Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

35 
 
baş  verən  dəyişiklikləri  yalnız  bir  neçə  ildən  sonra  təsvir  edə  bilər.
1
 Belə  ki,  artıq 
hüquq  mühafizə  orqanları  yeni  kriminoloji  hala  effektiv  reaksiya  verməyə 
başlamışlar.  Lakin  bununla  belə  kibercinayətkarlıq  nisbətən  yeni  yaranmış  hal 
olduğundan bu məsələnin tam statistik şərhinin formalaşması uzun zaman tələb edir. 
Daha  əvvəldə  də  qeyd  olunduğu  kimi  kibercinayətkarlığın  qlobal 
tendensiyasını  təhlil  və  tədqiq  etməyə  imkan  verən  tam,  dolğun  statistika  yoxdur. 
Yüksək  texnologiyalar  sferasında  cinayətkarlıqla  mübarizə  problemi  ilə  uzun 
müddətdir  məşğul  olmasına  baxmayaraq  Avropa  Şurası  səviyyəsində  də  uyğun 
statistika mövcud deyildir. Lakin bununla belə kibercinayətlər haqqında müxtəlif ölkə 
vətəndaşlarından məlumat almaqla “qlobal” statistika aparan bəzi təşkilatlar fəaliyyət 
göstərir.  Bu  statistika  kibercinayətkarlıqdan  zərər  çəkmişlərin  məlumatları  əsasında 
formalaşdırılır.  Bir tərəfdən bu metodun tətbiqinin üstün cəhətləri mövcuddur ki, bu 
da 
rəsmi 
statistikaya 
nisbətən 
zərər 
çəkmişlərin 
məlumatı 
ə
sasında 
kibercinayətkarlığın  vəziyyətinin  daha  real  şəklinin  formalaşmasından  irəli  gəlir. 
Xüsusilə,  kibercinayətkarlığın  yüksək  gizlilik  səviyyəsini,  zərər  çəkmişlərin  bu  hal 
barəsində  hüquq  mühafizə  orqanlarına  məlumat  vermək  istəməməsini  və  eləcə  də 
bəzi  ölkələrin  rəsmi  statistikalarında  yalnız  bir  qisim  cinayətlərin  kibercinayət  kimi 
qeydə  alınmasını  (digər  cinayət  əməlləri  cinayətkarlığın  başqa  növləri  adı  altında  – 
oğurluq,  dələduzluq  və  s.  statistikada  öz  əksini  tapır.)  nəzərə  alsaq  bu  üsulun 
üstünlüyü bir daha öz təsdiqini tapacaq.  
nternet  şəbəkəsində  dələduzluq  halları  üzrə  statistikanı  National  Fraud 
Information  Center  (Dələduzluq  üzrə  Milli  nformasiya  Mərkəzi)  və  FTB-nin 
“ağyaxalıqlıların”  cinayətkarlığını  tədqiq  edən  Mərkəzinin  nəzdində  fəaliyyət 
göstərən  nternet Crime Complaint Center (IC3) adlı iki amerika təşkilatı toplayır. 
C3-ün  məlumatına  görə  2014-cü  il  ərzində  Mərkəzə  nternet  cinayətlər 
barəsində 300.000-dən çox şikayət daxil olmuşdur ki, bu da daha öncəki ilə nəzərən 
3,4%  daha  çoxdur.  Bu  şikayətlərdən  yalnız  36,9%-də  maliyyə  itkisi  barəsində 
məlumat verilmişdir ki, bu da bütövlükdə 485,3 mln dollara bərabər olmuşdur.   
                                                           
1
Долгова
, А.И. Преступность, ее организованность и криминальное общество. / А.И. Долгова. 
- М.: Рос.криминол. ассоц, 2003. – 575 с.
  


36 
 
2014-cü ilin məlumatlarına görə şikayətlərin böyük hissəsi ABŞ-dan (90,99%) 
daxil olmuşdur. Bununla belə Kanada (1,44%), Böyük Britaniya (0,97%), Avstraliya 
(0,66%),  Hindistan  (0,50%)  və  CAR-dan  da  (0,22%)  çoxsaylı  şikayətlər  də  daxil 
olmuşdur.  Şikayətlərin çox hissəsini  nternet auksionlardakı dələduzluq halları təşkil 
edir  (62,7  %).  Şikayətlərin  15,7  %-ni  sifariş  olunmuş  əmtəələrin  ünvana 
çatdırılmaması və ya ödəmənin həyata keçirilməsi ilə bağlı cinayətlər, 6,8%-ni kredit 
və debit kartları ilə dələduzluq halları təşkil edir. 
Zərərçəkmişlərin yaşına gəldikdə isə buraya əsasən 30-50 yaşlı kişi və qadınlar 
daxildir (61,2 %). Dələduz ilə zərərçəkmişin ilk əlaqəsi isə əsasən elektron poçt (73,9 
%) və müxtəlif saytlar (36 %) vasitəsilə baş verir. National Fraud  nformation Center-
in verdiyi məlumata görə də daxil olmuş şikayətlərin əksər hissəsi online auksionlarla 
ə
laqəli  cinayətlər  (42%)  və  online  şəkildə  alınmış  əmtəələrin  çatdırılmaması  (30%) 
( nternet-dükandan alınmış əmtəə alıcıya çatdırılmır) ilə bağlı cinayətlər barəsindədir.  
Daha  bir  statistik  məcmuə  Antivirus  proqram  təminatının  istehsalçısı  olan 
Symantec  təşkilatının  mütəxəssisləri  tərəfindən  hər  yarım  ildən  bir  çap  olunan 
Internet  Security  Threat  Report-dur.  Aşağıda  verilənbu  məcmuə  qlobal  səviyyədə 
həyata keçirilən demək olar ki, yeganə məcmuə hesab olunur. Bu icmalda kompüter 
hücumlarının baş vermə tendensiyası və eləcə də virusların yaradılması və yayılması 
tendensiyası  təhlil  edilir.  Bu  haqda  daha  cədvəl  1.1-in  materiallarından  daha  aydın 
təsəvvür yaranır. 
Cədvəl 1.1 
 
Avropa, Orta Asiya və Afrika regionu ölkələri  
üzrə top hücumlar 
Ölkələr 
Sıra 
Regiona 
nisbətən %-lə 
(2014) 
Regiona 
nisbətən %-lə 
(2013) 
Dəyişiklik %-
lə 
ABŞ 

35.6% 
36% 
-0.4% 
Çin 

16.1% 
9% 
7.1% 
Böyük Britaniya 

7.5% 
11% 
-3.5% 
Yaponiya 

4.3% 


Rusiya 

3.6% 
3% 
0.6% 
Almaniya 

3.1% 
3% 
0.1% 
sveç 

2.6% 
5% 
-2.4% 


37 
 
sveçrə 

1.9% 


taliya 

1.9% 


spaniya 
10 
1.5% 


 
2014-cü  ili  əhatə  edən  icmalda  ərazisində  daha  çox  kompüter  sistemləri  və 
şə
bəkələrinə hücumların törədildiyi ölkələrin siyahısı verilmişdir. Bu siyahıya  ABŞ 
35,6%-lə liderlik edir. ABŞ 2009 və 2010-cu illərdə də buna yaxın faizlə ərazisində 
ə
n  çox  kiberhücumların  törədildiyi  ölkə  olmuşdur.  Çində  bu  hücumların  sayı  7,1% 
artmaqla ümumi hücumların 16,1%-i bu ərazidə törədilmişdir. Daha sonrakı yerlərdə 
isə  Böyük  Britaniya  (7,5%),  Yaponiya  (4,3%),  Rusiya  (3,6%),  Almaniya  (3,1%), 
sveç (2,6%),  sveçrə və  spaniya (hər biri 1,9%),  taliya (1,5%) gəlir. Əgər 2003-cü 
ilə  qədər  ərazisindən  daha  çox  kiberhücumların  həyata  keçirildiyi  ölkələrin  yarısı 
Asiya-Sakit okean regionuna daxil olan ölkələr idisə, son illər siyahıya bu regiondan 
cəmi  2  ölkə  daxil  olmuşdur.  Lakin  yuxarıda  verilmiş  məlumatlar  heç  də  o  demək 
deyil ki, xakerlərin çox hissəsi məhz bu 10 ölkənin ərazisində yaşayır. Belə ki, burada 
vasitəsilə cinayət törədilən kompüterin özü belə həmin hücumun predmeti ola bilər. 
Bu  digər  ölkə  vətəndaşlarının  kibercinayət  törətmək  məqsədilə  həmin  kompüter 
sistemlərinə  qanunsuz  daxil  olmaları  vasitəsilə  törədilə  bilir.  Symantec  şirkətinin 
mütəxəssisləri əsas diqqəti məhz bu məsələyə yönəltməyi məsləhət görürlər.
 
2014-cü il üçün Internet Security Threat Report-da qeyd olunur ki, 2014-cü il 
ə
rzində Symantec tərəfindən  5,5 mln-dan  çox zərərli hücum qeydə alınmışdır ki, bu 
da  2010-cu  ildəkindən  81%  çoxdur.  Gün  ərzində  4500-dən  çox  “Web  hücumlar” 
törədilmişdir  ki,  bu  da  keçən  ilə  nəzərən  36%  artım  deməkdir.  Zərərverici 
proqramlara gəldikdə isə 2011-ci il ərzində 2010-cu ildəkindən 41%  çox, yəni 403 
mln belə proqram yaradılmışdır.
1
 
Norton  antivirus  proqram  təminatının  istehsalçısı  olan  bu  şirkətin 
“Norton     2011-ci  il  Kibercinayətkarlıq  haqqında  hesabat”-ında  isə  qeyd  olunur  ki, 
2011-ci il ərzində 431 mln insan kibercinayətkarlığın qurbanı olmuş və bu cinayətlər 
114 mlrd dollar zərər vurmuşdur. Belə ki, ABŞ-da qurbanların sayı 74 mln-dan artıq 
olmuşdur  ki,  onların  birbaşa  maliyyə  itkisi  32  mlrd  dollar  təşkil  etmişdir.  Bu 
                                                           
1
Internet Security Threat Report. URL: http://www.symantec.com/threatreport
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə