438
ŞƏR MƏHKƏMƏSİ
Şər Xeyiri İttiham edə bilməz.
Şərin İttihamını ittiham edirik.
Məhkəməsini məhkum edirik.
Cəzasını cəzalandırırıq.
QANUN LƏYAQƏTİ
1
Ədalətə, Həqiqətə yad olan qanunları qanunsuz sayırıq.
Onlara riayət etmək miskinliyinə alçalmırıq.
2
Həqiqi, adil qanunlarımız – Ata qanunlarıdır.
Onlardan başqa qanun tanımırıq.
27 İnam günü, Od Ayı, 8-ci il. Bakı
XALQÇILIQ HƏQİQƏTİ
Avropaya nifrətimiz yoxdur – Avropalaşmaya nifrətimiz var.
Rusa nifrətimiz yoxdur – Ruslaşmaya nifrətimiz var.
Erməniyə nifrətimiz yoxdur – Qisasçılığa nifrətimiz var.
Gürcüyə nifrətimiz yoxdur – Yekəxanalığa nifrətimiz var.
Avropalaşdıran Avropalı – Şərçidir.
Ruslaşdıran Rus – Şərçidir.
Qisasçı Erməni – Şərçidir.
Yekəxana Gürcü – Şərçidir.
Xalqların düşməni deyilik – Şərin düşməniyik.
Xalqsevərliyimiz Bəşərsevərliyimizi rədd etmir!
29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı.
DİLİMİZ – BİRLİYİMİZ
Atayurd danışığında, Yazısında əcnəbi Sözləri işlətməmək!
Ümumşərq Sözləri əcnəbi söz saymamaq, onlardan istifadə etmək
– Şərq Birliyi naminə!
Xəlqi Birliyimizi Şərq Birliyiylə yanaşı qoyuruq!
MÜASİR İRANA MÜNASİBƏT
Fars xalqına hörmət.
Fars şovinistlərinə nifrət.
Farslarla şərik sərvətlərimiz:
Zərdüşt, Muğam, Nizami.
Farslara hesabımız:
Cənubi Azərbaycan.
Şərq Birləşməli və Şərə qarşı durmalıdır.
439
MÜASİR ƏRƏB DÜNYASINA MÜNASİBƏT
Ərəb xalqına hörmət.
Ərəb hərcayiliyinə nifrət.
Ərəblərlə şərik sərvətimiz: İslam memarlığı.
Ərəblərə ittihamımız: Babək.
Şərq Birləşməli və Şərə qarşı durmalıdır.
XALQ BİRLİYİ MÜQƏDDƏSLİYİ
Atayurd – türk dilli, türk tarixli, türk mədəniyyətli Vahid bir Xalqın
məskənidir.
Atayurdda yaşayan kürdlər, talışlar, tatlar, ləzgilər, lahıclar, udinlər
həmin xalqın atayurdlaşan üzvi bir hissəsidir.
Atayurdda kürd xalqı, tat xalqı, talış xalqı, ləzgi xalqı, lahıc xalqı,
udin xalqı icad eləmək Xəlqi Vəhdətə xəyanətdir.
QARABAĞ MƏSƏLƏSİ
Qarabağın əsil, təbii, tarixi başşəhəri Şuşadır.
Stepanakert – süni, qondarma, yalançı başşəhərdir.
Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir.
Xəlqi Birliyi pozmaq, yağılıq közünü alışdırmaq, “Oğru yadına daş
salmaq” niyyətinə xidmət eləyir...
Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar!
Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər!
GÜNDƏLİK BORC
Beyini Tüfeyli Fikirlərdən təmizləmək!
Ürəyi Tüfeyli Duyğulardan təmizləmək!
İradəni Tüfeyli Əməllərdən təmizləmək!
EVLAD SƏNƏDİ
Evlad Bir Sənəd tanıyır – Evlad nişanəsi.
Bütün başqa sənədlər: pasport, rəsmi biletlər, vəsiqələr – formal
sayılır.
29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı.
EVLAD NİŞANƏSİNİN QORUNMASI
Evlad nişanəsi mütləq mənada pünhan saxlanılır, yada göstərilmir,
yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır.
Nişanəni şərə verən – xəyanətkar sayılır və evladlıqdan çıxarılır.
31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı.
440
SATQIN YAŞAMAZLIĞI
Satqına özünü öldürmək imkanı verilir!
Yaşamaq imkanı verilmir!
21 İnam günü, Ata Ayı, 8-ci il. Bakı.
SƏFƏR ÜSTƏ
Amalla yaraqlanmaq.
Amala çağırmaq.
Tilov atmaq.
Evlad tutmaq.
25 Murad günü, Xəzan Ayı, 8-ci il. Bakı.
MADDİ BORC QANUNU
1.Maddi borc Evladın Amala verdiyi Zəruri Qurbandır.
Bu qurban Mütləq verilməlidir.
2. Maddi borc hər ay ödənilir, yaxud cəm halında bir neçə ayda
ödənilir.
3. Maddi borcu ödəməmək – Ruhani borcu ödəməməkdir.
RUHANİ İNTİZAM QANUNU
Mütləqilik – Aqibətimizdir!
Anımız, Günümüz yox, Ayımız, İlimiz yox – Ömrümüz, Sabahımızdır!
Sözü Əməldən cüzi də olsa ayırmaq – Əyrilikdir.
Nisbilik – Əskiklikdir.
Nisbi Əməl – Əməlsizlikdir.
Mütləq İnam – Mütləq İntizam tələb edir.
İntizama ən cüzi xilaf – Amala xilafdır.
Amallı olmaq – Mütləq mənada İntizamlı olmaqdır.
1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı.
AMAL LƏYAQƏTİ
Sözü Əməldən ayıran – Özünü Amaldan ayırır.
26 Qismət günü, Sərt Ay, 8-ci il. Bakı.
TƏZƏ İL GÜNÜMÜZ
Müqəddəs İlimiz Günəş Ayının 1-də başlanır.
15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.