18
ladığı və Adolf Berjenin redaktorluğu ilə çap edilmiş sənədlər
toplusunda (85) bütün Cənubi Qafqaz, habelə Şimali Azərbay-
can, o cümlədən Qarabağ xanlığının XIX əsr tarixi haqqında çox
qiymətli məlumatlar vardır. Toplunun ikinci, üçüncü, beşinci,
al
tıncı və yeddinci cildlərində Qarabağ xanlığı ilə Rusiya ara-
sında qarşılıqlı münasibətlər, Sisianov və digər Rusiya müstəm-
ləkəçilərinin mənfur siyasəti, 1805-ci ildə bağlanmış Kürəkçay
müqaviləsi, müqavilənin hər iki tərəfdən yerinə yetirilmə vəziy-
yəti, xanlığın ləğv edilməsi və əyalətə çevrilməsi, Qarabağ əya-
lətinin 1822-ci ildən sonrakı rus idarəçiliyi dövründə vəziyyəti,
əhalisi, təsərrüfatı və digər məsələlər haqqında çox zəngin ma-
teriallara rast gəlinir. Həmin materialların
öyrənilməsi,
Qarabağa
aid salnamələrdəki məlumatları dəqiqləşdirməyə və tamamla-
mağa, həmçinin müqayisəli təhlil aparmağa imkan verir. Toplu
eyni zamanda Qarabağ tarixinin salnamələrdə verilən xronologi-
yasını bir qədər də genişləndirməyə və hadisələrin sonrakı axarı-
nı öyrənməyə imkan verir.
1823-
cü ildə Qafqazın baş hakimi Yermolovun göstərişi
ilə xanlıqdan Rusiyanın əyalətinə çevrilmiş Qarabağda keçirilən
siyahıyaalmanın materialları (122) xanlığın əhalisinin sayı, so-
sial –
silki və etnik tərkibini öyrənməyə, bütövlükdə demoqrafik
prosesləri izləməyə, digər xanlıqlarla müqayisələr aparmağa
imkan verir. Siyahıyaalma materialları Qarabağ xanlığının şəhər
və kəndləri, torpaq sahibliyi formaları, maliyyə – vergi
sistemi
və s. məsələlərin də öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Əsərdən Azərbaycan tarixi üzrə müxtəlif ümumiləşdirici
əsərlərin, orta, orta ixtisas və ali məktəb dərsliklərinin yazılma-
sında istifadə oluna bilər. Əsərin materialları, ümumiləşdirmə-
ləri və nəticələri şagird və tələbələr içərisində vətənpərvərlik tər-
biyəsi işinin təşkili üçün faydalı ola bilər. Əsərin faktik mate-
rialları mənfur erməni qonşularımız və onların havadarlarına
qar
şı təbliğat müharibəsi üçün çox qiymətli, damarlarında azər-
baycanlı qanı axan hər bir oxucu üçün çox maraqlıdır.
Əsər giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat
siyahısından ibarətdir.