Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r


Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   39

22
 
 
Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü 
 
Cavid haqqa-həqiqətə qovuşmağın yollarını “Şeyx 
Sənan” və “Peyğəmbər”  əsərlərində  ərsəyə  gətirmiş-
sə, “Xəyyam” dramında müdrik bir şair-filosofun ob-
razını yaratmaqla ilahi eşqə sahib olan şairin dünya 
haqda fəlsəfi düşüncələrinə  də geniş yer vermişdir. 
Zənnimizcə, “Xəyyam” dramı din əleyhinə yazılmış 
ateist ruhlu bir əsər deyil. Çünki Xəyyamın yaşadığı 
dövrdə ateizm mövqeyində durub, Allahsızlığı təbliğ 
edən ideyalar, fikirlər yaymaq, demək olar ki, qeyri-
mümkün idi. Cəhalət, xurafat və mövhumatı isə bü-
tün əsrlərdə, hətta islam dini yarananda da tənqid et-
mişlər. Odur ki, Xəyyam bütün açıqfikirli insanlar ki-
mi, cəhalətə qarşı  çıxış edə bilərdi. Sovet tənqidində 
Xəyyamı ateist kimi göstərmək cəhdləri, zənnimizcə, 
özünü doğrultmur. Əsəri təhlil edərkən bu problemə 
təkrar qayıdıb fikrimizi sübut etməyə çalışacağıq. 
1. Cavid bütün əsərlərinin elə ekspozisiya, bədii 
müqəddimə hissəsindən oxucu və tamaşaçını  gərgin 
vəziyyətdə saxlamağı bacaran sənətkardır. “Xəy-
yam”da da birinci pərdə bədii müqəddimə rolunu oy-
nayır. Biz burada gələcəkdə bütün əsər boyu hadisə-
lərə müdaxilə edəcək Xacə Nizam və Sabbah  obrazla-
rı, həyatdan tez gedib, lakin tez-tez də  Xəyyam tərə-
findən yad ediləcək Sevda, Rəmzi və Xərabati surətlə-
ri ilə rastlaşır və onların daxili aləmi ilə tanış oluruq. 
Birinci pərdədə hələ ki, Xəyyamın ateistliyinə aid bir 
dəlil-sübut tapa bilmirik. Əksinə, Cavid Xəyyamın 
ömrünün bu gənc çağlarında hərdən məscidə gedib, 
imama qulaq asdığını qeyd etməyi vacib bilmişdir. 


23
 
 
“Xəyyam” sırf həyati-fəlsəfi dramdır“. …Fəlsəfi səpki 
Cavid yaradıcılığının, Cavid istedadının öz təbiətin-
dədir. Onun bütün əsərləri  şeir və dramları  həyatın 
fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir. 
Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün 
təsvirində, hadisələrin bilavasitə göstərilməsində  və 
ona yazıçı münasibətində ifadə olunurdu. “Xəyyam” 
əsərində isə, bütün bunlarla yanaşı, konfliktin mahiy-
yəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqə-
si, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qəna-
ətləri, dili və üslubu fəlsəfi səciyyə daşıyır.”
1
 
İkinci pərdə ekspozisiyanın bitməsi və zavyazka-
nın hadisələrin tanıdığımız obrazlar ətrafında daha 
da gərginləşməsi  ilə müşayiət olunsa da, əsərin dra-
matik cəhətdən  ən sakit hissələrindən ola bilər. Bu 
pərdəni Cavid öz fəlsəfi fikir və düşüncələrini demək 
üçün yaratmışdır desək, yanılmarıq. Birinci pərdədə-
ki hadisələrdən illər ötüb keçmiş, artıq hər tanıdığı-
mız personaj öz mövqeyini müəyyən etmişdir. Rəmzi 
və Xərabati əvvəlki adət, vərdiş və düşüncə tərzlərin-
də qalmış, Xacə Nizam yüksələrək Alp Arslanın baş 
vəziri olmuş, Sabbah uzun və uzaq səfərdən məram 
və istəyinə uyğun qərarla geri dönmüşdür. Xəyyam 
və Sevdanın talelərində isə əvvəlki narahatlıq, həyat-
da öz yerini tapa bilməyən insanların qayğı və gərgin-
liyi hiss olunmaqdadır. Xəyyam da, Sevda da – bu iki 
gözəllik,  şeir-sənət və  həyat aşiqi bir-birinə yetişərək 
küllə qovuşmaq arzusunda olan cüzlərə  bənzəyir. 
                                                            
1
Əkbərov  Z.H.Cavidin «Şeyx Sənan» faciəsi. Bakı, Elm 1977. s.196 


24
 
 
Onları qovuşdurmaq isə, Cavid kimi bir dahinin ecaz-
kar qələmindən asılı idi. 
Dövrünün insanları  tərəfindən qəbul edilib, başa 
düşülməyən Xəyyam çox çətin həyati problemlər
maddi üzüntülərlə rastlaşır. Tələbələri “yolundan az-
mış” – deyərək onu tərk etmiş, zəmanəsini qabaqla-
mış bu şəxsi camaat anlamadığından işsiz və ruzusuz 
qalmasına səbəb olmuşdur. Belə bir hala, vəziyyətə 
XIX  əsrin böyük Azərbaycan  şairi M.Ş.Vazeh də dü-
çar olmuşdur. M.Ş.Vazehi yenidən hörmət və nüfuz 
sahibi edən M.F.Axundov idi. Xəyyamı da kimsə qiy-
mətləndirməli, layiq olduğu məqama ucaltmalı idi. 
“Əsrinin öksüzüdür dahilər” – deyən Rəmzi Xəyya-
mın mövqeyini bizə daha dəqiq anladır. Peyğəmbər-
lərin çoxu yurdlarını tərk etdikləri kimi, dahilərin də 
çoxunu öz zəmanəsi anlamamış, onlar yaşadıqları 
dövrün “öksüzü”, yetimi olmuşlar. Onun bazardakı 
vəziyyəti,  ələ salınıb təhqir olunması Peyğəmbərin 
eyni məqamdakı halı ilə böyük oxşarlıq təşkil edir. 
Onun təbabət, nücum və digər elmlərdə olan biliyinə  
inanmayan kütləyə Xəyyamın kəskin cavabı belə olur: 
 
Ülkər ismi ilə deyir, göydə yaşarmış bir öküz 
Bu bir əfsanə,  yer altında da varmış bir öküz. 
Arif olsaq,  bu öküzlər arasında bişək 
Görünür bir yığın ipsiz və yonulmaz eşşək. 
 
Zəmanəsinin bu cahil insanlarından narazı olan 
Xəyyamın  hislərini Cavid də eynilə keçirmiş, ruhunu 
didən etiraz nidalarını böyük sələfinin dili ilə söylə-
mişdir. Zəmanəsinin dahisini adi çörəyə möhtac qo-


25
 
 
yan cəmiyyəti nə adlandırmaq olardı? O cəmiyyəti bu 
vəziyyətə salan nə din, nə  də Tanrı idi. Onu bu hala 
gətirən “vicdan dəllalları”, xurafat və  cəhaləti yaya-
raq öz “maddi ehtiyaclarını” təmin edən  şəxslər idi. 
Onlar o vaxt da, bu zəmanədə də bəşəriyyəti irəli get-
məyə qoymayan, daim tənəzzülə aparan, ağızlarında 
“millət, Allah”, ürəklərində “mən-mən” deyən qüv-
vələrdir. 
Bəşəriyyət o vaxt səadət və xoşbəxtlik məqamına 
yetişə bilər ki, sələflərinin halal əməllərinin davamçısı 
olaraq onları öz xələflərinə ötürə bilsin. Əks təqdirdə 
Cəmşidin camı peymanəyə, qədim kaşanələr viranəyə 
çevriləcəkdir. Cəmiyyət günah sahibi olarsa, cənnəti 
nə bu, nə  də o dünyada görəcəkdir. Saray qızlarının 
gəlişini xəbər verən qulamlar bazar əhlini üzü divara 
tərəf durmağa məcbur edirlər. Buna təəccüb və etiraz 
edən, “göz neçindir?” – deyən Xəyyam qırmancla vu-
rularaq yenə  təhqirə  məruz qalır. Gələnlərin içində 
Sevda da vardır. Cavid onları yenidən görüşdürür. 
Sevdanın Xəyyama müraciət edərək: “Hankı  sənətə 
maraq etdin sən?” sualına şair – filosof aşağıdakı də-
rin və düşündürücü cavabı verir: 
 
İzlərəm göydəki yıldızları mən, 
Lakin onlar çox uzaqdan daha şən
Daha dilbər və gözəldir, biləsən, 
Bizə yaxınlaşdımı, bəs-bəlli, yaxar, 
O alov səndəki gözlərdə də var. 
 
Əvvəllər elm, bilgi və  həqiqət aşiqi olan Xəyyam, 
indi yeni hiss və duyğuların burulğanına – gözlərdən 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə