459
Dünyanın “
Sonsuzluq” adlı Mahiyyəti Dünyada Yaşayır.
Dünyanın “Kamillik” adlı Mahiyyəti Dünyada Yaşayır.
Dünyalıq – Dünyada Yaşayır.
Dünyanı yaşadan – Dünyada Yaşayır.
3.Həyatın Mahiyyətini Həyatdan kənarda axtarırlar – Allahda,
Transsendentalda, Zərurətdə.
Əslində Həyatın Mahiyyəti – Həyatın özündədir.
Həyatdan artıq olan – Həyatın özündədir
Bu Həqiqət Ağıla sığmır.
4.Həyat – Həyatdakılardan ibarətdir; ancaq öz Mahiyyəti etibarilə
Həyatdakılardan Artıqdır.
Həyatdakılar – Ötəridirlər; – Həyatın Mahiyyəti – Əzəli.
Həyatdakılar – Keçicidirlər; – Həyatın Mahiyyəti – Əbədi.
Həyatdakılar – Sonludurlar; – Həyatın Mahiyyəti – Sonsuz.
Həyatdakılar – Qeyri-Kamildirlər; – Həyatın Mahiyyəti – Kamil.
Həyat – Həyatdakılardan ibarətdir və Həyatdakılardan artıqdır.
Həyatdakılardan Artıq olan – Həyatda Yaşayır.
Həyatın Mütləqilik adlı Mahiyyəti Həyatda Yaşayır.
Həyatın Əzəlilik adlı Mahiyyəti Həyatda Yaşayır.
Həyatın Əbədilik adlı Mahiyyəti Həyatda Yaşayır.
Həyatın Sonsuzluq adlı Mahiyyəti Həyatda Yaşayır.
Həyatın Kamillik adlı Mahiyyəti Həyatda Yaşayır.
Həyatlıq – Həyatda Yaşayır.
Həyatı Yaşadan – Həyatda Yaşayır.
5.İnsanın Mahiyyətini İnsandan kənarda axtarırlar – Allahda,
Transsendentalda, Zərurətdə.
Əslində İnsanın Mahiyyəti – İnsanın özündədir.
İnsandan Artıq olan – İnsanın özündədir.
Bu Həqiqət – Ağıla sığmır.
6.İnsan – İnsanlardan ibarətdir; ancaq öz Mahiyyəti etibarilə
İnsanlardan Artıqdır.
İnsanlar – Ötəridirlər; – İnsanın Mahiyyəti – Əzəli.
İnsanlar – Keçicidirlər; – İnsanın Mahiyyəti – Əbədi.
İnsanlar – Sonludurlar; – İnsanın Mahiyyəti – Sonsuz.
İnsanlar – Qeyri-Kamildirlər; – İnsanın Mahiyyəti – Kamil.
İnsan – İnsanlardan ibarətdir və İnsanlardan Artıqdır.
İnsanlardan Artıq olan – İnsanda Yaşayır.
İnsanın Mütləqilik adlı Mahiyyəti İnsanda Yaşayır.
İnsanın Əzəlilik adlı Mahiyyəti İnsanda Yaşayır.
İnsanın Əbədilik adlı Mahiyyəti İnsanda Yaşayır.
İnsanın Sonsuzluq adlı Mahiyyəti İnsanda Yaşayır.
460
İnsanın
Kamillik adlı Mahiyyəti İnsanda Yaşayır.
İnsanlıq – İnsanda Yaşayır.
İnsanı Yaşadan – İnsanda Yaşayır.
7. Dünya – Özünə, – Dünyadakılara bərabər olsaydı, Ötəri olardı –
Əzəli olmazdı; Keçici olardı – Əbədi olmazdı; Sonlu olardı – Sonsuz
olmazdı; Qeyri-Kamil olardı – Kamil olmazdı.
Dünya özündən Artıq olmasaydı – Özü olmazdı.
Dünya Özündə Özündən Artıq Mahiyyət Yaşatmasaydı –
Yaşamazdı.
8.Həyat – Özünə, – Həyatdakılara bərabər olsaydı, Ötəri olardı – Əzəli
olmazdı; Keçici olardı – Əbədi olmazdı; Sonlu olardı – Sonsuz olmazdı;
Qeyri-Kamil olardı – Kamil olmazdı.
Həyat Özündən Artıq olmasaydı – Özü olmazdı.
Həyat Özündə Özündən Artıq Mahiyyət Yaşatmasaydı –
Yaşamazdı.
9.İnsan – Özünə, – İnsanlara bərabər olsaydı, Ötəri olardı – Əzəli
olmazdı; Keçici olardı – Əbədi olmazdı; Sonlu olardı – Sonsuz olmazdı;
Qeyri-Kamil olardı – Kamil olmazdı.
İnsan Özündən Artıq olmasaydı – Özü olmazdı.
İnsan Özündə Özündən Artıq Mahiyyət Yaşatmasaydı –
Yaşamazdı.
10.Dünya – Mahiyyətcə Hədsizdir, Sədsizdir; onun kənar Hədsizliyə,
Sədsizliyə Ehtiyacı yoxdur.
Həyat – Mahiyyətcə Hədsizdir, Sədsizdir; onun kənar Hədsizliyə,
Sədsizliyə ehtiyacı yoxdur.
İnsan – Mahiyyətcə Hədsizdir, Sədsizdir, onun kənar Hədsizliyə,
Sədsizliyə Ehtiyacı yoxdur.
11.Varlığı – Varlıqdan Artıq olan Yaşadır.
Varlıq – Özündə Özündən Artıq olanı Yaşadır.
8 Dözüm günü, Köçəri Ay, 16-cı il. Bakı.
461
VARLIQ – MƏNA
(Dördüncü Müqəddəs Kəlam)
1. YARANIŞ
Varlıq – cisimdən yaransaydı, Mənasız olardı; – cismani Məna olmur.
Varlıq – Yoxdan yaransaydı, Mənasız olardı; – Yoxluğun Mənası
Yoxdur.
Varlıq Mənadan Yaranıb – bu səbəbdən də Mənalıdır.
Varlıq özgə Mənasından yaransaydı, özü olmazdı.
Varlıq öz Mənasından yaranıb – bu səbəbdən də özümlüdür.
Varlıq nisbidən yaransaydı, Mənasız olardı – nisbi Məna olmur.
Varlıq Mütləqdən yaranıb – bu səbəbdən də Mənalıdır.
Varlıq Ötərilikdən yaransaydı, Mənasız olardı – Ötəri Məna olmur.
Varlıq Əzəlilikdən yaranıb – bu səbəbdən də Mənalıdır.
Varlıq Keçicilikdən yaransaydı, Mənasız olardı – Keçici Məna olmur.
Varlıq Əbədilikdən yaranıb – bu səbəbdən də Mənalıdır.
Varlıq Sonludan yaransaydı, Mənasız olardı – Sonlu Məna olmur.
Varlıq Sonsuzluqdan yaranıb – bu səbəbdən də Mənalıdır.
Varlıq Qeyri-kamillikdən yaransaydı, Mənasız olardı – Qeyri-kamil
Məna olmur.
Varlıq Kamillikdən yaranıb – bu səbəbdən də Mənalıdır.
2. YAŞAYIŞ
Varlıq cismaniliyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq cismanilikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Nisbiliyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Nisbilikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Ötəriliyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Ötərilikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Keçiciliyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Keçicilikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Sonluluğa bərabər olsaydı, Mənasız olardı.
Varlıq Sonluluqdan Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Qeyri-kamilliyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Qeyri-kamillikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Təzahürə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Təzahürdən Artıqdır; – bu səbəbdən də Mənalıdır.
Varlıq Hadisəyə bərabər olsaydı, Mənasız olardı.
Varlıq Hadisədən Artıqdır; – bu səbəbdən də Mənalıdır.