462
3. ÖLÜM
Ölüm Mütləq olsaydı – Varlıq Mənasızlaşardı.
Ölüm – Mütləqiliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm nisbini öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Əzəlini öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Ötərini öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Əbədiliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Keçicini öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Sonsuzluğu öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Sonlunu öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Kamilliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Qeyri-kamili öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Mahiyyəti öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Təzahürü öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
Ölüm Mənanı öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;
Ölüm Hadisəni öldürür; –
Varlığın Mənasını öldürə bilmir.
4. İNAM
Varlıq Mənasız olsaydı – Varlığa İnam olmazdı.
4 Günəş Ayı, Murad günü, 17-ci il. Bakı.
(Mart, 1995-ci il).
SABAH ÜSTƏ
(Beşinci Müqəddəs Kəlam)
Bugünün qarşısında 4 Təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq,
Xaricilik.
Bugünün qarşısında 4 Əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq,
Yurdçuluq.
İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır,
cənnətçilik-cəhənnəmçilikdir,
Yaradan
ağalığıdır,
itaətçilikdir,
cəfəngiyyatçılıqdır.
İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; İslam İnsanı
bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir.
İslamda İnsan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı var,
ancaq əslində İnsan Allahın İdrakıyla yaşayır; onun Mənəviyyatı var,
ancaq əslində İnsan Allahın Mənəviyyatıyla yaşayır; onun İradəsi var,
ancaq əslində İnsan Allahın İradəsiylə yaşayır.
463
Allah var olduğu dərəcədə İnsan yox olur.
İslam (və dinlərin çoxu) İnsanı mənasızlaşdırır.
İnsanın İdrakı var, ancaq əslində o, İnsana gərək deyil, İnsana Allahın
İdrakı gərəkdir.
İslamda İdrak Mənasızlaşır.
İnsanın mənəviyyatı var, ancaq əslində o, İnsana gərək deyil, İnsana
Allahın Mənəviyyatı – Mərhəməti gərəkdir.
İslamda Mənəviyyat Mənasızlaşır.
İnsanın İradəsi var, ancaq əslində o, İnsana gərək deyil, İnsana Allahın
İradəsi gərəkdir.
İslamda İradə Mənasızlaşır.
İslamda İnsan Qismətə qatılır, qapılır: Özünə yaramır, Özümlüyündən
ayrı düşür – Alətləşir.
İnsanı mənasızlaşdıran İslam dünyanı da mənasızlaşdırır.
İslamda əsl Dünya – “O Dünya”dır; bu Dünya puçdur, fanidir; “O
Dünya” üçün yaşayırsan.
Bu Dünyada ölürsən – O Dünyada dirilirsən.
İslam qorxu saçır, qorxuyla işıqlandırır; əslində qorxu – qaranlıqdır.
Allah – İnsanın ağasıdır.
Ağanın silahı qorxu olur.
Bugün Allah Ağalığını rədd etməli, qorxu qaranlığını yarmalıdır.
İqtidarçılıq – Dünyəvi Allahçılıqdır; Göydə Allah, Yerdə Hakim
iddiasının ifadəsidir...
Xalqın
rəiyyətləşməsi,
itaətləşməsi,
Hakimiyyətin
bütləşməsi,
Ağaçılığın ilahiləşməsidir.
Dinçiliklə Hakimiyyətçilik qoşadır. Göy Allahlığı – Yer Allahlığına
yarayır. Hakim Allahdan özünə yaraq düzəldir. Hakimə dindarlıq gərəkdir:
Göydəki Allaha inanan – Yerdəki Allaha tapınar; Göydəki Allaha itaət
eləyən – Yerdəki Allaha baş əyər; Göydəki Allahdan qorxan – Yerdəki
Allaha əyilər.
Hakimiyyət bugünü rəiyyətləşdirməyə can atır, onu cazibəli şüarlarla,
təntənəli çağırışlarla özünə ram etməyə çalışır.
Göy Allahlığını rədd edən bugün – Yer Allahlığını da rədd etməli,
mənəvi və siyasi xurafata qarşı çıxmalıdır.
Pulçuluq – varidat Allahçılığıdır, pulun İnsan üzərində Ağalığıdır;
İnsanın əmtəələşməsi – satılması, alınmasıdır.
Dünya – pulçuluq tüğyanına düçar olub.
Pulçuluq ruhsuzluğunu dəf etmək gərək.
464
Xaricilik – Millətin dünyaya qatılması, onda itməsi, qəribləşməsidir.
İrəlikçi şüarlarla, çağırışlarla, inkişaf adı ilə millət xariciləşir; qapını
dünyaya elə gen açırlar ki, qapısız qalırıq.
Milləti Özgəçilikdən qorumaq gərək, xariciləşmə təhlükəsini dəf etmək
gərək.
***
İnamçılıq – Dünyanın Özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz,
Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.
Həyatın Özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil
Mahiyyətinə, Mənasına İnam deməkdir.
İnsanın Özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil
Mahiyyətinə, Mənasına İnam deməkdir.
İnamçılıq: Dünyanın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz,
Kamil Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir.
Həyatın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil
Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir.
İnsanın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil
Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir.
İnamçılıq – Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq
Kamillik tələbidir.
İnamçılıq – dinə qarşıdır: bəndəçiliyə, qismətçiliyə, o dünyaçılığa,
cənnətçiliyə-cəhənnəmçiliyə,
itaətçiliyə,
Yaradan
Ağalığına,
cəfəngiyyatçılığa qarşıdır.
İnama yüksəlmək gərək – İnamla İşıqlanmaq – İşıqlandırmaq
gərək.
Xalqçılıq – bütün cəmiyyətlərə, o cümlədən kapitalizmə və sosializmə
xas olan Ağalıqdan, Nökərlikdən, Təbəqəçilikdən, Yadlaşmadan azad
olmaq – Xəlqi Birliyi təmsil edən Quruluş yaratmaqdır.
Nə qədər Ağalıq var – Xəlqi Quruluşdan danışmaq – Yalandır.
Nə qədər Nökərlik var – Xəlqi Quruluşdan danışmaq – Yalandır.
Nə qədər Təbəqəlik var – Xəlqi Quruluşdan danışmaq – Yalandır.
Nə qədər Yadlaşma var – Xəlqi Quruluşdan danışmaq – Yalandır.
Xəlqi Quruluş – Fərdi Özünüidarəyə əsaslanan Quruluşdur – Müstəqil
İnama, Müstəqil İdraka, Müstəqil Mənəviyyata, Müstəqil İradəyə malik
olan Azad Fərdlər Birliyidir.
Əməkçi Mülkiyyətinə (kapitalist mülkiyyətinə yox, sosialist mülkiyyətinə
yox) – əsaslanan Quruluşdur.
Qoruyucu Dövlətə (parlamentçiliyə yox, totalçılığa yox) – Xalqı
dünyada təmsil eləyən, onu yağıdan, cinayətkardan qoruyan Dövlətə
əsaslanan Quruluşdur.