Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
  1   2   3   4   5   6   7   8   9   ...   39


1
 
 
 
ŞӘMİL SADİQ 
 
 
 
 
 
Ədəbİyyatla bütövləşmİş 
şəxsİyyətlər 
 
 
 
 
 


2
 
 
 
Redaktor:  f.e.d., prof.  
Tahirə Məmməd 
    
Naşir: 
Müşfiq XAN 
     
Korrektor:  
Vüsalə Məmmədova 
 Asifə Əfəndi 
   
Mətn tərtibatı: 
Rövşən Yerfi 
    
Dizayn və qrafika: 
Teymur Fərzi 
 
 
Texniki redaktor: 
Bəxtiyar Ələkbərov 
 
Şəmil Sadiq. Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər 
“XAN” nəşriyyatı. Bakı-2015. 184 səh. 
 
 
Kitabda f.ü.f.d.,dos. Şəmil Sadiqin müxtəlif illər-
də  mətbuatda çap edilən elmi və elmi-publisistik 
məqalələri toplanmışdır. 
 
ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 3 6 – 1 
 
 
 
© Şəmil Sadiq / 2015 
© “XAN” nəşriyyatı / 2015 


3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSİL 
Şəxsiyyətlə bütövləşmiş yaradıcılıq 


4
 
 
 


5
 
 
Hüseyn Cavid – 132 
 
Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın köl-
gəsində kölgələndik... Elə tanıtmaq üçün də bu kölgə-
nin böyüklüyündən danışdıq. Amma sadəcə özümü-
zə... Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqı-
ra bilmədik. 
Bu böyük kölgəni yaradan isə Cavid dühası idi. 
Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq 
saçaraq bu kölgəni yaratdı. 
İnsandan danışdı, insandan yazdı... İnsan yetişdir-
di... İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı... 
İnsanı dərk etdi... İnsandan bəhrələndi... İnsan xis-
lətini gördü, onu anladı... 
İnsanın uydurduğu həqiqətlər sistemindən şübhə-
ləndi... Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncə-
lərdə olduğuna inandı... 
İnsanın özü yaradıb  əsirinə çevrildiyi İblisin kim 
olduğunun tərifini verdi... “İblis”  əsəri ilə insanlara 
insanı tanıması üçün güzgü verdi. 
İnsanı sevdi, insan oldu… Amma insanın qara 
niyyətlərinin qurbanına çevrildi... 
Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq 
aynası, mərhəmət dünyası... 
Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə 
sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşa-
dıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə ol-
muşdur. Bütün dinlər onun ideyalarından qat-qat 
aşağıda qaldı. 


6
 
 
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, in-
sanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndir-
di. 
Öksüz  Ənvər Azərbaycan pedaqogikasına böyük 
töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı. 
Maral mollaların  əsrlərlə qurduğu sindromu sın-
dırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sa-
birin, Cəfərin qadın azadlığından fərqli, romantik üs-
yan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin 
zatı qırıq olması azadlığın məzar olması deməkdir de-
di... 
Ərəb İbn Yəmini yaratdı... Şərin özünü... 
Türk Elxanı yaratdı – Tanrının ədalət yaradan qı-
lıncını... 
Afəti yaratdı... Anjeli yaratdı... Südabəni yaratdı...  
“Hep qadın cürmi-ehtirasatı!” – dedi və gözəlliklə 
şeytanın vəhdəti... 
Göyərçin yaratdı paklıq və saflıq rəmzi... Xumar 
yaratdı, dinlərin daşıya bilməyəcəyi eşq yaşatdı ru-
hunda...  İsmət yaratdı namusu ilahi kimi toxunul-
maz... Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü-
rən. Sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə 
inandı. 
Səyavuş yaratdı,  İranla Turanın ayrılmaz, danıl-
maz həqiqəti, odla günahların yuyulmasını göstərdi. 
Çin sərhəddinə  qədər türk ellərinin yaşadığını  və 
hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir 
qadın gücü ilə necə yox olmasını hayqırdı. 
Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı, 
təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu 
göstərdi... Bu dünyanın zərrə qədər dəyəri olmadığını 


7
 
 
dedi, amma “Cahan bir nazənin dilbər” də söylədi. 
Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inan-
dı da… 
Ana yaratdı... Aşiq yaratdı... Məşuq yaratdı... Xə-
yanətkar  ər yaratdı... Qatil yaratdı...  İnqilabçı yarat-
dı...  İnqilabın  əzdiklərini yaratdı...  Ər-Ərən yaratdı... 
Hökmdar yaratdı... Mələk yaratdı...  İblis yaratdı... 
Peyğəmbər yaratdı – Bəşər yaratdı, Bəşəriyyət yarat-
dı... 
 
 


8
 
 
Həyat və yaradıcılığın bütövləşməsi 
 
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionu-
nun yox, bəşəriyyətin  şair və ya yazıçısı meyarı ilə 
araşdırsaq, Azərbaycan  ədəbiyyatında yetərincə bu 
cür  şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən 
ədiblərimizdən Nizami Gəncəvi,  İmadəddin Nəsimi, 
Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəm-
məd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, 
Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair 
və yazıçılarımızı misal çəkə bilərik.  
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o za-
man maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz 
orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsər-
lər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda par-
lar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı 
ideya ustalıqla və  səmimiyyətlə  qələmə alınarsa və 
ümumilikdə  bəşəriyyətə xidmət edərsə, o zaman bü-
tün maneələri asanlıqla dəf edər və zirvədə görünər. 
Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tol-
stoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahi-
lərin yaradıcılığını misal çəkmək olar.  
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki 
Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından 
biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan 
istifadə edən sənətkar Azərbaycan romantizminin ba-
nilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəm-
bər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi 
pyesləri dünya ədəbiyyatının incilərindəndir.  


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə