F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Xəzərdən başlayan səyahət “Bakı - 2017” IV İslam Həmrəyliyi
Oyunları İlidir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə aid
mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,
kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı -2017
2
Tərtibçilər: Nərgiz Məcidova
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Xəzərdən başlayan səyahət
:
metodik vəsait / tərt.ed.: N.
Məcidova ixt. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli
adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-34s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası -2017
3
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi
İli” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas
mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında
və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında
mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində
ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin
formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı
Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim
əlyazmalar bunun bariz nümunəsidir.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü
Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda,
hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin
300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan
dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər
ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən
Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və
Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə
yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında
Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa
edilmişdir.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının,
İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı
faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra
mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə
böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində
4
qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan
şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında
öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-
ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin
İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti
əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar
olmasında Azərbaycanın özünəməxsus mövqeyinin
möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi
İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin
Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan
edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2017-ci il.
5
Giriş:
Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir
ölkədir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan
olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı
mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri
müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və
mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.
Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam
Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni
zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri
olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Tarixin bütün dövrlərində Azərbaycan dini, milli, mədəni
dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin,
sivilizasiyaların nümayəndələrinə göstərdiyi münasibətinə görə əsl
tolerantlıq nümunəsi nümayiş etdirib. Təsadüfi deyil ki, müxtəlif
zaman kəsiklərində işğallara məruz qalan ölkəmiz ən yüksək dini
dəyərlərin daşıyıcısı olub. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ
edildiyi, hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq,
humanist dəyərləri yaşadıb. Müstəqillik əldə edildikdən sonra
islam ənənələrinə əsaslanan islam bayramlarının keçirilməsi,
müxtəlif dinlərin nümayəndələrinə eyni qayğının göstərilməsi
ölkəmizdə islamın inkişafına təkan verib. Bu da, dini dəyərlərin
yüksək səviyyədə ölkəmizdə qorunmasını göstərir. İslam
həmrəyliyi həmdə dünya dinlərinin nümayəndələrinin bir arada
yığılaraq birləşməsi, anlaşması deməkdir. Onların fikirlərində bir
araya gəlməsi isə dünyada hökm sürən ədalətsizliklərə qarşı bir
məlhəm rolu oynayır. Ölkəmiz də 1991-ci ilin dekabr ayından
islam dünyasının ayrılmaz hissəsi olan İslam Konfransı Təşkilatına