Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   ...   5   6   7   8   9   10   11   12   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



24 

 

Əlavə 2. Məlumatların toplanılması üçün sorğu vərəqi



 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



25 

 

 



Əlavə 3. Cədvəllər və onların interpretasiyası 

Bu əlavədə məlumatların toplanılması və 

interpretasiyası üçün cədvəllər təqdim edilib. 

Cədvəl 1-də tədqiqata daxil edilən qadınların 

xəstəlikləri sadalanıb. Cədvəldə verilmiş 

məlumatların təhlili vasitəsilə ölən və sağ qalan 

qadınlarda təyin edilmiş orqan çatışmazlığı 

hallarının xüsusiyyətlərini müəyyən etmək 

mümkün olacaq. Bu cədvəldəki məlumatların 

təhlilinin praktikaya təsiri onunla bağlıdır ki, 

tez-tez rast gəlinən orqan çatışmazlığı hallarını 

müəyyən etməklə tibb müəssisəsi və ya ölkə 

üzrə ən çox ehtiyac duyulan tibbi müdaxilələri 

müəyyən etmək olar. Belə ki, məsələn, ölüm 

hallarının böyük hissəsi respirator distress 

sindromu və ya tənəffüs çatışmazlığı 

səbəbindən baş verirsə, bu, xəstələrdə 

tənəffüsün təmin edilməsinə yönəlmiş tədbirlərə 

daha çox diqqətin yetirilməsinin vacib olduğunu 

göstərir. Bu cür məlumatların toplanması təcili 

yardım və intensiv terapiyanın planlaşdırılması 

və təşkili üçün önəmlidir. 

Cədvəl 2-də təqdim edilmiş məlumat Cədvəl 1-

də verilmiş məlumatı tamamlayır. Burada 

hamilə qadınlarda müşahidə edilən ciddi 

ağırlaşmaların inkişafına təsir göstərən əsas və 

yanaşı səbəblər təsvir edilib. Cədvəl 2-də 

məlumatlar qruplar üzrə verilib: tədqiqata cəlb 

edilmiş bütün qadınlar; yalnız ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmaları qeydə alınmış qadınlar; ancaq ana 

ölümü halları. Həmin məlumatların təhlili ciddi 

ağırlaşmaları olan qadınlarda gözlənilən 

uzunmüddətli fəsadların müəyyən edilməsi və 

həmçinin risk faktorları aşkar edilməsinə (məs., 

anemiya və ya əvvəl keçirilmiş qeysəriyyə 

kəsiyi əməliyyatları) imkan yaradır. Cədvəl 2-də 

həm də yerli xüsusiyyətlərə uyğun hallar qeyd 

olunub (məs., malyariya, talassemiya və s. 

endemik xəstəliklər).  

Cədvəl 3-də hamiləliyin bitməsi və perinatal 

nəticələr sadalanıb. Bu cədvəldə ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmaları, ana ölümü, doğuş 

metodu/hamiləliyin bitməsi və perinantal 

nəticələr arasında münasibətlər göstərilib. 

Cədvəl 4-də ölümlə nəticələnməyən 

hamiləlik/mamalıq ağırlaşmaları ilə bağlı 

indikatorlara əsasən məlumatlar təqdim edilir və 

tədqiqatın aparıldığı tibb müəssisələrində 

yardım alan qadınların xüsusiyyətlərini 

müəyyən etməyə imkan verir. Ana ölümü 

nisbətinin düzgün hesablanması üçün tədqiqatın 

aparıldığı müddətdə həmin müəssisədə canlı 

doğuşla nəticələnmiş bütün doğuşların sayı 

müəyyən edilməlidir.  

Ağır mamalıq fəsadlarının nisbəti və ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmalarının nisbəti əhali arasında müvafiq 

halların baş vermə tezliyini müəyyən edən 

indikatorlardır. Həmin indikatorlar tibb 

müəssisəsinin xidmət göstərdiyi əhali qrupunun 

ehtiyac duyduğu mamalıq xidmətinin növləri 

barədə fikir irəli sürməyə imkan verir. Məsələn, 

nisbətin yüksək olması (hər 1000 canlı doğuşa 

10 hal) onu göstərir ki, sağ qalmaq üçün həmin 

qadınların daha mürəkkəb tibbi müdaxilələrə 

ehtiyacları olacaqdır. Ölüm indeksi və ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmalarının ölüm hallarına olan nisbəti tibb 

müəssisəsinin fəaliyyətinin ümumi göstəricisi 

hesab edilir. Əgər ölüm indeksi yüksəkdirsə 

(20%-dən çox), bu, o deməkdir ki, ciddi 

ağırlaşmalarla müşahidə olunan hallarda 

göstərilən xidmətlərin keyfiyyətinə yenidən 

baxılmalıdır. Əgər qeydə alınmış ölüm 

hallarının sayı azdırsa (məs., 5%-dən az), bu, o 

deməkdir ki, tibbi müəssisəsi və ya bütövlükdə 

səhiyyə sistemi mürəkkəb və ya ciddi 

ağırlaşmalarla müşayiət olunan halların 

müalicəsinin öhdəsindən yaxşı gəlir. 

Həmçinin Cədvəl 4 ağır hamiləlik və mamalıq 

fəsadlarının tibbi xidmətin hansı mərhələsində 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

26 



 

baş verdiyini müəyyən etməyə imkan verir. 

Bunun səhiyyə sistemi üçün xüsusi əhəmiyyəti 

vardır. Belə ki, əgər qadınların böyük bir hissəsi 

(məs., 70%-dən çoxu) xəstəxanaya artıq ağır 

hamiləlik və ya mamalıq fəsadları ilə müraciət 

edirsə, bu, o deməkdir ki, birinci və ikinci 

mərhələlərdə gecikmələr mövcuddur. 

Xəstəxanaya qəbul edildikdən sonra baş verən 

ağır hamiləlik və mamalıq ağırlaşmalarının 

təhlili ilə xəstəxanadaxili tibbi xidmətin 

dəyərləndirilməsini həyata keçirmək olar.  

Cədvəl 5 intensiv terapiya və ya reanimasiya 

xidmətlərini qiymətləndirir. İntensiv terapiya və 

ya reanimasiya şöbəsinə qəbul edilən qadınların 

hallarını təhlil edərək, həmin şöbələrin ümumi 

yüklülüyünü qiymətləndirmək mümkündür. 

Reanimasiya şöbələrinə qəbul olunan halların 

çox aşağı olması (0.5%-dən az) reanimasiya 

şöbəsində çarpayı fondunun çatışmamasından 

xəbər verə bilər. Reanimasiyaya qəbul edilən 

halların yüksək olması (3-5%) isə çarpayı 

fondunun səmərəsiz istifadəsinə dəlalət edir.  

Əlbəttə ki, rəyin çıxarılması üçün əhalinin 

xüsusiyyətləri və tibb müəssisəsinin göstərdiyi 

xidmətlərin çeşidinə diqqət yetirmək tələb 

olunur. Əgər qiymətləndirilən tibb müəssisəsi 

ilkin və ya ikinci səviyyəli tibb müəssisəsidirsə, 

reanimasiya şöbəsinə qəbul edilən halların 

sayının aşağı olması ağır fəsadlar və ya ciddi 

ağırlaşmaları olan qadınların ümumi sayının az 

olması ilə əlaqələndirilə bilər.  

Əksinə, audit üçüncü səviyyəli tibb 

müəssisəsində aparılırsa və həmin müəssisə ağır 

fəsadlar və ya ciddi hamiləlik ağırlaşmaları olan 

qadınları qəbul edirsə, bu zaman reanimasiya 

şöbəsinin yüksək yüklülüyü anlaşılır. Cədvəl 5-

də təqdim edilən digər indikatorlar ümumi 

vəziyyəti qiymətləndirməyə imkan verir. Orqan 

çatışmazlığı ilə daxil olan qadınların klinik 

vəziyyəti ağır olur və onların intensiv terapiya 

və ya reanimasiya şöbəsində göstərilən 

xidmətdən faydalanması məlumdur. Bu 

səbəbdən də ağır hamiləlik və mamalıq fəsadları 

olan qadınların (70%-dən çox) böyük 

əksəriyyətinin reanimasiyaya qəbul edilməsi 

gözləniləndir. Əgər təhlildən bunun əksi 

görünürsə, bu, həmin tibb müəssisəsinin 

reanimasiya şöbəsində çarpayıların 

çatışmazlığından xəbər verə bilər.  

Digər tərəfdən reanimasiya şöbəsinə hamiləlik, 

doğuş və zahılıq dövründə qəbul edilmiş 

qadınlar arasında ağır dərəcəli hamiləlik və 

mamalıq ağırlaşmaları olan xəstələrin az olması 

həmin şöbəyə xəstələrin sadəcə monitorinq 

üçün qəbul edilməsini göstərir. Bu isə səhiyyə 

sisteminin resurslarının optimallaşdırılması 

baxımından nəzərdən keçirilməlidir (məs., 

reanimasiya şöbəsinə daha ağır xəstələrin qəbul 

edilməsi və ya reanimasiya şöbəsində mama-

ginekoloji xəstələr üçün nəzərdə tutulmuş 

çarpayı sayının azaldılması).  

Nəhayət bu cədvəldə sonuncu indikator 

reanimasiya şöbəsindən kənarda baş verən ana 

ölümlərini göstərir. Əgər reanimasiya 

şöbəsindən kənarda baş verən ana ölümlərinin 

faizi yüksəkdirsə (məs., 10%-dən çox), bu, 

reanimasiya şöbəsində mövcud olan çarpayı 

sayının azlığından xəbər verə bilər.  

Qeyd edilməlidir ki, Cədvəl 4 və 5-də verilmiş 

indikatorlar və hədəflər yerli şəraitə 

uyğunlaşdırılmalıdır.  

Cədvəl 6-da xüsusi hallara aid digər proses 

göstəriciləri sadalanıb. Hər halla bağlı hədəf 

əhali qrupu müəyyən edilir və onların arasında 

sübutlu təbabətə əsaslanan müdaxilə almış 

xəstələrin faizi hesablanır (məs., eklampsiyası 

olan qadınların ümumi sayından maqnesium 

sulfat preparatı ilə müalicə almış qadınların 

sayı). Sübutlu təbabətə əsaslanan məlumatlara 

görə eklampsiyası olan qadınların çox az bir 

hissəsində maqnesium sulfatla müalicəyə əks-

göstəriş olur. Bu səbəbdən də eklampsiyası olan 

bütün qadınlar (100%) maqnezium sulfat 

preparatı ilə müalicə almalıdırlar. Əgər təhlildə 

eklampsiyası olan bütün qadınların maqnezium 

sulfatla müalicə almadıqları müəyyən edilərsə 

(<95%), bu, göstərilən xidmətin 

təkmilləşdirilməsini tələb edir. 



Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə