Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə18/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   14   15   16   17   18   19   20   21   ...   90

Dialektik coğrafiya
 
 
 
45
 
 
Yuxarıda göstərdiyimiz yanaşmalarının struktur paradiqmasının spesifik 
nəzəri-idrakı konstruksiyaları coğrafiya elmində dialektik funksiyalarının təh-
lillərinə istiqamət vermiş və elmi tədqiqatlarının kompleks sintezinə nail olma-
ğa şərait yaratmışdır. Bu səbəbdən də biz struktur yanaşmanı müasir coğrafiya 
elmi təfəkkürün əsas  funksiyalarından biri kimi dəyərləndirirk.   
Beləliklə, strukturun paradiqma funksiyaları coğrafiya elminin tədqiqatla-
rında tamamlanmış  nəticələrinin dayanıqlı  əlaqələrinin optimal variantlarıdır. 
Bu optimal variantlar həm koordinasiya, həm də subordinasiya əlaqələri hesab 
edilir. Koordinasiya əlaqələrinin daxilində sistemin heç bir komponenti onun 
digər komponentləri dəyişmədən dəyişilə bilməz. Subordinasiya əlaqələr de-
dikdə, sistemin komponentləri müxtəlif tərkiblidir, onların arasında dialektik 
funksional asıllıq vardır. 
*  Funksional idrak  paradiqmasının tipologiyası.  Struktur paradiqmasının 
tipoloji funksiyalarının təyini coğrafiya elmi üçün mühüm effektli kardinal də-
yişkənlik
47
 yanaşmalarından biridir. Coğrafiya elmi aparatının funksional real-
lığının təyini ilkin olaraq onun daimi hərəkətdə olmasıdır. Coğrafi sistemdə 
baş verən dəyişkənlik (hərəkət) arasında müəyyən səviyyədə dialektiklik çərçi-
vəsinin funksional ideal modellərinin dinamik təbiəti mövcuddur. Coğrafiya 
elmi kontekstində funksional struktur paradiqması önəmi istiqamətində Çorli
48
 
(Chorley), Kennedi
49
 (Kennedy)  tərəfindən morfoloji-statistik informasiyaya 
uyğun tipoloji varintlar irəli sürmüşlər. 
 
 
 
 
 
 
    
 
         
 
 
 
                                                            
47
 “Kardinal dəyişkənlik”= ifadəsi cəmiyyətin (qlobal sosium) yeni keyfiyyət mərhələsinə ke-  
    çid anlamı daşıyır. 
48
 Chorley R.J. Directions in geography. London,1973. 
49
 Kennedy B.A. Physical geography. London, 1974. 
 Coğrafi strukturun funksional paradiqma tipləri 
D 

Dayanıqlı  struktur
                      G = 
Coğrafi məkan  struktur  
A; B; C = 
struktur  funksional  tipləri
 


giriş 
 
L= 
çıxış 
 A 

 C
A
B
C






  Ağazeynal A. Qurbanzadə 
 
46 
 
 
Elmi araşdırmalarına  əsasən funksional struktur topoloji olaraq: dayanıqlı 
və coğrafi məkan sisteminə ayırmaq olar. Dayanıqlı strukturlar coğrafi mühitlə   
dialektik əlaqəli formada həyata keçirilir. Coğrafi məkan sitemində maddi var-
lığının dinamik səviyyəsi və coğrafi obyektlərarası enerji mübadiləsi baş verir. 
Dialektikanın fonunda isə elmin perspektiv inkişafının dəyərli və konseptual  
ərazi struktur funksiyalarının  formalarının effektliliyi yaranır. 
Funksional idrak struktur paradiqma tipləri (dayanıqlı; coğrafi məkan) coğ-
rafiya elminin fundamental, praktiki gerçəkliyini fəallaşdırır və  tədqiqat ob-
yektinin informasiyasını zənginləşdirir. 
Coğrafiya elminin tədqiqat “orqanizm”də struktur paradiqmasının praktiki 
istiqamətli araşdırmaları bütün dövrlər üçün xarakterik olmuşdur. Coğrafi mə-
kan strukturuna dair funksional sistem təsnifat göstəricilərinin elmi-praktiki 
məzmuna çevrilməsinə dair ideyalar önəmlidir. Təhlillər göstərir ki, coğrafiya 
elmi idrakın funksional struktur-sisteminin tədbiqi olmadan müəyyən səviyyə-
də elmi-praktiki nəticələrə  gəlmək qeyri-mümkündür. Ellison və Lindmiqin 
(ABŞ) tədqiqatlarında göstərir ki, “biz atom və ya kosmos əsrindən daha çox 
struktur- sistem əsrində yaşayırıq”. 
 
 
Hərəkətverici və korreksiya coğrafi-sistemin effektliyi  
 
Aparılan araşdırmalarının nəticələrinə  əsasən dialektik coğrafiya elminin 
tədqiqat obyektində funksional-sistem differensiyasının dinamik və coxşaxəli   
miqyas çərçivəsini özündə birləşdirir. Məntiqi baxımdan dialektik coğrafiya 
elminin çoxşaxəli nəzəri çərçivəsinin əsasının önəmində = “coğrafi resurs mü-
hitinin potensialı və dayanıqlı inkişaf” = optimal modelinin təşkilinin konsep-
siyasını əhatə edir. 
Təhlil metodlarının (xüsusən optimal metodları) əsas prinsiplərinin nəzərə 
alınması coğrafi-sisteminin resurslarından istifadə edilməsi elmi xarakter kəsb 
edir. Məsələ ondan ibarətdir ki, təhlil metodu konkret elmi aksiomların deyil, 
ehtimallar metodlarının  praktiki fəaliyyətinin tədbiqinə əsaslanır. 
Optimal modelinin təbiətində mövcud olan nisbətlər çox sayda individual 
xarakterlərə və coğrafi çoxxətli dəyişkənliklərinə malikdir. Bunu nəzərə almaq 
şərti ilə çoxxətli dəyişkənliklərini optimal modelindən istifadə etməklə coğra-
fi-sistemin effektliyinin dərəcəsini müəyyən etmək olar. 
Problemə məntiqi yanaşıldıqda hərəkətverici və korreksiya coğrafi-sistem-
lərinin çox mühüm elmi-metodoloji nəticələrinə gəlmək mümkündür. Hər bir 
yanaşmanın özünəməxsus tədqiqat sahəsi və məntiqi izahı vardır. Hərəkətve-
rici coğrafi-sistem = ərazi-istehsal sistemlərini xarakterizə edən taksonomik 


Dialektik coğrafiya
 
 
 
47
 
 
vahidlərini təhlil edir. Fikrimizcə, coğrafi-sistemin struktur aparatının təlimi-
nin coğrafi məkana baxışlarının kompleks inkişafının effektliyi ilə bağlıdır. 
Digər tərəfdən isə bu kompleks inkişafa həm də nəzəri-metodoloji baxımdan 
diqqət yetirilməlidir. Əsas istiqamət ondan ibarətdir ki, coğrafi-sistemin gene-
tik aparatının ümumi cəmiyyətşünaslıq elmi çərçivəsində akademik profilli 
tədqiqat sahəsinə çevrilməsini tələb edir. Bu səbəbdən də konstruktiv ideyala-
rının əsaslandırılmasının məntiqi baxımından dialektik coğrafiya elminin fun-
damental coğrafi-sisteminin hərəkətverici və korreksiya tədqiqat aparatınının 
formalaşmasına dair araşdırılmasını önəmə gətirilməlidir.   
Coğrafiya elminin tədqiqat konsepsiyasına  əsaslanaraq coğrafi sistemin 
aparatı, differensiyasının miqyası, ölçüsü, optimal idarə edilməsi, ilk növbədə 
müxtəlif istiqamətlər müəyyən edilməlidir.     
 
 
                                        
 
 
 
 
 
 
 
 
 
 
 
Coğrafi-sistem anlayışına elmi mənbələrində müxtəlif  baxışlar mövcuddur. 
Təhlillər göstərir ki, problemə dair elmi baxışların arasında müəyyən fərqləri-
nin olmasına baxmayaraq, ümumi mənada coğrafi – sistemlərin təlimi dialek-
tik coğrafiya elmində daim diqqət mərkəzində olmuşdur. Tədqiqat obyekti ki-
mi coğrafi-sistemin öyrənilməsi və praktikası öz funksiyasının mənasına görə 
nəzəri-metodologiyası ilə fərqlənmişdir.
50
 
Elmi baxışlar çərçivəsində coğrafi-sistemin əsas vəzifəsi  dayanıqlı ərazi və 
regional (qlobal) sistem strukturun, keyfiyyət və kəmiyyət səviyyəsinin müəy-
yən edilməsindən ibarətdir. Coğrafi-sistem öz  dialektik xarakterinə uyğun ola-
                                                            
50
 
Пространство циклов (сборник). М., 2007;  Chishjlm M.F.General Systems Theory and 
      Geography. Trans. İ.D.G., 43. 1999. 
 
Nəzəri sistemlər 
 
Funksional sistemlər
Coğrafi məkan sistemi 
Abstrak sistem 
Dinamik sistem
İerarxiya sistem 
Coğrafi diffuziya sistem  
Coğrafi texnoloji sistem 
Ekosistem 
İnfrastruktur 
İnformasiya 
İnnovasiya 
Korreksiya sistemlər 
Hərəkətverici sistemlər 
Coğrafi-sistem aparatı 



Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə