20
rın, müddəaların və nəticələrin – biliklərin sistemidir. Bu cür biliklər hüquq normalarının (mülki qanunvericili-
yin) doktrinal (elmi) təfsiri (izahı) nəticəsində yaranır. Doktrinal (elmi) təfsir qeyri-rəsmi təfsirin mühüm nö-
vüdür. Bu cür təfsir sivilist alimlər, praktiki işçilər (hüquqşünaslar), xüsusi elmi tədqiqat müəssisələri tərəfindən
mülki qanunvericiliyə verilən şərhlərdə, elmi əsərlərdə, monoqrafiyalarda, dərsliklərdə, dərs vəsaitlərində, mü-
hazirə kurslarında, məqalələrdə, mühazirə və çıxışlarda əmələ gəlir.
Qədim Romada hüquqşünaslarının fəaliyyəti hüququn mənbəyi hesab olunurdu. Qanunları şərh etməklə Ro-
ma hüquqşünasları ayrı-ayrı normalara müəyyən məna verirdilər. Bu cür fəaliyyətlə onlar həqiqətən faktiki ola-
raq məcburi qüvvəyə malik olan hüquq norması yaradırdılar. Qədim Roma hüquqşünaslarının fəaliyyətinin əsl
məqsədi qüvvədə olan hüquq normalarının tətbiqinə kömək etməkdən ibarət idi. Həmin fəaliyyət əslində hüquq
yaradıcılıüının müstəqil forması sayılırdı. Roma hüquqşünaslarının hüquq norması yaratmaq özrə fəaliyyəti for-
mal cəhətdən də etiraf edildi. Beləliklə, qədim Romada mahir hüquq bilicilərinin yaradıcı fəaliyyəti (responsa
prudentium) normativ, hüquqyaradıcı xarakterə malik olub, məcburi davranış qaydası müəyyən edirdi və bu-
nunla hüququn mənbə növü rolunu oynayırdı.
Roman-german hüquq ailəsində doktrina hüququn mənbə növlərindən biri hesab edilir. Presedent kimi dokt-
rina da hüququn formal mənbəyi kimi tanınmır. O, faktiki və real olaraq müvcud olan hüquq mənbəyi kimi qə-
bul edilir. Ingilis-amerikan hüquq ailəsində də hüquq doktrinası hüququn mənbəyi kimi mühüm rol oynayır.
Beləliklə, sivilistika doktrinası bizim ölkədə mülki hüququn mənbəyi hesab edilmir. Onun məcburi qüv-
vəsi yoxdur. O, ümumməcburi davranış qaydası müəyyən etmir. Lakin onun verdiyi biliklər qanunun, digər
normativ aktların mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir. Hüquq normalarının təcrübədə
dəqiq və dözgün tətbiq edilməsində mülki hüquq doktrinasının müəyyən etdiyi hüquqi konsepsiyalar və müddə-
alar böyük əhəmiyyətə malik olur. Sivilist fikir çox vaxt müşkül, çətin və qəliz işlərin dözgün həll edilməsində
təcrübi işçilərin və hüquqtətbiqetmə orqanlarının köməyinə gəlir.
Ə
qdlərin bir növü olan mülki-hüquqi müqavilələri (məsələn, müxtəlif cür təsis müqavilələrini və s.)
Azərbaycan Respublikasının hüquq doktrinası mənbə növü kimi qəbul etmir və tanımır. Ona görə ki, hə-
min müqavilələr ümumməcburi davranış qaydaları (hüquq norması) müəyyən etməyərək, fərdi-birdəfəlik və
lokal xarakterə
malikdir. Mülki-hüquqi müqavilələr dedikdə, iki və ya daha çox tərəfin mülki hüquq və vəzi-
fələrinin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş sazişi başa düşülür. Onlar iqtisadi mü-
badilə münasibətlərinin hüquqi formasıdır. Bazar təsərrüfatı şəraitində müqavilə hüquqi konstruksiyası iqtisadi
ə
laqələri nizama salmaüın ən əsas üsullarından biridir. O, təsərrüfat fəaliyyətini təşkil etməyin nisbətən daha sə-
mərəli vasitəsidir. Müqavilə, onu bağlayan tərəflər üçün hüquq və vəzifələr müəyyən edir, həmin tərəflər ara-
sındakı qarşılıqlı münasibətləri tənzimləyir. O, hər iki tərəf üçün ümumi məcburi hüquqi qüvvəyə malikdir. Tə-
sadüfi deyildir ki, Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsi qanuni əsaslarla bağlanmış mü-
qaviləni (sazişi) onu bağlayanlar üçün qanun hesab edir. Beləliklə, müqavilələr mülki hüququn mənbəyi olmasa
da, o, tərəflərin qarşılıqlı münasibətlərini təşkil etməyin ən effektli üsulu kimi çıxış edir.
Ə
qdlərin növü kimi müqavilələrdən fərqli olaraq, normativ məzmunlu (normativ) müqavilələr hüququn
mə
nbə
növlə
rində
n biri hesab edilir. Bu cür müqavilələr ümumi xarakterli məcburi davranış qaydası (hüquq
norması) müəyyən edir. Normativ müqavilələr konstitusiya, əmək, mülki və beynəlxalq hüquq sahələrində get-
dikcə daha geniş surətdə yayılmaqdadır. Onlara misal olaraq RF-in subyektləri ilə federal hakimiyyət arasında
bağlanan Federativ müqaviləni (o, konstitusiya hüququnun mənbəyidir), müəssisələrdə bağlanan kollektiv mü-
qaviləni (o, əmək hüququnun mənbəyidir), beynəlxalq müqaviləni (o, mülki hüququn, beynəlxalq ümumi və ya
beynəlxalq xüsusi hüququn mənbəyi ola bilər) göstərmək olar.
Fə
rdi aktlar mülki hüququn mə
nbə
növü kimi qə
bul edilmir. Bu aktlar nisbətən tipik, kütləvi, sosial
cəhətdən əhəmiyyətli münasibətləri yox, yalnız konkret münasibətləri tənzimləyir. Onlar ümumməcburi davra-
nış qaydaları (hüquq normaları) müəyyən etmir. Həmin aktlar yalnız onu bağlayan tərəflər üçün məcburidir.
Fərdi aktlara lokal aktlar da deyilir. Bu cür aktlara müxtəlif cür hüquqi şəxslərin (məsələn, səhmdar cəmiyyətlə-
rinin, istehsal kooperativlərinin, məhdud məsuliyyətli müəssisələrin və s.) nizamnamələrini misal göstərmək
olar. Onlar konkret qarşılıqlı münasibətləri tənzimləsə də, mülki hüququn mənbə növü kimi çıxış etmir. Fərdi
hüquqi aktlar konkret hüquq subyektlərinə aid olur. Onlar birdəfəlik tətbiq olunmaq üçün nəzərdə tutulur, mü-
ə
yyən şəxslərə şamil olunur. Bu cür aktlar konkret hüquq və ya vəzifənin realizə edilməsi ilə öz qüvvəsini itirir.
Hüquq normalarından fərqli olaraq fərdi aktlar konkret şəxslərə və konkret həyati hallara aid olur. Məsələn, və-
təndaş öz qonşusuna borc müqaviləsi əsasında borc pul verir. Müddət başa çatdıqda qonşu borcu qaytarmır. Və-
təndaş məhkəməyə müraciət edir. Məhkəmə borcun məcburi surətdə qaytarılması barədə qərar qəbul edir. Bu
fərdi akt olub, hüququn mənbəyi sayılmır.
Beləliklə, apardığımız araşdırmalar, gəldiyimiz nəticələr Azərbaycan Respublikasının mülki hüququnun
mənbə növlərini dəqiq olaraq müəyyən etməyə imkan verir. Onlara aiddir: