Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

31 
 
 
nümayəndələri ləzgi və saxurlar iddia edirdilər ki, Nizami Qum kəndindəndir və demək 
ki, bizə mənsubdur. Əhməd İsayeva və Yunis Nurməmmədov kimi yarımçıq ziyalılara 
biz fakt, arqument, dəlil və sübutlarla cavab vermişik. Görünür  belə yazılara heç 
münasibət bildirib cavab vermək doğru deyil. Artıq Nizaminin 800,840,850 və 870 illik 
yubileylərində  məsələ öz həllini tapmışdır. Dünyanın qəbul etdiyi bir qanunu yenidən 
gündəmə gətirməyə heç  bir ehtiyac hissi qalmır. 
Müasir İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi və tədqiqi. 
Nizami mövzusu daima aktual olaraq qalır. Şairin fars dilində yazmasını nəzərə alsaq, 
İranda buna biganə qalan heç bir şair, yazıçı,  ədəbiyyatşünas,  şərqşünas tapmaq 
mümkün deyil. Bunlardan Ə.Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani, B. Sərvət, 
M.T.Cəfəri və s. göstərmək olar. Elə bu alimlərin səyi  nəticəsində Nizami  dəfələrlə 
nəşr edilib ingilis və fars dillərində bütün dünyaya yayılmışdır. Adama elə gəlir ki, daha 
Nizami haqqında hər  şey deyilmişdir. Ancaq hər beytini təkrarən oxuduqda yeni 
mətləblər meydana çıxır. Sanki, bu, bitməz-tükənməz bir xəzinədir. Maraqlıdır  ki, 
Nizamini öyrədib tədqiq edənlər bir-birini təkrarlamamış, hər kəs öz dərk etdiyi kimi 
izah vermişdir. Iran ədəbiyyatşünaslığında Firdovsi və Nizamidən başqa bu qədər 
tədqiqt əsərinə rast gəlmək mümkün deyil. Digər tərəfdən Nizaminin çox mükəmməl və 
fəsahətli dili də az rol oynamır. 
Doktor Əbdülhüseyn Zərrinkub 
 Dünya ədəbiyyatının mühüm bir hissəsi olan İran ədəbiyyatı zəngin ənənələrə söykənən 
və güclü şairlərə malik olmaqla yanaşı  həm də  dərin köklərə söykənir. Bəzən bu 
ədəbiyyatı farsdilli ədəbiyyatın konteksindən cıxarılıb, fars ədəbiyyatı kimi təqdim 
etməyə çalışırlar. Nəzərə alsaq ki, Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai, Xaqani, 
Məhsəti, Nəsimi, Füzuli kimi nəhəng sənətkarlar fars dilində yazıb yaratmışlar, fars 
dilinin rolu danılmazdır. Lakin adları göstərilən sənətkarların hamsını farsmənşəli qəbul 
etmək olmaz. 


32 
 
 
     Bu nöqteyi- nəzərdən də Nizami də istisna deyil. Ancaq Nizaminin dünya şöhrəti və 
əsərlərini farsca yazması iranlılar tərəfindən illərcə onu fars şairi kimi qələmə vermişlər. 
Hətta, internet səhifələrində yazmaqdan belə  çəkinməmişlər. Müasir İran alim və 
ədəbiyyatşünasları da bu xülyadan əl çəkmək istəmirlər. Dolayısı ilə dünyanın  ən 
görkəmli alimi Ə.Zərrinkub da istisna deyil. Müasir İran  ədəbiyyatşünası Tehran 
universitetinin professoru, Əfqanistan, Hindistan, İsveç və ABŞ-da Oksford 
universitetlərində İran ədəbiyyatından dərs demişdir. 
 Son illərdə daha doğrusu 2004-cü ildə Nizamiyə həsr etdiyi “Gəncə piri və ya utopiya” 
əsəri Gəncə şəhəri, Atabəylər dövləti, Nizaminin həyat və yaradıcılığı, onun məfkurəsi 
haqqında dolğun məlumat verir. Yazılarından hiss olunur ki, Ə.Zərrinkub doğurdan da 
çox güclü alimdir. Lakin Nizaminin mənşəyinə  gəldikdə onun Gəncədə doğulmasını 
təsdiq etsə  də, babasının  İraqdan köçüb Gəncəyə  gəlməsi və burada məskunlaşması 
versiyasını irəli sürür. Halbuki buna heç bir əsası yoxdur. Bizcə bu  məsələ elə ehtimal 
olaraq da qalacaqdır. 
   Bütün  bunlara  baxmayaraq  Zərrinkub Azərbaycan, Gəncə, o  dövrün tarixi 
şəxsiyyətləri, Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması  və  əsərləri 
barədə çox müfəssəl məlumat verir. “Xəmsə”si haqqında olduqca gözəl təhlil 
aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə  də, Gəncədə 
Nizaminin ətəyindən yapışsa kifayətdir. 
  
Ancaq 
yazılanlarında bir qədər utopiya olduğuna işarə vurur. Bununla belə tarixi 
hadisələrin və  şəxsiyyətlərin yaşadığı dövrləri Nizaminin doğru yazdığına görə  şairə 
minnətdarlıq edir. Ə.Zərrinkub Nizamini  fars ədəbiyyatının   incisi adlandırılması  və 
Firdovsi qədər sevilməsini  vurğulayır. Əlbətdə , bu fikir öz-özlüyündə çox qiymətlidir. 
Ancaq Nizamini fars ədəbiyyatı daxilində verib, Azərbaycan şairi kimi göstərməməklə 
biz, heç cür razılaşa bilmərik. Bu sahədə bizim də günahımız az deyildir. Biz, Nizaminin 
800 illik yubileyinə  qədər ondan heç söhbət açmamışıq.  İran  ədəbiyyatşünasları isə 
Nizami ilə ciddi məşqul olub onun fars və ingilis dillərində bütün dünyaya yayılmasına 
səbəb olmuşlar. 


33 
 
 
      Indi  bu  nəticəyə  gəlmək olur ki, biz daha çox çalışmalı, dahi şairin 900 illik 
yubileyində bu tilsimi sındırmalıyıq. Bunun üçün orta və ali məktəblərdə xüsusi Nizami 
dərsləri, Nizami mərkəzləri, Nizami ensiklopediyası yaratmalıyıq.  Əks halda biz, bu 
sahədə İranlıları keçə bilməyəciyik. Demək lazımdır ki, AMEA Nizami adına Ədəbiyyat 
İstitutu bu sahədə xeyli iş görmüşdür və hazırda da bu işlər davam etdirilir. 2013-cü ildə 
şairin vətəni Gəncə  şəhərində AMEA  Gəncə bölməsində Nizamişünaslıq  şöbəsi 
yarandı. Lakin 1 il vaxt keçməsinə baxmayaraq adı çəkilən İnstitutda 1 nəfər də olsun 
şərqşünas, fars dilini bilən mütəxəssiz yoxdur. Görəsən Zərrinkub kimi alimin qarşısında 
bunlar necə cavab vereceklər?. Əgər bu yarımçıq mütəxəssislər Azərbaycanca yazılmış 
tərcümələrdən istifadə edib, qabağa getmək fikrindədirlərsə də, bu, yerində saymaqdan 
başqa bir şey deyildir. Belə gedərsə, biz heç bir müvəffəqiyyətdən danışmağa cürət 
etməyəciyik. Nizami bizimdir deməklə məsələ həllini tapmır, gərək elmin yüksək ola. 
Mənsur Sərvət 
Nizami  əsərlərində hikmət xəzinəsi, çox yaxşı haldır ki,  İran alimlərinin yazdığı elmi 
araşdırmalar bir-birini təkrarlamır. Nizamiyə  hər bir alimin öz yanaşması vardır. Belə 
alimlərdən biri də  Mənsur Sərvətdir. Müəllif öz tədqiqaqıtını “Nizaminin hikmət 
xəzinəsi” adlandırmışdır. 
     Müəllif belə qərara gəlir ki, Nizamiyə müraciət etməyi əbəs deyil, çünki, onda eşq, 
əxlaq, nəsihət və ağıl insanı gözəlliyə aparır. Hətta, insan bunlardan birini götürüb əməl 
etsə, yenə böyük həzz alar. Nizami əsərlərini təhlil edərkən iki fikrə gəldim: 
 əvvələn özümdən soruşdum ki, Nizamiyə nə üçün “həkim” deyirlər?. 
    Əsərlərini araşdırdıqdan sonra anladım ki, o yeni eşq, fəlsəfi fikir, ağlın gücü və 
hikmətinə görə bu ləqəbi almışdır. 
      Ikincisi  odur  ki,  Nizami  fars  ədəbi dilində o qədər gözəl yazmışdır ki, onu dərk 
etməmək mümkün deyil. Bu rəvan dil onu Sədi, Hafiz, Mövlana,Firdovsi Xəyyam və  
 
1. Sərvət Mənsur, Nizami Əsərlərinin ictimai və siyasi tarixi, Tehran, 1378, səh. 71 
 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə