17
●
birincisi, dövlət iradəsini ifadə edən aktlar müəyyən davranış qaydası (hüquq norması) müəyyənləşdirməli-
dir. Onlar ümumməcburi qüvvəyə malikdir.
●
ikincisi, müvafiq aktı qəbul edən orqanın bu cür akt verməyə səlahiyyəti və ixtiyarı çatmalıdır;
●
üçüncüsü, həmin aktın qəbul edilməsi gedişində qanunla müəyyənləşdirilən qayda (prosedura) gözlə-
nilmə
lidir.
Göstərilən üç şərt əsasında qəbul edilən akt dövlət iradəsini ifadə etmiş sayılır. Buna görə də həmin akt
mülki hüququn mənbəyi kimi tanınır və qəbul edilir. Bu fəsildə söhbət məhz xüsusi (hüquqi) mənada hüqu-
qun mənbəyindən gedəcəkdir. Həmin aspektdən də mülki hüququn mənbələrinə anlayış verə bilərik.
Beləliklə, mülki hüququn mənbələri dedikdə, dövlət iradəsinin ifadə forması olan elə normativ aktlar
başa düşülür ki, bu aktlar səlahiyyəti çatan müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutul-
muş prosedurada qəbul edilir və mülki hüquq normaları müəyyənləşdirir. Bu anlayışdan belə təsəvvür ya-
ranır ki, mülki hüququn mənbəyi mülki hüquq norması yaratmaq özrə dövlət fəaliyyətidir. O, mülki hü-
quq normasının ifadə edilməsi və müvcud olması üsuludur. Mahiyyətcə söhbət mülki hüququn xaricən forma-
sından gedir ki, o, dövlət iradəsini ifadə edir.
2. Mülki hüququn mə
nbə
növlə
ri
Sivilistika elmində mülki hüququn müxtəlif mənbə növləri fərqləndirilir. Bu mənbə növlərinin və onlar ara-
sında qarşılıqlı münasibətlərin müəyyən edilməsinin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır. Ona görə
ki, yalnız hüquq mənbəyində ifadə olunan mülki hüquq norması müvafiq münasibəti nizama salmaq üçün tətbiq
edilə bilər. Mənbə növü kimi tanınmayan və qəbul edilməyən norma hüquqi (ümumməcburi) əhəmiyyətə malik
deyil. Bu normaların praktikada tətbiqi hüquqi qüvvə kəsb etmir.
Hər bir ölkənin mülki hüquq mənbələrini, onların tərkibini və əhəmiyyətinə görə bu tərkiblər arasındakı mü-
nasibəti bilmək mühüm rola malikdir. Ona görə ki, bunlar dünya ölkələrinin mülki hüquq ailələrini (sistemləri-
ni) bir-birindən fərləndirməyə imkan verən və kömək edən əsas amillərdən, başlıca komponentlərdən biridir.
Məsələn, digər amillərlə birlikdə mənbələrinə görə müəyyən etmək olur ki, bu ölkənin mülki hüququ dünyanın
hansı hüquq ailəsinə (sisteminə) — roman-german ailəsinəmi, yoxsa ingilis-amerikan ailəsinəmi və yaxud baş-
qa birisinəmi daxildir. Ələlxüsus da dünyanın mülki hüquq ailələrini (sistemlərini) bir-birindən fərqləndirmək
üçün hüquq mənbələri içərisində normativ aktların, o cümlədən məcəllələşdirilmiş aktların xüsusi çəkisi, məh-
kəmə praktikasının əhəmiyyəti, dini normalar və s. nəzərə alınır və mühüm rol oynayır. Bəzi ölkələrdə parla-
mentin qəbul etdiyi hüquqi aktlar, digər ölkələrdə məhkəmə presedenti və qərarları, bir qrup ölkələrdə hüquqi
akt qəbul etmək üçün səlahiyyət verilən dövlət idarə orqanlarının normativ aktları, digər ölkələrdə isə dini nor-
malar hüquq mənbələri arasında üstün mövqeyə malik olub, digərlərinə nisbətən daha vacib əhəmiyyət kəsb
edir. Ona görə də Azərbaycan Respublikasının mülki hüququnun əsas mənbə növlərini müəyyənləşdirmək la-
zımdır. Bizim ölkədə mülki hüququn hansı mənbə növləri müvcuddur? Bu növlər arasında münasibət necə qu-
rulur?
Bütün sivil və inkişaf etmiş dövlətlərdə hüququn müasir mənbələri arasında
normativ hüquqi aktlar
aparıcı yer tutur. Mütərəqqi və qabaqcıl xarici hüquq sistemlərində
onlar üstün və
ə
sas mə
nbə
növü hesab
edilir. Bu mənbə növü roman-german hüquq ailəsində və ona yaxın olan hüquq sistemlərində geniş yayılmışdır.
Normativ aktlar həmin ailədə və sistemlərdə əsas və başlıca rol oynayır. Ingilis-amerikan (ingilis-sakson) hüquq
ailəsində isə həmin aktlar əsas mənbə növü kimi tanınmır və qəbul edilmir.
Azərbaycan Respublikasında da normativ aktlar əsas, başlıca və daha mükəmməl mənbə növü hesab edilir.
O, digər mənbə növlərinə nisbətən üstün mövqeyə malik olmaqla, mühüm rol oynayır. Onların xüsusi çəkisi di-
gərləri ilə münasibətdə daha çoxdur.
Bu isə təsadüfi deyildir. Axı, mülki hüququn digər mənbələrindən fərqli olaraq, normativ aktlar ictimai inki-
ş
afın dəyişən dinamik tələbatını daha tam və operativ surətdə nəzərə almaq, əks etdirmək iqtidarındadır. Onlar
mülki-hüquqi tənzimetmənin səmərəliliyini və sabitliyini təmin etmək imkanında olan mənbə növüdür. Norma-
tiv aktlar müxtəlif münasibətləri mərkəzləşdirilmiş qaydada nizama salmaq, ictimai inkişafın dəyişməsinə cəld
və tez cavab vermək, özündə təsbit olunan hüquqi göstərişləri dəqiq, sadə və anlaşılan tərzdə ifadə etmək qabi-
liyyətinə və xüsusiyyətinə malikdir. Bu aktların yazılı sənəd formasında müvcudluüu onların məzmunu ilə əha-
linin bilavasitə və operativ surətdə tanış olmasına imkan verir.
Bundan əlavə, normativ aktlar bütün dövlət miqyasında məhkəmə və ya inzibati praktikanın vahidliyini
tə
min edir. Belə ki, qanunverici, yəni dövlət hakimiyyət orqanı ictimai münasibəti dərk edərək, sosial praktika-
nı ümumiləşdirir, təkrar olunan halları tipləşdirir (tiplərə ayırır). Sonra isə o, vətəndaş və hüquqi şəxslər üçün
hüquq və vəzifələrin ümumi modelini müəyyən etmək və yaratmaq üçün normativ aktlar qəbul edir. Məhkəmə
və dövlət icra hakimiyyəti orqanları konkret məhkəmə və inzibati məsələlərin həlli zamanı həmin normativ akt-
larda nəzərdə tutulan hüquq normalarını tətbiq edirlər.