Vaqif Sultanlı
24
yer üzünün tənha sakini bilərək bundan həyəcanlansa da,
dünyanın sükanının əlində olduğu zənnilə təskinlik tapırdı.
Bir səmti tutub getsə də, nə üçün ayaqlarının onu son-
suz bir inadla bu tərəfə çəkib apardığının fərqinə vara bil-
mirdi. Səhranın genişliyində üz tutub getdiyi yolla digər
səmtlərin fərqini ayırd etməkdə çətinlik çəkirdi. Bütün
səmtlər sonsuzluq, hüdudsuzluq içərisində əriyib itmişdi.
Genişlikdən başı hərlənirdi.
Kor bir itaətlə yolun ahənginə uyaraq yürüyürdü.
Yоl uzanırdı...
II FƏSİL
Gələcəkdən imtina edərək geriyə, tarixin içərilərinə
doğru dönməyə qərar verdiyi gün ona dünyanın, həyatın,
taleyin yolayrıcı kimi gəlirdi. «Necə olmuşdu ki, bu addımı
atmağa cəsarəti çatmışdı? İçində bu qədər gücü, qətiyyəti
hardan tapa bilmişdi? Atdığı addımın arxasında nələrin da-
yandığını düşünmədən necə qərar vermişdi?».
O, indi də özünün cəsarətinə, belə qəfil, gözlənilməz
seçim qarşısında tərəddüd keçirməməsinə heyrət eləyirdi.
…Günün əyilən vaxtı birdən-birə yaddaşının soyu-
duğunu, sıyrıldığını hiss etdi. Vücudunda özünə də bəlli ol-
mayan qəribə ruh dəyişikliyi yaşayır, yadlaşdığını, özgə-
ləşdiyini duyurdu; hər şey nəzərində sürətlə dəyərini
itirirdi. Əhatəsindəkilərin mənasızlığını görür, zaman-za-
man qayğılandığı dərdlər, ağrılar, əzablar gərəksiz, lüzum-
suz bir duyğuya çevrilərək onu tərk edirdi. O çıxıb gedən
ağrılarının, əzablarının arxasınca boylanır, bunun nə üçün
belə olduğunu anlaya bilmirdi. İçərisində hansı bir qüvvə-
Səhra savaşı
25
ninsə onu xəyallarının əzablı əsirliyindən qurtarmağa çalış-
dığını hiss edirdi.
Ruhunu titrədən bu dəyişikliklərdən xoflanmağa baş-
lamışdı. Ona elə gəlirdi ki, içərisində gedən bu dəyişikliklər
zahirinə də hopmaqda, yayılmaqdadı. O dəyişməkdə, başqa
bir insana, bəlkə tamam özgə bir məxluqa çevrilməkdədi.
Elə bil üzü-gözü, yanaqları, əlləri, ayaqları, bədəninin
ayrı-ayrı əzaları özününkü deyildi. O ehtiyatla əllərini ya-
naqlarına, boyun-boğazına çəkdi, barmaqlarını yuxarıdan-
aşağı vücudu boyunca gəzdirdi. Bədəninin bəlli əzaları ye-
rindəydi; heç bir şey dəyişməmişdi.
İçərisindəki bu çalxantının get-gedə bütün vücuduna
yayıldığını hiss edirdi. Ruhunu, varlığını örtən bu təla-
tümün arxasınca bulanıq yaddaşı durulur, baş verənləri
daha aydın şəkildə anlamağa başlayırdı.
Hər şeyin onun iradəsi xaricində olduğunu düşünməsə
belə, ruhunda, yaddaşında, vücudunda hiss etdiyi təlatüm-
lərdən qurtulmaq üçün yollar arayırdı. Ancaq hisslərini,
duyğularını tənzimləyə bilmirdi, elə bil ixtiyarı, iradəsi
özündə deyildi, görünməz əllə idarə eləyirdilər, o isə sa-
dəcə təlqin olunanları kirimişcə yerinə yetirirdi. Yerişini,
davranışını dəyişməyə, dayandırmağa çalışsa da bacarmırdı
və qeyri-ixtiyari onu hərəkətə gətirən görünməz qüvvənin
iradəsinə tabe olurdu.
* * *
Son zamanlar onu çevrələyən mühitə qarşı elə biganə-
ləşmişdi ki, sanki insansız bir adada yaşayırmış kimi özünü
tək-tənha hiss edirdi. Ətrafındakıların nə dediklərini, nə
danışdıqlarını, nə istədiklərini heç cür anlaya bilmirdi.
Vaqif Sultanlı
26
Böyür-başında hər gün qarşılaşdığı, üz-üzə gəldiyi insanlar
zahirən ona bənzəyirdilər, görünüşlərində, yerişlərində-
duruşlarında elə bir fərq duyulmurdu. Başqa canlılar kimi
yeyib-içir, gəzib-əylənir, yatıb-dincəlirdilər. Ancaq hər şey
zahirən belə idi, ruhən başqa adamlara çevrilmişdilər. Elə
bil insanların ruhunu çəkib cismindən çıxarmış, özgə bir
canlıya çevirmişdilər. Ruhsuzlaşan, hissizləşən, özgələşən
insanların əhatəsində ruhunun darıxdığını, sıxıldığını, cis-
mindən qopub ayrılmaq istədiyini duyurdu.
Zaman onu məngənə kimi sıxırdı. Qoca ayların, illərin
deyil, əsrin, epoxanın onu sıxdığını, zamanın hüdudlarına
sığışmadığını hiss edirdi.
Yaddaşının yuvasının boşalmasını istəyir, bununla bir
qədər yüngülləşəcəyini düşünürdü.
Həyat güz vurmuş çiçək kimi soluxmuş, hüsnünü,
təravətini, gözəlliyini büsbütün qeyb etmişdi. İçində bütün
damarları boyu olub-bitənlərdən, ömrün, dünyanın bu
sayaq axarından nə yollasa xilas olmaq istəyi çağlayırdı.
Uzun illər nəfsini öldürə-öldürə sürdüyü ömrün zaman-
zaman çıxılmaz məcraya yönəldiyini, bunca yeknəsəqliyi
həyat sanaraq yaşamağa məhkum olduğunu düşündükcə
içi, qəlbi, ruhu tükənirdi.
Dünyanın lüzumsuz gerçəklikləri içərisində özünə də
bəlli olmayan səmərəsiz vurnuxmalardan yorulmuşdu. Qa-
rışqa yuvası kimi durmadan qaynaşan insan kütləsinin ara-
sında təklikdən, tənhalıqdan üşənməsi ona qəribə gəlirdi.
İçini qurd kimi gəmirən boşluğun, mənasızlığın sonsuza
qədər davam edəcəyi qorxusu vücuduna yayıldıqca
ruhunun sızıldadığını hiss edirdi.
Yan-yörəsindən təklik, tənhalıq boylanırdı və aramsız
olaraq üstünə yağan bu duyğuların əlində əsirə çevrildiyini
Səhra savaşı
27
hiss etdikcə əsəbləri qazınır, acığı, hikkəsi qan kimi əlləri-
nə, barmaqlarına sağılırdı.
Biganəliyin səssiz dalğaları onu vuraraq inadla sahilə
atır, insan dənizindən çəkib qoparmağa çalışırdı. O, dənizlə
sahilin arasında çabaladıqca həyatının bundan belə hansı
məcrada davam edəcəyini özü üçün aydınlaşdırmaq istəyir,
ancaq bunu bacara bilməməsinin əzablarını yaşayırdı.
Ruhunun bulandığını, illərlə yaddaşına yığılan dərdlə-
rin, qayğıların, xatirələrin oyanıb tərpənərək daş kimi yan-
yörəsinə yağdığını hiss edirdi. Əvvəllər heç vədə dönüb
ömür yoluna bu sayaq nəzər salmamış, zamanın qopardığı
illərin necə qeyb olduğunun fərqinə varmamışdı. İndi isə
dönüb geriyə boylandıqca yaşadığı ömrün içində ona doğ-
ma, məhrəm olan bir hiss, bircə duyğu belə qalmadığını an-
layır, bundan heyrətə gəlirdi.
O get-gedə ətrafındakı insanların dillərini də anlamaq-
da çətinlik çəkirdi. Elə bil özgə qövmə mənsub imişlər kimi
sözləri, ifadələri ona bəlli olmayan bir dildə danışırdılar.
Ünsiyyət saxlamağa, hal-əhval tutmağa, dərdini bölüşməyə
bir kəsi olmadığı üçün darıxır, yerə-yurda sığmırdı.
Çevrəsindəkilərlə arasında yaranmış uçurum dərinləş-
dikcə insan yığnağı inadla onu itələyir, özünə çəkilməyə,
ruhi dünyasına qapılmağa məcbur eləyirdi.
Ancaq uzun illər bağlı olduğu mühitdən ayrı yaşama-
ğın hədsiz dərəcədə çətin olduğunu da hiss edirdi. Ona görə
də əvvəlcə bu insanlarla dil tapıb yaşamağı düşündü, ancaq
bütün səyləri səmərəsiz olduğundan fikrindən daşındı. An-
ladı ki, daha onu mənsub olduğu cəmiyyətə heç nə
bağlamır və bu insanlar arasında yaşaya bilməyəcək.
Beləcə, özü də duymadan həyatının məcrası dəyişərək
başqa səmtə yönəldi və bir zamanlar bağlı olduğu mühitlə
Dostları ilə paylaş: |