Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

175 
1934 
BÖYÜK ƏD B 
Döydü qapımızı bir acı ruzgar,  
Durdu insan qəlbi, öldü sənətkar...  
Mənim təbiətə bir sualım var.  
Bumudur insanla onun ilqarı? 
Sən, ey bu torpağın əziz insanı,  
De, qələmin hanı? Kağızın hanı?  
Matəmin ağlatdı Azərbaycanı,  
Yasinı saxlayır Qafqaz dağları. 
Gülən dodaqların, söylə soldumu,  
Düşünən beyinin torpaq oldumu,  
Sevgilin saçını bir-bir yoldumu,  
Həyata son dəfə baxdınmı barı? 
Admı qəlbində hər kim arasa,  
Bilirəm, ağlayıb batacaq yasa;  
Bir xəbər göndərsin Kürə, Araza  
Dumanlı dağların soyuq ruzgarı. 
Ömrünün çiçəyi birdən solsa da,  
Ölümün, matəmin vaxtsız olsa da,  
Dünya boşalsa da, dünya dolsa da,  
Tarix yaşadacaq bu sənətkarı!.. 
1934, 31 dekabr 
  


176 
AZƏRBAYCAN
*
 
Çox keçmişəm bu dağlardan,  
Durna gözlü bulaqlardan;  
Eşitmişəm uzaqlardan  
Sakit axan arazları;  
Sınamışam dostu, yarı... 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan! 
Mən bir uşaq, sən bir ana,  
Odur ki, bağlıyam sana:  
Hankı somtə, hankı yana  
Hey uçsam da yuvam sənsən,  
Elim, günüm, obam sənsən! 
Fəqət səndən gen düşəndə,  
Ayrılıq məndən düşəndə,  
Saçlarıma dən düşəndə  
Boğar aylar, illər məni,  
Qınamasın ellər məni. 
Dağlarının başı qardır,  
Ağ örpəyın buludlardır.  
Böyük bir keçmişin vardır;  
Bilinməyir yaşın sənin,  
Nələr çəkmiş başın sənin. 
Düşdün uğursuz dillərə,  
Nəhs aylara, nəhs illərə.  
Nəsillərdən nəslərə  
Keçən bir şöhrətin vardır;  
Oğlun, qızın bəxtiyardır... 
                                                           
*
Ş
eir əlyazmasi əsasında ilk variantda olduğu kimi verilmişdir. 
  


177 
Hey baxıram bu düzlərə,  
Ala gözlü gündüzlərə;  
Qara xallı ağ üzlərə  
Könül istər şeir yaza;  
Gəncləşirəm yaza-yaza... 
Bir tərəfin bəhri-Xəzər,  
Yaşılbaş? sonalar gəzər;  
Xəyalım dolanar gəzər  
Gah Muğanı, gah Eldarı,  
Mənzil uzaq, ömür yarı! 
Sıra dağlar, gen dərələr,  
Ürək açan mənzərələr...  
Ceyran qaçar, cüyür mələr,  
Nə çoxdur oylağın sənin!  
Aranın, yaylağın sənin. 
Keç bu dağdan, bu arandan,  
Astaradan, Lənkərandan.  
Afrikadan, Hindistandan  
Qonaq gəlir bizə quşlar, 
      Zülm əlindən qurtulmuşlar... 
Bu yerlərdə limon sarı,  
Ə
yir, salır budaqları;  
Dağlaraının dümağ qarı  
Yaranmışdır qarlı qışdan,  
Bir səngərdir yaranışdan. 
Lənkəranın gülü rəng-rəng,  
Yurdumuzun qızları tək.  
Dəmlə çayı, tök ver görək,  
Anamın dilbər gəlini!  
Yadlara açma əlini. 


178 
Sarı sünbül bizim çörək,  
Pambığımız çiçək-çiçək,  
Hər üzümdən bir şirə çək  
Səhər-səhər acqarına,  
Qüvvət olsun qollarına. 
Min Qazaxda köhlən ata,  
Yalmanına yata-yata,  
At qan tərə bata-bata,  
Göy yaylaqlar belinə qalx,  
Kəpəz dağdan Göy gölə bax!.. 
Ey azad gün, azad insan,  
Doyunca iç bu bahardan!  
Bizim xalı-xalçalardan  
Sar çinarlar kölgəsinə,  
Alqış günəş ölkəsinə! 
Könlüm keçir Qarabağdan,  
Gah bu dağdan, gah o dağdan;  
Axşam üstü qoy uzaqdan  
Havalansın Xanın səsi,  
Qarabağın şikəstəsi. 
Gözəl Vətən! Mənan dərin,  
Beşiyisən gözəllərin  
Aşıq deyər sərin-sərin,  
Son günəşin qucağısan  
Ş
eir, sənət ocağısan. 
Ölməz könül, ölməz əsər  
Nizamilər, Füzulilər!  
Ə
lin qələm, sinən dəftər,  
De gəlsin hər nəyin vardır,  
Deyilən söz yadigardır. 


179 
Bir dön bizım Bakıya bax,  
Sahilləri çıraq-çıraq,  
Buruqları hayqıraraq  
Nərə salır boz çollərə,  
ş
ıqlanır hər dağ, dərə. 
Nazlandıqca sərin külək  
Sahillərə sinə gərək,  
Bizim Bakı - bizim ürək!  
ş
ıqdadır qüvvət sözü,  
Səhərlərin ülkər gözü. 
Gözəl Vətən! O gün ki, sən  
Al bayraqlı bir səhərdən  
lham aldın...yarandım mən.  
Gülür torpaq, gülür insan  
Qoca Şərqin qapısısan. 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrilarmı könül candan?  
Azərbaycan, Azərbaycan! 
1935 
    
  


180 
SƏRGÜZƏŞ
Bir tərəfdə düyün, bir tərəfdə yas,  
Böylə keçinmişdir dilsiz əsrlər.  
Ş
airim, könülün dediyini yaz,  
Odur bu dünyada ən böyük əsər. 
Deyirlər bu yerin xəyalı şaşqın  
Ağızlarda gəzən sevdası varmış.  
Könüllər havalı, duyğular daşqın  
Sel kimi kükrəyib, coşub axarmış. 
Deyirlər suların axar yerində  
Çadırlar qurulub yurd salmamış.  
Dumanlı dağların ətəklərində  
Mal-qara bəslənib, ot çalınarmış. 
lxılar qarışıb kişnəyəndə at  
Batarmış göylərin ildırım səsi,  
Burda öz-özünə axarmış həyat,  
Axarmış suların xoş zümzüməsi. 
Üstündə qıy vurub tərlan səslənən  
Dağların başını duman alarmış.  
Günəşdə, havada, suda bəslənən,  
nsanlar az ölüb gec qocalarmış. 
Axarmış su kimi südü, ayranı,  
Şə
kinin, Şirvanın, Gəncəbasarın.  
Qarışıb bir yerə dağı, aranı,  
Dili tutularmış boranın, qarın. 
Qaçanda Qazağın köhlən atları  
Bağrı yarılarmış dəli göylərin.  
Çökərmiş altında yerin qatları,  
Dirəyi titrərmiş ağac evlərin. 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə