Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   16   17   18   19   20   21   22   23   24

 

68

zəmanətlərinin  və  xarici  dövlətlərin  Azərbaycan  Respublikasına  olan  borcunun 



reyestrini aparmaq üçün yaradılmışdır. 

Maliyyə  Nazirliyinin  Dövlət  Sığorta  Xidməti  isə  Azərbaycan  Respublikasında 

sığorta  fəaliyyəti  sahəsində  dövlət  tənzimləməsini  və  nəzarətini,  sığortalıların, 

sığortaçıların  və  sığorta  bazarının  digər  peşəkar  iştirakçılarının,  habelə  bu  sahədə 

dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən  bir strukturdur. 

Fikrimizcə, çox sahəli bir sistemi özündə ehtiva edən  maliyyə nəzarətinin ayrı-

ayrı  istiqamətlərini  təkmilləşdirməkdən  öncə  ölkəmizdə  maliyyə  nəzarəti  üzrə  vahid 

konsepsiya işlənib hazırlanmalı və bu konsepsiyada maliyyə nəzarətinin nəticəliliyinin, 

şə

ffaflığının  və  aşkarlığının,  obyektivliyinin  və  səriştəliliyinin,  müstəqilliyinin  və 



təsirliliyinin, iqtisadi inkişafa və təhlükəsizliyə təminatının əsas istiqamətləri, maliyyə 

nəzarətinin  hüdudları,  forma  və  metodları,  nəzarət  qurumlarının  hüquqi  statusu, 

maliyyə  nəzarəti  orqanları  ilə  digər  dövlət  idarəetmə  orqanlarının  əlaqələrinin 

təkmilləşdirilməsi,  maliyyə  nəzarəti  sahəsində  maraqların  toqquşmasının  qarşısının 

alınması,  habelə  nəzarət  qurumlarının  fəaliyyətinin  iqtisadi  mexanizmləri  müəyyən 

edilməlidir. 

Fikrimizcə  maliyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsi    istiqamətində 

müəyyən digər tədbirlərin görülməsi də məqsədəuyğun olardı: 

1) Maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi; 

2) Maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə mütərəqqi 

seçmə prosedurlarından istifadə edilməsi; 

3)  Maliyyə  nəzarətinin  keyfiyyətinin  yüksəldilməsi  və  təsirliliyinin  təmin 

olunması;  

4)  Nəticəyə  istiqamətləndirilmiş  büdcələşdirmə  və  səmərəlilik  auditinin 

genişləndirilməsi; 

5) Maliyyə nəzarəti orqanlarının Koordinasiya Şurasının yaradılması; 

6) Nəzarət orqanlarının hesabatlılığının təkmilləşdirilməsi; 

7) Maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət 

(“e-nəzarət”) sisteminin yaradılması; 

8)  Müstəqil  (kənar)  auditorların  dövlət  büdcəsi  maliyyə  nəzarətinə  cəlb 

olunması; 



 

69

9) Maliyyə nəzarəti statistikasının təşkili; 



10) Nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və sinxronlaşdırılması; 

11)  Peşə  fəaliyyəti  standartlarının  və  peşə  etikası  məcəlləsinin  praktikada 

tətbiqinə  dair  metodik  tövsiyələrin  hazırlanması  üzrə  işlərin  təşkili  və  onlara  riayət 

olunmasının təmin edilməsi; 

12) Dövlət orqanlarında daxili nəzarət fəaliyyətinin təkmilləşdirilməsi; 

13) Kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; 

14) Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi. 

Beləliklə,  respublikamızda  maliyyə  nəzarətinin  tədqiqi  göstərir  ki,  maliyyə 

nəzarəti  sisteminin  müasir  dövrün  tələblərinə  uyğun  təşkili  və  təkmilləşdirilməsi 

olduqca vacibdir. 

Iqtisadi  islahatların  yeni  mərhələsinə  qədəm  qoymuş  Azərbaycanda  dövlət 

maliyyə nəzarətinin beynəlxalq tələblər səviyyəsində qurulması nəticə etibarilə dövlətin 

maliyyə  siyasətinin  müvəfəqiyyətlə  reallaşdırılmasına,  maliyyə  vəsaitlərinin  vaxtında 

dövlət fondlarına daxil olmasına,  habelə dövlət vəsaitlərindən məqsədyönlü istifadəyə 

gətirəcək, bu isə öz növbəsində sosial və iqtisadi dirçəlişə imkan verəcəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

70

NƏT CƏ VƏ TƏKL FLƏ

 

Respublikamızda  dərin  sosial-iqtisadi  dəyişikliklərin  getdiyi,  büdcə  və  vergi 



intizamının  möhkəmləndirilməsinin  dövlət  siyasətində  üstünlük  təşkil  etdiyi,  azad  və 

sosialyönümlü  vətəndaş  cəmiyyətinin  bərqərar  olduğu  indiki  şəraitdə  maliyyə 

nəzarətinin rolu və əhəmiyyəti ikiqat artır.  

Maliyyə  nəzarəti  dedikdə,  ölkənin  sosial-iqtisadi  inkişafı  məqsədilə  istər 

müəssisələrin,  istərsə  də  dövlətin  və  bələdiyyələrin  pul  fondlarının  təşkili, 

bölüşdürülməsi və məqsədyönlü  istifadə edilməsi üzərində nəzarət başa düşülür.  

Başqa  sözlə  ifadə  etsək,  mаliyyə  nəzarəti  –bütün  iqtisadi  subyektlər:  dövlət, 

müəssisə  və  təşkilatların  maliyyə  fəaliyyəti  üzərində  qanunverici  və  icraedici 

hakimiyyət orqanlarının nəzarətidir. Onun məqsədi dövlətin iqtisadi siyasətinin uğurla 

yerinə  yetirilməsini  təmin  etmək,  xalq  təsərrüfatının  bütün  sahələrində  maliyyə 

ehtiyatlarının formalaşması və onlardan səmərəli istifadə prosesini gerçəkləşdirməkdir. 

Ə

slində,  bütün  bunlar  maliyyənin  ümumi  vəzifələridir.  Bazar  iqtisadiyyatı  şəraitində 



maliyyənin rolu son dərəcə artdığından maliyyə nəzarətinin əhəmiyyəti də hiss ediləcək 

dərəcədə yüksəlir. 

Maliyyə  nəzarəti  bir  tərəfdən  maliyyə  idarə  edilməsinin  həlledici  hissəsi,  digər 

tərəfdən maliyyə sisteminin idarə olunmasının effektliliyinin vacib şərti kimi çıxış edir. 

Maliyyə  nəzarəti  bütün  iqtisadi  prosesləri  əhatə  edir  və  bir  sıra  xüsusiyyətlərə 

malik  olur.  Ona  görə  də  maliyyə  nəzarətinin  bu  iqtisadi  proseslər  üzərindəki 

fəaliyyətini bütöv halda öyrənmək çox çətindir və maliyyə nəzarətini daha aydın başa 

düşmək üçün təsnifləşdirmə aparılır. 

 

Maliyyə nəzarəti əsasən  iki formada aparılır: 



-

 

Dövlət maliyyə nəzarəti; 



-

 

Qeyri-dövlət maliyyə nəzarəti. 



Dövlət  maliyyə  nəzarəti  maliyyə  siyasətinin  həyata  keçirilməsini  təmin  etməklə 

dövlətin 

maliyyə 

ehtiyatlarının 

idarə 

edilməsinin 



məqsədəuyğunluğundan 

kənarlaşmaların  vaxtında  müəyyən  olunması  və  nöqsanların  aradan  qaldırılmasına 

istiqamətlənir.  Bu  nəzarət  forması  bütün  səviyyələrdə  büdcələrin,  büdcədənkənar 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə