23
1. Su
Məsələ 144: Su nəcis olmuş əşyanı dörd şərtlə pak edər.
1. Su saf olmalıdır. Gülab suyu kimi muzaf su (qarışıq su), nəcis olmuş
əşyanı pak etməz.
2. Su pak olmalıdır.
3. Su nəcis əşyanı yuyarkən qarışıq olmasın və təkrar yumağa ehtiyac ol-
madığı halda son yuyulmada su nəcisin qoxusu, rəngi və ya dadını almasın,
amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin heç bir zərəri yoxdur. Mə-
sələn, iki dəfə yuyulması lazım olan bir əşyanı kür və ya az su ilə yuyarkən
birinci yuyulmada su dəyişməsə, həmin əşya pak olar.
4. Nəcis olmuş əşyanı yuduqdan sonra onda eyni nəcisin kiçik zərrələri
qalmamalıdır. Nəcis əşyanın az su ilə (yəni, kür sudan az olan “az su” ilə)
paklanmasının başqa şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.
Məsələ 145: Nəcis olmuş qabın içi, az su ilə üç dəfə yuyulmalıdır. Hə-
min qab vacib ehtiyata əsasən, kür və axar su ilə də üç dəfə yuyulmalıdır.
Amma it bir qabda su və bu kimi maye içərsə, öncə həmin qabı su ilə qatış-
mış pak torpaqla sürtmək və torpağı aradan apardıqdan sonra ya az su, ya kür
su, ya da axar su ilə iki dəfə yumaq lazımdır. Həmçinin, itin yaladığı qabda
bir şey qalmışdırsa, onu yumazdan əvvəl torpaqla sürtmək lazımdır. İçinə
itin ağzının suyu töküldüyü qabı da vacib ehtiyata əsasən, öncə torpaqla
sürtmək və sonra isə üç dəfə su ilə yumaq lazımdır.
Məsələ 146: Donuzun yaladığı və ya içindən axıcı bir şey içdiyi və ya-
xud içində çöl siçanı öldüyü bir qab azı yeddi dəfə yuyulmalıdır, kür və ya
axar su ilə torpaqla sürtülməsi lazım deyil.
Məsələ 147: Şərabla nəcis olan bir qab, nəcis olmuş digər qabların hök-
mündədir; belə ki, müstəhəb ehtiyata əsasən, yeddi dəfə yuyulmalıdır.
Məsələ 148: Nəcis palçıqdan düzəlmiş və ya nəcis su ilə yoğrulmuş dol-
ça axar və ya kür suya qoyularsa, suyun dəydiyi hər yer pak olar. Əgər onun
içini də paklamaq istəsələr, axar və ya kür suda o qədər qalmalıdır ki, su
onun hər tərəfinə nüfuz etsin. Əgər qabda, onun içinə suyun toxunmasına
mane olan bir rütubət varsa, öncə onu qurudub sonra axar və ya kür suyun
altına qoymaları lazımdır.
Məsələ 149: Nəcis olmuş qabı az su ilə iki cür yuyub pak etmək olar:
1. Üç dəfə doldurub boşaltmaqla.
2. Üç dəfə içinə az su töküb, hər dəfə su qabın nəcis olmuş yerlərinə
çatacaq şəkildə çalxalayıb boşaltmaqla.
Məsələ 150: Qazan və küp kimi nəcis olmuş böyük qab su ilə doldurub
boşaltmaqla pak olur. Həmçinin onun üzərinə üç dəfə yuxarıdan aşağıya hər
tərəfinə yetişəcək şəkildə su tökülərsə və hər dəfə də dibində yığılmış su çölə
atılarsa, pak olar. Suları çölə atmaq üçün işlədilən qabı ikinci və üçüncü dəfə
yumaq müstəhəb ehtiyatdır.
24
Məsələ 151: Əgər nəcis olmuş mis və bu kimi əşyalar əridilib suya çəki-
lərsə, onun zahiri pak olar.
Məsələ 152: Sidik ilə nəcis olan bir təndirə, hər tərəfinə yetişəcək şəkil-
də bir dəfə yuxarıdan aşağıya su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə
görülməsi müstəhəb ehtiyatdır. Sidikdən başqa şeylə nəcis olubsa, nəcisin
özünü aradan qaldırdıqdan sonra, söyləndiyi şəkildə üzərinə bir dəfə su tö-
külməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb,
orada cəm olan suları çıxardıqdan sonra, o çuxuru pak bir torpaqla doldur-
maq daha yaxşıdır.
Məsələ 153: Əgər nəcis olmuş əşya kür və ya axar suya bir dəfə batırı-
larsa və su nəcis olmuş yerlərin hər tərəfini əhatə edərsə, pak olar. Xalça,
paltar və bu kimi əşyaları sıxmaq, sürtmək və ya tapdalamaq lazım deyil.
Amma bədən və ya libas sidiklə nəcis olubsa, kür və bu kimi suda iki dəfə
yumaq lazımdır. Amma axar suda bir dəfə yumaqla paklanar.
Məsələ 154: Sidiklə nəcislənmiş bir əşyanı az su ilə yumaq istəsələr,
əgər bir dəfə üzərinə su tökülsə və su ayrıldıqdan sonra onda sidik qalmasa,
pak olar. Amma paltar və bədənin üzərinə iki dəfə su axıdılarsa, pak olar.
Paltar, xalça və bu kimi əşyalar isə az su ilə yuyulduqda, “qüsalə”nin çıxma-
sı üçün sıxılmalıdır. (“Qüsalə” – adətən, bir əşyanı yuyan zaman, yaxud yu-
duqdan sonra öz-özünə və ya onu sıxmaqla ayrılan suya deyilir).
Məsələ 155: Yemək yeməyə başlamamış südəmər oğlan və qız uşağının
sidiyi ilə nəcislənmiş əşyanın üzərinə, nəcis olmuş yerlərin hər tərəfini əhatə
edəcək miqdarda bir dəfə su axıdılarsa, su az da olsa belə, pak olar. Amma
ikinci dəfə üzərinə su axıtmaq müstəhəb ehtiyatdır. Paltar və xalça kimi əş-
yaları sıxmaq lazım deyildir.
Məsələ 156: Sidikdən başqa bir nəcisə bulaşmış əşyanın üzərinə, nəcis
aradan aparıldıqdan sonra, bir dəfə az su axıdılarsa, su ondan axıb ayrıldıq-
dan sonra pak olar. Amma paltar və bu kimi əşyaları sıxaraq qüsaləsini çı-
xarmaq lazımdır.
Məsələ 157: Əgər iplə toxunmuş nəcis həsiri kür və ya axar suya salsa-
lar, nəcisin özü aradan getdikdən sonra pak olar. Amma onu az su ilə yumaq
istəsələr, mümkün olan yollarla, tapdalamaqla olsa belə, sıxılaraq qüsaləsi
çıxarılmalıdır.
Məsələ 158: Əgər buğda, düyü və bu kimi bitkilərin zahiri nəcis olarsa,
kür və ya axar suya salsalar, pak olar. Onları az su ilə də pak etmək olar.
Amma içlərinə nəcis nüfuz edərsə, kür və ya axar su onların içinə toxunması
ilə paklanar.
Məsələ 159: Əgər sabunun zahiri nəcis olarsa, onu paklamaq olar. Am-
ma onun içi nəcis olarsa, onu paklamaq mümkün deyildir. Əgər insan, nəcis
suyun sabunun içərisinə nüfuz edib-etməməsinə şəkk edərsə, onun içərisi
pak hökmündədir.