Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   ...   5   6   7   8   9   10   11   12   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

22 


Əlavə 1. Ölümlə  nəticələnməyən hamiləlik ağırlaşmaları  və mamalıq 

fəsadlarını müəyyən edən meyarların izahlı lüğəti 

Kəskin ağır azotemiya 

Qanda 

kreatinin səviyyəsinin ≥300 µmol/l və ya ≥3.5 mq/dL-dən yüksək olması. 



Ürək dayanması

Qəflətən nəbzin itməsi və huşun itirilməsi. 

Ürək-ağciyər 

reanimasiyası 

Ürək dayanması hallarında ürəyin xarici masajı 

və süni tənəffüsün 

verilməsindən ibarət ilk təcili tibbi yardım prosedurları. 

Laxtalanmanın 

pozulması 

Laxtalanmanın pozulması və ya damardaxili disseminasiya (yayılmış) olunmuş 

laxtalanmadır. Klinik baxımdan, periferik venanın kateterizasiyası yerindən və 

ya cərrahi tikişlərin qoyulduğu nahiyədə 7-10 dəqiqədən sonra laxtalanmanın 

baş verməməsi laxtalanma pozulmasına dəlalət edir. 

Laxtalanma sisteminin pozulması  xəstənin yatağı başında aşağıdakı testlərlə 

müəyyən edilə bilər: 

7 dəqiqədən sonra qan laxtasının formalaşmaması və ya  

formalaşmış qan laxtasının yumşaq və asanlıqla dağılan olması. 

Laxtalanmanın pozulması, həmçinin bir sıra laborator testlərlə də yoxlanıla bilər:  

 

kəskin trombositopeniya (trombositlərin sayının 1 ml-də 50.000-dən az 



olması),  

fibrinogenin səviyyəsinin aşağı olması (<100 mq/dL),  

protrombin vaxtının uzanması (>6 saniyə, BNN>5) və ya 

D-dimerin səviyyəsinin yüksəlməsi (>1000 nq/dL).  

Xəstənin yatağı başında aparılan test laxtalanmasının ilkin qiymətləndirilməsinə 

imkan verir və aşağıdakı kimi aparılır: (1) venadan götürülmüş 2 ml venoz qan 

laborator şüşə boruya (10 mm × 75 mm) yerləşdirilir; (2) Borunu isti saxlamaq 

üçün onun yumruqda sıxılması  tələb olunur (+37°C); (3) 4 dəqiqədən sonra 

borunu bir qədər  əyərək laxtanın formalaşdığını yoxlayın. Laxtanın tam 

formalaşması  və qanın dağılmaması  şərti ilə borunun başı  aşağı çevrilməsi 

mümkün olanadək sonuncu addımı  hər 1 dəqiqədən bir təkrarlayın. (4) 7 

dəqiqədən sonra laxtanın formalaşmaması  və ya asanlıqla dağılan yumşaq 

laxtanın formalaşması koaqulopatiyaya dəlalət edir.  

Çətinləşmiş tənəffüs



 

Terminal hallarda baş verən tənəffüsdür. 

Nəfəsalmanın fasilələrlə baş verdiyi 

eşidilir. 

Histerektomiya

Ölümlə  nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmaları baxımından 

infeksiya və ya qanaxma səbəbindən uşaqlığın cərrahi ekstirpasiyasıdır. 

Həyat üçün təhlükə 

yaradan hallar 

Orqan çatışmazlığı ilə müşayiət olunan ağır klinik vəziyyətdir. Ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi baxımından orqan 

çatışmazlığı ya ana ölümünə, ya da ölümlə  nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşması halı ilə nəticələnə bilər. 

Çoxlu həcmdə qan 

preparatlarının (

masiv) 


transfuziyası 

Böyük həcmdə  q

an və ya qırmızı qan hüceyrələrinin köçürülməsidir. Adətən  ≥5 

vahiddən çox qan və ya qan preparatlarının transfuziyası massiv transfuziya 

adlanır.  

Ölümlə nəticələnməyən 

hamiləlik və mamalıq 

ağırlaşmaları olan 

qadınlar 

Hamiləlik dövründə, doğuş zamanı  və ya doğuşdan sonra 42 gün ərzində 

yaranmış ciddi ağırlaşmalar və ya fəsadlar səbəbindən ölümə yaxın olan, lakin 

sağ qalmış qadınlardır.  

Metabolik koma 

Huşun itirilməsi, sidikdə glyukoza və ketoasidlərin mövcud olması ilə müşayiət 

olunur. 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



23 

 

Maye infuziyası və ya 



diuretiklərlə korreksiya 

olunmayan o

liquriya 

4 saat ərzində ifraz olunan sidiyin həcmi saatda 30 ml-dən az və ya 24 saatda 400 

ml-dən az olan və maye infuziyası və ya diuretiklərlə korreksiya olunmayan sidik 

ifrazıdır. 

H

uşun uzunmüddətli 



itirilməsi (pozulması) 

12 saatdan çox davam edən və xarici qıcıqlandırıcılara reaksiyanın olmaması 

və ya çox zəif olması ilə müşayiət olunan huşun pozulması  və ya 

itirilməsidir. Qlazqo Koma Şkalası üzrə göstərici 10-dan aşağıdır. 

Ağır dərəcəli asidoz 

Q

anın pH-nın 7.1-dən aşağı olması. 



Ağır dərəcəli kəskin 

hiperbilirubinemiya 

Qanda bilirubinin səviyyəsinin 100 µmol/l və ya 6.0 mq/dL-dən yüksək olması. 

Ağır dərəcəli kəskin 

trombositopeniya 

Qanda trombositlərin sayının 1 ml-də <50.000 trombosit sayınadək kəskin 

azalması. 

Ağır dərəcəli 

bradipnoye (tənəffüs 

sayının normadan az 

olması) 

Tənəffüs sayının 1 dəqiqədə 6-dan az olması. 

Ağır dərəcəli 

hipoperfuziya 

Qanda l

aktatın səviyyəsinin 5 mmol/l və ya 45 mg/dL-dən çox olması. 



Ağır dərəcəli 

hipoksemiya: 

≥60 dəqiqədən çox müddət ərzində 

o

ksigenin saturasiyasının 90%-dən aşağı 



olması və ya PaO2/FiO2 nisbətinin 200-dən aşağı olması.  

PaO2/FiO2 indeksi arterial qanda oksigenin saturasiyası ilə (PaO2) sərbəst 

tənəffüs və ya süni tənəffüs zamanı ağciyərlərə verilən oksigenin fraksiyası 

(FiO2) arasında nisbətdir.  

Arterial qanda oksigenin saturasiyası arterial qan qazlarının analizi ilə təyin 

edilir. Tənəffüs zamanı ağciyərlərə verilən oksigenin fraksiyası isə xəstənin 

ehtiyaclarından asılı olaraq 21%-dən (otaq havası ilə nəfəsalma zamanı) 100%-

dək (mexaniki ventilyasiya zamanı) dəyişə bilər. Oksigenin fraksiyası arterial 

qan qazlarının təyini üçün arteriyadan qan götürüldükdə qeyd edilməlidir. 

Oksigenin fraksiyası aşağıdakı kimi dəyişə bilər: mexaniki ventilyasiya zamanı 

0.21-1.00, burun kanulyası ilə tənəffüs zamanı - 0.25; oksigen maskası ilə 

tənəffüs zamanı 0.25-1.0 ola bilər. 

Ağır dərəcəli taxipnoye 

(tezləşmiş tənəffüs) 

Tənəffüs sayının dəqiqədə 40-dan çox olmasıdır.  

Şok Sistolik 

qan 

təzyiqinin davamlı olaraq 80 mm c.s.-dan aşağı olması və ya 



sistolik qan təzyiqinin davamlı olaraq <90 mm c.s. olması ilə yanaşı nəbzin 

dəqiqədə 120 vurğudan çox olmasıdır.  

Tam iflic 

Bədənin hər iki tərəfinin tam və ya hissəvi iflicidir. Adətən ağır xəstəlik 

fonunda diffuz neyroəzələ pozuntusu ilə bağlıdır. Bu vəziyyət, həmçinin ağır 

xəstəlik fonunda polineyropatiya kimi də tanınır.  

Kontrol olunmayan 

tutmalar və ya 

qıcolmalar 

Kontrol olunmayan, davamlı tutmalar və ya qıcolmalar. Epileptik vəziyyət (lat. 

Status Epilepticus). 

Vazoaktiv 

preparatların fasiləsiz 

istifadəsi 

Dofamin, adrenalin və ya noradrenalinin istənilən dozada fasiləsiz istifadəsidir. 

Vazoaktiv dərmanların fasiləsiz infuziyası dedikdə tərkibində vazoaktiv 

dərmanlar olan məhlulların fasiləsiz infuziyası başa düşülür. Vazoaktiv 

dərmanların aralıqlı inyeksiyası da mümkündür.  

 

 

 




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə