Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

Vaqif  Sultanlı 
 
 
44
– Onların çoxu saxtadı, inanma şirin dillərinə. Mən 
özüm bilirəm sənin üçün vaxtı nə sayaq və hardan alaca-
ğımı. 
Sonra Sarı dərviş yaxınlıqda müntəzir dayanmış ye-
niyetmə bir oğlanı səsləyərək qulağına nə isə pıçıldadı. 
Gənc dinməz-söyləməz dərvişdən aralanaraq harasa getdi 
və bir azdan qayıdaraq əlindəki büzmə boğçanı dərvişə 
uzatdı. 
Sarı dərviş gəncin gətirdiyi boğçanı üstündə oturduğu 
həsirin bir tərəfinə qoyaraq qocaya sarı dönüb:  
– Əllərini mənə ver, - dedi. 
Qoca əllərini dərvişə uzatdı. 
Dərviş qocanın əllərini ovuclarına alaraq: 
– Gözlərini qapa, - dedi. 
Qoca bu dəfə də dərvişin dediklərini icra elədi. 
Dərviş pəsdən nə isə oxumağa başladı. O oxuduqca 
qoca vücudunun titrədiyini, sıxıldığını, damarlarınamı, ilik-
lərinəmi, yoxsa ruhunun dərinliklərinəmi nəyinsə zərrə-zər-
rə hopduğunu hiss edirdi. Elə bil yaddaşını qovub uzaqlaş-
dırırdılar. Zehnində nə varsa geriyə fırlanır, xəyallarının 
üfüqlərinə çəkilərək dumana qərq olurdu. Sinirlərinə xəfif 
bir taqətsizlik yayılırdı. Get-gedə bəri-bədəni yüngülləşərək 
qov kimi olunca huşsuz halda həsirin üstünə düşüb qaldı. 
 
* * * 
 
Gözlərini açanda özünü səhranın qoynunda tək-tənha 
gördü. Vaxt bazarının hay-küyündən, qamış çətirin altında 
kölgələnən Sarı dərvişdən əsər-əlamət qalmamışdı. Sanki 
olub-bitən hər şey uzaq, sirli bir yuxunun dərinliklərində 
baş vermişdi. 


Səhra savaşı 
 
45
Əlini kəmərinə çəkdi. Sarı dərvişin verdiyi düyünçə 
yerindəydi.  
Boğçanı qoltuğuna vuraraq bir qədər aralıda dayanmış 
atına sarı getdi. 
Səhra bozluq içərisində əriyib itmiş, sanki üfüqlərə 
kül üfürülmüşdü. 
Yol uzanırdı. 
  
 ⃰   ⃰   ⃰ 
 
Aradan nə qədər zaman keçdiyini xatırlamırdı. Min 
ilmi, on min ilmi, yoxsa daha uzun bir vaxtmı – bunu ya-
dına sala bilmirdi. Olub-bitənlər sirli bir yuxu kimi 
zamanın boşluqlarından axıb keçmış və hər şey o yuxunun 
uzaq üfüqlərində dumanlara qərq olmuşdu. 
 Qarşıda üfüqlərəcən axıb gedən qum dənizinin ucsuz-
bucaqsız mənzərəsi açılırdı. Mənzərə o qədər hüdudsuzdu 
ki, sanki dünya başdan-başa heçlikdən, boşluqdan, nəhayət-
sizlikdən ibarətdi. İndiyədək bu böyüklükdə boşluqla üz-
üzə qalmadığından hərdən atın başını çəkərək heyrətlə səh-
ranı süzürdü. 
Atlı səhranın genişliyini süzdükcə içində hər şeyin 
sonsuzluq, bitməzlik havasına kökləndiyini duyurdu. O, ağ-
lı, idrakı ilə dünyanın bunca böyük olduğunu qavrasa da, 
heyrətini, həyəcanını gizləyə bilmirdi. 
Bu nəhəng boşluq qarşısında özünü yer üzünün tənha 
sakini kimi hiss edir, hər şeyin onun istəyi, iradəsi ilə cərə-
yan etdiyini düşünürdü. 
...Yol heçliyə, nəhayətsizliyə doğru uzanırdı.  
Ona elə gəlirdi ki, ağlı, şüuru kəsəndən bu yana beləcə 
atın üstündə olmuşdu. Hərdən də yоldan ayrı həyatının оl-


Vaqif  Sultanlı 
 
 
46
madığını, nə zamansa yönü, səmti bəlli оlmayan bu yоldaca 
dünyaya gəldiyini və ayağı yer tutandan bu yоlla keçmişə 
dоğru addımladığını, günlərin bir günü böyüyüb ərsəyə çat-
dığı bu yоldaca ömrünü, həyatını başa vuracağını, hər şeyin 
yоlda başladığı kimi yоldaca bitəcəyini düşünürdü. 
Zaman əski dəyərini itirdiyindən zehnini, düşüncəsini 
əvvəlki kimi məşğul etmirdi. Qaranlığa, nagümanlığa bü-
rünmüş qocalığının arxasında yaşının hesabını itirmişdi. 
Əgər səhradan savayı gözlərinə bir mənzərə toxunmurdusa
o zaman axşamların, səhərlərin, biri-birini əvəz edən illərin 
nə mənası olacaqdı ki... Hərdən də keçmişlə bu günü qarış-
dırdığını hiss edir, fikirlərinin axarını ani olaraq saxlayıb 
dağılmış yaddaşında ona tanış gələn nələri isə yerbəyer et-
məyə çalışırdı. 
Tarixə aparan yol sanki düzünə deyil, çevrə boyu 
gedirmiş kimi təkrarlanır, eyni şeyləri bir də, bir də seyr 
edirdi. 
Zamanın tünlüyündə sıxılan ruhunun indi bir qədər 
sakitliyə, rahatlığa qovuşduğunu hiss edir, daxili bir asudə-
lik yaşayırdı. 
 
 ⃰   ⃰   ⃰ 
 
Sapsarı səhra yağışı yağırdı. Ara vermədən çisələyən 
bu yağışın altında atını sürdükcə özünü büsbütün qərib, heç 
bir keçmişi, xatirəsi olmayan, qəlbi, ruhu çılpaq insan kimi 
hiss edirdi. Elə bil fikri, düşüncəsi, yaddaşı tökülüb yolla-
rın, illərin arxasında qalmışdı. Bir zamanlar xəyallarının ca-
zibəsində çabalaya-çabalaya ömür sürdüyü günlər indi əl-
çatmazlığa qovuşmuş, onu insanlığın dünyasından ayıran 
sərhədlər aşılmaz divarlara çevrilmişdi. 


Səhra savaşı 
 
47
Yaddaşsızlıq dönəmi xeyli uzun çəkmişdi.  
Arxada qorxularla, həyəcanlarla dolu uzaq, əlçatmaz 
günlərin çoxdan unutduğu, yaddaşını göynədən ətri, 
təravəti boylanırdı. O günlərin pərakəndə lövhələri 
qaranlıqda çaxan ildırım kimi bir anlığa yaddaşının 
səmasında parlayaraq keçmişinə işıq salır, onu təkrar 
yaşanmış günlərinə qaytarırdı. Bəzən ilk dəfə görürmüş 
kimi dünyanı heyranlıq içərisində süzürdü. Nədən 
qorxularla, həyəcanlarla, vahimələrlə dolu günlər bunca 
ətirliydi? O bunun səbəblərini anlaya bilmirdi.  
Bu günü ilə keçmişi arasında nəhəng bir yarğanın 
vahiməli dərinliyi boylanırdı. Zaman axıb keçdikcə 
tədricən ayazıyan yaddaşı, durulan hafizəsi ilə nələr baş 
verdiyini özü üçün aydınlaşdırmaq istəyirdi. Yaddaşındakı 
bütün doğma qoxular onu tərk etdiyindən dünyanın dadını, 
ətrini unutmuşdu. İndi yaddaşı oyandıqca o qoxularla birgə 
zamanın vadisi boyu səpələnmiş xatirələri baş qaldırır, 
ruhunun dəyişdiyini, başqalaşdığını hiss eləyirdi. O harasa 
yoxa çıxmış keçmişinin, bir ömür içində yuva salmış, 
zamanın yağmaladığı xatirələrinin ardınca həsrətlə baxır, 
geriyə dönərək itirdiklərini yığmaq istəyirdi, ancaq bunun 
mümkün olmadığını anladığından öz çarəsizliyinə sığınaraq 
için-için qovrulurdu. 
...Zamanın axarı tədricən səngiyərək öz əski sürətinə 
enmişdi. Hər şey tərsinə dövr etsə də, axşamların, 
səhərlərin əvəzlənməsi idrakın bəlli hüdudları çərçivəsində 
idi. 
Səhranın qoynu ilə addımladıqca qocanın ağlına da 
gəlmirdi ki, o, neçənci həyatını yaşayır və bütün ömürləri-
nin hafizəsində yaşayanları da özüylə daşıyıb aparmağa 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə