Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   2   3   4   5   6   7   8   9   ...   14

Don dəyişmək, cilddən cildə düşmək silkinməklə müşayiət olunur. Silkinmə yolu ilə don dəyişdirməyə 

əfsanə və miflərimizdə də tez-tez rast gəlinir. Biz qeyd etdik ki, don əski türklərin qədim inanışları ilə 

bağlıdır. İnsan don dəyişdirməyi özünün onqonuna, toteminə olan yaxınlığını büruzə verir. Mifoloji 

görüşlərdə adam donu, yaxud insan donu adlanan görüşlər də vardır. 

B.Ögəl «Dədə Qorqud» dastanlarındakı «adəmlər evreni Dəli Domrul» ifadəsini «adəmlər əjdahası Dəli 

Domrul» kimi izahlayır [133, s.137]. Bu ifadə ilə Domrulun yaddaşdan Silinmiş əjdaha ilə don cəhətdən, 

mənşə baxımından yaxınlığı qabardılır. Bu, özlüyündə təşbehdir, mifoloji bədii düşüncədə Domrulun 

xislətinin təsdiqidir. B.Ögəl yazır ki, Dəli Domrulun nə vaxtsa əjdaha donuna bürünə bildiyini biz iddia 

etmirik. Lakin bu, əski çağlar ilə bağlı bədii yaşantıdır. 

Dəli Domrulun öz canı əvəzinə can axtarması motivi bir Altay mifi ilə üst- üstə düşür. Mifdə deyilir ki, ata-

anasız bir çocuq bir atın həsrətini çəkir və tanrı tərəfindən danışan bir at ona hədiyyə edilir. Mifdə qayın 

ağacına sitayiş edildiyi göstərilir. Uyğurların nəslini qayın ağacı doğurmuşsa, burada da oğlanın adını qayın 

ağacı üzərindəki tanrı vermişdir. Ad vermə adəti burada başqa miflərə nisbətən daha açıq göstərilir. Ad 

verəcək bir böyük olmadığından oğlan adsız qalır. Tanrı ona ad verməklə həm də müqəddəslik verir. Mifin 

qəhrəmanı olan bu oğlan düşməninin qızına evlənmiş, başqa birisi gəlib demiş ki, «tanrı bu qızı mənə 

yazmış» və bu qəhrəmanla vuruşmağa başlamışdır. «Tanrı mənə yazmış» deyən gənc qüvvətlidir, mifin 

qəhrəmanı da qayda-qanunla yuva qurmuş və tanrıdan ad almışdır. Bu səbəbdən tanrı onu da büsbütün yox 

etməz. Nəhayət, tanrının iki mələyi gəlir və oğlanın canını qurtarır. Bu nəğməkar mələklər oğlanın canı 

əvəzinə öz canlarını fəda edib onu ölümdən qurtarırlar [133, s.324]. Göründüyü kimi, don dəyişmək, cilddən 

cildə düşmək mifoloji baxımdan məna kəsb etsə də, sonrakı təkamül nəticəsində adi məzmun qazanmış, 

surətini dəyişməklə öz yalanını ört-basdır etmək məqamına xidmət etmişdir. Keçəl Həmzənin dəyirmançı ilə 

paltarını dəyişməsi, üz-gözünü una bulaması Koroğlunu aldatmağa xidmət edir. 

Hər bir xalqın tarixi onun keçmiş olduğu ictimai-siyasi proseslərə müncər olunur. Tarixdə elə bir millət 

tapmaq çətindir ki, onun soykökünün, etnik-milli təfəkkürünün söykəndiyi hikmətli dəyərlər olmasın. 

Bugünkü tarixi zamanda da yaşayan hər bir millətin keçirdiyi inkişaf pillələri onun keçmişini xarakterizə 

edən varislik ənənələrini təşkil edir [145, s.47 - 55]. Tarixi inkişafın birinci pilləsi qəbilə dövrü həyatı 

sayılır. Azərbaycan xalqının da keçirdiyi tarixi təkamül prosesində qəbilə həyat tərzi mənsub olduğumuz 

millətin yaranıb formalaşmasında aparıcı rola malik olmuşdur. Həmin qəbilə həyatı dövrü ilk insanın 

dünyagörüşündə təbiətin üstün mövqe tutması, insanın özünü şüurunda yaratdığı ilahi qüvvələrdən asılı 

olması duyğusu ilə xarakterizə olunur. Qədim insanın mifoloji dünyası ilə onu əhatə edən təbiət arasında 

üzvi birlik olmuşdur. İctimai şərait insanın şüurunu formalaşdıran ən vacib şərtlərdən biridir. Mifoloji 

şüurun da yetişməsi dünya haqqında qarmaqarışıq təsəvvürlərdən onun harmonik quruluşu haqqındakı 

təfəkkürün formalaşması dövrünə uyğun gəlir ki, bu da qəbilə həyatı dövrüdür. Artıq bu dövrdə mifoloji 

dünyagörüşdə dünyanın yaradıcısı - Allah obrazı formalaşmış, ilk insanın yaranması haqqında müəyyən 

təsəvvürlər əmələ gəlmişdi [184, s.35 - 47]. Mifoloji şüurda Allah ideyasının yaranması da ictimai-tarixi 

səbəblərlə bağlı idi. Allah haqqında təsəvvürlər yaranmamışdan əvvəl mifoloji şüurda totemlər, kultlar, 

inanışlar və s. haqqında biliklər mövcud olmuşdur [148, s.27 - 29]. Hər qəbilənin də öz ərazisində hökm 

sürən qadağanları, tabuları, inancları var idi. Günəşə, oda tapınma, yaxşılıq tanrısına - Hörmüzə səcdə, 

qaranlıq, tufan, şər allahı Əhrimənə isə nifrət qəbilə ictimai görüşlərinin əsasını təşkil edirdi. Bu dövrAllah 

və allahlar haqqında təsəvvürlərin, çoxallahlılıq haqqında görüşlərin formalaşması dövrü idi. İnkişaf etmiş 

ölkələrin mifoloji təfəkkür sistemi (məsələn, şumer, babil, Misir, Yunanıstan, Roma və s.) göstərir ki, bəşər 

çağının lap  ilkin mərhələsində çoxallahlılıq hökm sürmüşdür. Bu mifologiyalarda hər bir allahın adı, 

daşıdığı funksiya və s. öz əksini tapmışdır [171, s.112]. Belə olan tərzdə türk mifologiyasında 

təktanrıçılıqdan əvvəlki dövrlərdə çoxallahlılığın izlərinə, yaxud onların adlarına nə üçün rast gəlinmir? Bu, 

çox mürəkkəb məsələdir. Bəlkə də onunla izah oluna bilər ki, türk mifoloji düşüncə tərzinin yaranması, 

əmələ gəlməsi o biri mifoloji sistemlərdən daha qədimdir. Ola bilsin ki, tarixin hansı dolaylarındasa əgər 




çoxallahlılıq və bu allahların adları olubsa, bizə məlum olmayan səbəblərdən yaddaşlardan silinib. Ancaq 

həqiqət budur ki, türk xalqları da öz tarixi inkişaflarında politeizm dövrünü keçirmişlər. Aşağıda 

gətirəcəyimiz bir misal da sanki türk mifologiyasında bu adsız, lakin vəzifəsi məlum olan tanrıların olmasını 

sübut edir. Prof. M.Seyidov «Azərbaycan mifik təfəkkürünün qaynaqları» əsərində X əsr səyyahı Əhməd 

İbn-Fədlanın Volqaboyu türkləri arasında olarkən onlarda Qış, Yay, At, Su, Gecə, Gündüz, Ölüm, Yer 

tanrıları haqqında məlumat verdiyini yazır [113, s.268]. 

Qəbul olunmuş türk təktanrıçılığından əvvəlki dövrlərdə Tanrının rolu barədə prof. A.Nəbiyevin birfikri 

daha maraqlıdır. O yazır ki, Göy Tanrının ida- rəçiliyini yerdə yaratdığı hamilər həyata keçirir. Bu hamilər - 

kultlar başqa xalqların panteonunda gördüyümüz allahların funksiyasını daşıyır [101, s.151]. Türk 

panteonunda baş allah tenqri ilk baxışda təkallahlılığın model düşüncəsini yaratsa da, o, panteon şəcərəsini 

formalaşdıra bilmir. Çünki onun tabeliyində silsilə hamilər- allah səviyyəsində olan kultlar sistemi 

mövcuddur. Bu sistem Göy Tanrı tərəfindən idarə olunur. Azərbaycan mifologiyasında «əyə»çilik tanrının 

bəzi funksiyalarının ona verilməsi, yaxud onda cəmləşməsi kimi təzahür edir. Prof. A.Nəbiyev əyə, kult, 

hami problemini əslində təktanrıçılığın özünə məxsus olan çoxallahlılıq prinsiplərinə uyğun gəlməsi kimi, 

bu formada həyata keçirilməsi kimi izah edir [101, s.152]. 

Dünya mifologiyasının ayrılmaz hissəsini təşkil edən türk mifologiyası özünün çoxşaxəliliyi, bütöv sistemi 

təşkil etməsi ilə başqa xalqların mifoloji təfəkkür sistemindən, dünyagörüşündən seçilir. Türk 

mifologiyasının kökü bəşər çağının lap ibtidai dövrlərinə gedib çıxır. Yayılma arealına görə də türk mifoloji 

təfəkkürü başqa xalqların coğrafi məkanından daha geniş ərazini əhatə edir. Bir ucu Sibir, Qafqaz, Anadolu, 

Orta Asiya ölkələrini, digər tərəfi Avropanı bürüyən türk tayfalarının kökü özü ilə bərabər buralara öz 

mədəniyyətini - mifologiyasını gətirmiş, uyğun gəldiyi yerli mifoloji düşüncə tərzinə qaynayıb qarışaraq 

indi başa düşdüyümüz türk mifoloji sisteminə çevrilmişdir. Bu nə ilə bağlı olmuşdur? Türk mifologiyası hər 

şeydən əvvəl öz mütərəqqiliyi ilə seçilmişdir. İnsan təfəkkürünün yaratdığı ən alı varlıq Tanrıdır. Tanrı 

ideyası, təktanrıçılıq həmişədən türk tayfalarında üstün mövqe tutmuşdur. Qaynayıb-qarışdığı ölkələrdə 

çoxallahlılığa qarşı mübarizədə türk tanrıçılığı hakim ideologiya olmuş, dünyanın bir tanrı tərəfindən 

yaradılmasını, insanların Tanrı tərəfindən yaradılıb himayə olunduğunu şüurlara təlqin etmişdir. Türk 

mifologiyasında təktanrıçılıq deyəndə Qara xan yada düşür. Mifoloji təsəvvürlərə görə ilk insanı yaradan da 

Qara xandır. Göyləri də o yaratmışdır. 17-ci qatda özü, 16-cı qatda oğlu Ülgeni oturdub. 

Dünyanın yaradılması haqqındakı əsatirdə də Yeri, Göyü, Ayı, Günəşi, Suyu, Dağları, Torpağı yaradan Qara 

xandır. Bu mifdə dünyanın Tanrı tərəfin- dən yaradılması fikri irəli sürülür. Tanrının yaratdığı insanlar hələ 

ölümün nə olduğunu bilmirdilər. «Ölümü kimə verək?» mifində Allah Cəbrayıla deyir ki, sən yerə ölüm 

aparmalısan. Dirim artıb, aclıq başlanar, inam-etiqad azalar. Cəbrayıl ölümü dağlara vermək istədi. Dağlar 

titrədi, bulaqlar hönkürdü, şəlalələr haray saldı. Cəbrayıl ölümü sulara vermək istədi. Göllər, dənizlər, 

dəryalar tüğyana gəldi, sular fəvvarə vurdu, yaşamaq üçün icazə istədilər. Cəbrayıl ölümü ağaclara təklif 

etdi, ağaclar sızıldadı, inildədi, başlarını göylərin ayaqlarına əydilər, yarpaqları bir andaca saraldı. Cəbrayıl 

baxdı ki, bunlarsız dünya yaraşıqsız qalacaq. Tanrı dərgahına getdi, dedi ölümü götürən yoxdur. Onların heç 

birinə ölüm yaraşmır, birinin ölümü o birinin də ölümü olacaq, ölümü kimə verək? Ölüm yiyəsiz yetim kimi 

arada qalıb. Tanrı dedi ölümü insanlara ver, insanlar saxlayacaq, dünyanı tarazda saxlayacaq. Onlar 

öldürəcəklər, bir-birinə qəsd edəcəklər. Ölümü onlara ver [28, s.186]. 

İnsan təfəkkürünün yetişə bildiyi ən ali varlıq Tanrıdır. Tanrı ideyası, təktanrılıq qədimlərdən türk 

tayfalarında olmuşdur. İslam dininin Cəbrayıl, Əzrayıl kimi mələkləri türk tayfalarında da yaxşıistər, pisistər 

formada təşəkkül tapmışdı. Elə təkcə Hörmüz və Əhriməni yada salmaq kifayətdir. Yaxud Ülgen, Erlik kimi 

tanrılar oğuz türklərində xeyirxahlıq və şər simvolu kimi qəbul edilmişdir. Dünyanın yaradılması haqqındakı 

türk əsatirində deyilir ki, əvvəlcə su var idi. Yer, Göy, Ay və Günəş yox idi. Tanrı (Kuday) ilə bir (kişi) var 

idi. 



Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə