__________Milli Kitabxana__________
5
5
Qeyd edək ki, “Pedaqogika tarixi” kursunun ali məktəblərimizdə tədrisi
yarım əsrdən artıqdır ki, pedaqoji elmlər sistemində əsas fənlərdən biri kimi uğurla
davam edir. Bu kurs keçən əsrin 50-ci illərində ali pedaqoji məktəblərin və
pedaqoji təmayüllü bütün tip ali və orta ixtisas məktəblərində tədris edilməyə
başlandı. O dövrdə və bir qədər daha sonrakı dövrlərdə də “Azərbaycan məktəb və
pedaqoji fikir tarixi” fənni ayrıca bir fənn kimi tədris edilmədiyindən “Pedaqogika
tarixi” kursunun içində Azərbaycan məktəb və pedaqoji fikri tarixi də tədris
olunurdu. “Pedaqogika tarixi” fənninin proqramlarında da bu hal özünü göstərirdi.
Prof. Əhməd Seyidovun “Pedaqogika tarixi” dərsliyində də Avropa, Qərb, Şərq,
Rusiya pedaqoji fikir tarixi verilməklə bərabər, həm də genişliyi ilə Azərbaycan
məktəb və pedaqoji fikir tarixi də verilmişdir. Bu halı tamamilə düzgün, doğru və
təbii hesab etmək olar ki, bu da fənnin məzmununa uyğun bir tərtibat, bir
quruluşdur. Əlbəttə, ölkəmizdə hər hansı bir fənnin, elmin tarixi öyrənilirsə bunun
Azərbaycanla, öz doğma yerinlə bağlılığını təmin etmək daha düzgün hesab edilə
bilər. Xüsusilə “Pedaqogika tarixi” kursu dedikdə - bu hər bir ölkənin, xalqın –
dünyanın pedaqoji fikir tarixini nəzərdə tutur ki, Azərbaycan da bu dünyanın
içindədir və ümumi pedaqoji fikir tarixi ailəsinə daxildir.
Türkiyədə, Rusiyada nəşr edilmiş pedaqogika tarixi dərs kitablarında
xarici ölkələrin pedaqoji fikir tarixi öyrənilməklə yanaşı öz ölkələrinin də
pedaqogika tarixi həmin kitablarda öz əksini tapmışdır.
Keçən əsrin 70 –ci illərində akademik Hüseyn Əhmədovun təşəbbüsü ilə çox
dəyərli, əhəmiyyətli, tədrisi bütün ali pedaqoji məktəblərdə vacib hesab edilən
“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” fənni tədris planlarına daxil edildi.
İlk proqramın müəllifi də və bu sahədə ilk dərsliyin və dərs vəsaitinin müəllifi də
akademik Hüseyn Əhmədov oldu.
Belə bir yeni fənnin tədrisi meydana gəldikdən sonra “Pedaqogika tarixi”
fənninin tədrisində Azərbaycan pedaqoji fikir tarixinə dair mövzular xeyli
dərəcədə azaldı, bəzən də tamamilə çıxarıldı.
Son dövrlərdə tədris planlarının tərtibində Ali məktəblərə müəyyən qədər
sərbəstlik verildiyindən bir çox ali pedaqoji məktəblərdə yalnız “Pedaqogika
__________Milli Kitabxana__________
6
6
tarixi” fənninin tədrisi nəzərdə tutulmuşdur. Bəzilərində isə fənn “Məktəb və
pedaqoji fikir tarixi” adı ilə tədris planlarına daxil edilmişdir. Belə olan halda bu
fənlərin tədrisində həm Avropa, Rusiya pedaqoji fikri, həm də Azərbaycan
pedaqoji fikir tarixi tədris olunmalıdır. Bizim hazırladığımız “Pedaqogika tarixi”
tədris proqramı da məhz bu zərurətdən meydana gəlmiş, burada baş verən boşluğu
doldurmağa xidmətdən irəli gəlmişdir.
“Pedaqogika tarixi” kursunun tədrisi bir fənni kimi pedaqoji universitet və
institutlarda tədrisi gələcək müəllim kadrlarının hazırlığında, onların peşəkar
pedaqoqlar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. “Pedaqogika tarixi”
kursu tələbələrin ümumdünya pedaqoji fikri haqqında biliyini artırır,
ümumpedaqoji dünyagörüşünü genişləndirir, onlar istər xarici, istərsə də öz
ölkəsinin keçmiş pedaqoji irsini öyrənərək ona hörmətlə yanaşır və milli iftixar
hissi keçirirlər.
Proqramın hazırlanmasında tarixi keçmişə, xüsusilə həm Avropa, həm
Rusiya, həm də digər ölkələrin pedaqoji fikir tarixinə, o cümlədən Azərbaycan
pedaqoji fikir tarixinə müstəqillik dövrümüzün prizmasından, yeni pedaqoji
təfəkkür baxışından yanaşılmışdır.
Proqramda bir çox tədris mövzuları yeniləşmiş, təkmilləşmiş, bir sıra yeni
mövzular, daxil edilmiş, bəzi mövzular isə redaktə edilmişdir.
Proqramda ilk dəfə olaraq kredit sisteminin tələblərindən irəli gələn
tələbələr üçün “Sərbəst işlər”in mövzuları, ədəbiyyat siyahısı və yazılma
qaydaları, işin əvvəlindən sonunadək hazırlanma metodikası verilmişdir.
Bu kursun tədrisində tələbələr həm Avropa, həm Rusiya, həm də Azərbaycan
pedaqoji fikir tarixinin keçən əsrin görkəmli nümayəndələrinin pedaqoji irsini
öyrənir, həmçinin pedaqogika müəlliminin rəhbərliyi altında müаsir təhsil
prоblеmləri ilə, dövrümüzün pedaqoq alimlərilə tanış olur, müqayisələr aparır və
gələсəyə düzgün prоqnоzlаr vеrmək imkаnı qаzаnır. Necə ki, yaxşı demişlər,
keçmişi bilmədən bu günü və gələcəyi dəyərləndirmək olmaz. Tarix həqiqətin
anasıdır.
__________Milli Kitabxana__________
7
7
Tələbələr bu kursun öyrənilməsində həmçinin proqramda göstərilən “Sərbəst
iş” mövzularından seçərək müstəqil elmi iş yazaraq biliklərini daha da
genişləndirir və bu da öz növbəsində mövzunun daha da yaxşı mənimsənilməsinə
kömək edir.
Müxtəlif Ali Pedaqoji Məktəblərimizin tədris planlarında müxtəlif
ixtisaslar üzrə “Pedaqogika tarixi” fənninə müxtəlif saatlar ayrıldığından
proqramda tədris olunacaq mövzuların konkret saatları göstərilməmişdir.
Tədris planında ixtisaslar üzrə fənnə ayrılmış ümumi saata müqabil olaraq
konkret bir mövzuya və ya böyük bir mövzunu ehtiyac olarsa bir və ya iki
yerə bölərək ona müəyyən saatlar ayırmaq, mühazirə və seminar saatlarını
müəyyənləşdirmək olar ki, bu işdə müvafiq kafedralara sərbəstlik verilir.
Proqram Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji fakültəsinin
Fakültə Elmi Şurasının 09.10.2009-cu il tarixli iclasında (prot. №01),
Azərbaycan Müəllimlər İnstitutunun Elmi-Metodik Şurasının 01.04.2010-cu il
tarixli iclasında (prot. № 01) və Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-
Metodik Şurasının “Pedaqogika və psixologiya” bölməsinin 16.06.2010-cu il
tarixli iclasında (prot.№08) müzakirə edilərək bəyənilmişdir.