Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
34
Həhayət, sarayda heç vaxt, heç yerdə misli görünməyən 
dəbdəbəli bir toy quruldu. Toya Şamaxının bütün ziyalıları, bəy-
bəyzadələr, sazəndələr,  Bakıdan, Qarabağdan, Təbrizdən, 
Dərbənddən, Orta Asiyadan  dəvət alan musiqiçilər, bir sözlə, 
hər yerdən Əhməd Sultanın dostları, tanışları  təşrif buyurmuşdu. 
Məclisdə iştirak edən xanəndələrin sayı bəlli deyildi. Düz üç gün, 
üç gecə toy çalındı. Demək olar ki, bu günlərdə Şamaxıda böyük 
el bayramı yaşandı, aylarla səsi-sədası dillərdən düşməyən bu 
toyun ağsaqqalı  Əhməd Sultanın dostu Mirzə  Nəsrulla 
Qurban bəy oğlu (Didə) idi. Didə  ərəb, fars, rus dillərinin 
kamil bilicisi, quberniya idarəsinin katibi, dilmanc, istedadlı 
şair və muğam bilicisi idi. Bu ziyafətdə Qafar Məmmədsəid 
oğlu onun köməkçisi idi. Qabaqcadan tərtib edilmiş siyahı 
əsasında  şəhərin bütün məhəllələrindəki kasıblara, ehtiyacı 
olanlara xələt və hədiyyələr paylatdı Əhməd Sultan. Şamaxıda 
yüzlərlə ailə toy şirinliyi daddı. 
Mahmud Ağa və  Qəmər xanımın bu izdivacdan beş 
övladı - dörd oğlu, bir qızı oldu: Ağa bəy, Əhməd bəy, Cavad 
bəy, İbrahimxəlil bəy və Bəyim xanım. 
 
*** 
 
XIX  əsrin 60-cı illərindən sonra Şamaxıya yolu düşən 
İran, Rusiya və Avropa səyyahlarının, şərqşünaslarının çoxu bu 
ailənin, məclisin, sarayın, imarətin qonağı olmuşdur. Çox 
əfsuslar ki, Mahmud Ağanın qonağı olmuş  məşhur insanların 
hamısı haqqında mənbələrdə o qədər də geniş, tutumlu məlumat 
yoxdur. Sadəcə hamının bildiyi, müraciət etdiyi bir neçə 
səyyahın xatirələri, yol qeydləri məlumdur: fransız yazıçısı 
A.Düma  (1802-1870), rus etnoqrafı  İ.Yevlaxov  (1816-1884), 
Sankt-Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti, 
knyaz Qriqori Qriqoryeviç Qaqarin (1810-1893). 
Haşiyə: XII-XX əsrlər arasında Şamaxıda zəlzələlər çox 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 35
olmuşdur. Onlardan 16-20-sinin dağıdıcı  zəlzələ (8-10 baldan 
yuxarı) olduğu məlumdur. A.Dümanın səfərindən bir il sonra 8-
10 bal gücündə olan zəlzələ  şəhəri yenidən yerlə-yeksan etdi. 
Tarixlər şahidi olan şəhərdə xanlıqlar dövründən yadigar qalan 
saray tikililəri, qala, mülkədar, tacir evləri ilə yanaşı, təməli 
773-cü ildə qoyulmuş  təkcə  Cənubi Qafqazda deyil, Yaxın 
Şərqdə, Dərbənddə inşa edilmiş  məscidlərdən  (733-734) sonra 
ən qədim məscid sayılan Şamaxı Cümə məscidi də dağıldı.
 
Uzun  əsrlər boyu paytaxt olmuş  Şamaxı  şəhəri bir daha 
əvvəlki əzəmətini özünə qaytara bilmədi və onu aramsız olaraq 
dağıdan, viran qoyan zəlzələlərin  əlindən möhtəşəmliyini 
itirərək adi əyalət şəhərlərindən birinə çevrildi. 
 
 Haşiyə:  rus knyazı, rəssam Q.Qaqarin 1847-ci ildə 
Şamaxıda olmuşdur. O, 1859-cu il zəlzələsindən 12 il əvvəl 
naturadan  Şamaxı Cümə  məscidini kətanın yaddaşına fırçayla 
həkk edən nadir rəssamdır. Q.Hacıbababəyov tərəfindən 
 
1902-ci il zəlsələsində dağılmış Cümə  məsçidinin görünüşü 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
36
sonralar məscid yenidən bərpa olunsa da, 1902-ci il zəlzələsi bu 
abidəni təkrar dağıdaraq xarabazarlığa çevirdi.  
VIII əsrdən günümüzədək şahidlik edən möhtəşəm Cümə 
məscidinin görkəmi haqqında real təsviri ancaq knyaz, rəssam 
Qaqarinin rəsm əsəri yaradır. 
Haşiyə: 1902-ci il yanvar ayının 31-də baş vermiş güclü 
zəlzələ nəticəsində böyük ziyan dəymiş məscidin bərpası dövlət 
tərəfindən şamaxılı, mülki mühəndis Zivər bəy Əhmədbəyova 
(1873-1925) həvalə edildi. 
Zivər bəy Gəray bəy oğlu 
Əhmədbəyov  Şamaxıda,  İmamlı 
məhəlləsində 1873-cü ildə    do-
ğulmuş, mollaxanada və realnı 
məktəbdə  təhsil aldıqdan sonra 
Sankt-Peterburq Mülki Mühən-
dislər İnstitutuna qəbul olmuşdu. 
Onun atası Mahmud Ağanın, 
S.Ə.Şirvaninin, Səid  Əfəndinin 
dostlarından idi. Zivər bəy hər 
iki məclisdə  iştirak etdiyi kimi, 
Mahmud Ağanın qonaqlarının da 
çoxu ilə dost olmuşdur. 
Z.Əhmədbəyov 1902-ci  
ildə Bakı Quberniya idarəsində, 
sonralar isə Bakı  şəhər idarəsin-
də memar işləmişdir.  O, 1918-
22-ci illərdə Bakının baş memarı 
olmuşdur. 
Artıq yuxarıda dediyimiz kimi, 1902-ci il zəlzələsi zama-
nı  Şamaxı Cümə  məscidi də böyük zərər çəkdi. 1903-cü ilin 
oktyabr ayında məscidin ianə yolu ilə  bərpası üçün yaradılan 
komitə məscidin bərpasını Zivərbəy Əhmədbəyova həvalə edir. 
Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrində işlər 
görülürdü. Lakin Zivər bəylə komitə arasında fikir ayrılığı 
 
Memar Zivər bəy 
Əhmədbəyov 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 37
yarandığından o, tikintidən imtina etmək məcburiyyətində qalır. 
Komitə məscidin işini mülki mühəndis İ.Polşkoya etibar etdi. 
Polşkoy öz variantını təklif etməklə yanaşı, həm də Z.Əhməd-
bəyovun memarlıq variantını saxladı. Məscidin inşası maddi 
çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən 
başqa bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını 
bəzəyən günbəzin  metal karkasları Varşavada hazırlanıb 
gətirildi. 
 
                                          *** 
 
    Onu  da  deyək ki, Zivər bəy 
Əhmədbəyov 52 illik ömrünün 
çoxunu memarlıq sənətinə həsr 
etmiş, Bakı,  Şamaxı, Göyçay 
şəhərlərində neçə-neçə inzibati 
binalar, yaşayış evləri, məscid-
lərin layihəsini vermiş, xalq 
memarlığının mütərəqqi ənənə-
lərini  Şərq və Avropa memar-
lığı ilə üzvü surətdə  əlaqələn-
dirmişdir. 1918-ci ildə erməni 
cəlladları  Şamaxı  əhalisini qır-
dığı kimi, şəhəri, eləcə  də Cü-
mə  məscidini odlara qalamış-
dılar. Erməni vəhşiliklərindən 
ruhdan düşməyən görkəmli 
ziyalı Zivər bəy 1919-cu ildə 
şəhərin yenidən bərpası üçün «Yeni  Şirvan» cəmiyyəti  təşkil 
edir. 
Zivər bəy  Əhmədbəyov Sovet hakimiyyəti qurulduq-
dan 5 il sonra haqsızlıqlara dözməyərək 1925-ci ildə Bakı 
şəhərində intihar etmişdir. Onun doğmaları hazırda Bakıda 
yaşayırlar. 
 
Bakı şəhəri,  Zivər bəyin  
heykəli 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə