Müasir Azərbaycan dili
69
İsimləşərək mübtəda vəzifəsini icra edən o, bu işarə
əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gəldikdə
vergül qoyulmur.
Sual əvəzlikləri sual məqsədi ilə işlədilən sözlərdir.
Bütün nitq hissələrinin sualları sual əvəzliklərinə daxildir. Sual
əvəzliyi hansı nitq hissəsinə mənsubdursa, həmin nitq
hissəsinin əlamətlərini daşıyır, cümlədə onun vəzifəsini icra
edir, cümlə daxilində müəyyən bir şəxsi, predmeti, əlamət və
kəmiyyəti sual tərzində yenə də ümumi halda bildirir. Bu
əvəzliklər eyni cümlə daxilində heç bir nitq hissəsini tamamilə
əvəz edə bilmir. Onların işləndiyi cümlədən sonra ikinci bir
cümlənin, cavab cümləsinin gəlməsi tələb olunur. Həmin cavab
cümləsində sual əvəzliyinin yerini tuta bilən bir söz olmalıdır.
Azərbaycan dilində işlənən əsas sual əvəzlikləri
bunlardır: kim, nə, hara, hansı, haçan, neçə, necə, nə cür və s.
Bunlardan başqa, nə sözü vasitəsilə nə vaxt, nə zaman, nə cür,
nə üçün, nə qədər, nə səbəbə və s. mürəkkəb sual əvəzlikləri də
əmələ gəlir. Məsələn, Mən hara getməliyəm, cənab müəllim?
(İ.Şıxlı) Nə üçün məktubla maraqlanmırsınız? (İ.Şıxlı) Niyə
susursunuz? (İ.Şıxlı) Onu kim bu hala salmışdı? (İ.Şıxlı) Mənə
nə xeyir verə bilərsən, kişi? (İ. Şıxlı) Bax gör necə keçədir?
(İ.Şıxlı) və s .
Kim, nə, hara, hansı, neçənci sual əvəzlikləri cəmlənir
və hallanır: kimlər, kimlərin, kimlərə, kimləri, kimlərdə,
kimlərdən, nələr, nələrin, nələrə, nələri, nələrdə, nələrdən,
haralar, haraların, haralara, haraları, haralarda, haralardan,
hansılar, hansıların, hansılara, hansıları, hansılarda,
hansılardan, neçəncilər, neçəncilərin, neşəncilərə, neçənciləri,
neçəncilərdə, neçəncilərdən.
Sual əvəzlikləri sual cümlələrinin yaranmasında mühüm
rol oynayır .
Qeyri-müəyyən əvəzliklər qeyri-müəyyən şəxsi,
əşyanı bildirən sözlərdir. Qeyri-müəyyən əvəzliklər kim, nə,
bir, kəs, hər sözlərinə müxtəlif köməkçi söz, şəkilçi və ədat
Gülarə Abdullayeva
70
artırılması ilə yaranır: kimi, kimisi, kim isə, kimsə, hər kim, nə
isə, nəsə, hər nə, hər nə isə, biri, birisi, hər biri, hər birisi, bir
şey, hər şey, hər kəs, bir kəs, hərə, hamı, hamısı, bəzisi,
bəziləri, neçəsi, neçələri və s.
Qeyri-müəyyən əvəzliklərin əksəriyyəti hallana bilir.
Məsələn, kimi, kiminin, kiminə, kimini, kimində, kimindən, biri,
birinin, birinə, birini, birində, birindən, hamı, hamının, hamıya,
hamını, hamıda, hamıdan və s. İsə (-sə) ədatının artırılması ilə
yaranan qeyri-müəyyən əvəzliklər hallanarkən hal şəkilçisi bu
ədatdan əvvələ artırılır: nəsə, nəyinsə, nəyəsə, nəyisə, nədəsə,
nədənsə, kim isə, kimin isə, kimə isə, kimi isə, kimdə isə, kimdən
isə və s.
Qeyri-müəyyən əvəzliklərdən bəziləri mənsubiyyətə
görə dəyişərək işlənir: hərəmiz, hərəniz, hərəsi, bəzisi, bəziləri
və s.
Qeyri-müəyyən əvəzliklər ismi əvəz etdiyindən
cümlədə də onun vəzifəsini daşıyır, mübtəda və tamamlıq, az
hallarda da xəbər olur. Kimi kitab oxuyur, kimi təzə qəzet və
jurnalları gözdən keçirir, kimi də gərgin əməkdən sonra
divanda oturub dincəlirdi. (S.Qədirzadə) Kamil nədənsə o qızı
unuda bilmirdi. (S.Qədirzadə) Hamımız onun dərdlərini,
yaralarını duyur və onun halına ürəkdən ağlayırıq.
(M.İbrahimov)
Hərə öz tütəyini götürüb aparıb.
(C.Məmmədquluzadə) Bu hamını təşvişə saldı. (S.Qədirzadə)
Hər kəs yüz il yaşamasa, günah onun özündədir. (O.Sarıvəlli)
Hər kimdir, çağır gəlsin içəri. (Ə.Haqverdiyev)
Təyini əvəzliklər cümlədə isimlərdən əvvəl gələrək,
onları təyin edən sözlərdir. Təyini əvəzliklərə öz, bütün, hər,
hər bir, filan, eyni, bəzi və s. sözlər daxildir. Bu əvəzliklərdən
öz əvəzliyi səciyyəvi xüsusiyyətləri ilə digərlərindən seçilir.
Digər təyini əvəzliklər kimi, isimdən əvvəl gələrək hansı
sualına cavab verib, onu təyin etsə də, heç vaxt müstəqil cümlə
üzvü olmur. Özündən sonra işlənən mənsubiyyət şəkilçili sözlə
birlikdə II növ təyini söz birləşməsi əmələ gətirir və əşya
Müasir Azərbaycan dili
71
məzmunlu cümlə üzvü olur. Məsələn, Xavər ona öz keçmiş
günlərindən danışır, necə onun yolunu gözlədiyini və nələr
düşündüyünü nağıl edirdi. (M.İbrahimov) Bu söz mənsubiyyət
şəkilçisi qəbul edərək təyinatını dəyişir, şəxs məzmunu ifadə
etməklə qayıdış şəxs əvəzliyini əmələ gətirir. Bu zaman
cümlədə ismi əvəz edərək əşya məzmunlu üzv yerində dayanır.
Məsələn, Özüm də bilmirəm bu axşam nədən, Şeirdən sənətdən
uzaq kimiyəm. (S.Vurğun) Tüfəngi alıb kəndliyə verdi,
tapançanı özü götürdü. (M.Hüseyn)
Hər, bütün, filan, eyni, bəzi sözləri cümlədə isimdən
əvvəl gələrək onu təyin edir. Məsələn, Hər aşiqin dövranı var,
hər bir bağın bağbanı var.(M.Rahim) Bu söz hər iki ağızdan
eyni anda çıxdı.(M.Hüseyn) Filan məsələ barəsində biz hələ
çox danışmalı idik. (C. Məmmədquluzadə)
İnkar əvəzlikləri dilimizdə böyük işlənmə tezliyinə
malik olub heç sözünün kim, kəs, nə, bir, şey sözləri ilə
birləşməsindən əmələ gəlir: Heç kim, heç kəs, heç biri, heç nə,
heç bir şey, heç bir kimsə. İnkar əvəzlikləri isimlər kimi bütün
hallarda işlənir. Məsələn, heç kim, heç kimin, heç kimə, heç
kimi, heç kimdə, heç kimdən.
Nisbi əvəzliklər sual əvəzliklərindən sintaktik
funksiyasına görə fərqlənir. Onların morfoloji adı nisbi əvəzlik,
sintaktik adı isə bağlayıcı sözdür. Bu əvəzliklər mənşəyinə görə
sual əvəzliklərindən törəmişdir. Bunlar tabeli mürəkkəb
cümlədə işlənib, komponentlərin bir-birinə bağlanmasına
kömək edir. Müasir Azərbaycan ədəbi dilıində aşağıdakı nisbi
əvəzliklər işlənməkdədir: kim (ki), nə (ki), hər kim (ki), hər nə
(ki), nə vaxt (ki), haçan (ki), hansı (ki), nə qədər (ki) və s .
Məsələn, Necə ki deyirəm, eləcə də fəhlələrə xəbər aparın.
(M.S.Ordubadi) Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu. (Ə.Kərim)
Əvəzliklərin quruluşca iki növü vardır: sadə və
mürəkkəb. Mən, sən, o, bu, bütün və s. sadə, nə üçün, heç kim,
hər kəs və s. isə mürəkkəb əvəzliklərdir.
Gülarə Abdullayeva
72
Qeyd etmək lazımdır ki, əvəzliklər daha çox adlarla
bağlı bir nitq hissəsidir.
Əvəzliklərin dəyişilməsi və başqa nitq hissələri ilə
əlaqəsi.
Əvəzliklərin bir qismi isimlər kimi hallanır, bir hissəsi
hallanmır. Bir hissəsi isimlər kimi cəm şəkilçisi qəbul edir, bir
qismi cəmlənmir. Bunların bir qismi yalnız şəxs bildirdiyi
halda, bir qismi həm şəxs, həm də başqa əşya bildirir və s.
Başqa nitq hissəsi ilə əlaqəsinə,onları əvəz etməsinə
görə əvəzlikləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Əvəzlik-isim: mən, sən, o, biz siz, onlar, özüm, kim, nə,
heç kim, heç nə biri, birisi,hərə, hamı.
Əvəzlik-sifət: bu,o, belə, elə, bəzi, hansı, nəsə, nə cür,
heç bir, hər bir.
Əvəzlik-zərf: nəsə, nə cür, hara, bura, ora, nə qədər,
nə vaxt, nə üçün, nəyə görə, nədən ötrü və s.
Fel əsas nitq hissəsi kimi
Fel əşyanın iş və hərəkətini bildirən bir nitq hissəsidir.
Məsələn, Tüfəngi döşəyin üstünə qoymuşdu. (İ.Şıxlı) Əşrəfin ağ
bənizi daha da ağarmışdı. (İ.Şıxlı) Cahandar ağa özü atın
belinə qalxdı (İ.Şıxlı) və s.
Azərbaycan dilinə məxsus nitq hissələri içərisində fel
özünün tarixinin qədimliyi, milliliyi və qrammatik
kateqoriyalarının zənginliyinə görə birinci yerdə durur.
Ümumiyyətlə, dilimizdə qrammatik kateqoriyalarına görə
zəngin olan iki nitq hissəsi diqqəti cəlb edir ki, bunlardan biri
isim, digəri isə feldir. Lakin ismə məxsus qrammatik
kateqoriyalar təkcə ismi əhatə etməklə məhdudlaşmır, adlar
qrupuna daxil olan digər nitq hissələrinə də aid olur. Felə
məxsus qrammatik kateqoriyalar isə yalnız bu nitq hissəsi üçün
Dostları ilə paylaş: |