Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

74 

 

musahidə olundugundan (yalnız sunami kuləklərini istisna etmək sərtilə) onları 



regional TFH-nə də aid etmək olar. Məsələn, zəlzələrin seysmik mərkəzi dəqiq 

lokal sahədə məhdudlaşsada, onun nəticəri konkret ərazilərdə təzahur etməsi ilə 

nəzərə çarpır. Bütün  bunları vulkan püskürmələrinədə  aid etmək olar. Məhdud 

TFHnə  ayrı-ayrı vulkan puskurmələrini, meteoritlərin yer səthinə düşməsini, 

ucqun, sürusmə və selləri, ildırım zərbəsini, mədənlərdə kömürün özü-özünə od 

almasını və torf yataqlarının qəflətən alışmasını aid etmək olar. 

    Göstərilən misallar TFH-nin təsnifatına dair mövcud yanasma və qruplaşdırma 

üsullarının muxtəlif olmasını göstərir. Bu yanasma üsullarına genetik, muhəndis 

cografi, müvəqqəti, ərazilik, statistik və digər metodlar daxildir. Lakin, bütün 

bunlar TFH-nin iqtisadi cografiya baxımdan öyrənilməsi üçün kifayət deyildir.Ona 

gorə TFH-nin ümumi şəkildə qiymətləndirilməsi, onların təsərrüfat obyektlərinin 

fəaliyyətinə təsiri, proqnozlaşdırılması və onlardan mudafiə imkanları üzrə 

təsnifatın verilməsi zəruridir. Bizim tərəfimizdən, ilk dəfə olaraq TFH-nin 

dagıdıcılıq dərəcəsinə və muxtəlif  təsərrüfat obyektlərinin inkisaf  ritminə təsirinə, 

eləcədə  onların normal fəaliyyətinin bərpa olunması imkanlarına gorə təsnifatı 

tərtib olunmusdur.  

     Dəyən zərərlərin xarakteri əsas etibarı ilə kəmiyyət gostəriciləri ilə 

ə

saslandırılmamış təqribi qiymət əsasında muəyyən edilmişdir. Bu ilk növbədə 



statistik orqanların və sair təşkilatlar tərəfindən TFH-nın təsərrüfata vurdugu 

zərərin nəticəsində meydana çıxan itkilərin sistematik uçotunun (qeydiyyatının) 

aparılması ilə əlaqədarldır. 

    Bu təsnifatın mahiyyəti TFH-nın ayrı-ayrı növlərinin muxtəlif təsərrüfat 

sahələrinə gostərdiyi təsirin fərqli olmasından ibarətdir; TFH-nin bir qismi bir sıra 

təsərrüfat sahələrinə dagıdıcı təsir göstərdiyi halda, digər sahələr üçün təhlukəli 

deyil (məsələn, kənd təsərrüfatı sahələrinin məhsulunu məhv edən və sənaye üçün 

praktiki olaraq zərərsiz olan dolu hadisəsini gostərmək olar). Digər TFH isə 

dağıntılar törətməsələrdə, digər sahələrin normal fəaliyyət ritminə mane olurlar 

(mməsələn, covgun); üçüncü növ TFH isə qarşısına çıxan hər bir canlı, cansız 

əş

yanı məhv edirlər (məsələn, zəlzələ, sel və.s). TFH nəticəsində təsərrüfat 



sahələrinə dəyən dagıntıların bərpası üçün tələb olunan zaman kəsiyi də 

muxtəlifdir.  

    Beləliklə, bizim tərəfimizdən hazırlanmış təsnifat TFH-nın ayrı-ayrı növlərinin 

vurdugu zərərləri muqayisə etməyə, hər bir ərazinin sosial-iqtisadi tutumunu və bu 

ə

razilərdə təbii proseslərin bu və ya digər növlərinin təzahür formalarından asılı 



olaraq vurduqları zərərlərin təhlukəliliyini qiymətləndirməyə imkan verir. Təklif 

olunmus təsnifatın cografi baxımdan öyrənilməsi TFH-nin proqnozlaşdırması və 

onların əhaliyə və təsərrüfatlara vurduqları zərərlərin zəiflədilməsi üçün istifadə 

oluna bilər. 

    Azərbaycan Respublikası ərazisinin ayrı-ayrı bölgələrində təbii və texnogen 

amillərdən asılı olaraq  bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf 

etmişdir. Respublikanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə 

təsiri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə törədən 

proseslərdən  başlıcası sürüşmələrdir.  Sürüşmə proseslərinin geniş miqyasda 



75 

 

inkişafı xalq təsərrüfatı və sənaye obyektlərinin normal fəaliyyətinə mənfi təsir 



göstərir və respublika iqtisadiyyatına külli miqdarda maddi ziyan vurur. Ona görə 

də sürüşmə proseslərinin ardıcıl öyrənilməsi, onların inkişaf dinamikası üzərində 

müntəzəm müşahidə aparılması, proqnozlaşdırılması və s. mühüm əhəmiyyət kəsb 

edir. 


     Sürüşmə prosesləri əsasən Böyük Qafqazın cənub-şərq qurtaracağı, şimal-şərq, 

cənub yamacları, Kiçik Qafqaz və Dağlıq Talış bölgələrində daha geniş inkişaf 

etmişdir. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ 

təsirinə  məruz qalmış obyektlər sırasına qəsəbələr və kəndlər də daxildir.  

    Son illər sürüşmə proseslərinin aktivləşməsi və onların xalq təsərrüfatı, sənaye, 

mülki və digər obyektlərə göstərdiyi mənfi təsirlərinə qarşı müdafiə tədbirlərinin 

elmi cəhətdən əsaslandırılması, yeni salınacaq yaşayış məntəqələri ərazilərində 

kompleks mühəndisi-geoloji işlərin yerinə yetirilməsi aktual məsələyə 

çevrilmişdir. 

    Belə kənd və qəsəbələr ərazisində sürüşmə proseslərinə qarşı müdafiə 

tədbirlərinin həyata keçirilməsi bəzi hallarda iqtisadi cəhətdən səmərəli olmadığı 

üçün sürüşmənin təhlükəli təsiri zonasında yerləşən tikililərinin yeni təhlükəsiz 

sahəyə köçürülməsi  dövlət səviyyəsində həyata keçirilir. 

    Ərazilərdə yaşayış massivinin salınmasında, xüsusilə böyük miqyaslı sənaye 

obyektlərinin tikintisində ərazinin mühəndisi-geoloji şəraitinin düzgün 

qiymətləndirilməsi və nəzərə alınması gələcəkdə bu obyektlərin təhlükəsiz və 

normal fəaliyyəti üçün zəmin yaradan əsas şərtlərdən biridir. Bu şəraitin nəzərə 

alınmaması səbəbindən çox zaman tikinti və onun istismarı dövründə sürüşmə 

proseslərinin bu və digər formada baş verməsi halları meydana çıxır ki, bu da 

ə

razidə təhlükəli vəziyyətin yaranmasına səbəb olur.Sürüşmə-seysmik təkandan, öz 



ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər 

proseslərdə süxur kütlələrinin yamac boyu yer dəyişməsidir. Sürüşmələrin əmələ 

gəlməsi yamacı təşkil edən süxurların dayanıqlığının itirməsi ilə əlaqədardır. 

Dayanıqlığın pozulması, yamac meylinin artması (yamacın meyli onun aşağı 

hissəsinin su ilə yuyulmasından asılı olaraq artır), yamacın çöküntü materialları ilə 

ağırlaşması və süxur müvazinətinin azalması nəticəsində baş verir. 

   Sürüşmələri tədqiq etdikdə sürüşmə səthi, sürüşmənin dabanı, sürüşmənin 

dərinliyi, sürüşmənin arenası, qövsvari şəkildə dağ silsiləsinin sürüşməsi, sürüşmə 

kütləsi və sürüşmə yığımları nəzərə alınmalıdır.Sürüşmənin səthi (müstəvisi). 

Sürüşmənin başlanğıcında yamacın üst hissəsində yerləşən süxurların bir hissəsi 

ə

sas yamacı təşkil edən süxurlardan qoparaq sürüşməyə başlayır. Sürüşmə 



kütləsinin sürüşdüyü səthə sürüşmə səthi deyilir.  

   Sürüşmə səthi tədqiqat işləri zamanı təyin edilir. Onu tədqiq etmək üçün quyu, 

ş

urf və lağımlar qazılır. Quyudan çıxarılmış kernlərlə və şurf divarındakı 



süxurlarda sürüşmə izləri və cızıqlar öyrənilir. Cızıqların vəziyyətilə əsasən 

sürüşmənin istiqaməti təyin edilir.Sürüşmənin dabanı. Sürüşmə səthi ilə yamacın 

gövdəsinin kəsildiyi xəttə sürüşmənin dabanı deyilir. Sürüşmənin arenası. Sürüşmə 

kütləsinin yamac boyu yerdəyişməsi nəticəsində əmələ gəlmiş dərinləşmiş hissəyə 

sürüşmənin arenası deyilir. Sürüşmə kütləsi. Ekzogen geoloji proseslərə məruz 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə