Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə13/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   9   10   11   12   13   14   15   16   ...   181

 

33

Dəstəmaz 



Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə 

və ayaqların üzərinə məsh çəkmək vacibdir. 



Məsələ 236: Üzü uzununa alının yuxarısından baş tüklərinin bitdiyi yer-

dən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın əhatə etdiyi 

miqdarı yumaq lazımdır. Bu miqdardan azacıq hissəsi belə yuyulmasa, dəs-

təmaz batil olar. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyil-

sə, buna yəqin olması üçün onun ətrafını da bir az artıq yumalıdır. 

Məsələ 237: Əgər bir şəxsin üzü və ya əli normal insanların üzü və ya əlin-

dən böyük və ya kiçik olarsa, camaat arasında normal adamın üzünü haraya qədər 

yuduğuna diqqət yetirməli və həmin miqdarda yumalıdır. Həmçinin alnında tük 

çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır. 



Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun 

keçməsinə mane olacaq çirk və ya başqa bir maneənin olmasına ehtimal ve-

rərsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimal sayılarsa, dəstə-

maz almazdan əvvəl araşdırmalı və onu aradan qaldırmalıdır. 



Məsələ 239: Üzün dərisi saqqalın arasından görünürsə, suyu dəriyə 

çatdırmaq vacibdir. Əgər görünmürsə, saqqalı yumaq kifayətdir və suyu saq-

qalın altına çatdırmaq lazım deyildir. 

Məsələ 240: Üzünün dərisinin tüklərin arasından görünüb-görünmədiyi-

nə şəkk edən şəxs, vacib ehtiyata əsasən, həm saqqalını yumalı, həm də üzü-

nün dərisinə suyu çatdırmalıdır. 

Məsələ 241: Burunun içini, qapanarkən dodaqların və gözün görünmə-

yən yerini yumaq vacib deyildir. Amma insan yuyulması vacib olan miqda-

rın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarı-

nı yuması vacibdir. Bu hökmü bilməyən şəxs əvvəlcə aldığı dəstəmazda va-

cib olan miqdarı yuyub-yumadığını bilməsə, o dəstəmazla qıldığı namaz 

düzgündür; növbəti namaz üçün yenidən dəstəmaz alması lazım deyildir. 



Məsələ 242: Qolları  və üzü vacib ehtiyata əsasən, yuxarıdan aşağıya 

doğru yumaq lazımdır. Aşağıdan yuxarı doğru yuyularsa, dəstəmaz batildir. 



Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin rütubəti 

onları isladacaq miqdarda olarsa, kifayətdir və onların üzərindən suyun 

axması lazım deyil. 

Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu 

dirsəklərdən barmaqların ucuna qədər yumalıdır. 



Məsələ 245: Əgər insan dirsəyini bütünlüklə yuduğuna  əmin deyilsə, 

buna yəqinlik hasil etməsi üçün dirsəyindən də bir az yuxarıdan yusun. 



Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan 

bir  şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər 

yumalıdır. Əgər təkcə biləklərinə qədər yuyarsa, dəstəmaz batildir. 



 

34

Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki 

dəfə yumaq müstəhəb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yu-

maq dəstəmaz niyyəti ilə üz və qoluna tökdüyü su onun hər tərəfini əhatə et-

diyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamamlanar. Məsələn, birinci 

dəfə yumaq niyyəti ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini 

əhatə edincəyə qədər eybi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yuma-

ğı niyyət etməyənə qədər birinci yumaq gerçəkləşməz. Odur ki, üzün hamısı-

nı bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı niyyət edə 

bilər. Lakin ikinci yumaqda niyyətin vacib olması nəzəri, mübahisədən xali 

deyil. Vacib ehtiyata əsasən, birinci yumaqdan sonra üzü və qolları dəstəmaz 

niyyəti ilə olmasa belə, bir dəfədən çox yumasın. 



Məsələ 248: Hər iki əli yuduqdan sonra əldə qalan dəstəmaz suyunun 

yaşı ilə başın qabağına məsh çəksin. Müstəhəb ehtiyat odur ki, sağ əlin içi ilə 

məsh çəksin və məshi yuxarıdan aşağıya doğru çəksin. 

Məsələ 249: Alının qabağında yerləşən dörd hissədən biri başın məsh yeri sa-

yılır. Bu hissənin hər yerinə və  hər nə qədər məsh çəkilərsə, kifayət edər. Lakin 

müstəhəb ehtiyat odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun. 

Məsələ 250: Məshi məhz başın dərisinə  çəkmək vacib deyil, başın ön 

hissəsindəki tüklərə də məsh çəkmək düzgündür. Amma başın qabağının tü-

kü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tükün 

dibinə məsh çəkilməlidir. Əgər üzə tökülən, yaxud başın başqa yerinə çatan 

tükü başın qabağında bir yerə yığaraq məsh çəkilərsə və ya başın başqa yer-

lərinin qabağa gələn tükə məsh çəkilərsə, batildir. 



Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış 

yaşlığı ilə ayağın üstünə – barmaqlarının birinin ucundan oynağa qədər – 

məsh çəkməlidir. Müstəhəb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa isə 

sol əllə məsh çəksin. 



Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma 

daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədər olsun, hətta ayağın 

bütövlükdə üstünə məsh çəkmək daha yaxşıdır. 

Məsələ 253: Ayağa məsh çəkərkən, əli ayağın barmaqlarının ucuna qo-

yandan sonra ayağın üzərinə  çəkmək lazım deyil. Əli bütünlüklə ayağın 

üzərinə qoyub azacıq məsh də çəkə bilər. 

Məsələ 254: Ayağa və başa məsh çəkərkən, əli onların üzərinə çəkməlidir. 

Əgər əli saxlayıb başı və ayağı (hərəkət etdirib) ona çəkərsə, dəstəmaz batildir. 

Amma əli çəkdiyi vaxt ayaq, yaxud baş azacıq belə hərəkət etsə, eybi yoxdur. 

Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır.  Əgər  əlin rütubəti ona 

təsir etməyəcək qədər olarsa, məsh batildir. Amma nəm olsa və ya onda olan 

nəmlik əlin rütubətində itəcək qədər az olsa, eybi yoxdur. 

Məsələ 256: Əgər məsh çəkmək üçün əldə rütubət qalmasa, kənar su ilə 

əlini islada bilməz. Gərək, öz saqqalının yaşlığından götürüb onunla məsh 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə