Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   37   38   39   40   41   42   43   44   45

84 

 

Mn fona nisbətən xeyli yüksək miqdarda toplanmışdır. Dib çöküntülərində Zn və 



Ag klarkdan 2-3 dəfə, Cu və Mo - 2 dəfəyə qədər artıq, Pb və Co isə klarkdan az, 

fondan artıq olmuşdur. Buradakı yerüstü çay sularında da Mn və Ag əksər hallarda 

klarkdan yüksək miqdarda olur. Mazımqara anomaliyası sahəsindəki torpaqlarda 

Cu, Ag, Zn klarkdan dəfələrlə artıq, Pb, Mo və Co isə fondan artıq - klark 

səviyyəsindədir. Dib çöküntülərində Cu, Ag və Zn klarkdan dəfələrlə artıq, Co, Pb 

və Ni isə klark səviyyəsində toplanmışdır. Yerüstü sularda və qrunt sularında əksər 

hallarda Cu və Ag klarkdan artıq, Mo klark səviyyəsində, Ni, Mn, Co və Cr isə 

ə

traf fondan yüksək miqdarda qeydə alınmışdır.  



Beləliklə, keçən əsrin ikinci yarısında Balakən və Zaqatala rayonlarının dağlıq 

hissələrində geoloji-kəşfiyyat işlərinin geniş vüsət alması nəticəsində ətraf təbii 

mühitə xeyli ziyan dəymişdir. Əgər geoloji-kəşfiyyat işləri Filizçay, Kasdağ, 

Katex, Saqator və Kasmalada qısa müddət ərzində başa çatdırılmış olsaydı, bu 

yataq və təzahürlərin sahəsində texnogen-sənaye landşaftları belə mənzərəyə malik 

olmazdı, təbii landşaftların isə bərpa olunma ehtiyacı yaranmazdı. Bu sahələrdə 

dağ-mədən qazmalarının ağız hissəsi əksərən uçurulmuşdur və bu da təbii landşafta 

mənfi təsir edir.  

Antropogen təsirlərdən başqa, bölgədə təbii proseslərlə də ətraf mühitin 

tarazlığının pozulması və təbii landşaftın dəyişməsi halları tez-tez baş verir. Burada 

sellər və daşqınlar, bir tərəfdən, sürüşmələrin və uçqunların əmələ gəlməsinə, 

dərələrin dərinləşməsinə, yeni dərələrin və su şırımlarının yaranmasına səbəb olur, 

digər tərəfdən isə, torpaqların eroziyaya uğramasını sürətləndirir. Balakən-Zaqatala 

filiz rayonunda güclü eroziya prosesləri gedir. Burada dərə-yarğan eroziyası və 

yamac müstəvisi boyu torpaqların yuyulması (eroziyası) intensivləşmişdir.  

Bütün bunlarla bərabər, rayonun gözəl və zəngin təbiəti, ətraf mühitin 

çirklənmələrinin YVQH-dan aşağı olması və nisbətən intensiv çirklənmələrin 

yataq sahələrində əmələ gəlməsi əsas götürülərək, onun mövcud geoekoloji 

şə

raitini bütövlükdə qənaətbəxş qiymətləndirmək olar. Lakin bu şəraitin 



gərginləşməməsi və daha da yaxşılaşması üçün kompleks tədbirlərin görülməsi 

vacibdir. Məlumdur ki, "...yeraltı qazıntılar təbii sərvətlərin bərpa olunmaz növünə 

aiddir, ...çıxarılan filizin yerində yataq yaranmır" (Əlizadə, Səmədov, 1979). Filiz 

yataqlarının və onlardan hər hansı birinin istismarının ətraf mühitə neqativ təsirləri 

gözləniləndir. Ancaq ətraf təbii mühitin mühafizəsi və mümkün çirklənmələrin 

qarşısının alınması və yaxud azaldılması və zərəsizləşdirilməsi şəraitində, kifayət 

qədər ehtiyata malik olan bu filiz yataqlarının (Filizçay kolçedan-polimetal yatağı 

bütün Qafqaz regionunda bu tipli ən böyük filiz yatımına malikdir) yaxın 

gələcəkdə işlədilməsi nəinki mümkündür, həm də tamamilə realdır.  

Böyük Qafqazın cənub yamacında aparılan ekoloji-geokimyəvi tədqiqatlarla 

ə

laqədar olaraq yaxın gələcəkdə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməsi 



məqsədəuyğun hesab edilir:  

1. Filizlərin tərkibinin əsasən sulfidlərdən ibarət olması oksidləşmə şəraitində 

sulfat turşusunun ayrılmasına gətirib çıxarır və bu sonuncu isə öz növbəsində hətta 

davamlı mineralların belə həll olmasına imkan yaradır. Elementlərin torpaqlarda 




85 

 

davranışına onun tərkibində gil hissəciklərinin olması da mühüm dərəcədə təsir 



edir: gil mineralları bir sıra elementləri adsorbsiya edərək özündə toplayır.  

2. Regionda texnogen çirklənmənin ümumi səviyyəsi hələlik çox böyük 

olmadığından təbiətdən istifadənin (dağ-mədən qazmalarının yerləşdiyi və 

tullantılarının toplandığı ərazidən enən yarğanların vadilərində mal-qaranın 

otarılması, biçin və s.) yalnız cüzi dərəcədə məhdudlaşdırılması tələb olunur. Lakin 

filiz yataqlarının istismarına başlandıqda istehsal proseslərinin nəticəsi olaraq kənd 

təsərrüfatına və tikinti üçün ayrılan yaxındakı ərazilərə texnogen təsirin 

yüksələcəyi nəzərdən qaçırılmamalıdır. Ərazinin çirklənmə səviyyəsi inşa ediləcək 

müəssisənin miqyasından, istismar müddətindən və işin xarakterindən asılı 

olacaqdır. Dağ-mədən işlərinin genişlənməsi və filizlərin işlənmə dərəcəsinin 

dərinləşməsi ilə əlaqədar ekoloji təhlükənin yüksələcəyini nəzərə alaraq 

qabaqlayıcı tədbirlərin görülməsi (müəssisənin müasir texnologiyalara cavab 

verməsi, onun tikinti yerinin düzgün seçilməsi və s.) mühüm əhəmiyyət daşıyır.  

3. Tədqiqat rayonunun ekoloji şəraitinin daha dolğun və daha dəqiq 

qiymətləndirilməsi üçün dağətəyi düzənlik sahədə ətraf təbii mühitin - torpaqların, 

süxurların, yerüstü və yeraltı suların və bitkilərin FTÇ -lərlə, başqa ağır metallarla, 

qalıq pestisidlərlə və digər aqrokimyəvi maddələrlə mümkün çirklənməsi üzrə 

geoekoloji tədqiqatların davam etdirilməsi məqsədəuyğundur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


86 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                               Ə T   C Ə 

 

   Azərbaycan Respublikasında bir qayda olaraq, ərazi istehsal potensialından 

səmərəli istifadə, respublikanın təbii şəraitini, təbii ehtiyat potensialını qorumaq və 

qiymətləndirmək məqsədilə tədqiqat işində əldə olunan nəticələr: 

   -Azərbaycanın  təbii komplekslərinin spesifik xüsusiyyətləri nəzərə 

alınmadığından, xalq təsərrüfatının intensiv inkişafı və urbanizasiya nəticəsində, 

respublika ərazisinin çox hissəsində ekoloji müvazinət pozulmuşdur. 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında yay otlaqları altında 

inkişaf etmiş dağ-çəmən torpaqlarının morfogenetik və bioekoloji xüsusiyyətləri 

aparılan tədqiqatların, kameral-laboratoriya, ədəbiyyat və fond materialların 

ümumiləşdirilməsi və analiz nəticəsində öyrənilmiş və müasir torpaq-ekoloji 

səciyyəsi verilmişdir. Aparılmış tədqitların nəticəsinə görə bu ərazidə yüksək 

münbitliyə malik ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-şəmən torpaqları 

yayılmışdır və yüksək məhsuldarlıqlı yay otlaqları kimi heyvandarlıqda intensiv 

istifadə olunur. 

   -Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamaclarına antropogen təsirlər   

eroziya proseslərinə, ərazinin səth örtüyünə, meşə ərazilərinin seyrəkləşməsinə və 

sürüşmə zonalarının aktivliyinə səbəb olmuşdur.  

   -Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində ekoloji gərginliyi 

yaradan səbəblər şimal-şərq və cənub-qərb yamaclarında bitki örtüyü və heyvanat 

aləminin antropogen təsiri nəticəsində dəyişməsidir. 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında meşə ərazilərinin 

seyrəkləşməsi və meşə sərhədlərinin tərəddüdü rütubət ehtiyatlarının və albedonun 

dəyişməsinə səbəb olur ki, bu da nəticədə dağıdıcı təbiət hadisələrinin baş 

verməsinə səbəb olur. 

   -

 Aparılan tədqiqatlar göstərir ki, sürüşmə və eroziya hadisələrinin qarşısını 



almaqdan ötrü otlaqlar müəyyən müddət dincə qoyulmalıdır. Bunun nəticəsində ot 

formasiyaları yeniləşərək sıx şəbəkə yarada bilsin. Digər tərəfdən bəndlərin 

çəkilməsi, terraslama işlərinin aparılması, ağacların əkilməsi və s. əməl edilməlidir. 

Optimal variantlar isə ərazinin relyefindən asılı olaraq seçilir. Bunlarla yanaşı 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə