Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

192 
ORDENL  QƏHRƏMAN 
Yenə də sayrışır göydə ulduzlar  
Gecədən keçmişdir, doğmayır səhər.  
Dərin bir yuxuya getmişdir şəhər  
Yerdə nə hərəkət, nə hənirti var.  
Yalnız milisioner küçələrdə tək  
Gəzir ayaq üstə mürgüləyərək. 
* * * 
Ay da güzgüsünü salmış dənizə  
Dəniz gümüş kimi par-par parıldar.  
Həyat müvəqqəti vergidir bizə  
Hər baxış könüldə qalır yadigar.  
Uğurlar sənə ey qoca kainat  
Yaşasın gələcək, yaşasın həyat. 
*** 
Burda əfsanələr, sirlər yuvası  
Viran Qız qalası dalmış səcdəyə.  
O bəlkə yalvarır-yaxarır göyə  
Yazıq ki, gecənin bu xoş havası,  
O sınğın ruhuna yenə dar gəlir,  
Xəzərdən üstünə bir ruzgar gəlir. 
* * * 
Ə
vət! Qamçılayır, döyür bu ruzgar  
Dilsiz əsrlərin xatiratını.  
Üstündə nəslimiz çapır atını,  
Hər günün, gecənin bir qanunu var.  
Öldü xan sarayı, xan əsgərləri,  
Öldü minarənin azan səsləri.  
Yüksəlir bir bina başqa tərəfdən  
Ağarmış bənizi ay işığında. 
  


193 
Onun bu axşamkı yaraşığında  
Başqa bir gözəllik duyuram da mən  
Bu lövhə qaynadır yenə qanımı  
Sizə təqdim edim qəhrəmanımı:  
Qəhrəmanım yeni, şöhrəti yeni  
Döşündə Leninin qızıl ordeni.  
Nədir alnındakı o qırışıqlar?  
Onda cəbhələrdən xatirələr var.  
Neçə çiçəkli yaz, neçə qarlı qış  
Sürgündə yaşayıb qürbətdə qalmış,  
Qolunda səslənmiş zəncir səsləri  
Ona gün verməmiş polis nəfəri.  
Gecələr də qara...zindan da qara...  
Salınmış zülm ilə qaranlıqlara.  
Fəqət çəkinməmiş o öz yolundan  
Ümidlər gözləmiş gələcək ondan.  
Uğurlar sənə, ey qoca kainat  
Yaşasın gələcək, yaşasın həyat. 
* * * 
Çıxmış qəhrəmanım yenə balkona,  
Alqışlar göndərir ulduzlar ona.  
Ay da işığını salmış üstünə  
Alqış bu insana! Alqış bu günə!  
Gecədən keçmişdir, yatır canlılar  
Gecənin qəlbində bir döyüntü var.  
Yalnız o yatmamış hələ sayaqdır
*
  
Düşünən bir beyin yaşayacaqdır...  
Onun gözlinə yuxu gəlməyir  
Onun sinirləri heç dincəlməyir.  
Çarpışır, vuruşur, düşünür, duyur,  
Gəzinir, əyləşir, yazır, oxuyur.  
ş


 bir həyat ki, hərəkətdədir  
ş
tə bir qanun ki, təbiətdədir. 
  
                                                           
*
 Sayıq 

 Elə 


194 
* * * 
O bəzən sevinir gülümsəyərək  
Qabardır döşünü böyük bir ürək.  
Dünya gözlərində bir xoş mənzərə  
Ə
l çalıb oynayır hər dağ, hər dərə.  
Bəzən də hirslənir, oynayır gözü,  
Birdən bulud kimi tutulur üzü.  
Ruhunu, qəlbini bir duyğu sıxır,  
Başından tüstülər, dumanlar çıxır.  
Nədir düşündürən bu qədər onu?  
Bəşər duyğusunun varmıdır sonu? 
* * * 
Mənim qəhrəmanım nə evlər sökür,  
Nə qanlı hərb üçün planlar tökür.  
Görsə bir insanın o göz yaşını  
Ürəyi dərdlənib, çatar qaşını.  
Nə yurdlar, yaylalar, müstəmləkələr,  
Nə qızıl mədənli böyük ölkələr  
Onun təmənnası deyildir əvət.  
O başqa bir könül, başqa təbiət.  
Napolyonlar kimi ordu çəkməmiş,  
Yandırıb yerində bostan əkməmiş.  
Atını çapmamış o dörd bir yana,  
Ə
lləri batmamış günahsız qana.  
Çingiz xanlar kimi Əfqanda, Çində  
Qılınclar çalmamış qanlar içində.  
Güvənib gücünə, istedadına  
Saraylar qurmamış o öz adına.  
O başqa bir könül, başqa vüqardır  
Onun göylər qədor mənası vardır. 
* * * 
Gəlir gözlərinin önünə bəzən  
Qoynunda ceyranlar, cüyürlər gəzən, 
  


195 
Ş
irvanın, Muğanın, Eldarın düzü  
Gülür qəhrəmanım, açılır üzü.  
Ə
lilə tarladan ağ pambıq dərir, 
Ellərə ruh verir, yollar göstərir.  
Onun sadəcə bir əxlaqi vardır  
Gəncliyə ən gözəl bir yadigardır.  
Ellərə yazdığı bir şeri olan  
Oxuyur yazdığı bloknotundan: 
"Ay ellər, nə gözəl, nə xoş gəlibdir  
Uğurlu baharı, yazı pambığın.  
Doğrudan ağıza, dilə düşübdür  
Məclisi, sohbəti, sazı pambığın. 
Xoş gəlib bu qonaq bizim bu kəndə,  
Qarış cərgəmizə dayanma sən də,  
Səhərin qoynunda yellər əsəndə,  
Can alır işvəsi, nazı pambığın. 
* * * 
Nə bir dilənçi var, nə ac bir insan  
Elləri qurtardı ölüm yasından.  
Gərək indən belə hər qozasından  
Bir kilo toplansın azı pambığın. 
* * * 
Ayrı yer aylır qoyuna, mala  
Gəlinlər bəzənir qumaşa, ala.  
Qarılar, qocalar baxmayır fala  
Dolur dəstə-dəstə düzü pambığın. 
* * * 
Dağlara gün doğur, xoş ruzgar gəlir  
Düşmənin başına dünya dar gəlir.  
Kəndə qalaq-qalaq kitablar gəlir  
Çəkilir hər yerdə sözü pambığın. 
  


196 
* * * 
Çağırdım yarışa Özbəkistanı  
Dedim qüdrətimi yaxından tanı.  
Mənə üstün gələn bir oğul hanı?  
Çünki ağ yaranıb üzü pambığın. 
* * * 
Mehriban yaranıb o dosta, yara  
And içib, əhıd edib bizim ilqara.  
Gedir nümayəndə qurultaylara  
Söz alıb danışır özü pambığın". 
* * * 
Mənim qəhrəmanım oxuyur bunu  
Bir yeni dünyanın doğulduğunu.  
Başqa bir vüqarla çatılır qaşı,  
Ə
srinin Neronu Hitlerə qarşı.  
And içir Leninin adına əlan  
Yadlar ayağını tərpətsə bir an  
Bizim bu bəxtiyar ellərə sarı,  
Alacaq Qafqazın mərd oğulları,  
Bütün cəbhələri aslanlar kimi,  
Dönüb partlayacaq vulkanlar kimi.  
O xain Neronun məğrur başında.  
Ömrünün bəxtiyar və gənc yaşında  
O vaxt qəhrəmanını, indidən tanı  
Olacaq ordunun baş komandanı.  
Qalxacaq yenə də ərəb atına,  
Sürüb səs salacaq yerin altına.  
Düşmənin başına od yağdıracaq  
O da öldürəcək, o da qıracaq.  
Qəhrəmanım yeni, şöhrəti yeni  
Döşündə Leninin qızıl ordeni. 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə