Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48

_______________Milli Kitabxana______________ 
 
8
inkişafını, sosial təşkilatların inkişaf səviyyəsini anlamağa 
başladılar. Qərb  ədəbiyyatında Qərbi Avropanın “mədəni” 
xalqlarının digər “mədəniyyətsiz”, “az mədəniyyətli” “təbii” 
xalqlara qarşı qoyulması bu mənada başa düşülür. Ümumi 
fəlsəfi anlayış olan “mədəniyyət” anlayışı etnoqrafiyada bir 
xalqı başqasından fərqləndirən maddi və  mənəvi həyat 
amillərinin xüsusiyyətləri şəklində izah edilir. Bu xüsusiyyətlər 
bir qayda olaraq etnosun öz dilində əks olunur. 
3. Genezis – yunan sözü olub mənşə, mənbə, yaranma 
mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir 
xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır. 
Adi etnoqrafik təcrübədə 
bəzən müəyyən etnosun 
mənşəyindən,  əmək alətləri tiplərinin, yaşayış evləri və xalq 
geyimlərinin genezisindən, müəyyən toy adətlərinin 
təşəkkülündən bəhs edir.  
4. Dil ailəsi-Linqvistikadan etnoqrafiyaya dil ailəsi 
termini keçmişdir. Dünya xalqlarının etnoqrafik təsnifatını 
verərkən bu termindən geniş istifadə olunur. Burada dillərin 
qohumluğu onların mənşəyinə görə öyrənilir. Etnoqrafiayada 
avtoxton anlayışından da istifadə olunur. Avtoxton (yunan sözü 
olub “autos”-özü, “xtones”-torpaq) mənşə etibarilə yerli olan 
deməkdir. Yunan avtoxtonuna qədim Roma termini olan 
aborigen termini uyğun gəlir ki, bu da “müəyyən bir ölkənin 
yerli əhalisi”, “həmin ərazidə ən qədimdən yaşayan” deməkdir. 
Xarici etnoqrafiyada hər iki termindən geniş istifadə olunur. 
Birinci termin müəyyən mədəniyyət amilinə aydınlaşdırıcı söz 
kimi, sifət kimi əlavə edilir (avtoxton mədəniyyət, avtoxton 
adət və s.). İkinci isə yerli xalq mənasında işlədilir. Tuzemel bu 
torpağın sakini, aborigen, inorodnıe, inoqorodnıe və bu kimi 
anlayışlar başqa xalqların heysiyyətinə toxunmaq mənasında 
başa düşülür və təhqiramiz xarakter daşıyır. 
5.  Oykumena.Etnoqrafiyada istifadə olunan bir çox 
terminlər biologiya və sosiologiyadan mənimsənilmədir. Məs. 
oykumena  – yunan sözü olub yaşamaq sözündən 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 
9
götürülmüşdür. Başqa sözlə bu termin yer kürəsinin insanlar 
tərəfindən məskunlaşmış hissəsi deməkdir. Etnik ərazi 
müəyyən bir etnosun təşəkkül tapdığı yer, həmin etnosun əsas 
hissəsinin yerləşdiyi  ərazi deməkdir. Çox vaxt etnik ərazi 
dövlət sərhədləri ilə uyğun gəlmir. Asiya, Avropa, Amerika və 
Okeaniyanın bir çox rayonlarında dövlət sərhədləri etnik 
əraziləri parçalayır və ciddi surətdə daxili milli problemlər 
yaradır. Azərbaycanlıların 30 milyona qədəri  İranada, 2 
milyondan artığı RFR ərazisində yaşayır. Albanların 70 faizə 
qədəri Albaniyada, 30,5 faizi Serbiyada yaşayır. Kürdlərin 43 
faizi Türkiyədə, 21,6 faizi İranda, 20 faizi İrakda, qalanları isə 
Azərbaycanda və başqa ölkələrdə məskunlaşmışdır. Taciklərin 
62,1 faizi Əfqanıstanda, qalanları isə Tacikistanda 
yerləşmişdir. Miqrasiya – (latınca “miqrasio” – köçmə) etnik 
qrupları etnik ərazi daxilində  hərəkəti və yaxud onların başqa 
rayonlara köçməsi deməkdir. Xarici ədəbiyyatda miqrasiya 
termini  ən çox mədəniyyətə aid edilir və miqrasiya prosesi 
müəyyən  bir mədəniyyətin yad etnik və  mədəni vilayətə 
nüfuzu kimi başa düşülür. 
6. 
İnteqrasiya. Etnik proseslərin xarakterini 
müəyyənləşdirmək üçün əksər hallarda inteqrasiya, 
konsolidasiya  və  assimilyasiya  kimi latın terminlərindən 
istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin 
vahid bir tamda birləşməsi deməkdir. Bu müxtəlif etnik 
mədəniyyətlərin qarşılıqlı  əlaqəsi zəmnində  mədəniyyətlərin 
yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük 
qruplarının böyük etnoslar şəklində birləşməsinə 
konsolidasiya  deyilir. Adətən bu cür birləşmələrin vahid dili 
və  mədəniyyəti olur. Məs, telenkitlərin, çelkanların, 
kumandinlərin və teleutların vahid Altay etnosunda birləşməsi 
kimi,  Assimilyasiya  isə artıq formalaşmış etnosların qarşılıqlı 
təsiredici  əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda 
mənşə, dil və  mədəniyyət cəhətcə müxtəlif olurlar. Qarşılıqlı 
güclü  əlaqələr nəticəsində bir etnosun nümayəndələri 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 10
başqasının dili və mədəniyyətini bütünlüklə mənimsəyir və öz 
keçmiş  mənsubiyyətini tamamilə itirmiş olur. Assimilyasiya 
həm könüllü, həm də zorakı yolla baş verə bilər. Axırıncı amil 
mürtəce qüvvələrin hökm sürdüyü ölkələrdə baş verir ki, orada 
assimilyasiya siyasəti azlıqda qalan xalqların mədəniyyətinin 
məhvinə doğru yönəldilmişdir. 
7. Adaptasiya – insanların yeni etnik mühitə 
uyğunlaşmasına deyilir. Adaptasiya  və ya akkomodasiya  ən 
çox biologiyada işlədilir.  
8.  Akkulturasiya – mədəniyyətlərin qarşılıqlı nüfuzu 
deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki 
modelləri dəyişikliyə  məruz qalır.  Əksər hallarda xarici 
etnoqrafiyada akkulturasiya avropalaşmanın sinonimi hesab 
olunur.  Akkulturasiya Avropa mədəniyyətinin, təsərrüfat 
qaydalarının, sosial institutlarının Asiya, Afrika, Amerika və 
Okeaniya xalqlarının arasında yayılması deməkdir. 
9. Urbanizasiya – etnoqrafiya terminlərinə Qərbi Avropa 
sosiologiyası  və etnoqrafiyasından daxil edilmişdir (latınca 
“Urbanus”-şəhər sayağı deməkdir). Urbanizasiya sənayenin və 
əhalinin iri şəhərlərdə toplanmasına deyilir. Etnoqrafik 
ədəbiyyatda bu anlayış belə bir məna kəsb edir ki, şəhər 
mədəniyyətinin standart tiplərinin hər yanda yayılması 
nəticəsində  kəndlə  şəhər arasındakı  mədəni fərqlər aradan 
qalxır. 
10. Traybalizm – Müasir siyasi mətbuatdan 
etnoqrafiyaya traybalizm  termini də keçmişdir (ingiliscə 
“trayb”-qəbilə deməkdir).  Traybalizm  gənc Asiya və Afrika 
dövlətlərində müasir dövrdə  qəbilə xüsusiyyətlərinin 
saxlanılmasına deyilir ki, bu qalıqlar qəbilələr arasındakı 
münasibətlərə  mənfi təsir göstərir. Siyasi ədəbiyyatda 
traybalizm millətçiliyin sinonimi kimi işlədilir. 
11. Stereotip – Sosial psixologiyadan stereotip anlayışı 
da qəbul edilmişdir (yunanca “stereos”-möhkəm, “tipos”-iz, 
şəkil). Bu anlayış etnoqrafiyada, etnik birlik daxilində 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə