Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Vaqif  Sultanlı 
 
 
40
ribə gəldiyindən ixtiyarsız olaraq hərdən ayaq saxlayır, 
heyrət içərisində bazar əhlinə tamaşa edirdi.  
Qarışqa kimi qaynaşan bazarda qabaqlarına taxta ta-
baq düzülmüş, paltar əvəzinə cır-cındıra bürünmüş, başları 
rəngi bilinməyən şalla örtülü bir dəstə dərviş bardaşqurma 
oturaraq satdığı malları tərifləyə-tərifləyə ucadan müştəri 
səsləyirdi. Tabaqların üstü köhnə bezlə örtüldüyündən içə-
risindəkinin nə olduğu bilinmirdi. Marağını saxlaya bilmə-
diyindən onlardan birinə yaxınlaşıb nə satdığını soruşdu.  
Dərviş: 
– Vaxt satıram. - dedi. 
– Neçəyə satırsan? – sordu. 
– Havayı satıram! 
Qoca dönüb onun yanındakı başqa birisindən: 
– Sən də mi vaxt satırsan? - deyə  sordu. 
Çalmalı dərviş: 
– Əlbəttə, - dedi. - Bura vaxt bazarıdı. 
– Niyə satırsınız axı vaxtı?  
Dərvişlərdən birisi təəssüflə: 
– Daha bundan belə vaxt bizim nəyimizə lazımdı ki,- 
dedi. 
– Sən neçəyə satırsan vaxtı? 
– Havayı satıram. 
Dərvişlərin səsi bazarı başına götürmüşdü: 
– Vaxt bazarında mənim kim olduğumu hər kəs bilir. 
– Mən vaxta toxunmamışam. 
– Alın, aparın, ürəyiniz necə istəyirsə, elə də istifadə 
edin. 
– Mən ölmək istəyirəm, ancaq vaxtın əsiri olmuşam, 
sata bilsəydim, rahat köçərdim bu dünyadan... 
– Bu vaxt nə zaman satılacaq, daha səbrim qalmayıb... 


Səhra savaşı 
 
41
– Mən vaxtdan azad olmaq istəyirəm. 
– Zamanında satmadım, indi də alan yoxdu, bilmirəm 
neyləyim. 
Yerbəyerdən eşidilən bu səslər bir-birinə qarışır, 
qəribə bir xor ahəngi yaradırdı. 
O, satılan vaxtı görmək istəyirdi. Ona görə də tabaq-
lardan birinin üstünə çəkilmiş köhnə örtüyü qaldırıb vaxta 
baxmaq istədi. Ancaq yaşlı dərviş sərt şəkildə onun əlini 
geri itələdi: 
– Vaxta toxunmaq olmaz, - dedi, - yoxsa dağılıb 
gedər. 
O:  
– Mən görməzə-bilməzə bir şey ala bilmərəm axı, - 
dedi. 
– Vaxtı görə bilməzsən, - deyə yaşlı dərviş səsinə bir 
qədər mülayimlik qataraq xatırlatdı.  
Dərvişlərdən biri: 
– Gəl məndən al, - dedi, - onun satdığı vaxtın qara 
quruş qədər dəyəri yoxdu. 
– Niyə, nə səbəbə?.. 
– Çünki yaşadığı həyatın mənasını anlamayıb, ömrü 
boyu vaxt öldürüb. İndi belə bir adamın satdığı vaxtın nə 
dəyəri olacaq? Mənim satdığım vaxt isə qızıla bərabərdi... 

 Onun sözlərinə uyma, söylədikləri ağ yalandı. Bu 
bazarda hamı mənim nə cür mal satdığımı bilir, - 
balacaboy, çal saçlı dərviş uzaqdan-uzağa söhbətə qarışdı. 
Qoca Çilli dərvişin vaxt bazarı ilə bağlı söylədiklərini 
xatırladı. Çilli dərviş ona bazarda qəlp mal satıldığını, bu 
üzdən ehtiyatlı olmağı, aldanmamağı, Sarı dərvişdən savayı 
bir kimsəyə güvənməməyi söyləmişdi. Buna görə də o, ba-
zarda vaxt itirməməyi qərara aldı. 


Vaqif  Sultanlı 
 
 
42
Vaxt bazarının hay-küyündən sıyrılaraq Sarı dərvişin 
mənzilinə yetişəndə onun qamışdan hörülmüş çətirə bənzər 
kölgəliyin altında oturub bir dəstə adamla söhbətləşdiyini 
gördü. Bir kənarda dayanıb onların söhbəti nə zaman 
bitirəcəyini gözlədi. Ancaq dərviş gəlişini duyunca dərhal 
söhbətini kəsərək onu hüzuruna dəvət etdi. Qoca salam-kə-
lamdan sonra Çilli dərvişin verdiyi boğçanı ona uzadaraq: 
– Bu əmanət Sizə çatacaq, - dedi. 
 Dərviş boğçanı alaraq başı ilə yüngülcə təşəkkürünü 
bildirdi və ona oturmaq üçün yer göstərdi. 
– Bu gecə mənim qonağımsan, ürəyin istəyən kimi ra-
hatlanıb dincini alarsan, sabah yola salaram səni. 
Qoca bardaşqurma Sarı dərvişin əllə nişan verdiyi yer-
də, köhnə həsirin üstündə oturdu. Ortaya çökən sükutun 
arasından başını qaldırıb dərvişə baxanda onun boğçanı 
açaraq içərisinə göz gəzdirdiyini gördü.  
Dərviş boğçanın içərisindən yastı daşa bənzər nə isə 
çıxardı, ovcunun içərisində xeyli o yan bu yana çevirəndən 
sonra üfləyib səliqə ilə bəyaz parçaya bükdü və naxışlı bir 
düyünçəyə qoyaraq qocaya uzatdı: 

  Al bunu saxla, - dedi. 
Sarı dərviş qocanın təəccüblə ona baxdığını görüncə: 

  Ağ dərvişlə görüşə bilməyin üçün bu düyünçə 
gərəyin olacaq,- dedi. 

  Ağ dərviş hardadı? Nə zaman görüşəcəyəm onunla? 

  Ruh dərgahında. Çilli dərviş söyləmədimi sənə? 

  Yolumun ruh dərgahından keçəcəyini dedi, ancaq 
Ağ dərviş barədə bir şey söyləmədi. 

  Mən də Ağ dərviş haqqında bir şey deyə bilməyə-
cəyəm. Ancaq onunla görüşə bilməsən ruh dərgahını 
ziyarət etməyinin mənası olmayacaq... 


Səhra savaşı 
 
43
Qoca düyünçəni alıb kəmərinə bağladı. Düyünçə od 
tutub yanırdı. 
Sari dərviş mühüm bir şeyi unudubmuş kimi əlavə 
etdi: 
– Ruh dərgahı min ildə bir dəfə insanların üzünə açı-
lır, vaxtında yetişməsən, ya hansı səbəbdənsə fürsəti əldən 
versən zəhmətin puç olub gedəcək. 
Dərviş mələkmiş kimi bütün vücudu ilə nur saçırdı. 
Qocanın gözləri qamaşdı. O, ruhunun işıqlandığını, zama-
nın vücuduna hopdurduğu yorğunluğun ağır-ağır canından 
axıb töküldüyünü hiss edirdi. Çəkinə-çəkinə: 
– Nə Çilli dərvişin, nə Sizin kimliyinizi bilmirəm, 
Tanrı eşqinə anladarmısınız mənə?.. – soruşdu. 
Sarı dərvişdən səs çıxmadı, o nur içərisində üzürdü. 
Qoca sualını başqa axarda təkrarladı: 
– Baba dərviş, boğçanın, düyünçənin sirrini anladar-
mısan mənə? 
– Qonağımsan, gözlərimin işığısan, ancaq üz vurma, 
bu sirri bir kimsəyə anlada bilmərəm... 
– ... 
– Ağzımı açıb bir şey söyləsəm hər şey dağılıb gedər. 

 ... 

  Dərvişdən sirr sorulmaz. 
Qoca israr etməyin lüzumsuzluğunu anladığından 
söhbətin səmtini dəyişdi: 
– Nə üçün vaxt almalıyam mən? Bunu anlaya bilmi-
rəm... 
– Sənin vaxta ehtiyacın var, uzaq yol gedəcəksən. 
Vaxt adlayıb üstündən keçər, gedib mənzil başına yetişə 
bilməzsən. 
– Hər tərəfdə vaxt satılır. Bu nə sayaq diyardı... 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə