Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

149
 
 
ri Zəlimxan Yaqub mənə etimad edirdi, ikinci isə İsa 
Muğanna haqqında bədii əsər yazılırdı. Həmin əsərin 
məhz qeybdən gələn səsin təkidi ilə yazılması isə Mu-
ğanna həqiqətinin yenidən təzahürü idi. Zəlimxan 
müəllimin lirik poeması “Ün”ü birnəfəsə oxuya bil-
mədim. Çünki hər cümlə, hər misra bir əsəri xatırla-
dır, elminin ağırlığı ilə beyni dondururdu. Bitirdik-
dən sonra, əlbəttə ki, heç bir təklif etmədim. Zəlimxan 
müəllim təvazökarlıq edib göndərib, axı mənim onun 
qələmindən çıxan hər hansı bir cümləni redaktə et-
mək kimi ixtiyarım yox idi. Açığı buna heç gərək də 
yox idi. Çünki poema o qədər səmimi, ürəklə, ruhla 
və  ilhamla yazılıb ki, hər hansı bir sözün artıq oldu-
ğunu düşünmək mümkün deyil. Poemada müəllifin 
gözləntisi, təmənnası sadəcə ürəyinin rahatlaması ola 
bilərdi... 
Bu mövzuda ilk dəfə böyük şairimiz Xəlil Rza 
Ulutürkün İsa Muğannanın “İdeal” romanını oxuyar-
kən yazdığı “Sən mənə bir silah verdin” şeirini oxu-
muş  və heyrətlənmişdim. Çünki bir bədii  əsəri digər 
bir bədii  əsərlə  təhlilə  çəkmək və  tərənnüm etmək o 
qədər də asan məsələ deyildi. Əlbəttə ki, Xəlil Rzanın 
milli ruhu dərk etməsi və  çılğıncasına vətən eşqi ilə 
yazdığı  şeir “İdeal” romanındakı simvolikanı oxucu-
lara bir də bədii yolla təqdim etmişdir.  
 
"Uzaqda yox, bu dünyada verdin mənə cənnətimi, 
Kəşf elədim cahan boyda qürurumu, millətimi.(3, səh. 
92) 
İsa Muğanna Xəlil Rza Ulutürkün bu şeirinə  Zə-
limxan Yaqub haqqındakı  məqaləsində münasibətini 


150
 
 
bu cür bildirmişdir: “Bəli, canım-ciyərim!... On il bun-
dan  əvvəl Xəlil Rza Ulutürk şeirimizin tarixində ilk 
dəfə “Bağ Ata”, “OdƏr yurdu” deyəndə “Türk”ün – 
“OdƏr”in özünə qayıdan yolundakı  səddə parçalan-
ma başlandığını hiss etdim. Səni oxuyanda isə düşün-
düm ki, səddin parçalanması nə mənim OdƏr mədə-
niyyətinə, Bağday tarixinə aid yazdıqlarımdan başla-
nıb, nə də Xəlilin “Bağ Ata”, “OdƏr” yurdu inqilabın-
dan.”(1, səh.77) “İdeal” romanı 80-ci illərdə böyümək-
də  və güclənməkdə olan azadlıq ideyalarına ideoloji 
dəstək olan ən böyük və dünya səviyyəli əsərlərimiz-
dəndir. Həmin dövrün gəncliyi məhz “İdeal”la  əfsu-
nun gerçəkliyə çevriləcəyinə inandılar və bu inancdan 
qüvvət aldılar. Millət eşqi ilə döyünən böyük ürək sa-
hibi, Caviddən sonra ədəbiyyatımızda millət şairi ki-
mi tanınan Xəlil Rza Ulutürkün “İdeal” əsərində təq-
dim etdiyi konsepsiyanı, fəlsəfəni yeni gəncliyin özü-
nüdərki üçün böyük silah hesab edirdi. 
  
Sən mənə bir yaraq verdin, raketlərdən güclü yaraq. 
Bir cüt sönməz çıraq verdin, əziz şair, gözüm-çıraq. 
Bəxş elədin elə müdrik, elə bir qüdsi kitabı, 
Öpdüm, sıxdım ürəyimə kitab adlı inqilabı.  
 
İdeal” romanı İsa Hüseynovu İsa Muğanna etdi-
yi kimi, artıq oxucuları EysAra, BağOda, OdƏrə çe-
virmişdi. İdealdan sonra bir müddət susan yazıçı son-
radan “Cəhənnəm”, “GurÜn”, “Qəbiristanlıq”, “İsa-
həq, Musahəq” kimi romanlarını, “İlan dərəsi və ya 
Peyğəmbərin taleyi”, “Qırx kisə  qızıl”, “Söz yarası” 
kimi povestləri, məqalələri, açıqlamaları ilə yeni yetiş-


151
 
 
məkdə olan Azərbaycan oxucusunun könlündə özü-
nə tac qurdu. Sonrakı əsərləri və fikirləri, sanki, “İde-
al” romanında qoyulan konsepsiyanın, fəlsəfənin,  əf-
sunun, gerçəkliyin şərhi və təfsirləri idi.  
Xalq  şairi Zəlimxan Yaqubun “Ün” poeması  İsa 
Hüseynovdan  İsa Muğannaya keçilən yolun həyat 
fəlsəfəsini özündə ehtiva edən dəyərli poemadır. Kre-
do qəzetinin 31 oktyabr sayında  Əli Rza Xələfli “Zə-
limxan Yaqubun “Ün” poeması üzərində düşüncələr” 
məqaləsində doğru olaraq qeyd edir ki, “ ”Ün” bizə 
deyir: ...poetik şərhin gücü hər misranın ilhamında və 
siqlətində  Zəlimxan Yaqub imzasını  təsdiqləyir. Bəli, 
bizim üçün adi olan, hamımızın anladığı, anamızın 
dilinin  şəhdi-şəkəri ilə  təbii balı,  şirəsilə süslənmiş 
sözləri ancaq Zəlimxan Yaqub bu qədər ustalıqla  İsa 
Muğanna zamanının və  məkanının sonsuzluğunu 
özündə ehtiva edərək göstərə bilərdi...” (4) Böyük us-
tad  İsa Muğanna ilə söhbətlərimizin birində  məndən 
soruşdu ki, Şəmil, “OdƏrlər”in ikincisini yazırsanmı? 
Dedim, İsa müəllim, nəsə yaza bilmirəm hələ. Dedi: –
tələsmə özləri deyəcəklər, onda da yazarsan. Birincini 
də yazanda onlar deyib, diqtə edib, sən yazmısan”. 
İndi İsa müəllim demişkən, sanki Zəlimxan müəllimə 
bu poemanı göylərdən kimsə diqtə etmiş, o da yaz-
mışdır. Əsər o qədər elmi və fəlsəfi mətləbləri poetik 
şəkildə ifadə edir ki, sanki bu poema deyil, mənzum 
elmi  əsərdir. Bəli, mənzum elmi əsər. Çünki İsa Hü-
seynovdan  İsa Muğannaya qədər gedən yolda usta-
dın bütün yaradıcılığı poetik təhlilə cəlb edilmişdir. 
Mənzum  əsərlərdə elmi izahat və  təhlillər veril-
məsi  ənənəsi qədim türk təfəkküründən gəlir. Niza-


152
 
 
miyə, Nəsimiyə, Xətayiyə yalnız şair demək və günü-
müzün anlamı ilə  şair kimi yanaşmaq böyük yanlış-
dır. Kimlərsə elmi fikirlərini, fəlsəfəsini nəsrlə dediyi 
halda, bu böyük dühalar ahəngdar və ritmik olaraq 
ruhlara daha da yaxşı xitab etsin deyə nəzmi seçmiş-
lər. Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması onu 
göstərir ki, Sabir Rüstəmxanlı demişkən, “Bu torpaq 
hələ  də  bərəkətlidir”. Bəli, bərəkətin toxumları gene-
tik yaddaşımızda yaşayır hələ də, onu elmlə, zəka ilə
saflıqla suvara bilsək, bir zamanlar Bilgə xaqanlar ki-
mi dünya mədəniyyətinə yaşam konsepsiyaları və di-
ni fəlsəfi dünyagörüş ixrac edən və sadəcə yaradan 
xalq kimi mühüm yeri olan türk təfəkkürü yenidən 
cücərər və bəşəriyyətin xilasının işığı ola bilər. 
“Ün” poemasının sadəcə alt başlıqları göstərir ki, 
müəllif filosof yazıçının həyat və yaradıcılığına tam 
mənası ilə  bələddir: SafAğ elmi, İsadan Muğannaya,  
Onun qurduğu məclis, Yerlə göy arasında, Atadan 
bağ ataya, Yanğın, “Zarinci” üstündə, Muğanna saz 
çalırdı,  Sən nələr çəkirsən, Sui-qəsd, Pıçıltılar, Firuzə 
xanıma salamlar olsun, Nəimilik – Nəsimilik – Mu-
ğannalıq, Muğanna var, Muğannadan içəri. 
  
Başdan-başa müəmma, 
      Sehr qoxuyan kişi. 
“Tövrat”ı, “İncil”i də,  
Quranı “Gur ün” kimi, 
Təzə gözlə, baxışla,  
      Duyan, oxuyan kişi.  
Sən ağ görmək istədin, 
      Bu düzü, bu dünyanı.  


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə