Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

129 
 Bu bayraq ki üfdqsüz dənizlərdən keçərək,  
Tutuldu güllələrə qızıl qanlar içərək;  
O gərdi öz köksünü bombaların səsınə,  
Gəlib çıxdı nəhayət Şuralar ölkəsinə.  
Bizim bu qızıl Bakı aldı onu qoynuna,  
Qardaşlıq əllərilə sanlırkən boynuna  
Bu qırılmaz peymanı uzaqlardan gördülər,  
Avropanın, asyanın köpəkləri hürdülər.  
ndi bu bayraq gəzir əldən-ələ, dolanır,  
Mil düzünün, Muğanın pambıqları sulanır. 
Yarış gedir Şəkidə  
Lənkəranda, Ləkidə  
Qazax, Gəncə, Qarabağ,  
Bir çox dərə, bir çox dağ  
ndi durub üz-üzə,  
Gecə dönür gündüzə.  
Günlər keçir axaraq.  
Veriləcək bu bayraq  
Birincilik qazanan  
nsanlara şübhəsiz,  
Bilirsiniz bunu siz. 
O bayraq ki, üfüqsüz dənizlərdən keçərək,  
Tutuldu gülləlrə qızıl qanlar içərək.  
Ş
rapaellər ötürkən sağından və solundan,  
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.  
Üstündəki o yumruq üsyanın simvoludur,  
Bir üsyan ki, tarixdə qurtuluşun yoludur.  
Ordusunu çəkirkən yazdı genosse
*
 Telman,  
Halqalı zəncirlərin qırıldığı bir zaman:  
Berlinin kəlləsində sancılacaq bu bayraq,  
Ş
erim inandırmasa, gəl onun rənginə bax! 
1932 
                                                           
*
 
Yoldaş 


130 
SALAM 
Anam qoca, 
ömrü yarı,  
Axıtdığı göz yaşları  
Atama bir cavabdır.  
Ə
srlərdən qadın üçün  
Ağlamaq bir savabdır...  
Bişir, düşür, yama, dara;  
Günün qara, gecən qara.  
Get dalında yetim gəzdir,  
Döşlərindən süd əmizdir.  
Ac qalsan da il uzunu,  
Sənə layiq gördü bunu  
Məhəmmədin şəriəti.  
Çünki adın  
Oldu qadın. 
Sillə, yumruq, qamçı, zopa,  
Haqq bağıran nəfəsindən  
Qışqırıqlar qopa-qopa  
Bu dünyada nələr çəkdin!..  
Nə gül dərdin, nə gül əkdin;  
Sən qaranlıq bucaqlarda  
Gün görmədin əzəlləri,  
O dərdindən danışmadı  
Vaqiflərin gözəlləri.  
Sirri dərin 
ə
srlərin 
Pəncəsində çox zarıdın.  
Nə gün gördün, 
nə yarıdn… 
Salam sənə, işçi qadın!  
Dəyişmişdir bu gün adın.  
Boynundakı o halqalı  
Zəncirləri atırsan,  
Artıq bu gün yeni-yeni  
Məqsədlərə çatırsan. 
  


131 
Bildim, səni Oktyabr yaratdı,  
nsanlığın günü-gündən  
Çiçəklənib boy atdl.  
Salam sənə, azad qadın!  
Dəyişmişdir bu gün adin.  
Sən bizimlə yol yoldaşı...  
Səninlədir bu həyat,  
Səni oğul və ər kimi  
Salamladım iki qat! 
1932 
  


132 
AŞIĞIN DƏRD  
Mən səni görmüşəm on beş ıl əvvəl,  
Dilində bir qoşma, bir dərdli qəzəl,  
Çadırdan çadıra qonaq gəzərdin.  
Yazıq! Duyulmadı sənin də dərdin,  
Sənin də göz yaşın sellərə döndü,  
Qaranlıq yollarda çırağın söndü;  
Sənin də bağrını nizələr dəldi,  
Buludlar qarşında salama gəldi.  
Sənin de yar deyib gözlədiyin qız  
Satıldı... şahlara dolandın yalnız.  
Bağladın meylini telli bir saza – 
O sarı simlərə söz yaza-yaza,  
Keçdikcə dağlardan, göy dərələrdən,  
Bir də ürək açan mənzərələrdən,  
Dərd alıb, dərd yedin illər uzunu,  
Bir soran olmadı kim gördü bunu? 
* * * 
Dilsiz qayalara dil deyib durdun  
Sənin bu dərdini dinlədi yurdun,  
Tapdandı gəncliyin, şərəfin, adın;  
Qamçılar altında sındı qanadın,  
Elin şikayəti ötdü səsində.  
Bəzən də bəylərin toy məclisində  
Dedin Koroğludan, Leyli-Məcnundan,  
Yoxsula bir xeyir çıxmadı bundan.  
Odlara bir yanıb, bir də qalandın,  
Ağır ellər kimi sən də talandın ... 
* * * 
Ay da taleyinə uzaqdan baxdı,  
Çaldığın havalar yandırıb yaxdı  
Yaslı gəlinləri, yaslı qızları,  
Ahından əridi dağların qarı. 
  


133 
Söylədi nalənin başqa hüsnü var, - 
Bəzi "şeir" yazan "nazik adamlar"...  
Onlara xoş gəldi, nədənsə, aşıq,  
Səssiz üfüqlərdə sönən hər işıq!.. 
* * * 
Sən ömrün uzunu çəkildin dara  
Baxıb şeir dedin göy yaylaqlara;  
Ağladı dərdinlə güllər, çiçəklər;  
Dumanlı dağlardan əsən küləklər  
Qurtuluş günündən vermədi müjdə,  
Haqqı söylədilər, hər zaman üzdə...  
Bükdü qamətini ahlar, amanlar,  
Göylərə sığmayan ağır zamanlar,  
Adına insanlar - məcnundur - dedi.  
Yoxsullar qazarnb, varlılar yedi.  
Bağladın meylini telli bir saza – 
O zərif simlərə söz yaza-yaza  
Obalar dolaşıb, oymaqlar aşdın,  
Sonsuz üfüqlərə hər gün yol açdın. 
* * * 
Yaxşı yadımdadır, bir yaz gecəsi  
Bir toy məclisində sən oxuyurdun.  
Dinib-danışdıqca sazının səsi,  
Ortada qışqırıb bir xal da vurdun,  
O toy məclisində sən oxuyurdun...  
Axşamdan bir uzun nağıl başladın,  
Qurtardı söhbətin gecə yarısı.  
Köhlən igidləri çox alqışladın,  
Məclisin gəlini, qızı, qarısı  
Üzünə boylanıb baxdılar mat-mat,  
Bir deyən olmadı: "Yoruldun, get yat"... 
  


134 
O gəzdiyin dağların qoynuna gün doğalı,  
Bir ömürlük sitəmdən insan azad olalı, 
Sənin də rəngində, bax 
Günəş doğmadan qabaq 
Bir qızartı parladı; 
Onun - həyatdır adı... 
Öz alnının tərindən, 
Sinənin dəftərindən 
Söz qoşursan qəhrəman insanların adına,  
Yaşmağını götürüb iclas açan qadına; 
Qışda, yazda və yayda 
Hər həftədə, hər ayda 
Bizim kolxoz kəndlərinin konsertinə gedirsən,  
Ş
abaş deyib qışqıran toyları tərk edirsən,  
Sən bu yeni dünyadan baxıb ilham alırsan,  
Olub keçən hər şeyi öz sazında çalırsan;  
Bəzən də radioda dalğalandıqca səsin,  
Bilirəm ki, yaşamaq, çalışmaqdır həvəsin.  
Mən demirəm büsbütün dəyişmişdir varlığın,  
Canından çıxmamışdır köhnə tamahkarlığın. 
* * * 
Sən yenə vaxt tapıb hey soxulursan  
Kirli çayçıların küncünə sən;  
Hər gələn yolçuya həmdəm olursan.  
O tərlan könlünün, şahin vüqarı  
Beş quruş uğrunda, bəzən alçalır,  
Özün də bilmirsən əlin nə çalır.  
Bazar başlarında soğan satanlar,  
Oğrular, əyrilər, o şarlatanlar  
Toplanıb başına: "sağ ol!" - deyirlər.  
Nuhun gəmisindən qalma şeirlər,  
Onlara dad verir xurmalar kimi,  
Soyuq məzarlarda həyat var kimi... 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə