144
informasiyanın daşıyıcısı olan məzmunda müəllif fikrinin realizəsini təmin
edən
fəsillərin, bölmələrin, paraqrafların arasında məntiqi əlaqənin olması
vacibdir. Çünki elmi əsərin strukturu bilavasitə onun məzmunu və şərhinin
məntiqi ilə sıx bağlıdır. Məzmunun daşıyıcısı və əsərin əsası kimi mətn,
müəyyən mənada, kitabın oxucusu ilə təmasda olub, elmi kommunikasiya
sisteminə daxil olur.
Monoqrafiyanın predmet və ya hadisənin təsviri, şərhi
məhz əsərin əsas
mətnində təqdim edilir: burada şərhin hərəkət trayektoriyası, obyektlərin
təsnifatı, onların inkişafının təsviri və s. göstərilir.
Elmi nəşr olan monoqrafiyaların müəllifləri tərəfindən materialın təq-
dimatında şərhin izahedici növü geniş istifadə edilir. Əksər hallarda belə
mətnləri mətn-mülahizələr adlandırırlar. Çünki onlar elmi sübutu və ya inkar
etmə prosesini qeyd edirlər.
Nəticədə aparılan tədqiqatın məntiqi yekununa müvafiq olaraq nəticələr
formalaşdırılır, tövsiyələr təqdir edilir, gələcək elmi tədqiqatların
mümkün
istiqamətləri göstərilir.
Nəticə konkret olmalı, təhlil edilən problemin əldə olunan faktiki səviyyəsi
qiymətləndirilməli, monoqrafiyada həllini tapa bilməyən məsələlərin həlli üçün
istiqamətlər göstərilməli, problemin (sahə və ya predmetin) gələcək inkişafının
istiqamətlərinin və perspektivlərinin aşkarlanması haqqında məlumatları
özündə əks etdirməlidir. Əgər burada tövsiyələr verilirsə, onlar çıxarılan
nəticələrdən irəli gələrək əsaslandırılmalı, ölkədaxili və xarici elmi,
texniki və
istehsalat nailiyyətlərinin tətbiqi sahəsində aydın, konkret təkliflərlə çıxış
etməlidir.
Elmi nəşr olan monoqrafiyalarda girişdən əvvəl ön söz, nəticədən sonra isə
son söz verilir.
Ön söz ya müəllifin özü tərəfindən, ya da kitabın elmi redaktoru, tərtibçi
tərəfindən yazılır. Burada təqdim edilən elmi tədqiqat barədə yığcam məlumat
verilir, əsərin müəllifi və ya tərtibçisi
oxuculara təqdim olunur, onların elmi
fəaliyyətləri işıqlandırılır.
Son söz əsasən tarixi mövzuda olan və ya tərcümə ədəbiyyatlarına yazılır.
Son söz elmi problemin müasir anlayışını, müəllifin tədqiqat predmetinin
öyrənilməsindəki rolunu, ölkə və xarici alimlərin konsepsiya və yanaşmalarının
xüsusiyyətlərini izah edir.
Monoqrafiya elmi əsərlərin daha əhəmiyyətli bir janrıdır. O, elmi biliyin
bütün müasir elmi formalarını sistemli şəkildə təsəvvürdə yaradıb realizə
etməyə
imkan verir. Müəllifin fərdi yaradıcılığının təqdim etdiyi subyektiv və
obyektiv məqamların varlığı monoqrafiyanın
əsas əlamətlərindəndir. Onun
bilik və təcrübəsi, monoqrafiyada həyata keçirə bildiyi metodiki yanaşma
burada şərh olunan yeniliyin fərqləndirici xüsusiyyətlərindəndir.
Müəllifin
şəxsiyyəti və onun elmi səviyyəsi monoqrafiyanın elmi-kommunikativ
145
əhəmiyyətinə fəal təsir göstərir. Bu da əsərin redaktəsi zamanı mütləq nəzərə
alınmalıdır.
Elm insan fəaliyyətinin sferası kimi obyektiv aləmin dərketmə şəklində əksi,
yaranışın sosial istiqamətləndirilməsi ilə xarakterizə olunur.Bu aləmin elmi
dərki prosesinin və nəticələrinin yazılı şəkildə çatdırılması elmi ədəbiyyatın
öhdəsinə düşür.
Monoqrafiyaların, bir elmi ədəbiyyat kimi, predmeti elmin əsas formalarının
-
nəzəriyyə, qanun, təsnifat, problemlər, metodlar və s.-nin elmi
kommunikasiyada fəaliyyətini təmin edən elmi anlayışlar sistemidir. Məhz
elmi ədəbiyyat elmin belə dərketmə funksiyalarını - obyektiv həqiqi hadisələrin
şərhini, aydınlaşdırılmasını və sistemləşdirilməsini həyata keçirməyə şərait
yaradır.
Elmi ədəbiyyatın məzmununda elmi tədqiqatın əhəmiyyət kəsb edən
elementlər anlayışının
- məqsədin, problem şəraitinin, yekun ehtimallarının,
ilkin biliklər və onların öyrənilmə metodlarının, və ən nəhayət, tədqiqatın
nəticələri olan yeni biliklərin ifadəsi təqdim edilir. Bundan əlavə, elmi
ədəbiyyata dair əsərlər konkret elmin tədqiqat prosesinin xüsusiyyətlərini
şərtləndirən müxtəlif komponentlərin inikasıdır.
Elmi ədəbiyyatın məqsədyönlü təyinatı elmin müvafiq tələbləri ilə şərtlənir.
Bu növ ədəbiyyat elmi biliklərin əsərdə şərh olunmasına imkan yaradır, yəni
elmi anlayışların "istehsalını" təmin edir. Bundan əlavə,
elmi ədəbiyyat həmin
anlayışların qavranılması, bu və ya digər kommunikativ sistemdə istifadəsi
üçün zəruri şəraitdir, elmi biliklərin istehlakının təminatçısıdır.
Elmi dərketmənin çoxçalarlı xarakteri elmi ədəbiyyatın məqsədyönlü
təyinatının mürəkkəb daxili strukturunu müəyyən edir.
Monoqrafiya müəllifləri əsərlərinin oxucu ünvanını düzgün təyin etmək
qabiliyyətinə malikdirlər: onlar elm fədailəri və elm xadimləridirlər. Oxucu
nəinki elmi əsərlə tanış olur, müəllif anlayışını təsəvvüründə canlandırır, o,
həmçinin elmi anlayışların müxtəlif məqsədlərini aşkarlayır, məzmunu öz
şüurunda tamamlayır və onu (məzmunu) şəxsi nöqteyi-nəzəri ilə tutuşdurur.
Belə hallarda şəxsi mülahizələrdən imtina edilmə halları heç də isnisna
olunmur.
Elmi ədəbiyyat bir çox əsrlər ərzində formalaşmışdır. Onun formalaşmasına
əsasən elmin tədricən insan fəaliyyətinin sferası kimi xüsusiləşməsi,
ədəbiyyatın sosial kommunikasiyanın üsulu olması təsir etmişdir.
Elmi əsərin özünəməxsus müxtəlif növlərə ayrılan
fərqləndirici
xüsusiyyətləri mövcuddur. Monoqrafiyada qarşıda duran elmi məsələnin
həllinə doğru yönələn faktların hərtərəfli təhlili onun məqsədyönlü
istiqamətləndiricisidir. Buraya qarşılıqlı əlaqələrin, qarşılıqlı asılılığın və
arqumentləşdirilmiş dəlil və əsasların, nəzəri ümumiləşdirilmələrin, faktların,
məntiqi nəticələrin və praktiki tövsiyələrin əhəmiyyətinin qiymətləndirilməsi