Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   5   6   7   8   9   10   11   12   ...   119

 

28

Gətirer bir quzu kəsə, bişirə, peyğəmbər yeyə. Deyir: 



– Çoban, maa elə quzu kəs ki, iç piyinnən maa köynək çıxsın.  

Gətirer  kəser.  Çoban  ölçör-biçer,  görör  ki,  qolları  çatmadı. 

Gətirer qoyur ortaya. Peyğəmbər deyir: 

– Bə buların qolları hanı?  

Deyir: 

– Peyğəmbər sağ olsun, sən gələndə quzu ürküşdü, piyini tökdü 



dana, qolu çatmadı.  

Deyir:  


–  O  qoyunun,  o  da  sən.  Get  özünə  çoban  tut,  Allah  xeyirin 

versin.  

 

37. SƏXAVƏTLİ HATƏM 

 

Hatəm Tay çox səxavətdi olur. Gündə nə qədər heyvan kəsərdi, 



ehsanat eliyərdi, səxavəti həddən ziyadə idi, amma ibadəti yoxuydu. 

Deyir, Hatəm Tay cənnətə getdi, cəhənnəmə getdi? Dedi, nə cənnətə 

gedif,  nə cəhənnəmə. Cənnətnən  cəhənnəm  arasında  neytral  bir  yer 

var,  orda  qalıf.  Çünki  səxavəti  vardı,  ibadəti  yoxuydu.  İkisi  də  ol-

saydı, cənnətdik olardı.  

Hatəmin  səxavəti  bütün  dünyaya  yayılır.  Məmləkətin  şahı 

eşidir ki, belə bir adam var. Deyir: “Mən şah ola-ola, mənnən səxa-

vətlidi  bu?”  Bu  qərara  gəlir  ki,  bunu  imtahan  eləsin,  yoxlasın 

görsün bu həqiqətdi, həqiqət döylü. Deyir, bir gün  vəzirini çağırır. 

Vəzirinə  deyir  ki,  Hatəm  Tay  deyillər  ey,  deyillər  o  çox  səxavətli 

adamdı.  Mən şaham,  mənnən səxavətli ola bilməz. Örgənin, görün 

onun  ən  çox  sevdiyi,  istədiyi  şey  nədir.  Örgənillər  ki,  Hatəmin  bir 

atı  var,  atı  çox  sevir.  Atı  bəlkə  canından  da  artıx  sevir,  heç  kimə 

verməz. Şah vəzirə deyir ki, get o Hatəmnən atı istə. Əgər o atı mənə 

versə, biləcəm ki, həqiqətən o mənnən səxavətlidi. Verməsə, demək 

səxavəti yoxdu, onun haqqında deyilənnər yalandı.  

Vəzir gəlir Hatəmin yerin soruşur. Deyillər ki, Haramıda filan 

yerdədi.  Gedir  ora.  O  vaxt  çatır  ki,  axşamçağı  idi.  Gün  batıf,  hava 

çox soyuğ, qar-çovğun. Girir içəri.  



 

29

– Salamməlöyküm. 



– Əlöykətsalam. 

– Hatəm sizsiz? 

– Bəli, mənəm. 

Gəlillər  oturullar.  Ordan-burdan  söhbət  eliyillər.  Vəzir  sirri 

açmır. Deyir, sabah deyərəm. Hatəm deyir: “Ə, mən nağarım, nətər 

eliyim  bu  qırğında,  çovğunda.  Heyvan  da  çöldədi,  yaxınnıxda 

yoxdu”. Bircə gümanı atına gəlir. Fikirrəşir ki, atdan başqa heş nəyi 

yoxdu.  Bu  sevimli  atını  kəsir,  axşama  şam  yeməyi  hazırratdırır. 

Yeyif qutarannan soora gecəni yatıllar. Səhər vəzir deyir: 

– Hatəm, heş soruşmursan mən bura nə üçün gəlmişəm.  

Deyir: 

–  Siz  Allah  qonağısız,  gəlmisiz.  Qonağımsız,  mən  sizdən  nə 



soruşum? Deyərsiz, bilərəm. 

Deyir: 


– Ya Hatəm, hal-qəziyyə belə-belə. Məni şah göndərif. Sizdə 

bir at var, o ata gözü düşüf. İstiyir ki, o atı ona verəsiz.  

Deyir: 

–  Çox  əfsus.  Bu  sözü  mənə  axşam  deyərdiz  də,  səhər-səhər 



niyə deyirsiz? 

Deyir: 


– Axşamnan indinin nə fərqi var? 

Deyir: 


–  Axşam  siz  mənə  qonax  gələndə  çölə  gedif  heyvan  gətir-

məyə  imkan  olmadı.  Hava  da  çovğun,  qar.  Gümanın  bir  atıma  qa-

lırdı. Atı kəsdim, axşam sizə tam bişirdim.  Axşam desəydiniz kəs-

məzdim.  

Vəzir baxır görür ki, doğrudan da, deyilən qədər səxavəti var-

mış, qonağı ac yatmasın deyə öz atın kəsib. Gəlir şaha deyir ki, şah 

sağ olsun, hal-qəziyyə belə-belə. Şah baxır görür ki, həqiqətən, Hatəm 

səxavətli adammış. 

Hətta  onun  bir  qardaşı  varmış.  Anasına  deyir  ki,  ana,  Hatəm 

səxavətlidi, yoxsa mən? Deyir: 

– Bala, Hatəm sənnən səxavətlidi.  



 

30

Deyir: 



– Nətər? 

Deyir: 


–  Uşaq vaxtı mən Hatəmi əmizdirərdim. Balaca  uşax görən-

də  çağırardı,  bu  birsi  döşümü  ona  verərdi  ki,  o  əmsin.  Amma  sən 

mənim döşümün birin əməndə əlini də o birsinin üsdünə qoyurdun. 

O uşaqlığınnan səxavətlidi.  

Hatəmin səxavəti bütün dünyada məşhurdu, amma ibadət elə-

mirdi. Ehsanat verirdi, yolnan gedənnər gəlif onun ehsanatınnan ye-

yirdi, amma ibadəti yoxuydu. Ona görə cənnətə getmədi, cənnətnən 

cəhənnəm arasında qaldı. İbadəti də olsaydı, cənnətdik idi Hatəm. 

 

38-42. LOĞMAN 

 

Tərəkəmə camaatı payız dağdan gəlif  yataq tikif. Yerdən qa-

zıf  keçədən  öy  tikiflər.  Yulğunnan  çatıflar,  orta  ojağı  qalıyıflar. 

Loğman belə baxıf deyif: 

– Hə, yulğunun közü buların gözün kor eliyəjək. Yazda buları 

müalicə eliyəjəm, pul yığajam.  

Yazda vədə  vaxdı gələndə gəlif görür ki,  tərəkəmə qış öyün-

dən  çıxıf  düz  yerdə  keçəsin  tikif.  Qoyunun  gərməsinnən  ojağı  qa-

lıyıf. Tüstü vurur, gözünnən su tökülür. Deyir: 

– Ay kopoğlunun tərəkəməsi, loğman sənsən, mən döyüləm.  

Axı yulğunun ajısın gərmə çıxardır.  

 

39. 

Loğmanın yanına bir xəstə aparıllar. Loğman xəstəyə baxır, deyir: 

– Aparın, bu, beş günə, üş günə getməlidi da.  

Xəstə yiyəsi yalvarır-yapışır ki, ay Loğman, səni deyif gəlmi-

şik, buna bir dərman yaz. Deyir: 

– Ay kişi, bu o dünyalıxdı, aparın.  

Deyir: 

– Yox ey, heç olmasa bir dərman yaz.  



Naəlac qalır Loğman, deyir: 

– Aparın buna yonca verin.  




 

31

Bular aparır, bunu tutullar yoncaya. Yoncanı qaynadıb suyunu 



içirdillər.  Aradan  beş  ay,  altı  ay  keçir,  bu  oğlan  pəhlivan  cüssəli 

oğlan olur. Qəflə-qatırı yüklüyüllər, gəlillər Loğmanın yanına. Loğ-

man görür bunun qapısına karvan düşdü. Sorşur ki, bu nədi, kimin 

karvanıdı? Deyir: 

–  Loğman,  sən  diriltmisən  bu  cavan  oğlanı.  Sənin  dərmanın 

sağaldıb.  

Əlin qaldırır, deyir: 

– İlahi, mən başımnan eləmişdim. Deməli, ancaq sənin düşərindi.  

Demək,  gərək  Allahın  düşəri  ola.  Allah  buyurduğu  şeyi  heş 

kim buyura bilməz. 

 

40.  

Loğman uzaq səfərə getmişmiş. Səfərdən qayıdıb gələndə nö-

kəri gedir bunu qarşılıyır. Loğman soruşur ki, ayləm nejədi? Nökər 

deyir ki, aylən dünyasını dəyişdi. Deyir: 

– Hə, yatağım təzələndi.  

Onnan soora deyir ki, atam nejədi? Deyir: 

– Atan da dünyasını dəyişdi.  

Dedi: 


– Hə, demək mən artıq atamı əvəz eliyəjəm, onun işini yerinə 

yetirəjəm.  

Dedi: 

– Bajım nejədi?  



Dedi: 

– Bajın da dünyasını dəyişib.  

Dedi: 

– Övrətim örtüldü.  



Dedi: 

– Qardaşım nejədi?  

Dedi: 

– Qardaşın da dünyasını dəyişdi.  



Dedi: 

– Belim sındı.   




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə