Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

47 
 
edir.  Həmin  hərəkətlər  nəticəsində  xeyli  miqdarda  ziyan  vurulması,  habelə  CM-nin 
103-cü maddəsinə Azərbaycan Respublikasının 26 dekabr 2000-ci il qanunu ilə əldə 
edilmiş  əlavədən  sonra  həm  də  xeyli  miqdarda  gəlir  əldə  edilməsi  obyektiv  cəhətin 
məcburi əlamətidir. 
Lakin  şərh  edilən  cinayətin  obyektiv  cəhətini  istənilən  hüquqi  şəxsin  deyil, 
yalnız  kommersiya  hüquqi  şəxslərinin  yaradılması  əmələ  gətirə  bilər,  çünki  qeyri-
kommersiya  hüquqi  şəxslərinin  əsas  məqsədi,  ümumiyyətlə  sahibkarlıq  fəaliyyətini 
həyata keçirmək deyildir ( Azərbaycan Respublikası MM-nin 43.5-ci maddəsi). Ona 
görə də qeyri-kommersiya hüquqi şəxslərinin yaradılması, bu, başqa niyyətlə edilmiş 
olsa da belə, CM-nin 193-cü maddəsi ilə məsuliyyətə səbəb ola bilməz. 
Qanunsuz  əldə  edilmiş,  alınmış  və  ya  saxlanmış  əmlakdan  istifadə  etməklə 
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
 1.Bilə-bilə  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlakı  alma  və  ya  satma:  Mülki 
dövriyyədən  çıxarılmış,  o  cümlədən  bilə-bilə  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak 
vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququnun obyekti ola bilməz. Qabaq-
cadan vəd edilmədən belə əmlakı əldə etmə və satma təkcə sahibkarlıq fəaliyyətinin 
ə
sas  prinsiplərini  pozmur,  həm  də  şəxslərin  əsassız  olaraq  varlanmasına  şərait 
yaradır. 
Obyektiv cəhətdən CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayət bilə-
bilə  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlakı  xeyli  miqdarda  almadan  və  ya  satmadan 
ibarətdir. 
CM-nin  194-cü  maddəsi  üzrə  məsuliyyət  yalnız  cinayətin  icraçısına  qabaq-
cadan  vəd  edilməyən  alma  və  ya  satmaya  görə  yaranır.  Qabaqcadan  vəd  etməklə 
(cinayət törədilən anadək və ya həmin anda) cinayət yolu ilə əldə edilmiş əmlakı alma 
və ya satmanı isə müvafiq cinayətin törədilməsində iştirakçılıq kimi nəzərdən keçir-
mək lazımdır.  
2.Qanunsuz  kredit  alma  və  ya  kreditdən  təyinatı  üzrə  istifadə  etməmə:  Təhlil 
edilən  cinayətin  obyekti  təsərrüfat  subyektlərinin  kreditləşdirilməsini  təmin  edən 


48 
 
ictimai münasibətlərdir. Cinayətin predmetini isə kreditlər, güzəştli şərtlərlə kreditlər 
və ya məqsədli dövlət kreditləri təşkil edir. 
        Obyektiv  cəhətdən  cinayət  təşkilatın  rəhbəri  və  ya  fərdi  sahibkar  tərəfindən 
təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya məliyyə vəziyyəti barədə bilə-bilə 
yalan  məlumat  verməklə  aşağıdakı  alternativ  hərəkətlərdən  birinin  törədilməsində 
ifadə olunur: a) kreditin alınması; b) güzəştli şərtlərlə kreditin alınması; c) məqsədli 
dövlət  kreditinin  alınması;  ç)  məqsədli  dövlət  kreditindən  təyinatı  üzrə  istifadə 
edilməməsi.  Obyektiv  cəhətin  məcburi  əlamətlərindən  biri  də  yuxarıda  göstərilmiş 
ə
məllər nəticəsində xeyli miqdarda ziyan vurulmasıdır. 
3.Kreditor borclarını ödəməkdən qəsdən yayınma: Cinayətin obyekti təsərrüfat 
subyektlərinin kreditləşdirilməsini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt 
kimi kreditorların əmlak mənafeləri çıxış edə bilər. 
Cinayətin obyektiv cəhəti məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qəra-
rından sonra təşkilat rəhbərinin və ya vətəndaşın aşağıdakı əməllərini nəzərdə tutur: 
a) kreditor borclarını ödəməkdən qəsdən yayınma; b) qiymətli kağızları ödəməkdən 
qəsdən  yayınma.  Obyektiv  cəhətin  məcburi  əlaməti  göstərilən  əməllər  nəticəsində 
xeyli miqdarda ziyan vurulmasıdır. Kreditor borclarını ödəməkdən yayınma dedikdə, 
borcun müqavilədə və ya qanunla dəqiq müəyyən olunmuş müddətdə qaytarılmaması 
başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddə-
sinə müvafiq olaraq, borclunun aldığı kredit onun müqavilədə göstərilmiş  miqdarda 
və şərtlərlə qaytarılması vəzifəsini nəzərdə tutur.  
Aldatmadan  və  ya  ələ  almadan  istifadə  etməklə  törədilən  iqtisadi  fəaliyyət 
sahəsində olan cinayətlər: 
1. Əmtəə nişanlarından qanunsuz istifadə etmə: Əmtəə nişanlarından qanunsuz 
istifadə  etmə  vicdansız  rəqabətin  formalarından  biridir.  Vicdansız  rəqabət  təsərrüfat 
subyektlərinin  sahibkarlıq  fəaliyyətində  üstünlüklər  əldə  etməyə  yönəlmiş  və 
qüvvədə  olan  qanunvericiliyin  müddəalarına,  işgüzar  dövriyyə  adətlərinə,  ədəblilik, 
məntiqlilik  və  ədalətlilik  tələblərinə  zidd  olan,  başqa  təsərrüfat  subyektlərinə  ziyan 
vura bilən və ya onların işgüzar nüfuzuna zərər yetirə bilən hərəkətləridir. 


49 
 
Obyektiv cəhətdən CM-nin 197-ci maddəsində nəzərdə tutulmuş cinayət özgə-
nin  əmtəə  və  ya  xidmət  etmə  nişanından,  əmtəənin  mənşə  yerinin  adından  və  ya 
ə
mtəələrin adına oxşar adlardan qanunsuz istifadə etmədən ibarətdir. 
2.  Bilə-bilə  yalan  reklam  etmə:  Son  dövrlərdə  reklam  həyatımızın  ayrılmaz 
hissəsinə  çevrilmişdir.  Reklam  hesabına,  konyukturadan  istifadə  etməklə,  satışın 
artırılması  və  sürətləndirilməsi  müəssisənin  genişləndirilməsinə  və  işlərin  daha  da 
müvəffəqiyyətlə aparılmasına şərait yaradır. 
Bununla yanaşı, bilə-bilə yalan reklam etmə cinayət-hüquqi məsuliyyət yaradır. 
Cinayətin obyekti əmtəə, xidmət və iş bazarında reklamın istehsalı, yerləşdirilməsi və 
yayılması  ilə  əlaqədar  yaranan,  normal  sahibkarlıq  fəaliyyətini  təmin  edən  ictimai 
münasibətlərdir.  Cinayətin  obyektiv  cəhəti  əmtəələr,  işlər  və  xidmətlər  haqqında, 
habelə  onların  istehsalçıları  (icraçıları,  satıcıları)  haqqında  bilə-bilə  yalan 
məlumatlardan reklamda istifadə etmədən ibarətdir. Belə reklamın köməyi ilə reklam 
verən (yayıcı, istehsalçı) istehlakçını qəsdən aldadır. 
Bilə-bilə  yalan  reklam  vicdansız  rəqabətin  növlərindən  biridir.  Reklamda 
verilən  informasiya  o  halda  yalan  hesab  edilə  bilər  ki,  fiziki  və  ya  hüquqi  şəxslər, 
ə
mtəələr,  ideyalar  və  yeniliklər  haqqında  məlumatlar  ya  onların  məziyyətlərini 
(kəmiyyətini,  keyfiyyətini,  texniki  göstəricilər  və  s.)  azaldır,  ya  artırır,  yaxud  da 
ümumiyyətlə, həqiqətə uyğun deyildir. 
         3.Kommersiya  və  ya  bank  sirri olan  məlumatları qanunsuz  yolla  əldə  etmə  və 
ya yayma: Hazırda vicdansız rəqabətin formalarından biri də kommersiya və ya bank 
sirri  olan  məlumatların  yayılmasıdır.  Sahibkarlıq  fəaliyyəti  xidməti  və  kommersiya 
məlumatının  saxlanması  prinsipinə  bütün  iqtisadi  subyektlər  və  vətəndaşlar 
tərəfindən  riayət  edilməsinə  əsaslanır.  Hal-hazırda  məlumat  nəinki  təkcə  əmtəə 
xarakteri  almış,  həm  də  onun  toplanması,  saxlanması,  yayılması,  istifadəsi  və  s.  ilə 
ə
laqədar yaranan müqavilə münasibətlərinin obyekti olmuşdur. 
         Beləliklə, CM-nin 202-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektini nor-
mal  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  ictimai  münasibətlər  təşkil  edir.  Cinayətin 
predmeti isə kommersiya və ya bank sirridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə