun təmizlənməsi üçün xərcləri artırır. Müəyyən çaylarda adekvat miq-
darda suyun olmasına baxmayaraq, bu sular keyfiyyətsiz olduğu üçün yararsız 
ola bilər və su qıtlığına gətirib çıxara bilər. 
 
 
 


330
II 
H²SSƏ. Su ehtiyatlar¯n¯n idarə edilməsi 
Ekosistemlərin deqradasiyası 
Ekosistemlərin deqradasiyası bütün hövzədə müşahidə olunur. Bu, insan 
fəaliyyətinin birbaşa və dolayı  təsirləri nəticəsində çay axımının azalması  və 
suyun keyfiyyətinin pisləşməsi ilə bağlıdır. Ekosistemlərin vəziyyətini səciy-
yələndirən mövcud məlumatlarda bir çox boşluqlar var. Bu da, deqradasiyanı 
adekvat qiymətləndirməyi çətinləşdirir. Lakin bu faktdır ki, bütün hövzədə növ 
zənginliyinin itirilməsi və biomüxtəliflikdə azalma qeyd olunur. Bunların sis-
tematik hesablanması üçün daha çox məlumata ehtiyac var. Ekosistem funk-
siyalarının azalması, ekosistemlərin insan fəaliyyətinin təsirlərini minimum 
endirmə qabiliyyətinə  mənfi təsir göstərir. Bu ekosistem xidmətlərinin azal-
masına gətirib çıxarır və o da öz növbəsində gəlirlərdə azalma, habelə höku-
mət və yerli icmaların xərclərinin artmasına səbəb olur. Ekosistemlərin deqra-
dasiyası yuxarıda göstərilən ümumi səbəbləri ilə yanaşı, digər səbəbləri də var: 
təbii ehtiyatlardan səmərəsiz istifadə, torpaq ehtiyatlarının qeyri-səmərəli idarə 
olunması, təbii ərazilərin fraqmentasiyası və itirilməsi, ekosistemlər haqqında 
informasiya çatışmazlığı və s. 
Bu gün Kür hövzəsinin təbii ekosistemlərinin böyük hissəsi insan fə-
aliyyəti nəticəsində transformasiya olunmuşdur. Hövzənin yalnız dörddə bir 
hissəsi təbii vəziyyətdədir və 12 faizdən az bir hissəsi toxunulmayan bitki (me-
şə) örtüyüdür. Bu gün Cənubi Qafqazda təbii tuqay meşələrinin təxminən 5%-i 
qalmışdır.  Ənənəvi qış otlaqları kimi istifadə edilən təbii çöllər tükənmiş  və 
onların torpaqlarının keyfiyyət və növ tərkibi dəyişdiyinə görə bu çöllər ya-
rımsəhraya çevrilmişlər. Bundan başqa, Kür-Araz ovalığının təbii çöl və ya-
rımsəhraları başlıca olaraq suvarma kənd təsərrüfatının inkişafı  nəticəsində 
deqradasiyaya uğramışdır. 
Kür-Araz hövzəsində bioloji müxtəlifliyin itirilməsi ekosistemlərinin 
deqradasiyasının daha bir göstəricisidir. Bir neçə  məməli heyvan növləri, o 
cümlədən aran ekosistemlərində  və tuqay meşələrində zolaqlı kaftar artıq tü-
kənmək üzrədir. Ümumiyyətlə, iri ətyeyən, eləcə də ot yeyən heyvanların sayı 
ötən əsr ərzində çox azalmışdır. Son illərdə şabalıd və ağcaqayın ağacları kimi 
qiymətli ağac növlərinin sayı azalmışdır. Kiçik kestrel və  İmperator qartalı 
kimi bir neçə quş növünün sayında  əhəmiyyətli dərəcədə azalma qeydə 
alınmışdır. 
Son 50 il ərzində Xəzər dənizindən Kür çayına daxil olan nərə balıqla-
rının sayının azalması müşahidə olunur. Çayın yuxarı axınında nərə balıqla-
rının kürü tökdüyü yerlərin əhəmiyyətli hissəsi su anbarları və onların bəndləri 
tikildikdən sonra əlçatmaz olmuşdur. 1950-ci illərdən bəri su anbarlarının ti-
kintisi Kürün orta və yuxarı axınında olan çay balıq növlərinin tərkibində də 
dəyişikliyə  səbəb olmuşdur. Bu, bəzi balıq növlərinin o cümlədən, Xəzərdə 
ilan balığı, Mingəçevir su anbarından yuxarıda Kür, Alazani/Qanıx, 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə