Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə25/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   21   22   23   24   25   26   27   28   ...   490

 

29 


Mülki  Məcəllənin  əsas  istiqaməti,  yönümü  və  səmti  bazar  münasibətlərinə  doürudur.  O,  əmrə-plana 

ə

saslanan  komanda  (sovet)  iqtisadiyyatının  yerinə  və  əvəzinə  formalaşan  bazar  iqtisadiyyatı  əlaqələrini 



qanunvericilik  qaydasında  rəsmiləşdirir.  Yeni  MM  sərbəst  bazar  iqtisadiyyatının  inkişafına  şərait  yaratmaüı 

özünün daşıdığı əsas vəzifələrdən biri kimi bəyan edir. (MM-in 1-ci maddəsinin 2-ci bəndi). Burada bütün mül-

kiyyət formalarının bərabərliyi prinsipi əks olunmuşdur.  

Mülki Məcəllədə xüsusi hüquq konsepsiyası qəti olaraq rəsmən qanunvericilik qaydasında tanınmışdır. 

Bunsuz nə bazarın sabit inkişafı, nə əsl mülkiyyət institutu, nə də vətəndaş cəmiyyətinin formalaşması mümkün-

dür.  


Professor E.Klyunsinger Mülki Məjəllədən başqa bir sıra əlavə qanunları da mülki hüququn mənbəyi hesab 

edir. 


4. Qanun qüvvəli normativ aktlar 

Mülki qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqyaratma subyektlərinə görə iki nö-

vü fərqləndirilir: ali qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanlarının aktları; ali icraedici dövlət haki-

miyyət orqanlarının aktları. Ali qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanlarının aktları qanun-

lardır. Biz bu barədə danışdıq. Ali icraedici (sərəncamverici) dövlət hakimiyyət orqanlarının aktları dedik-

də isə qanun qüvvəli normativ hüquqi aktlar başa düşülür. Ümumiyyətlə, ali dövlət (istər ali qanunverici, istərsə 

də ali icraedici) hakimiyyət orqanlarının qəbul etdiyi və mülki qanunvericilik sisteminə daxil olan bütün norma-

tiv aktları öz hüquqi qüvvəsinə görə iki yerə bölmək olar: qanunlar; qanun qüvvəli normativ aktlar. Qanun qüv-

vəli normativ aktlar öz hüquqi qüvvəsinə görə qanunlara nisbətən aşaüı hüquqi qüvvəyə malikdir. Buna görə də 

onlar  mülki  qanunvericiliyin  iyerarxiya  prinsipi  əsasında  qurulan  sistemində  şaquli  istiqamətdə  qanunlardan 

sonra yer tutur. 



Qanun qüvvəli normativ hüquqi aktlar dedikdə, prezident fərmanları və hökumət qərarları başa düşülür. 

Onların mülki qanunvericilik sistemində müəyyən rolu vardır. Özlərində mülki hüquq normaları ifadə edən bu 

aktlar qanunlarla yanaşı, əmlak (mülki) dövriyyəsini müəyyənləşdirir və qaydaya salır. 

Qanun qüvvəli aktlar spesifik tənzimləmə və nizamasalma funksiyasını yerinə yetirir. Bu aktlarda əks olunan 

hüquq normaları çox vaxt qanunlardakı hüquqi göstərişləri və müddəaları konkretləşdirir. Bundan əlavə, elə qa-

nunlar var ki, onlar digər hüquqi aktlara birbaşa istinad edilməsi haqqında qayda nəzərdə tutur. Burada söhbət 

qanun qüvvəli normativ aktlara əsaslanmaqdan gedir. Belə halda müvafiq münasibətlər bilavasitə həmin aktlar-

la tənzimlənməlidir. Dediklərimiz belə bir nəticəyə gəlməyə əsas verir ki, əmlak dövriyyəsini hüquqi cəhətdən 

rəsmiləşdirməkdə və təmin etməkdə qanun qüvvəli aktların müəyyən rolu və əhəmiyyəti vardır.  

Mülki  qanunvericilik  sisteminə  daxil  olan  qanun  qüvvəli  normativ  aktlar  içərisində  prezident  fərmanları 

xüsusi rol oynayır və aparıcı yer tutur. O, həmin aktlar arasında ən yüksək hüquqi qüvvəyə malikdir. Prezident 

fərmanları prezident hakimiyyəti aktları da adlanır. Bu aktlar prinsip etibarilə icra xarakteri daşıyır. Özü də 

dərhal qeyd etməliyik ki, yalnız prezidentin normativ fərmanları mülki hüquq normaları yarada və bununla 

mülki hüququn mənbəyi kimi çıxış edə bilər. Prezidentin hüquqtətbiqetmə fərmanları (məsələn, vəzifəyə tə-

yin edilməsi, fəxri ad verilməsi və s.) idarəçiliyin konkret məsələləri haqqında qəbul edilir və fərdi-birdəfəlik 

xarakter daşıyır. Bu fərmanlar özlərində hüquq norması ifadə etmir. Dövlət idarəçiliyinin müxtəlif operativ mə-

sələləri barəsində qəbul edilən prezident sərəncamları (ehtiyat fondundan regionlara vəsait ayrılması barədə, 

müavinətlər barədə) da özündə hüquq norması əks etdirmir. Bu sərəncamlar normativ xarakterə malik deyil.  

Prezidentin hüquqtətbiqetmə fərmanları və qeyri-normativ sərəncamlarından fərqli olaraq onun qəbul etdiyi 

normativ fərmanlar ictimai həyatın müxtəlif məsələlərini tənzimləyir, özündə mülki hüquq normaları ifadə edir 

və beləliklə, mülki hüququn mənbəyi kimi çıxış edir. Onlar ümumi məcburi təbiətə malikdir. Prezident xüsusilə 

iqtisadiyyat sahəsində münasibətləri tənzimləmək üçün çoxlu fərmanlar verir. Onun özəlləşdirmə, sahibkarlıq 

fəaliyyəti, investisiyalar, qiymətli kaüızlar və digər məsələlər barəsində müxtəlif cür fərmanlar qəbul etdiyinin 

ş

ahidi  olmuşuq.  Bəzən  bu  fərmanlar  müxtəlif  məzmunlu  siyahıların,  əsasnamələrin,  proqramların  təsdiqi  ilə 



müşayiət edilir. Məsələn, prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə «Bəzi fəaliyyət növlərinə xüsusi 

razılıq  (lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında»,  24  iyun  1997-ci  il  tarixli  fərmanı  ilə 

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıüa dövlət köməyi Proqramı (1997-2000-ci illər)», 19 de-

kabr 1997-ci il tarixli fərmanı ilə «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması 

qaydaları haqqında Əsasnamə», 19 may 1998-ci il tarixli fərmanı ilə «Dövlət mülkiyyətinin özəlləşdirilməsi za-

manı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamə», 28 

sentyabr 1998-ci il tarixli fərmanla «Investisiya müsabiqəsi haqqında Əsasnamə» və s. təsdiq olunmuşdur. 

Dövlət əmlakının icarəyə verilmə mexanizmini təkmilləşdirmək və ondan effektli istifadə olunmasını təmin 

etmək həmişə prezident fərmanlarının diqqət mərkəzində olmuşdur. Bu məqsədlə prezident 6 sentyabr 1997-ci 

il tarixində «Icarə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» fərman qəbul et-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə