Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

147 
1933 
  
ANAMIN DƏRD  
Bəzən o insanı düşündükcə mən,  
Titrədir canımı dağlar ruzigarı;  
Köklü ağac kimi qopub yeriradən,  
Uçuram bir dərin boşluğa sarı,  
Titrədir canımı dağlar ruzgarı. 
O gözol xilqətin nəydi vərdişi? – 
Beşik yırğalayıb, paltar yamamaq;  
Onun belindəydi evin hər işi.  
Anamı səslərdi günəşdən qabaq.  
Beşik yırğalayıb, paltar yamamaq. 
Atam yuxulardı tər tökə-tökə,  
Günəş qurşağına qalxana kimi;  
Onun qarşısında diz çökə-çökə  
Anam çalışardı, bir ana kimi;  
Günəş qurşağına qalxana kimi. 
Sonra da dərindən nəfəs alaraq,  
Ş
ikayət eylərdi öz taleyindən;  
Qızlıq günlərini yada salaraq  
Həyata, hər şeyə küsərdi bəzən,  
Ş
ikayət eylərdi öz taleyindən; 
Atam acıqlanıb döyəndə onu,  
Durub boylanardı qara qul kimi;  
Vaxtına çatmadı ömrünün sonu.  
Qaranlıq üstündə qaraul kimi,  
Durub boylanardı qara qul kimi. 
Anamın gözləri baxtından qara...  
Bəzən buluıdlara baxıb dalardı.  
Dərdini söyləyib qarlı dağlara.  
Qəlbini saz kimi tutub çalardı. 
  


148 
* * * 
Bir sabah anamın belində sənək,  
Yolda gah üşüyüb, gah əsnəyərək,  
Dönüb qayıdanda bulaq başından,  
Yolda söz atmışdı ona bir cavan:  
"Bir dayan, ay gedən, de haralısan?  
De hansı,dağların tək maralısan?"  
Anam bu səsdəki hissi-hörmətə.  
Təmiz şairanə bir məhəbbətə  
Cavab verməyərək evə tələsmiş,  
Vücudu yel kimi titrəyib əsmiş.  
Sonra da atamı tutaraq dilə,  
Açmış əhvalatı o gülə-gülə.  
" nək göz etməsə, buğa sıçramaz", - 
Deyərək, anama vurulan qapaz  
Qadın başını endirmiş yerə...  
O məhkum insana tutulan dirə;  
Özün görursən ki, bir faciədir...  
Anla ki, sevgilim, qısqanclıq nədir?  
O gündən qadının qəlbi qanadı,  
Bir də açılmadı qolu-qanadı.  
Qəfəsdə inləyən o yaralı quş  
Açıq bilirdi ki təhqir olunmaış.  
Odur ki, hər zaman ah çəkib ağlar,  
Ahını dinlərdi dinləyən dağlar...  
O gündən bəriyə bir gün görmədi;  
Onun cavan ömrü uzun sürmədi.  
Qadın bu dərd ilə içini yedi,  
Bir axşam varlığa əlvida dedi.  
Çökdü evimizə acı bir sukut,  
Gülürdü sağlara o ölü-tabut...  
O gündən dəyişdi atamın halı;  
Pozuldu onun da fikri, xəyalı,  
Arabir anamın yatdığı yerə  
Baxıb ağlayardı o birdən-birə  
Tutduğu işlərə peşiman kimi. 
  


149 
Vaxtsız ayrılığa dözmədi qəlbi – 
Ağardı saqqalı, saçı qar oldu,  
Dərdi yetim qalmış uşaqlar oldu,  
Dərdini, fikrıni dağıtmaq üçün  
Gedib qonşuları gəzərdi hər gün.  
Gəzdiyi - məhv olmuş səadət idi.  
Son təsəllisi də - ibadət idi.  
Ki, tanrı əfv edə onun suçunu.  
O gündən gülmədi ömrü uzunu...  
Sevgilim! Anla ki, qısqanclıq nədir?  
Anla ki, doğrudan o, faciədir... 
1933 
  


150 
SEVG L M N QILIĞ
Gecə cansız, gecə sakit, gecə lal!  
Nə qədər uçsa da uçduqca xəyal.  
Udur insanı bu zülmətli gecə,  
Bu vəfasız, bu rütubətli gecə.  
Ay uzaqlarda, küsüb gendə durur,  
Məni yelkən kimi fikrim uçurur  
Döyür ətrafını şiddətli boran,  
Sevgilimdir başım üstündə duran,  
Yuxusuz gözləri hərdən süzülür,  
Baxıb əhvalıma candan üzülür  
Və deyir: "Yazma, yazıqsan, daha yat,  
Düzələn şey deyil onsuz da həyat.  
Nə mürəkkəb, nə kağız qalmadı, dur,  
Bu esr şairi vaxtsız unudur...  
Qapının ağzını almış qara qış,  
Filosoflar belə şaşqın qalmış,  
Bu həyatın dolaşıq yollarına,  
Ac qalarsansa bu gündən yarına.  
Bizə bir kimsə çörək verməyəcək,  
Qadının "ver!", çocuğun "ver!" deyəcək.  
Nə mürəkkəb, nə kağız qalmadı, dur!  
Bu əsr şairi vaxtsız unudur...".  
Xayır! Aldanma əziz arkadaşım,  
Daşa dəysin də, qayıtsın da başım,  
Ta ki, dünyadakı hər sirri bilim,  
Uzun olsun da həyatımda dilim.  
Demə sərsəm gecələr yolçusuyam,  
Mən doyüşlərdə həyat ordusuyam!  
Geri qalmaq - ölümün nərdivəni,  
O qaranlıqlara qaytarma məni.  
Sən deyirsən ki, "yazıqsan, daha yat,  
Düzələn şey deyil onsuz da həyat".  
Nə sənindir, nə mənimdir bu əməl,  
Özgə bir yerdə danışma bunu gəl. 
  


151 
Düşün, ətrafını gör, bir də düşün,  
Yoxsa mənasız olur hər gülüşün,  
Daha xoşbəxt edəcəksən məni sən,  
Özün öz taleyini həll etsən...  
Sən deyirsən ki, "yazıqsan, daha dur,  
Bu əsr şairi vaxtsız unudur".  
Nə sənindir, nə mənimdir bu əməl,  
Özgə bir yerdə danışma bunu gəl.  
Qoparıb qəlbimi sən vurma daşa,  
Gəl! Yaxın gəl! Oxuyub qıl tamaşa  
Ə
sərimdən gorünən heykəlimi;  
Tutma, qoy yazsın, əzizim, əlimi.  
Nə rəyasət, nə cəlal istəyirəm,  
Sadə hiss, sadə xəyal istəyirəm
- Məni şerinlə sevindirdin, əvət! 
- Yaşaşın öyləsə dünyada sənət! 
Onun ardında nə hikmət görünür!. 
Bütün insan və təbiət görünür. 
1933 
  


152 
DƏN Z GƏZ NT S  
Sevgilim, gecənin rənginə bir bax!  
Sayrışan ulduzlar göz kimi parlaq.  
Sallamış dənizə ay məndilini
*
,  
Dəniz danışdırır öz sahilini.  
Baxıb keçənlərə, göz qırpır mayak,  
O bir keşikçidir hər zaman oyaq

.  
Gəzdirir özünü böyük bir vapor,  
Vaporda səslənir, döyünür motor.  
Onun zirvəsində durur kapitan;  
ndi təbiətə hökm edir insan.  
Yorulmaq bilməmiş insanın əli  
nsan yer üzünə tanrı gələli.  
Görünməz olmuşdur dənizin dibi.  
Qayıq yırğalanır bir beşik kimi.  
Dalğalar atlanır, dalğalar enir,  
Doğru demişlər ki, şairanədir,  
Qayıq gəzintisi mahtaba

 qarşı,  
Sahildə səslənir gazıntı marşı,  
Gəzdirir bizi də mehriban dəniz  
Açılıb dincəıir sinirlərimiz.  
Suda ilan kimi şütüyür qayıq...  
Xavərim, yatmamış... sevgilim ayıq!..  
Sevgilim, nə gözəl bahar gecəsi!  
Bizə layla çalır dənizin səsi.  
O kimdir sulara qəzəl oxuyur,  
Cahana hər gələn bir əsər qoyur...  
Sussun o bayquşun pərişan səsi;  
Sevgilim istəyir həyat nəğməsi!  
Dalğalar əsəbi, dalğalar qara,  
Köksünü çırpdıqca bu dalğalara  
Suda ilan kimi şütüyür qayıq,  
Sevgilim yatmamış... sevgilim ayıq!.. 
1933 
                                                           
*
 Dəsmal (əl dəsmalı) mənasında  

 Yəni  

 Ay işığı
 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə